Azərbaycan respublikasinin qanunu



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə22/33
tarix08.09.2018
ölçüsü1,16 Mb.
#67141
1   ...   18   19   20   21   22   23   24   25   ...   33

 

58 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

 

Xorxe Luis Borxes 



 

"25 Avqust 1983-cü il"  

(Hekayə) 

 

Kiçik stansiyadakı saatlar dünənki gecəni- saat on biri göstərirdi.  



Mən mehmanxanaya yola düşdüm. Burda adamın yalnız çoxdan tanıdığı yerlərdə duya biləcəyi 

sakitlik, rahatlıq hiss edirdim.  

Geniş darvazalar taybatay açılmış, malikanə alaqaranlığa qərq olmuşdu. 

 İnteryerin detalları və rənglərini dumanlı əks etdirən tutqun güzgüləri olan zala girdim.  

Təəccüblüdür, sahib məni tanımadı. O, qeydiyyat kitabını uzatdı.  

Qələmi götürdüm, ucunu bürünc mürəkkəbqabına saldım və açıq səhifələrin üzərinə əyiləndə 

məni bu gecə izləyən çoxsaylı  gözlənilməzliklərdən birinciylə rastlaşdım.  

Mənim adım, Xorxe Luis Borxes, kitabda yazılmışdı, mürəkkəbi də hələ qurumamışdı. Sahib 

dedi: 

- Mənə elə gəldi ki, siz artıq qalxmısınız….- lakin diqqətlə baxıb üzr istədi- Bağışlayın, senyor. 



Başqası var, sizə çox oxşayır, amma siz   

cavansınız. 

- Hansı nömrədədir? – mən soruşdum. 

- On doqquzuncunu istəyib, - cavab verdi. Qorxduğum da elə bu idi. 

Qələmi kontorkaya* atdım və pilləkənlərlə qaça-qaça qalxdım.  

On doqquzuncu nömrə ikinci mərtəbədə yerləşirdi. Pəncərələri miskin və baxımsız vəziyyətdə 

olan, sürahilərlə çəpərlənmiş, çimərlik   

skamyasının qoyulduğu içəri həyətə baxırdı. Mehmanxanadakı ən böyük otaq idi.  

Qapını itələdim, açıldı. Tavanda çilçıraq yanırdı. Onun amansız işığında özümü tanıdım.  

Ensiz dəmir çarpayıda qocalmış, şişman mən uzanıb tavandakı naxışları diqqətlə nəzərdən 

keçirirdim. Səs eşitdim.  

Tam mənimki deyildi; obertonsuz*, xoşagəlməz, maqnitofon yazısına bənzər səs idi. 

- Qəribədir, - o dedi, - biz ikiyik və birik. Hərçənd yuxuda heç nə təəccüb doğura bilmir. 

Mən cəsarətsizcəsinə soruşdum: 

- Deməli, bütün bunlar yuxudur? 

- Özü də sonuncu yuxu. – gecə masasının mərmər örtüyünün üzərindəki boş qabarcığa jestiylə 

işarə etdi. – Yəqin ki, bu gecəyə gələnə   



 

59 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

qədər çox yuxu görməli olacaqsan. Sənin təqvimində bu gün ayın neçəsidir? 

- Dəqiq bilmirəm, - çaşqınlıqla cavab verdim. – Amma dünən altmış bir yaşım oldu. 

- Yuxusuzluq səni bu gecəyə gətirəndə səksən dörd yaşın olacaq. Bu gün 25 avqust 1983-cü ildir. 

- Nə qədər gözləməliyəm… - pıçıldadım. 

- Mənə, demək olar ki, bir şey qalmayıb, - sərt tərzdə dedi - Ölüm istənilən an gələ bilər; mən də 

məni başqa yuxuların gözlədiyi gizli, sirli   

aləmdə itirəm. Stivenson və güzgülərlə gətirilmiş, daim təqib edən xəyal. 

Stivensonun xatirlanması mənə söhbətə çağırış yox, vida hiss etdirdi. Mən çarpayıda uzanmış 

adam idim və onu anlayırdım. Şekspir olub  unudulmaz sətirlər yazmaq üçün yalnız faciəvi 

məqamlar bəs etmir.  

Onu yayındırmaq üçün dedim: 

- Bilirdim ki, sənin başına gələcək. Elə burda, çox illər əvvəl, birinci mərtəbədəki otaqlardan 

birində belə bir intiharın ümumi təsvirini  qaralamışdıq. 

- Hə, - fikirli halda təsdiqlədi, sanki xatirələrə dalmışdı- Amma əlaqə görmürəm. O qaralamada 

mən Adroqa bilet götürmüşdüm və “Laye  Delisyas” mehmanxanasında on doqquzuncu otağa 

qalxmışdım, ən uzaq otağa. Həyatla hesabı da orda bitirmişdim. 

- Ona görə burdayam, - dedim. 

- Burda? Biz həmişə burdayıq. Burda mən səni Mannu küçəsindəki evdə yuxuda görürəm. Burda 

mən anamın otağında gəzişirəm. 

- Anamın otağında, - anlamağa çalışmadan təkrarladım. – Səni içəri həyətin üstündə yerləşən on 

doqquzuncu nömrədə yuxuda görürəm. 

- Kim kimin yuxusuna gəlib? Bilirəm ki, səni yuxumda görürəm, amma bilmirəm ki, sən də məni 

yuxuda görürsənmi? Adroqdakı  mehmanxananı çoxdan dağıdıblar. İyirmi, ya otuz il əvvəl. 

- Yuxu görən mənəm, - meydan oxuyaraq dedim. 

- Təsəvvür edə bilməzsən, bunu dəqiqləşdirmək necə vacibdir – yuxunu görən bir adamdır, ya iki 

nəfər bir-birini yuxuda görür. 

- Mən Borxesəm. O Borxes ki, sənin adını kirayənişinlər kitabında görüb bura qalxdı. 

- Borxes mənəm və mən özümü Mannu küçəsində öldürmüşəm. 

Bunu susub başqasını əlavə etdi: 

- Gəl yoxlayaq. Bizim həyatımızda ən dəhşətli nə olub? 

Ona sarı əyildim və biz birlikdə danışmağa başladıq. Bilirdim ki, ikimiz də yalan danışırıq. 

Xəfif təbəssüm qocalmış üzünü işıqlandırdı. Hiss edirdim ki, onun təbəssümü mənimkinin 

əksidir. 




 

60 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

- Biz yalan danışırıq, - o işarə etdi, - çünki özümüzü iki müxtəlif adam hiss edirik, bir adam yox. 

Əslindəsə biz həm bir adamıq, həm də iki. 

Söhbətdən darıxdım və bunu səmimi etiraf etdim. Əlavə etdim: 

- Doğrudan mənim yaşayacaqlarım haqda danışmağa 1983-cü ildə heç bir sözün yoxdur? 

 

- Nə deyim axı, yazıq Borxes? Faciələr üstünə gəlməyə davam edəcək, sən isə artıq bunlara 



alışmısan. Evdə tək qalacaqsan. Kitabları bir-  

bir ötəri gözdən keçirəcəksən, Xaç Ordeninin qoyulduğu Svedenborq və taxta nəlbəki profilli 

borelyefə toxunacaqsan. Korluq- zülmət deyil,  tənhalıq növüdür. Yenidən İslandiyada 

olacaqsan. 

- İslandiyada! İslandiyada dənizlər arasında! 

- Bütün adlar kimi, onunku da uzunömürlü olmayacaq Kitsanın misraları Romada dilinin əzbəri 

olacaq. 

- Romada heç vaxt olmamışam. 

- Hələ çox şey olacaq. Bizim ən gözəl şeirimizi, elegiya yazacaqsan. 

- … ölümünə - adı çəkməkdən qorxaraq cümləni tamamlamadım. 

- Səndən çox yaşayacaq. 

Susduq. O davam etdi. 

- Bizim çox arzuladığımız kitabı yazacaqsan. 1979-cu ildə başa düşəcəksən ki, sənin “əsər” 

adlandırılanların yalnızca müxtəlif, çoxsaylı  qaralamalardır və Böyük Kitab yazmaq kimi 

şöhrətpərəstlik aldanışından imtina edəcəksən. Hötenin “Faust”u, “Salambo”, “Uliss”lə təlqin  

edilmiş aldanışdan. Həddən artıq çox yazmışam. 

- Və sonda anladım ki, uğursuzluğa düçar olmuşam. 

- Daha pisi. Anladım ki, bu, sözün ən ağır mənasında sənətkar işidir. Mənim xoş niyyətlərim 

birinci səhifələrdən uzağa getməyib, sonra  labirintlər, bıçaqlar, özünü əks sanan insan, özünü 

real sanan əks, gecə pələngləri, qan içində vuruşmalar, amansız və kor Xuan Muranya,  

Masedonionun səsi, ölülərin dırnaqlarından gəmi. 

- Bu kunstkamera mənə tanışdır, - təbəssümlə qeyd etdim. 

- Bundan əlavə, yalan xatirələr, simvolların ikili oyunu, uzun hesablamalar, gerçəkliyin dərkində 

yüngüllük, tənqidçilərin şadlıqla aşkar  edəcəyi natamam simmetriyalar, heç də həmişə apokrofik 

olmayan istinadlar. 

- Kitab dərc etdirdin? 




Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə