Azərbaycan respublikasinin qanunu



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə19/33
tarix08.09.2018
ölçüsü1,16 Mb.
#67141
1   ...   15   16   17   18   19   20   21   22   ...   33

 

49 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

- Şekspir yaddaşına sahib olmaq istəyirsinizmi? Tamam ciddi deyirəm. Fikirləşin. Səs şübhə ilə 

cavab verdi:  

- Mən razı, risk edə bilərəm. Şekspir yaddaşını qəbul edirəm.  

Mən şərtimi başa saldım. Qəribə idi ki, bu an yazmalı olub yazmadığım kitaba görə qüssələnir, 

eyni zamanda kabusun məni heç zaman tərk etməyəcəyi qorxusuyla təşviş duyurdum. Sonra 

dəstəyi asıb ümidlə itaətkar sözləri təkrarladım. Simrly the thing I am shall make me live  

(Mənə olduğum kimi də zaval yoxdur - "Hər şeyin axırı - yaxşı qurtarır", IV, 3) . Bir vaxtlar 

köhnə yaddaşımı canlandırmaq üçün üsullar kəşf edən mən indi onu silmək üsullarını arayırdım. 

Bu üsullardan birisi - Svedenborqun üsyankar şagirdi Uilyam Bleykin mifologiya araşdırmaları 

idi. Mən bunun çətin olmaqdan çox, çətinləşdirilmiş olduğuna inandım. İstər bu, istərsə də digər 

yollar, faydasız idi; hər yol Şekspirə qaytarırdı məni. Yalnız musiqi, ciddi və tükənməyən musiqi 

hələ ki ümid verə bilirdi. Bu, Bax idi.  

1924-cü ilin P.S. - postskriptiumu. Mən ən adi adamam. Gündüzlər istefada olan professor 

German Zörgeləm, başı kartotekasına qarışmış, erudisiyasına dayanıb, qırıq-parça şeylər yazır. 

Amma bəzən, o da səhərlər anlayıram ki, axı bir an qabaqkı yuxuları görən bir başqasıydı.  

Axşamdan axşama məni ani yaddaş işartıları təqib qılır. Və deyəsən gerçəkdən. Uydurub-

eləmədən. 

 

 

http://forum.azeri.net/luis-xorxe-borxes-sekspir-yaddasi-hekaye-t9622.html



  

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 


 

50 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

Xorxe Luis Borxes 

 

«Don Kixot»da gizli magiya 

 

 



Tərcümə etdi: Cavanşir Yusifli 

 

Ola bilər ki, bu tipli qeydlər artıq söylənilib, özü də dəfələrlə; məni onların orijinallığından çox 



həqiqiliyi maraqlandırırdı. Digər klassik əsərlərlə müqayisədə («İlliada», «Eneida», «Farsaliey», 

Dantenin «Komediyaları», Şekspirin faciə və komediyaları) “Don  Kixot”  realist kitabdır;  

bununla belə bu realizm XIX əsr realizmindən fərqlənir. Cozef Konrad yaza bilərdi ki, bütün 

qeyri-təbii şeyləri yaradıcılığından  silib çıxarır, çünki bunun varlığına imkan yaratmaq gündəlik 

həyatda möcüzəni inkar etmək demək olardı; bilmirəm, Migel de Servantes bu fikirlə 

razılaşardımı, ancaq mən əminəm ki, «Don Kixot»un öz forması etibarilə prozaik və real dünyanı 

poetik və uydurma dünyaya qarşı qoymağa məcbur edərdi. Konrad və Henri Ceyms gerçəkliyə 

roman paltarı geyindirmişdilər, çünki onlar bunu poetik hesab edirdilər; Servantes üçün reallıq 

və poetiklik – antonimlərdir. O, «Amadisin» geniş və naməlum coğrafiyasını Kastiliyanın tozlu 

yollarına və çirkli sarayına qarşı qoyurdu; Yanacaqdodurma stansiyasının xidmətini parodiya 

ruhunda təsvir edən günümüzün romançısını təsəvvürümüzə gətirməyə çalışaq. 

Servantes bizim üçün XVII əsr İspaniyasının poeziyasını yaradardı, ancaq onun üçün nə bu əsr, 

nə də həmin İspaniya poetik olmayacaqdı; Lamançı xatırlayanda kövrələn Unamuno və ya 

Asoripa, yaxud Antonio Maçado tipli adamları anlamayacaqdı. Onun əsərinin mənası sehrli, 

möcüzəli bir şeyin bura salınmasını qadağan edirdi; ancaq o, bu strukturda iştirak etməliydi, heç 

olmazsa müəyyən şəkildə, bilavasitə, detektiv romanı parodiya edən cəza və sirr kimi. Servantes 

talisman və sehrbazlığa qatıla bilməzdi, ancaq o, fövqəltəbii şeyləri çox incə və səmərəli üsulla 

aça bilirdi.  Ürəyinin dərinliyində Servantes fövqəltəbii şeylərə inanırdı. 1924-cü ildə Pol 

Qrussak yazırdı: «Servantesin topladığı ədəbi məhsul latın və italyan təsirinin bəzi hələ naməlum 

çalarları ilə əsasən pastoral və cəngavər romanları, Əlcəzair əsirləri üçün söylənən təsəlliverici 

sehrli nağılların bazasında boy atmışdı. «Don Kixot» bu uydurmalara qarşı nəinki anti zəhər kimi 

bir şey idi, daha çox onlarla vidalaşmanın tam gizli nostalgiyası idi”. 

Gerçəkliklə müqayisədə hər hansı roman müvafiq ideal planı xatırladır; Obyektivlə subyektivi, 

oxucunun dünyasıyla kitab dünyasını qarışdırmaq Servantesin xoşuna gəlirdi. Üz qırxmaq üçün 

ləyənin dəbilqə olub-olmaması müzakirə edilən hissələrdə bu problem açıq şərh edilir; nəzərə 



 

51 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

çarpdırdığım kimi, digər yerlərdə müəllif bunu saman altdan yeridir. Birinci fəslin altıncı 

hissəsində ruhani və bərbər Don   

Kixotun kitabxanasını nəzərdən keçirirlər;  təəccüblüdür ki, kitablardan biri Servantesin 

«Qalateya» kitabıdır və bəlli olur ki, bərbər onun dostuymuş, – bu kitablardan o qədər də xoşu 

gəlməyən bərbər deyir ki, müəllif şerlərə baxanda bu cazibəli əhvalatları qoşmaqda daha 

mahirdir, bu kitabda nələrsə uğurlu, nələrsə uğursuz düşünülüb, heç nə, heç nə başa 

çatdırılmayıb. Servantesin uydurması və ya Servantesin yuxusunun obrazı olan bərbər də öz 

növbəsində Servantes haqqında mühakimə yürüdür… Doqquzuncu fəslin başlanğıcında verilən 

məlumat, yəni romanın bütünlüklə ərəb dilindən tərcümə olması və Servantesin Toledo 

bazarında əlyazmanı ələ keçirməsi, tərcümə etmək üçün kiməsə verməsi, bu adamın əlyazmanı 

ay yarımdan çox müddətdə, yəni roman başa çatana qədər evində saxlaması təəccüblüdür. 

Burada Karleyli xatırlayırıq, guya «Sartor Rezartus» Almaniyada doktor Diogen Teyfelsdrek 

tərəfindən çap edilən əsərin natamam tərcüməsidir; burada yadımıza «Zoqar və ya aydınlatma 

kitabını» yazan və bunu II əsrdə yaşamış hansısa Fələstin ravvinin adına çap etdirən Moisey 

Leonskiy düşür. 

Fantastik ikimənalılıqlarla oyun ikinci hissədə kulminasiyasına çatır; burada romanın 

personajları artıq birinci hissəni oxuyub qurtarmışlar, yəni «Don Kixot»un personajları elə «Don 

Kixotun oxucularıdır». Burada «Hamletin səhnəsinə başqa bir səhnəni qoşan Şekspiri necə 

xatırlamayasan, burada o, demək olar ki, «Hamlet»də olduğu kimi faciəni təqdim edir»; əsas və 

ikinci pyesin tam uyğun gəlməməsi bu   

tamaşanın effektini azaldır. Servantesin üsuluna oxşar üsul olsa da bir az daha parlaq şəkildə 

Valmikinin Ramanın qəhrəmanlıqları və onun şeytanlarla döyüşünü mədh edən «Ramayane» 

poemasında tətbiq edilmişdir. Sonuncu kitabda Ramanın atalarının kim olduğunu bilməyən 

oğulları meşədə – bir tərkidünyanın onlara oxumaq öyrətdiyi yerdə sığınacaq axtarırlar. Bu 

müəllim qəribə deyil ki, elə Valmikinin özüdür;  onlara dərs öyrədilən kitab «Ramyana»dır. 

Rama atların qurban verilməsini tələb edir; Valmiki bayrama şagirdləri ilə gəlir. Onlar lut 

alətinin sədaları altında «Ramyananı» oxuyurlar. Rama öz əməllərinin tarixçəsini eşidir, beləliklə 

oğullarını tanıyır və şairə ənam verir… «Min bir   

gecə»də də belə bir vəziyyətlə rastlaşırıq. Bu fantastik əhvalatlar kompilyasiyasında ana nağıl 

bölünür və başgicəlləndirici dərəcədə köməkçi hissələrə ayrılır, ancaq burada onların reallıq 

səviyyələrini fərqləndirmə cəhdləri müşayiət edilmir və buna görə də effekt (gözlənilirdi ki, çox 

dərin olacaq) səthidir, şərq xalısındakı butalar kimi. Bütün dövrəni dolaşan əhvalatlar onlara 

məlumdur: hər gecəni bir bakirə qızla keçirən və səhər açılanda qızın başını vurmağı əmr edən 

şahın qəzəb içində içdiyi and və onu nağıllarla əyləndirən Şəhrizadın niyyəti hələ ki min bir gecə 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə