Azərbaycan respublikasinin qanunu



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə12/33
tarix08.09.2018
ölçüsü1,16 Mb.
#67141
1   ...   8   9   10   11   12   13   14   15   ...   33

 

28 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

Xorxe Luis Borxes ilə müsahibə 

  

"Belələri üçün yazıçıdan daha çox müxbir kimi görünmək təhlükəsi var…" 

 

 



Mariya Ester Vaskesin Xorxe Luis Borxeslə müsahibəsi. İxtisarla tərcümə etdi: Gülər Qasımova.   

 

- Sənin üçün labirint mövzusu nə vaxt, harada və necə yaranıb?  



- Yaxşı yadımdadır, hansısa kitabda dünyanın yeddi möcüzəsinin qravürası var idi, onlardan biri 

də Krit labirinti idi.    

Quruluşu daha çox öküz döyüşü üçün arenanı xatırladırdı, amma kiçik oyuqlar şəklində 

pəncərələri də vardı .  

O vaxt mən uşaq idim, fikirləşirdim ki, lupanı götürüb diqqətlə baxsam, Minotavrı görə bilərəm. 

Həm də, labirint çaşqınlığın aydın simvoludur, çaşqınlıq isə - buna Aristotelin təbirincə, 

metafizikanı yaratmış olan "heyrət" deyə bilərik – Çesterton kimi mənim üçün də ən adi hissdir,  

Çesterton deyirdi: “İş günlərindən qabaq yaşanan heyrətdən başqa hər şey keçicidir”.  

Bu çaşqınlığı ifadə etmək üçün – o çaşqınlıq ki, bütün həyatım boyu məni müşayiət edir və buna 

görə mən bəzən heç öz hərəkətlərimin mənasını da tam anlamıram - mən labirint simvolunu 

seçdim, daha doğrusu mənə labirint lazım oldu.  

Elə bir tikili ki, insan içində azsın – məgər bu çaşqınlıq simvolu deyil? Mən bu mövzuya hər 

dəfə fərqli yanaşmışam, məhz buradan Minotavr obrazı və “ Asterinin evi” kimi hekayə yaranıb.  

Asteri – Minotavrın adlarından biridir. Labirint mövzusu əlbəttə “ Ölüm və bussol”da, sonuncu 

kitablarımdakı bəzi şerlərdə də var; Tezliklə çıxacaq yeni kitabımda da Minotavr barədə şeirlər 

olacaq.  

- Bəs güzgülər?  

- Güzgülər - Hamburq üslubunda üç qapılı şkafla əlaqəlidir. Bizim evdə də bu cür şkaf vardı.  

Ümumiyyətlə qırmızı ağacdan hazırlanan belə nəhəng şkaflar o vaxt bütün qədim Argentina 

ailələrində var idi...  

Mən yatağıma girirdim, şkafın güzgülərində özümün üç əksini görürdüm və güzgülərin hər 

birinin mənim əksimi özü bildiyi kimi göstməsindən qorxurdum, birdən güzgülərin birində 

tamam başqa birisi ilə qarşılaşaram?  

Bura - üzünü örtük altında gizlədən Xorasanlı Peyğəmbər haqqında oxuduğum poemanı (o, 

cüzamın eybəcərləşdirdiyi üzünü gizlədirdi) və Dümanın Dəmir Maskasını da əlavə et.  

Başqa cür əks olunmaq və özünü qorxunc görkəmdə görmək qorxuları bir-birinə çulğaşırdı.  




 

29 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

 

Digər tərəfdən güzgü əlbəttə ki, şotlandların kabus obrazı olan fetch (onun işi can alıb o biri 



dünyaya aparmaqdır) və hər yerdə bizi əkizimiz kimi izləyən alman Doppelgangeri ilə bağlıdır.  

Bu haqda Cekil və Hayde haqda olan hekayədə və başqa hekayələrdə yazılıb.  

Xülasə, mən güzgülərdən qorxurdum. Hətta mənim bu qorxu haqqında şeirim də var, orada mən 

Pifaqorun öz dostu haqqında işlətdiyi ikinci “mən” ifadəsini yada salıram.  

Mənə həmişə elə gəlirdi ki, ikinci “mən” haqqında fikir onun ağlına güzgüdə, yaxud suda öz 

əksini görəndən sonra gəlib.  

Uşaq vaxtı heç cür cürət edib valideynlərimə deyə bilmirdim ki, qorxuram, məni zil qaranlıq 

otaqda yatızdırsınlar.  

Heç cür yata bilmirdim, elə hey gözlərimi açıb baxırdım ki, güzgüdə mənə oxşayan üzlər 

qalmaqda davam edir, yoxsa onlar əcaib şəkildə dəyişməyə başlayıblar.  

Bununla yanaşı beynimdən “mən”in çoxluğu – dəyişən (tamam başqa və əvvəlki) “mən” barədə 

fikirlər keçirdi; bu haqda çox düşünürdüm.  

Mənim hətta bu temada “Başqası” adlı hekayəm də var. O tema ki məndən qabaq onu Po və 

Dostoyekvski, Hofman və Stivenson inkişaf etdirmişdilər.  

- Daim hərlənib eyni yerdən keçən - təkrarlanan çevrə, dünya anlayışı – bu ideya haradan 

yaranıb?  

İtalo Kalvino və Xorxe Luis Borxes- Bu ilk növbədə atamdan gəlir. Onda isə bu ideya məncə

XVIII əsr şotland filosofu Yumun “ Təbii din haqqında dialoqlar” əsərindən yaranmışdı.  

İdeyanın mahiyyətində nə durur? Dünyanın ibarət olduğu elementlərin sayı məhdud, zaman 

sonsuz, hər bir an isə özündən əvvəlki anla sıx bağlı olduğundan bu kosmik prosesdə bircə 

anının təkrarlanması kifayətdir ki, ondan sonra gələnlər də təkrarlansın, pifaqorçuların və 

stoiklərin düşündüyü kimi dünya tarixi də çevrə kimi qapanıb.  

Adətən bu fikri Hindistanla bağlayırlar, amma hind kosmoqoniyalarında, məsələn buddizmdə 

çevrələr bir-birini əvəzləyir, lakin təkrarlanmır.  

Yəni insan bir həyatı dəfələrlə, yaxud sonsuz sayda yaşamır, amma hər bir çevrə ondan 

sonrakına təsir edir. Buna görə də başqa bir həyatda heyvan, bitki, İblis, yaxud kölgəyə 

çevrilmək, yenidən insan olmaq, yaxud yoxa çıxmaq mümkündür.  

Nirvana – ali səadət elə budur: yenidən doğulma prosesinin çarxına düşmək və çıxmaq. Bu fikir 

məni həmişə narahat edib, mən dəfələrlə ona yaxın düşməyə çalışmışam.  

Amma sonra buna inamım itdi. Özü də sadəcə inamım itmədi: hətta bizim bu söhbətimiz mənim 

“Tsikllər haqqında elm” essemdə deyildiyi kimi mininci dəfə təkrarlansa da, yenə də birinci 

söhbətimizdir, axı biz bundan əvvəlkiləri xatırlamırıq.  




 

30 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

Təkrarlanma ideyasının mənası – bu haqda Rossetti öz şeirlərində çox gözəl deyib:  

 

I have been here before; When, where or how I cannot tell. I knew the grass beyond the door, 



The keen sweet smell, 

The sighing sound, the lights around the shore. You have been mine before... 

(Bu diyar mənə tanışdır, mən burda olmuşam. Kim bilir nə vaxt? Necə? Qapı ağzındakı otlar... O 

xoş rayihə... Ləpələrin nəfəsi... O mayak... Sən də əvvəllər mənim olmusan...) 

- Bax, təkrarlanma ideyasının mahiyyəti odur ki, keçmişin doğurduğu hiss – özündə geriyə 

dönməz dəyişikliyi ehtiva edir. Tutaq ki, mən bizim bu söhbətimizin artıq nə vaxtsa olmasının 

mümkünlüyünü qəbul edirəm və bu cür düşünürəm:  

“Axı mən bu haqda Mariya Ester Vaskeslə söhbət etmişəm və bütün bunları ona elə bu Milli 

kitabxananın bu zalında danışmışam”.  

Bu o deməkdir ki. bu, ilk dəfə deyil baş verir, və bununla çevrələr təkrarlanmır. Özündən əvvəl 

baş vermiş çevrəni - yenidən doğulma çevrəsini xatırlamaq tsikllər haqqındakı elmi inkar edir.  

Və daha bir arqument. Əgər bizim alnımıza öz həyatımızı dəfələrlə, yaxud hətta sonsuz dəfə 

yaşamaq yazılıbsa, onda yaşanılanları hər dəfə daha dəqiqliklə xatırlanamaq mümkün olmalıdır, 

bu isə ola bilər ki, keçmişi qismən dəyişsin. Yəni bu halda da nəzəriyyə iflasa uğramış olur.  

- Yaxşı, gəlin pələnglərdən danışaq. 

- Mən bu barədə “ Pələng qızılı” adlı şeirimdə yazmışam. Biz zooparkın yaxınlığında yaşayırdıq.  

Mən az qala hər gün orda olurdum, amma hər şeydən çox – bizonlardan başqa – məni pələnglər 

cəlb edirdi.  

Xüsusən də benqal kral pələngi. Mən ona saatlarla baxırdım - qızılı dərisinə və zolaqlarının 

naxışlarına.  

Mən həm də leopardlarla, yaquarlarla, panteralarla və bu fəsilədən olan digər yırtıcılarla 

maraqlanırdım.  

O şeirdə deyilir ki, həyatımda gördüyüm ilk rəng (mən o rəngi gözlərimlə deyil, bütün 

hissiyyatımla görürdüm), pələng dərisinin sarı rəngi idi və indi gözüm görməsə də, bütün rənglər 

arasında ancaq sarı rəngi dəqiqliklə ayırd edirəm.  

İş elə gətirdi ki. sarı rəng məni başlanğıcdan sona qədər müşayiət etdi.  

Şeirlər kitabımı da dekorativliyə modernist ehtirasıma görə yox, məhz bu səbəbdən “Pəlıəng 

qızılı” adlandırdım.  

Digər tərəfdən pələng güc və gözəlliyin rəmzidir.  

Yadımdadır, bacım bir dəfə maraqlı ifadə işlətdi: “ Pələng sevgi üçün yaradılıb”.  




Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə