Azərbaycan respublikasinin qanunu



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə13/33
tarix08.09.2018
ölçüsü1,16 Mb.
#67141
1   ...   9   10   11   12   13   14   15   16   ...   33

 

31 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

Bu, Kansinos-Assensin bir misrasını xatırladır: o, qadına deyir ki, “mən pələngdən də zərif 

olacağam”.  

Çestertonun da – Bleykin şərin mənbələrinə aid şeirindəki pələng haqda buna oxşar fikri var 

(niyə qoyunu yaradan Allah həm də onu yeyəcək pələngi yaradıb?); həmin şeirdə deyilir ki, 

“Pələng qorxunc zərifliyin simvoludur”.  

Burada pələngə məxsus gözəllik və yırtıcılıq xüsusiyyətləri birləşir. Hərçənd pələnglər 

başqalarından artıq yırtıcı deyillər. Sadəcə tülküyə hiyləgərlik, aslana isə şahlıq əlamətlərini 

şamil edirlər: bütün bunlar Ezopa gedib çıxan təmsil janrının şərtiliyidir...  

- Sənin üçün daha bir mühüm mövzu – Buenos Ayres.  

- Bəli, amma indiki Buenos Ayres yox, mənim uşaqlığımın və sonrakı dövrlərin şəhəri. Mən 99-

cu ildə doğulmuşam və mənim Buenos-Ayresim dumanlı keçmişdə - 90-cı illərdə qalıb.  

Bunun iki səbəbi var. Əvvəla, necə deyərlər “əvvəllər hər şey yaxşı idi”. Digər tərəfdən isə, 

məncə, ədəbiyyatı çağdaş dövr çəçivəsinə salmaq düz deyil. Ən azı ənənə bizə başqa şey öyrədir.  

Dəqiq deyə bilmərəm, amma mənə elə gəlir ki, Homerin öz epopeyasına başlamasına qədər 

Troya müharibəsindən yüzilliklər keçməli idi.  

Bunun praktik tərəfi də var. Müasirlikdən yazarkən oxucunu casusluq edib sənin səhvlərini 

tutmağa sövq edirsən.  

Amma əgər hadisələr Turderdə və ya 90-cı illər Palermosunun sahilyanı rayonlarında baş verirsə, 

artıq heç kəs o vaxt insanların necə yaşayıb necə danışdıqlarını xatırlaya bilməz.  

Bu müəllif üçün böyük azadlıq və cəzasızlıqdır. Bersqon demişkən, “yaddaşın seçmək 

xüsusiyyəti” var və yaxşısı budur ki, zəhmli və çaşdırıcı kobud gerçəkliyə yox, xatirələrə 

əsaslanasan.  

Bundan başqa bu günün qayğılarından yazanları üçün həmişə yazıçıdan daha çox müxbir kimi 

görünmək təhlükəsi var.  

 

 



 

 

 



 

 

 



 

 



 

32 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

Xorxe Luis Borxes 

 

Hər şey və heç nə 

 

Öz-özlüyündə o, Heç Kim idi; başqalarıyla hətta tarixin ən pis surətində də uyğunluğu olmayan 



üzündə və saysız-hesabsız, xəyali, əlaqəsiz  sözlərində yalnız kimsənin görmədiyi soyuqluq, röya 

gizlənirdi. Əvvəlcə ona elə gəlirdi ki, bütün insanlar da onun kimidir, amma sonradan dostuna 

özündəki boşluq haqda danışmağa çalışanda dostunun karıxıb qalması onu əmin etdi ki, səhvi 

var və həmişəlik başa saldı ki, başqalarından fərqlənmək olmaz. 

O, kitablarda şəfa tapmağı düşünürdü, bundan ötrü latın dilini qismən və azacıq da yunan dilini 

öyrəndi; sonradan qərara gəldi ki, insan birgəyaşayışının ən sadə adətini icra etməklə məqsədinə 

çatacaq və uzaq iyun günündə Anna Hetueyin ağuşunda idi. 

İyirmi neçə il Londonda qaldı. Heç Kim olduğunu faş etməmək üçün, iradəsinin ziddinə olsa da, 

o artıq özündən kimisə ifadə etməyi öyrənmişdi; Londonda qarşısına aktyorluq sənəti çıxdı, 

səhnədə, insanların qarşısında başqasının obrazını yaratmaq sənəti, o, məhz bu sənət üçün 

yaranmışdı. Əmək ona heç nə ilə müqayisə olunmayan, bəlkə də həyatında ilk dəfə olaraq sevinc 

gətirdi; lakin sonuncu misra səslənib, səhnədən sonuncu cəsəd çıxarılanda o, yenidən qeyri-

reallığın iyrənc dadını duymalı olurdu. O, Ferreks, yaxud Tamerlan olmağı başa çatdırır və 

yenidən heç kim olurdu. Sıxıntıdan başqa qəhrəmanlar və qorxulu əhvalatlar düşünməyə başladı. 

Onun bədəni meyxanalarda, fahişəxanalarda məşğul olanda, bədəninə salınmış ruh kahinlərin 

xəbərdarlıqlarına qulaq asmayan Sezar, könlündəki torağayı lənətləyən Culyetta, səhrada 

küpəgirən qarılarla söhbət edən Maqbet olurdu. Yer üzündə heç kim onun qədər çoxsaylı adama 

çevrilməmişdi, o, sanki misir Proteyi kimi reallığın bütün obrazlarını işləməyi bacarmışdı. Bəzən 

tapılmayacaqlarına əmin olaraq, bu və ya digər süjetin künc-bucağında məşum etiraflar qoyurdu; 

Riçard deyirdi ki, o, çoxlu rollarda oynayan aktyordur, Yaqo “Mən-mən deyiləm” kimi  

köhnə sözləri söyləyirdi. Həyatla yuxunun eyniliyi və təsəvvürlər onu sonralar məşhurlaşan 

triadalara ilhamlandırdı. 

İyirmi ilini yuxularını idarə edərək keçirdi, lakin bir gün səhər qılınclardan ölən krallar, məlahətli 

replikalarla görüşən, ayrılan, ölən bədbəxt sevgililər olmağa qarşı nifrət və dəhşət hiss etdi. Elə 

həmin gün teatrı satdı, bir həftədən sonra isə doğma şəhərində idi, burda yenidən uşaqlığının 

ağaclarını, çayını tapdı və artıq onları mifoloji işarələr və latın adlarıyla bəzədilmiş, muzanın 

şöhrətləndirdiyi başqalarıyla müqayisə etmirdi. Amma burda da kimsə olmaq tələb olundu və o 

da müəyyən miqdarda mal-dövlətə malik, indi yalnız ssudalar, mülki iddialar və dövriyyədən 




 

33 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

daxil olan faizlərlə məşğul olan İşlərdən Aralanmış Sahibkara çevrildi. Bu ampluada o, pafos və 

ədəbiliyin düşünülmüş şəkildə yol verilmədiyi, bizə məlum quru vəsiyyətnaməni diktə etdi. 

Londondan dostları bəzən onun guşəsinə baş çəkəndə dostlarının qarşısında keçmiş poet rolunu 

oynayırdı. 

Hekayə əlavə edir ki, o, ölüm ayağında, ya da ölümündən sonra Allah qarşısında durur və ona 

müraciət edir: 

- Mən, əbəs yerə bir elə insan olmuş mən ancaq bir nəfər olmaq istəyirəm- Özüm. 

Tufanın içindən Yaradanın gözü cavab verir: 

- Mən də mən deyiləm. Sən öz əsərlərini yaratdığın kimi, mən də bu dünyanı uydurmuşam, 

Şekspirim mənim və mənim yuxularımın əlamətlərindən biri- mənə bənzər sənsən ki, mahiyyəti 

Hər Şey və Heç Nədir. 

 

Tərcümə: Gülşən Cəbi 

 

http://www.dayaq.org/index.php?action=static_detail&static_id=56522



  

 

 



 

    


    

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə