Azərbaycan respublikasinin qanunu



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə16/33
tarix08.09.2018
ölçüsü1,16 Mb.
#67141
1   ...   12   13   14   15   16   17   18   19   ...   33

 

42 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

Su qablarının buğu ilə dolu ruzigarda bir kəpənək alovlanaraq yuxarı qalxır. Bir an üçün kəpənək 

qanadlarının qurumuş dodaqlara toxunuşu var. Amma, neçə illər sonra o qanadların tozlu 

möhürü dodaqlarında hələ də parıldayır. 

 

30. Yağmur 



 

Əski bir çarpayıda onunla havadan-sudan danışırıq. Yataq otağının pəncərəsinin arxasında yağış 

yağır. Əlbəttə, bu yağışda nərgiz çiçəkləri çürüyüb gedər. Onun gözləri isə hələ də aya dikilib 

qalıb. Amma, onunla söhbət etmək yenə də sıxıcı gəlir mənə. Başını qarnına əyib yavaşca bir 

siqaret yandırır və tam yeddi ildir onunla günlərini necə itirdiyini düşünür. 

 

«Bu qadını sevirsənmi?» 



 

Maraqlanır. Öz gəldiyi qənaətini xırdalayan, özünü çaşdıran bir cavab: 

«Mən hələ də mənəm». 

 

47. Atəş - oyunu 



 

Qızın üzü aydınlanır. Bu eynən incə buzun üzərinə düşən gün işığı kimi. Qızı sevir. Amma, bu 

eşq deyil. Bədəninə heç toxunmadı. Barmaqları belə bir-birlərinə dəymədi. 

 

«Ölməyə çalışırsan, elə deyilmi?» 



 

Bu danışığın sonunda sabah ölməyə bir qərar çıxır. 

«Biz buna platonik intihar deyirik». 

«İki dəfə platonik intihar». 

Yenə də bu soyuqqanlılığı ona qeyri-adi görünür. 

 

 



http://www.milli.az/news/nightread/79239.html

  

 



 

 

 




 

43 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

Luis Xorxe Borxes 

 

"Şekspir yaddaşı" 

 

(Hekayə) 

 

Tərcümə: Mehparə Kərimli 

 

 

Kimi Höteyə, Eddama, ya "Hibelunqlar haqqında nəğmələr"ə heyran; mənim taleyim Şekspir idi. 



O, mənim taleyim olub və bu günə qədər də var. Tamam ayrı mənada. Bu günə kimi bu barədə 

heç kəs heç nə bilmirdi. Bircə nəfərdən - təzəlikcə Pretoriyada dünyasını dəyişmiş Deniel 

Torpdan başqa. Bu sirrin bir yiyəsi də var. Amma mən onu heç vaxt görməmişəm.  

Mənim adım German Zörgeldi. Hər şeylə maraqlanan oxucu mənim öz dövründə Şekspir 

mətnlərinə dalmaq üçün mütləq vəsait hesab olunan və ispan dilini də daxil etməklə bir neçə 

xarici dilə çevrilmiş "Şekspirin xronologiyası" kitabımı vərəqləyə bilər.  

Yəqin o, Teobaldın, 1734-cü il tənqidi nəşrinə əlavə edib, o andan ədəbi kanona çevrilmiş 

düzəlişi və bunun ətrafında uzun-uzadı polemikanı da xatırlayır. Bu gün az qala daha mənimki 

saymadığım o səhifələrin nəzakətsiz tonuna heyrətlənirəm. 1914-cü ildə mən Homeri tərcümə 

zamanı Corc Çapmenin ixtirası olan və bununla da ingilis dilini alt-üst çevirmiş mürəkkəb 

sözlərin tədqiqini hazırladım (Lakin nəşr etdirmədim). Bu ellinist və dramaturq həmin sözlərin 

anqlo-sakson mənşəyini (Ursrrung) nəzərdən qaçırmışdı. Heç vaxt ağlıma gəlməzdi ki, 

Çapmenin bu gün heç cür xatırlaya bilmədiyim səsi mənimçün belə adiləşərmiş. Adımın yalnız 

baş hərfləri ilə imzalanmış daha bir məqalənin ayrıca nüsxəsi və deyəsən, mənim biblioqrafiyam 

bununla da bitir. 1917-ci ildə Qərb cəbhəsində həlak olmuş qardaşım Otto Yuliusun ölümünü 

fikrimdən çıxarmaq üçün tərcüməsinə girişdiyim, lakin bu günə qədər də nəşr olunmamış 

"Maqbet"imi də bura əlavə eləyə bilərəmmi? - bilmirəm. Tərcümə başa çatdırılmayıb. Mən başa 

düşdüm ki, ingilis dili iki registrə malikdir - german və latın. Halbuki bizim alman dili daha 

oynaq olsa da, bunların biri ilə keçinmək zorundadır. Mən Deniel Torpu sizə xatırlatdım. 

Şekspirə həsr olunmuş  

konfransların birində onunla məni mayor Barkli tanış etmişdi. Bu konfransın vaxtını və yerini 

deməyəcəyəm, bunun təqribiliyinin nə demək olduğunu yaxşı bilirəm. Vacibi Torpun sifəti 

deyildi, aşkarca hüzn yağan bədbəxt görkəmiydi. Zəif gördüyümdən üzünün bütün cizgiləri 

dərhal da yaddaşımdan silindi. İllər keçdikcə insan sifətinə hər cür ifadə verməyi öyrənir, 




 

44 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

sevincdən savayı. Deniel Torpun baxışından, duruşundan qüssə ağırdı. Uzun iclas gününün 

gecəsini kiçik bir meyxanada qarşılamalı olduq. Özümüzü İngiltərədə hiss etməkdən ötəri 

(hadisələr məhz burda cərəyan edirdi) ritual qaydasında qalay qablarda ilıq-tünd pivə içirdik.  

-Bir dəfə Pencabda, - mayor əhvalat danışırdı, - mənə bir dilənçi göstərdilər. İslam dini rəvayət 

edir ki, Süleyman peyğəmbər quşların dilini üzüyünün köməyilə anlarmış.  

Ondan sonra, deyirlər ki, həmin üzük əldən-ələ keçib, axırda həmin bu dilənçiyə gəlib çatmış. 

Xəzinənin qiyməti yox idi - deyin, yeni sahibi onu sata bilməzdi. Dilənçi Lahorda Vazil-Xan 

Məscidinin balaca həyətində can verir. Çoserdə də möcüzəli üzük hekayəsi olduğunu 

düşündümsə də, Barklinin nağılına pəl qatmaq istəməyib:  

- Bəs üzük necə oldu? - soruşdum.  

- Sehrli əşyaların sonu necə olur? Onu da tapmadılar. Bəlkə də üzük Vazil-Xan Məscidinin 

həyətində, hansısa lağımdadır. Bəlkə də elə bir yer adamının barmağındadır ki, orda heç quş 

yoxdur.  

- Ya bəlkə o qədər quş var ki, hansının hansı dilin sahibi olduğunu ayırd etmək heç mümkün 

deyil, - bunu mən dedim, - Danışdığınız əhvalat pritçaya bənzəyir.  

Deniel Torp söhbətə bu yerdə qoşuldu. Elə bil heç bizimlə deyil, bizə baxmadan danışırdı. 

Torpun ingiliscəsində nə isə özəllik var idi. Mən bunu onun Şərqdə uzun müddət yaşaması ilə 

bağladım.  

- Bu, pritça deyil, - Torp dedi: - pritçadırsa əgər, həqiqəti deyir. Qiymətəgəlməz şeylər var ki, 

onları satmaq qeyri-mümkündür.  

O sözləri ki, burda dilə gətirirəm, o an onlar mənə təsir eləmişdi. Bunu söyləyən Torp idi, inamlı 

səsi qəlbimə sirayət etmişdi. Elə bil hələ nələrsə, çox şeylər danışmaq istəyirdi. Amma 

başladığına peşman olub söhbəti oradaca kəsdi. Barkli bizdən ayrılıb getdi. Mehmanxanaya 

onunla ikilikdə qayıtdıq. Çox gec idisə də, Torp otağında söhbəti davam etdirməyi təklif etdi. Bir 

neçə sınıq cümlədən sonra mətləbə keçdi.  

- Sizə mən Peyğəmbər üzüyü təklif edirəm. Bu metaforadır, əlbəttə. Gəl möcüzəsi şah 

üzüyündən geri qalmaz. Sizə mən Şekspirin yaddaşını bəxş edə bilərəm - lap uşaq yaşlarından ta 

1616-cı ilin aprel ayının əvvəlinəcən. Götürürsüzmü?  

Mən cavab vermədim. Təsəvvür edin ki, sizə dərya təklif edirlər.Torp sözünə davam etdi:  

- Mən nə yalançıyam, nə də dəli. Rica edirəm əvvəlcə məni axıra qədər dinləyin, sonra qərar 

verin. Mayor təsdiq edə bilərdi, mən hərbi həkiməm. Daha doğrusu, həkim idim.  

Başıma gələn əhvalat da iki-üç cümləyə sığır. Bu, Şərqdə oldu, səhər çağı, lazaretdə. Hə zaman 

baş verməsi önəmli deyil. Bədənində iki güllə gəzdirən sıravi əsgər Adam Kley ölüm qabağı 

güclə eşidiləcək bir səslə bu əvəzsiz yaddaşı mənə təklif etdi. Qızdırma və can çəkişməsi nəyə 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə