Azərbaycan respublikasinin qanunu



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə21/33
tarix08.09.2018
ölçüsü1,16 Mb.
#67141
1   ...   17   18   19   20   21   22   23   24   ...   33

 

55 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

− 

Biz yalan danışırıq, − o dedi, − çünki özümüzü eyni deyil, iki ayrı insan kimi hiss edirik. 



Əslində isə biz bir nəfərik, həm də ikiyik. Mən bu söhbətdən bezdim və bunu açıq şəkildə etiraf 

etdim. Bir də əlavə etdim: 

− 

Yəni sən bu 1983-cü ildə mənim növbəti illərdə nələri yaşayacağımı danışmaq 



istəmirsən? 

− 

Sənə nə deyim axı, yazıq Borxes? Başına yenə də müsibətlər gələcək, sənsə buna artıq 



alışmısan. Evində tək qalacaqsan.  Hərfləri olmayan kitablara baxacaq, Svedenborqun 

barelyefinə və içində Xaç ordeni olan qaba toxunacaqsan. Korluq qaranlıq deyil, bu   

tənhalığın bir növüdür. Sən yenə də İslandiyada olacaqsan.  

− 

İslandiyada! Dənizlərin içində olan İslandiyada! 



− 

Romada isə sən Kitsin sətirlərini dayanmadan təkrarlayacaqsan, onun da adı digərlərinki 

kimi əbədi deyil. 

− 

Mən heç vaxt Romada olmamışam.  



− 

Hələ çox şey baş verəcək. Sən bizim ən yaxşı şeirimizi – elegiya yazacaqsan. 

− 

Onun ölümünə? – adını çəkməyə belə qorxdum. 



− 

Yox-yox. O, səndən çox yaşayacaq.  

Bir az susduq. O davam etdi. 

− 

Sən bizim çox arzuladığımız kitabı yazacaqsan. Təxminən 1979-da isə başa düşəcəksən 



ki, sənin bu kitabın cızmaqaradan başqa  bir şey deyil və sən Dahi kitab yazmaq kimi 

özünüaldanışdan xilas olacaqsan. Hötenin “Faust”u, “Salambo”, “Uliss” kimi əsərlərin bizə  

aşıladığı aldanışdan. Mən inanılmaz dərəcədə çox yazmışam. 

− 

Axırda da anladın ki, uğursuzluğa düçar olmusan. 



− 

Daha pis. Mən anladım ki, sözün ən ağır mənasında emalatxana işi görmüşəm. Mənim 

xoş niyyətlərim ilk səhifələrdən o tərəfə  getmirdi, sonra labirintlər, bıçaqlar, özünü kölgə hesab 

edən insan, real olmağa iddialı kölgə, gecə pələngələri, qana boyanan döyüşlər,  dönməz və kor 

olan Huan Muranya, Masedonionun səsi, ölülərin dırnaqlarından düzəldilmiş gəmi, axşamlar 

qədim ingilis dili dərsləri ortaya   

çıxmağa başladı.  

− 

Bu nadir əşyalar otağı mənə tanışdır, − mən təbəssümlə dedim. 



− 

Bundan başqa saxta xatirələr, simvolların ikili oyunu, uzun sıralamalar, qeyri-simmetrik 

reallığın asanca qəbul olunması... Bunların  hamısını tənqidçilər şadyanalıqla aşkar etdilər. 

− 

Sən kitab nəşr etdirdin? 




 

56 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

− 

Bəzən ağlıma melodramatik bir fikir gəlirdi – onu yandırmaq istəyirdim. Axırda mən onu 



Madriddə təxəllüslə çap etdirdim. Kitabı istedadsız bir təqlid hesab etdilər, müəllifini isə məşhur 

yazıçını təkrarlamaqda günahlandırdılar.  

− 

Təəccüblənəcək bir şey yoxdur, − mən dilləndim. – Hər bir yazıçı axırda öz-özünün 



istedadsız şagirdinə çevrilir.  

− 

Digərləri ilə birlikdə elə həmin kitab da məni buraya gətirib çıxardı. Digərlər deyəndə, 



qocalıq əzabını, yaşamalı olduğun zamanı  yaşayıb bitirdiyinə əminliyi nəzərdə tuturam.  

− 

Mən o kitabı yazmayacağam, – onu inandırmağa çalışdım.  



− 

Elə yazacaqsan ki. Mənim sözlərim sənin xatirəndə, sadəcə, yuxu kimi qalacaq.  

Onun mürşid kimi ağıl verməsi məni əsəbiləşdirirdi, şübhəsiz, bu, mənim mühazirələr zamanı 

danışdığım səs idi. Bizim bu dərəcədə oxşamağımız və ölümünün yaxınlığının ona qazandırdığı 

cəzasızlıqdan bu şəkildə sui-istifadə etməsi məni qıcıqlandırırdı. Bunun əvəzini  çıxmaq üçün 

mən soruşdum: 

 

− 

Əminsən ki, ölürsən? 



− 

Hə, – o cavab verdi. – İndiyədək heç vaxt hiss etmədiyim rahatlıq və dinclik var içimdə. 

Hisslərimi sənə çatdırmaq üçün sözlər  azdır. İnsan ancaq yaşadığı təcrübəni paylaşa bilir. 

Mənim dediklərim niyə sənə belə toxunur? 

− 

Ona görə ki, biz çox oxşarıq. Sənin sifətindən iyrənirəm, çünki mənimkinin 



karikaturasıdır, səsindən iyrənirəm, çünki mənimkinin  zəif təqlididir, sənin özündənrazı danışıq 

tərzindən iyrənirəm, çünki o da mənimkidir.  

− 

Elə mən də, – o cavab verdi, – ona görə də özümü öldürəcəyimə qərar vermişəm. 



Bağçada bir quş azacıq oxudu.  

− 

Sonuncudur, – o dedi. 



Sonra da əliylə məni yaxına çağırdı. Əli mənimkini axtarırdı. Vahid olacağımızdan qorxaraq 

dalı-dalı getdim. O dedi: 

− 

Stoiklər deyir: həyatdan şikayətlənmək olmaz, həbsxananın qapıları açıqdır. Mən bunu 



hər zaman hiss edirdim, amma tənbəlliklə   

qorxaqlığım qarşımı kəsirdi. İki həftə bundan qabaq mən La Platada “Eneida”nın altıncı kitabı 

haqqında mühazirə deyirdim. Birdən,  heksametrləri ucadan deyərkən, nə etməli olduğumu 

anladım. Qərar verdim. Həmin andan mən özümü sarsılmaz hiss etdim. Mənim  taleyim sənin 

olacaq, sən latın dilinin və Vergilinin hesabına böyük kəşf edəcəksən, iki fərqli məkanda və iki 

fərqli zamanda baş vermiş bu   




 

57 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

maraqlı dialoqumuzu isə tamamilə unudacaqsan. Sən bu yuxunu bir də görəndə mən olacaqsan 

və mənim yuxuma çevriləcəksən.  

− 

Mən bu yuxunu unutmayacağam. Elə günü sabah yazacağam onu.  



− 

O, sənin üst-üstə qalaqlanmış yuxularının dərinliyində qalacaq.  

Yazıya köçürdükdən sonra sən onu fantastik bir hekayəyə çevirmək istəyəcəksən, amma bu, 

sabah deyil, uzun illərdən sonra baş verəcək.  

O susdu və mən anladım ki, o, artıq ölüb. Elə mən də hansısa formada onunla birlikdə öldüm, 

qəmli halda mən çarpayıya yaxınlaşdım,  ancaq orada heç kim yox idi.  

Mən otaqdan qaçaraq çıxdım. Orada nə içəri həyət, nə mərmər pilləkən, nə yuxuya dalmış böyük 

malikanə, nə evkaliptlər, nə köşk, nə  fontan, nə də geniş darvazalar vardı. Orada məni gözləyən 

təkcə yeni yuxular idi.  

 

Tərcümə: Svetlana Quliyeva 



 

http://kulis.az/news.php?id=1657

  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə