Azərbaycan respublikasinin qanunu



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə20/33
tarix08.09.2018
ölçüsü1,16 Mb.
#67141
1   ...   16   17   18   19   20   21   22   23   ...   33

 

52 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

həddini ötüb keçməmişdir, və bu zaman o, şaha oğlunu göstərir. Min bir hissəni doldurmaq 

zərurəti nağılı qələmə alanları əllərindən gələn interpolyasiyanı etməyə məcbur edirdi. Onların 

heç biri bütün gecələr içində ən magik olan 1001-ci gecə   

kimi ürəyi həyəcana gətirmir. Bu gecə şah şahzadənin dilindən onun öz hekayətini dinləyir. 

Əvvəlcə o, bütün digər əhvalatları, ən əsası isə onun özünü də  ehtiva edən hekayətin 

başlanğıcını dinləyir. Bu interpolyasiyanın sonsuz imkanları və həm də onunla bağlı təhlükə 

görəsən oxucuya tam aydındırmı. Birdən şahzadə nağılına son verməz və şah «Min bir gecənin» 

bir daha bitməyəck hekayətini fasiləsiz olaraq dinləmək məcburiyyətində qalar… Fəlsəfənin 

qadir olduğu uydurmalar incəsənətdə olduğundan az fantastik deyildir: Cosaya Roys özünün 

“The World and the Individual” (Dünya və Fərd) adlı əsərinin birinci cildində (1899) belə bir 

mülahizə söyləmişdi: «Təsəvvür edək ki, İngiltərədə yerin hər hansı bir hissəsi ideal şəkildə 

hamarlanıb və xəritəçi orada İngiltərənin xəritəsini çəkib. Onun əsəri qənirsizdir – ingilis 

torpağında elə bir künc-bucaq yoxdu ki, bu xəritədə əks olunmasın, burada hər şey təkrarlanıb. 

Bu halda sözü gedən xəritə xəritələr  xəritəsini əhatə edən xəritələr xəritəsini… və beləcə 

sonsuza qədər xəritələr xəritəsini əhatə etməliydi». 

Nəyə görə xəritə içində xəritənin, min bir gecənin «Min bir gecə» haqqında kitaba daxil olması 

bizi həyəcanlandırır? Nəyə görə Don Kixotun «Don Kixot»un oxucusu olması, Hamletin isə 

«Hamletin» tamaşaçısı olması bizi həyəcanlandırır? Görünür, mən səbəbini tapmışam: bu tipli 

işlər beynimizə belə bir fikri salır ki, uydurma personajlar oxucu və ya tamaşaçı ola bilərlərsə, 

onlarla müqayisədə oxucu və ya tamaşaçı olan bizlər də bəlkə uydurmayıq. 1833-cü ildə Karleyl 

sezmişdi ki, ümumdünya tarixi bütün insanların oxuduğu və yazdığı, həm də anlamaq istədikləri 

sonsuz ilahi kitabdır. 

 

http://kultaz.com/2009/01/17/xorxe-luis-borxes-%C2%ABdon-kixot%C2%BBda-gizli-magiya/



  

 

 



 

 

 



 

 

 



 

 



 

53 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

 

Xorxe Luis Borxesin bu gün üçün yazdığı hekayə 

 

“25 avqust 1983-cü il” 

 

Balaca vağzalın saatı dünən gecə on biri göstərirdi. Mən mehmanxanaya sarı yönəldim. Burada 



həmişə olduğu kimi dinclik və rahatlıq hiss  edirdim, bu hisslər çoxdan tanış yerlərdə olan zaman 

adamın içindən keçir. Geniş darvazalar taybatay açılmış, malikanə isə alatorana qərq olmuşdu. 

Mən içəri girdim, orada bulanıq güzgülər interyerin detallarını və gülləri qeyri-müəyyən şəkildə 

əks etdirirdi. Qəribədir ki,   

mehmanxananın sahibi məni tanımadı. Sadəcə, qeyd kitabını mənə uzatdı. Mən lələyi götürüb 

onu tunc mürəkkəbqabının içinə batırdım və açılmış kitabın içinə baxıb bu gecə qarşıma hələ 

xeyli çıxacaq gözlənilməzliklərdən birincisi ilə qarşılaşdım. Mənim adım – Xorxe Luis Borxes 

kitabın səhifəsinə yazılmışdı, hələ heç mürəkkəbi də qurumamışdı. Sahib mənə dedi: 

− 

Mənə elə gəlirdi ki, siz artıq yuxarı qalxmısınız..., − amma mənə daha diqqətlə baxıb üzr 



istədi. – Üzr istəyirəm, senyor. O adam sizə çox oxşayır, ancaq siz daha cavansınız. 

− 

O hansı otaqdadır? – mən soruşdum. 



− 

O, on doqquzu istəmişdi, − cavabını aldım. Mən də elə bundan qorxurdum. 

Lələyi piştaxtanın üstünə tullayıb pilləkənlə qaça-qaça yuxarı qalxdım. On doqquz nömrəli otaq 

ikinci mərtəbədə yerləşirdi, pəncərələri içəri həyətə − kənarları məhəccərlə əhatə olunmuş yalqız 

və atılmış bağa açılırdı, səhv etmirəmsə, orda bir çimərlik skamyası da vardı. Bu,   

mehmanxananın ən böyük otağı idi. Mən qapını itələdim, o açıldı. Çılçırağın işıqları yanırdı. 

Onun qəddar işığı altında olan adama baxıb   

özümü tanıdım. Ensiz çarpayıda uzanan mən idim, qocalmış və şişmiş halda tavanın lepkalarına 

baxırdım. Mən səs eşitdim. Tam olaraq  mənimki deyildi – rəngsiz, qulağayatmayan, lent 

yazısına bənzər.  

− 

Qəribədir, − o dedi, − biz iki nəfərik, həm də bir adamıq. Amma yuxuda gördüklərimiz 



bizi təəccübləndirməməlidir.  

Mən sıxıla-sıxıla soruşdum: 

− 

Deməli, bu yuxudur? 



− 

Özü də sonuncu yuxu, − o, əli ilə yan masadakı boş dərman şüşəsinə işarə etdi. – Bu 

gecəyə çatana kimi sən, yəqin ki, hələ çox  yuxular görəcəksən. Sənin təqvimində ayın neçəsidir? 

− 

Dəqiq bilmirəm, − mən karıxmış halda dedim. – Amma dünən mənim altmış bir yaşım 



tamam oldu.  


 

54 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

− 

Yuxusuzluq səni bu gecəyə gətirib çıxaranda sənin düz səksən dörd yaşın tamam olacaq. 



Bu gün avqustun iyirmi beşi 1983-cü  ildir.  

− 

Nə çox gözləyəcəyəm... − mən pıçıldadım. 



− 

Mənim üçün isə bir şey qalmayıb, − o sərt şəkildə dedi. – Ölüm istənilən vaxt gələ bilər 

və mən naməlumda itib-batacağam,  orada isə məni ayrı yuxular gözləyir. Güzgülərlə 

Stivensonun mənə aşıladığı ayrılmaz fikir.  Stivensonun adının xatırlanması mənim üçün söhbəti 

davam etməsinə deyil, bitməsinə işarə edirdi. Mən çarpayıda uzanan adam idim, ona   

görə də başa düşürdüm. Şekspir olmaq və unudulmaz sətirləri yazmaq üçün təkcə faciəvi anlar 

yaşamaq yetmir. Söhbəti dəyişmək üçün  mən dedim: 

− 

Bilirdim ki, bu, sənin başına gələcək. Elə buradaca, bir neçə il əvvəl, birinci mərtəbənin 



otaqlarından birində biz səninlə bu cür  sui-qəsdin cızmaqarasını yazmışdıq.  

− 

Hə, − deyib o, mənim dediyimi xatirələrə dalmış halda təsdiq etdi. – Amma mən bunlar 



arasında əlaqə görmürəm. Həmin  qaralamada mən Adroqeyə qədər aparan qatara bilet götürür 

və “Las Delisyas” mehmanxanasında ən axırda olan on doqquz nömrəli otağa  qalxırdım. Orada 

da həyatımla vidalaşırdım.  

− 

Elə ona görə də burdayam, − mən dedim. 



− 

Burada? Biz elə həmişə burdayıq da. Burada mən yuxumda səni Mannudakı otağımızda 

görürəm. Mən anamıza məxsus olan  otaqda gəzişirəm. 

− 

Anamıza məxsus olan otaqda, − anlamağa çalışmadan təkrar etdim. – Mənsə səni içəri 



həyətin üstündə quraşdırılmış on  doqquzuncu otaqda görürəm. 

− 

Kim kimin yuxusuna girir? Mən bilirəm ki, sən mənim yuxuma girirsən, lakin özümün 



sənin yuxuna girib-girməməyimdən  xəbərsizəm. Adroqedəki mehmanxananı çoxdan söküblər

ya iyirmi, ya otuz il bundan qabaq. 

− 

Yuxunu görən mənəm, − meydan oxuyarcasına dedim. 



− 

Sən təsəvvür etmirsən, nə qədər vacibdir ki, aydınlaşdıraq – bir nəfər yuxu görür, yoxsa 

iki nəfər bir-birinin yuxusuna girib. 

− 

Mən Borxesəm və sənin adını sakinlərin adları sırasında görüb bu otağa qalxmışam.  



− 

Borxes mənəm və mən özümü Mannu küçəsindəki evdə öldürmüşəm, − bir az susduqdan 

sonra o dedi.  – Gəl yoxlayaq. Bizim  həyatımızdakı ən dəhşətli hadisə hansıdır? 

Mən ona sarı əyildim və biz eyni anda danışmağa başladıq. Mən bilirdim ki, ikimiz də yalan 

danışırıq. 

Qocalmış sifətdə yüngül bir gülümsəmə sezildi. Mən hiss edirdim ki, onun üzündəki gülüş 

mənimkinin zəif əksidir.  



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə