Azərbaycan respublikasinin qanunu



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə11/33
tarix08.09.2018
ölçüsü1,16 Mb.
#67141
1   ...   7   8   9   10   11   12   13   14   ...   33

 

26 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

Hapoldun, ya da həmin döyüşdə ingilis torpaqlarının altı fut, yaxud da bundan bir az artıq 

hissəsini fəth edən Xarald Xadradın yanında idim. Müsəlman tarixi ilə hicri VII əsrdə Bulaq 

şəhəri yaxınlığında indi unutduğum dildə, xatırlaya bilmədiyim əlifbada Sindibadın yeddi 

səyahətini və Bürünc şəhərin tarixini qələmə almışdım. Səmərqənddə, həbsxananın həyətində 

dəfələrlə şahmat oynadığım yadıma gəlir. Bikanerdə münəccimliklə məşğul olurdum. 

Bogemiyada da eyni peşəni davam etdirirdim. 1638-ci ildə Kolojvarda idim. Sonra Leypsiqə 

getdim. Aberdində olarkən 1714-cü ildə kitabçıdan Aleksandr Popun altı cildlik „İliada”sını 

aldım. Yadımdadır ki, bu kitab tez-tez oxuyur və böyük zövq duyurdum. 1729-cu uldə Popun 

kitabı haqqında bir ritorika professoru ilə mübahisəmiz düşdü. Adı deyəsən Cambattista idi. 

Mülahizələri mənə inandırıcı göründü. 1921-ci il oktyabrın 4-də sərnişini olduğum və məni 

Bombeyə gətirən „Patna” gəmisi Eritreyaya yan aldı. Sahilə çıxdım. Başqa bir səhəri, artıq 

çoxdan ötüb keçmiş zamanların sübh çağını xatırladım. O zaman da Qırmızı dənizin sahillərində 

lövbər salmışdıq. Mən Roma tribunu idim. Qızdırma və şər ruhlar isə əsgərlərimi ot kimi biçirdi. 

Şəhər kənarında şəffaf sulu çeşmə gördüm. Həmişəki adətim üzrə əyilib sudan içdim. Sahilə 

qalxanda tikan kolu əlimi cızdı. Qəflətən bu kiçik, əhəmiyyətsiz yaranın ağrısını hiss etdim. Az 

keçmədən isə gözlərimə inanmadan möcüzə seyr edirdim. Ovcumda, tikanın cızdığı yerdə qan 

damlası peyda olmuşdu. „Mən yenidən adi, öləri bir insanam!”-deyə öz-özümə pıçıldayırdım. 

„Mən yenə də hamı kimiyəm!”. Həmin gecə səhər açılıb sübh şəfəqləri ətrafa yayılana qədər daş 

kimi yatdım.  

İllər keçəndən sonra bu səhifələri bir də nəzərdən keçirdim. Birinci fəsildə və digər fəsillərin bəzi 

abzaslarında gözümə saxta notlar dəydi. Bəlkə də bunun səbəbi təfərrüatlara həddindən artıq 

uymağım idi. Şairlərin əsərlərində belə hallara daha çox təsadüf olunur. Yalan hər şeyi 

zəhərləyir. Çünki təfərrüatlar yaddaş üçün yox, hər hansı cinayət işinin açılması üçün 

səciyyəvidir... Lakin mənə elə gəlir ki, daha dərin səbəbləri axtarıb tapa bildim. Məni uydurmaçı 

saysalar da həmin səbəbləri burada açıqlamağa çalışacağam. 

Danışdığım tarixçə iki müxtəlif adamın başına gələn hadisələr biri-birinə qarışdırıldığından 

qeyri-real görünə bilər. Birinci fəsildə yaralı süvari Fiv şəhərinin divarları önündən axan çayın 

adını öyrənmək istəyir. Əvvəlcə bu şəhəri Hekatomfilos adlandıran Flamini Ruf süvariyə çayın 

adının Misir olduğunu söyləyir. Lakin həmin sözlərin heç biri onun öz fikri deyil. Bu fikirlər 

“İliada”da Fiv şəhərinə Hekatomfilos, “Odisseya”da isə Proteyin və Ulissin dili ilə Nilə Misir 

çayı deyən Homerə məxsusdur. İkinci fəsildə ölümsüzlük suyunu içən romalı yunan dilində bir 

neçə söz söyləyir. Bu sözlər də Homerdən götürülüb. Onları dəniz gəmiləri haqqında söhbət 

gedən hissənin sonunda tapmaq mümkündür. Sonra başgicəlləndirici memarliği ilə seçilən 

sarayda romalı hansısa ittihamlar irəli sürür, hətta “vicdan əzabı” haqqında danışır. Bu sözlər də 



 

27 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

bir vaxtlar eyni dəhşətli vəziyyəti təsvir edən Homerdən götürülmüşdür. Mətnə münasibətdəki 

müxtəliflik məni narahat etdi. Lakin estetik səciyyəli fərqlər həqiqəti açmağıma yardımçı oldu. 

Bu barədə sonuncu fəsildə söhbət gedir. Orada mənim Stemford körpüsündə vuruşmağımdan, 

Bulakda dəniz səyyahı Sindibadın macəralarını qələmə almağımdan, Aberdində Aleksandr 

Popun “İliada”sını sifariş edib gətirtməyimdən danışılır. Həm də bütün bunlar haqqında inter alia 

(söz arası-lat.) bəhs edilir.   

 ”Bikanerdə münəccimliklə məşğul olurdum. Bohemiyada da eyni işi davam etdirirdim”. Bu 

şəhadətlərin heç biri yalan deyil. Lakin цnəmli olan məhz nəyin fərqləndirilməsi, nəzərə 

çaprdırılmasıdır. İlk şahidin ilk baxışdan hərbçi olduğunu güman etmək mümkündür. Amma 

sonra onu hərbi işlərin deyil, insan talelərinin maraqlandırdığı aşkara çıxır. Onun ardınca gələn 

şahidliklər isə daha maraqldır. O qədər də aydın olmayan, lakin sadə bir səbəb məni həmin 

şahidliklər üzərində dayanmağa məcbur edir. Onların həqiqət olduğunu bildiyimdən bu addımı 

atırdım. Həmin şəhadətlər romalı Flamini Rufun dilində bu şəkildə səslənmir. Lakin Homerdə 

məhz belədir. Təəccüblü işdir ki, Homer on üçüncü əsrdə Sindibadın-yeni Ulissin macəralarını 

qələmə alır. Və aradan yüz illər keçəndən sonra barbar dilində danışılan şimal çarlığında цz 

”İliada”sında təsvir olunan hadisələrə təsadüf edir. Bikaner adının işləndiyi ifadəyə gəldikdə isə 

bu sцzün ədəbiyyatdan yaxşı başı çıxan, dəniz gəmilərinin təsvirini verən şair kimi parlaq sцzlə 

yaddaşlarda qalmağa can atan müəllifə məxsusluğu aşkara çıxır.  

Son yaxınlaşanda xatirələrdən obrazlar deyil, yalnız sцzlər qalır. Zamanın bir vaxtlar mənim 

üçün müəyyən əhəmiyyəti olan sцzləri bütün əsrlər boyu müşaiyətçim olan adamın taleyinin 

simvollarına çevrilən sцzlərlə dəyişik salmasında qəribə heç bir şey yoxdur. Mən Homer idim. 

Tezliklə Nik olacağam. Sonra isə Uliss kimi bütün insanlara çevriləcəyəm-yəni öləcəyəm. 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə