Azərbaycan respublikasinin qanunu



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə24/33
tarix08.09.2018
ölçüsü1,16 Mb.
#67141
1   ...   20   21   22   23   24   25   26   27   ...   33

 

64 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

   X.L.Borxes və K.Abdulla nəsrinin təməl metaforasına ("kitabxana", "yazıstolu" və "əlyazma") 

müraciət edək. 

    


   Təməl metaforalar müəllifin yaratdığı dünya mənzərəsinin əsas məzmununu təşkil edir.Bu 

metaforalar yalnız fərdi yaradıcılıq axtarışının nəticəsi deyil,həm də "tarixi aprioridir",konseptual 

formalardır. 

    


   Borxes nəsrində kitabxana bəşəriyyətin ruhunun tilsimləndiyi magic kabinetdir.Kitabı 

açırsan,ruhlar ayılır (Emerson).Borxesin uşaqlığı ingilis kitabları ilə dolu "kitabxana 

cəngəlliyində" keçmişdir.Emerson,Kiplinq,Kolric və Berkli,de Kuinsi,Çesterton onun totem 

əcdadları idi. 

    

   Borxesin üstünlüyü onda idi ki,yalnız ingilislərdə "ilişib" qalmırdı,ədəbi-bədii təcrübəsi ərəb 



nağıllarını və qədim yəhudi mistikasını,çinliləri və Şopenhaueri də əhatə edir.Borxes 

"kitabxanası"ilə Argentinadan İngiltərəyə,ordan da Almaniyaya və Şərqə səyahət edir. 

    

   Kitabxana gerçəkliyinə dərindən nüfuz etdikcə artıq Borxes kitabları yox,kitablar onu axtarır. 



    

   Kitabxana Borxes üçün dünyanın obrazıdır,dünyanın quruluşu,nizam-intizamı haqqında,fərqli 

dünyaların mövcudluöu haqqında kosmoloji mübahisə,diskussiyadır. 

    


   Borxesə görə,hər bir klassik kitab özündə mədəniyyətə kosmos kimi,mütaliə predmeti kimi 

yanaşan bir zümrənin mədəniyyətini ehtiva edir.Söhbət kitabın məzmunundan deyil,oxuma-

mütaliə imkanlarından gedir. "Qum kitabı" da insanı özünə belə çəkir.Yəhudilərin mistik kitabı 

"Zoqar" fövqəltəbii gerçəkliyin quruluşu barədə informasiya deyil,dilinin anatomiyasıdır və 

yəhudi xalqının mentallığını yaradan sonsuz oxu üçündür. 

    


   Kitabxanaya səyahət zaman-məkan üzrə səyahətdir.Borxes kitabxanadan yazı masasına qayıdır 

və bu qayıdış o qədər çox təkrarlanır ki,yazıçı gözlərinin nurunu itirir.Korluq onu adi qocalıq 

xəstəliyindən mifik simvol səviyyəsinə qaldırır, çünki peyğəmbərlərin,görücülərin,şamanların 

zahiri gözə ehtiyacı olmur. 

    

   Əlyazma Kamal Abdullanın fərdi məkan obrazıdır,məhz Yazıda 



(əlyazmada,gündəlikdə,istintaq protokolunda) bədii ifadə resuslarını gerçəkləşdirir. 


 

65 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

    


   Əlyazma,gündəlik, protokol Kamal Abdulla poetikasında yaradıcı subyektivliyin 

strukturunu,ilk növbədə şəxsiyyət ideyasını,hətta deyərdim ki,dil davranışı tipini ifadə edir.  

    

   K.Abdulla yaxşı bilir ki, Əlyazmada istənilən epizodun,hadisənin və təsvirin kombinasiyası 



mümkündür. Əlyazma məkanın zamana çevrilmə formasıdır. 

    


   Əlyazma sözlərin,düşüncələrin qeydə alınmasıdır. Düşüncə salnaməsidir.Əlyazmada fikir 

maddiləşir.Çevrilmə (metamarfoza) və inversiya Yazının əsas prinsiplərdir. 

    

   O, əsərlərində "katib-yazar" arxetipini gerçəkləşdirir,özünü əlyazmaların üzünü 



köçürən,qeydlər aparan katib obrazında görür.Dədə Qorqudu da elə səciyyələndirir.Dədə Qorqud 

"bəlkə də ilk istintaq prosesinin yeganə katibidir,başqa sözlə desək,yazardır.İstintaqın gedişi 

zamanı etdiyi qeydlər,apardığı müşahidələr gələcəkdə yazacağı möhtəşəm Dastanın eskizləri 

kimi də dəyərləndirilə bilər" 

    

   K.Abdulla da Borxes kimi oxu prosedurunun faktiki olaraq mifoloji ayinlə eyniləşdirir 



(Məsələn "Yarımçıq əlyazma"nın üç dəfə oxunuşu olur.Magik oxu aktından sonra "açar" tapılır. 

"...gün Bayandır xan yenə dərgahına özümü yetirib ədəblə baş əyib salamverdim" bu əslində 

əlyazmanın ikinci cümləsi idi") yəni özünü ritual və Mif personajları ilə eyniləşdirir. "Yarımçıq 

əlyazma"da tarixi mədəni miflərdən (Dədə Qorqud və Şah Xətai) doğulur və bu tarixin 

personajları tarixin və taleyin oyun məntiqinə tabe olaraq çıxış edirlər.K.Abdulla tarixin oyun 

modelini yaratmaq üçün Əlyazma metaforasına üstünlük verməli olur 

    

   "Yarımçıq əlyazma" romanı gerçək tarixi hadisəni nəql edən əlyazma əsasında qurulur. 



    

   Epos qəhrəmanlarını sakrallıqdan məhrum edib,onları profan məkana yerləşdirir.Mütləq epik 

keçmiş nisbi keçmiş zamanla əvazlənir. 

    


    Yazı üçün mifoloji, etnomədəni streotipləri mənimsəyir, təxəyyül süzgəcindən keçirir. "Dədə 

Qorqud kitabı "Gizli Dədə Qorqud" kimi yenidən oxunur və yazılır". 

    

   "Kitabi-Dədə Qorqud"un sakral mətn kimi müəllifsiz olması yeni Müəllifin yeni biçimdə 



(Kamal Abdulla) yaranmasına imkan verir. 


 

66 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

    


   Mifoloji oxu magik yazını nəzərdə tutur.Mif və magiya yaratma üsulu kimi Yazın.. ilkin 

resursları olur. "Kitabi-Dədə Qorqud"- "Gizli Dədə Qorqud"- "Yarımçıq əlyazma" mifoloji 

yaradıcılıq üzrə simvolik protokol və instruksiya olur. 

    


   Yaradıcılıq ömrün mətnə reduksiyasıdır, mətnin şərhi isə ömrün deduksiyasıdır. Borxesin 

"uydurulmuş hekayətlər" janrı bu fikrin təsdiqidir. Borxes üçün "uydurulmuş rəvayətlər" 

sözbirləşməsi nə deməkdir? Axı Borxes heç vaxt filoloq alim kimi çıxış etmir,onun bütün 

rəvayətləri bədii uydurmadır.O öz hekayələrində "uydurma" sözünü xususi qabardır və buna da 

bir əsası var: uydurma yaradıcılıq deməkdir. K. Abdullanın bədii "uydurmalarını" buraya şamil 

etmək olar.  

    

   Nümunə üçün Borxesin "Üç satqın və qəhrəman" hekayəsini götürək. Hekayənin predmeti-



1824-cü ildə Britaniya hökmranlığına qarşı üsyanda güllələnmiş irland qiyamçısı qəhrəman 

Ferqüs Kilpatrikin nəticəsi Rayenin söyləməsidir.Babasının ölümünün yüzilliyi münasibəti ilə 

Rayen kitab yazır,məşhur əcdadının ölüm səbəbini bərpa etməyə çalışır və gözlənilməz nəticəyə 

gəlir: Kilpatrik edam olunub,onu qiyamçılar üsyan ideyasını xəyanət etməkdə suçlayaraq edam 

edirlər.Kilpatrik hökmlə razılaşır,ancaq elə ölüm xahiş edir ki,Vətənin azadlığı uğrunda 

mübarizəyə xidmət etsin.Onda onun əski dostu Nolan,Şekspirin tərcüməçisi ingilis 

dramaturqundan plagiatlıq edərək,edam ssenarisi yaradır.Klipatrik və qiyamçılar həvəslə Dublin 

küçələrində "Maqbet" və "Yuli Sezar"dan səhnələrlə Nolanın planlaşdırdığı situasiyalar 

oynayırlar.Teatr lojasında tamaşaya qoyulmuş qəhrəman və satqının ölümü xalqın səbr kasasını 

doldurur və üsyan qələbəylə başa çatır. 

    

   Borxes hekayəni belə yekunlaşdırır: "Nolanın Şekspiri təqlid edən passajlar dramatikliyi 



zəifdir;Royen şübhələnir ki müəllif ona görə əlavə edib ki,gələcəkdə kimsə həqiqəti bilsin.Royen 

başa düşür ki,Özü də Nolan fikrinin bir hissəsidir... Uzun düşüncələrdən sonra öz tapıntısı 

haqqında susmağa qərar verir.O,qəhrəman töhmətləndirən kitabı nəşr edir:ola bilsin,bu da 

nəzərdə tutulubmuş".(Borxes X.L. Soç. T.1.S.342) 

    

    Mədəni artefaktın (kitab və əlyazma) şərhi (interpretasiyası) X.L.Borxes və K.Abdulla 



hekayələrinin strukturun əsasını təşkil edir: uydurma ideyanın konturlarını 

müəyyənləşdirir.İdeyanın,fikrin mənasını anlamaq ssenarini müəyyən epizoda,situasiyaya 

(K.Abdullada "sirrə"qədər) qədər genişləndirmək,ideyanın sosio-mədəni və mətn mənbələrini 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə