Azərbaycan respublikasinin qanunu



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə17/33
tarix08.09.2018
ölçüsü1,16 Mb.
#67141
1   ...   13   14   15   16   17   18   19   20   ...   33

 

45 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

desən inandırar: elə bir güvənim olmasa da, təklifi qəbul etdim. Müharibə ilə müqayisədə heç 

nəyə təəccüblənmirsən.  

Kley bəxşişin şərtini mənə güclə başa saldı: bəxşiş verən onu sözlə, dilə gətirib verməli, alan da 

"aldım" deyə cavablamalıydı. Bununla birinci adam verdiyini həmişəlik itirirdi. Əsgərin adında 

da, bu patetik səhnədə də, sözün pis mənasında, bir kitabdangəlməlik vardı. Bir qədər xofla 

soruşdum:  

- Demək indi siz Şekspir yaddaşına sahibsiz?  

Torp cavab verdi:  

- Mən ikiqat yaddaş sahibiyəm. Biri - özümünkü, o biri qismən məndə olan Şekspir yaddaşı. Bu 

ikiqat yaddaşdır mənim sahibim - desəm, bəlkə daha düz olar. Elə sahələr var ki, yaddaşlar üst-

üstə düşürlər. Bax, məsələn, bir qadın siması var, hansı əsrə aiddir - müəyyənləşdirə bilmirəm.  

Mən maraqlandım:  

- Bəs siz Şekspir yaddaşından necə istifadə etdiz?  

Torp susdu, sonra dilləndi:  

- Romanlaşdırılmış bioqrafiya yazdım. Tənqidçilərin tam nifrətinə səbəb oldusa da, Amerikada

müstəmləkə ölkələrində bəzi kommersiya uğurları qazandı. Bütün elədiyim elə budur. Sizi 

xəbərdar edirəm, mənim töhfəm yaxşı maaş vəd edən asan vəzifə deyil. Cavabınızı gözləyirəm. 

Mən fikrə getdim. Bütün boş, mənə yad gələn həyatımı Şekspir axtarışında keçirməmişəmmi? 

yolun sonu onu mənə verirsə,  

bu məgər mənim qanuni haqqım deyildimi?  

Kəlmələri ağzımdan bir-bir buraxıb:  

- Mən Şekspir yaddaşını götürürəm, - dedim.  

Həmin anda aşkarca nə isə baş verdi, amma nə olduğunu mən əməlli duymadım. Bəlkə yüngülcə 

yorğundum, ya mənə belə gəlirdi.  

O yadımdadır ki, Torp dedi:  

- Yaddaş artıq sizin şüurunuzda, sizinkidir. Zaman gərəkir: - yuxudamı, ya günün günorta çağı, 

kitab oxuyarkən, yoxsa tini döndünmü - özünü göstərəcək. Məxsusi hazırlaşmaq, xatirəyə 

dalmaq gərəkməz. Təsadüf özü sizə ya yar olacaq, ya da əksinə, əngəl. Onun sirri də elə 

bundadır. Mən unutduqca siz xatırlayacaqsız. Dəqiq heç nə deyə bilmərəm.  

Gecənin qalan hissəsini Şeylokun xasiyyəti barəsində mübahisələrə sərf etdik. "Şekspir həyatda 

necə, yəhudiləri tanıyırdımı?" sualını verməkdən özümü saxlayır, istəmirdim buna dəlil 

gözlədiyimi düşünsün. Hər ikimizin eynən şərti, sırf akademik dəlillərdən bəhrələndiyimizi 

görəndə, yüngüllükmü duydum, ya narahatmı oldum - demək çətindir. Sonrakı gecəni də belə, 

yatdım - yatmadım. Artıq neçənci kərədir,  



 

46 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

bəlli olur: ağciyərəm, vəssalam. yenə aldanılmaq qorxusu; ümidlərin səxavətinə inanmağım 

gəlmirdi. Öz-özümə deyirdim ki, Torpun bu cür peyda olması bir aldanış, yuxudur. Son halda 

qarşısıalınmaz ümidlər güc gəldi. Axı Şekspir mənim olacaq. Sevgisi, dostluğu, nifrətində belə, 

başqa birisinin olmadığı qədər. Müəyyən mənada mən özüm Şekspir olacam. Faciə və baş-ayaq 

sonetlər yazmayacam, yox; amma ki,  

ifritə, həm tale mələklərinin gözümə göründüyü anı yada salası, mənə hədd-hüdudu görünməyən 

misralar bəxş edəni də ana biləsiyəm.  

"And shake the yoke of inauspisious stars From this worldwearu flesh" (Burda əbədi dincələr, 

qurnaz ulduzların usandırıcı boyunduruğunu çiyinlərimdən tullaram- "Romeo və Cülyetta", V, 

3). Enn Xetueyi xatırlayacam, bu gün artıq ahıl yaşlarında olan, məni illər öncə Lübekin mebelli 

otaqlarından birində eşqlə tanışdıran həmin o qadını xatırladığım tək. (Onun üzünü yadıma 

salmağa çalışır, amma təkcə divarların saralmış kağızını, pəncərədən sızan işığı görürəm). 

Sonrakıların da zəmini həmin ilk uğursuzluq olmadımı? Düşünürdüm ki, mənim qeyri-adi 

yaddaşım hər şeydən əzəl göz yaddaşı olmalıdır. Lakin yanılmışdım. Bir neçə gündən sonra 

üzümü qırxarkən güzgünün qabağında özümün də təəccübləndiyim bir neçə söz dedim. Və 

conradan həmkarım mənə bunun Çoserin "Əlifba"sında olduğunu söylədi. Bir axşam çağı isə 

Britaniya muzeyindən çıxhaçıxda heç vaxt eşitmədiyim sadə bir motivi fitlə çaldığımın fərqinə 

vardım. yəqin oxucu artıq ilk möcüzlərindən yaddaşımın başlıca cəhətini tuta bildi. Ayrı-ayrı 

parlaq metaforalar öz yerində, mənim yaddaşım göz yaddaşı yox, qulaq yaddaşıydı.  

De Kuinsi deyir ki, insanın ağlı palimpsest timsallıdır. Hər gələn qat əvvəlkini örtüb, sonrakının 

altında qalır. Amma lazımi stimul versən, hər şeyə qadir yaddaşın hər hansı, ən ötəri təəssüratı 

belə dərinlərdən dartıb çıxara bilər. Deyək, Şekspirin evində kitab, Bibliya belə olmayıb.  

Bunu bizə onun vəsiyyətnaməsi deyir. Amma hansı kitabları oxuduğu yaxşı məlumdur. Çoser, 

Qauer, Spenser, Kristofer Marlo. Xolinşedin "Xronika"sı, Florionun çevirməsində Monten və bir 

də "Plutarx" - Hortun tərcüməsində. Hə olsun ki, zahirən nəzərə çarpmır, mən Şekspir yaddaşına 

malikəm. Oxumaq, daha düzü, bu qədim cildlərə təkrarən qayıtmaqla lazımi stimul əldə edə 

bilməzdimmi? Bundan başqa,  

Şekspirin poeziyasında ən açıq-saçıq, birbaşa olduğu sonetlərini təkrarən oxudum. Bir neçə kərə 

şərhə, növbənöv şərhlərə müraciət etdim.  

Yaxşı şerləri vamla söyləmək gərək. Və bir neçə günə artıq mən XVI əsrin açıq saitlərini və sərt 

"R"-nı bilirdim. "Zeitsrift fur germanische rhilologie" ("Alman filologiyası jurnalı"nda - tərc.) 

yazırdım ki, Şekspirin 127-ci soneti əlamətdar hadisəyə - Məğlubedilməz Armadanın 

darmadağın olunmasına bir ithafdır. Bu tezisin hələ 1899-cu ildə Sammuel Batler tərəfindən irəli 

sürüldüyünü unutmuşdum. Stratford-on-Eyvona səfər də, gözlədiyim kimi, tam mənasız oldu. 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə