Azərbaycan respublikasinin qanunu



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə25/33
tarix08.09.2018
ölçüsü1,16 Mb.
#67141
1   ...   21   22   23   24   25   26   27   28   ...   33

 

67 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

(Məsələn: "Yarımçıq əlyazma" romanının girişində əlyazmanın nömrəsi göstərilir: Yarımçıq 

əlyazma A-21/733". Əlyazma Milli Əlyazmalar İnstitutunun (Fondunun) orta əsrlər şöbəsinin 

kataloqundan tapılır.Əlyazma ilə bağlı "525-ci qəzet"də elan verilir.)İnterpretasiya gerçək həyat 

epizodunun təsvirinə çevrilir. 

    


   Kamal Abdullada və Borxesdə mif yaratma mexnizmlərindən biri də yuxudur.Borxes "Kolricin 

yuxusu" essesində yuxuda yaradıcılıq hadisəsi haqqında yazır.Kublaxan və Kolric ədəbi 

arxetiplə bağlı olur. 

    


   XIII ərsdə monqol imperatoru yuxusunda saray görür və onu yuxusunda gördüyü kimi tikir

XVIII əsrdə ingilis şairi həmin tikilinin yuxudan yarandığını bilmədən yuxusunda həmin saray 

haqqında poemanı görür... Ola bilsin ki,insanların bilmədiyi arxetip,əbədi obyekt (Uaytxedin 

terminilogiyasında) tədricən dünyaya daxil olur;onun ilk təzahürü-saray,ikincisi poemadır" 

(Borxes X.L, T.2s.21-22). 

    


   K.Abdulla "Adaşlar" hekayəsinin əsasında yuxu arxetipi durur. 

    


   Kitabxana və Əlyazma, Mif və Yuxu yaradıcılıq işidir.Borxes də,K.Abdulla da dünyanın 

tənhalərı idilər. "Bu dünyada ən böyük tənhalıq bəlkə də fikrin,düşüncənin tənhalığıdır."... 

R.Rövşən bu sözləri K.Abdullanın esseləri ilə bağlı demişdi, düşünürəm ki, bu sözlərin bizim 

yazıya da dəxli var... 

    

    


Rüstəm Kamal 

 

 



 

 

 



 

 

 



 

 



 

68 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

 

Xorxe Luis Borxes: 

  

“Dil estetik amildir və minlərlə insanın əsəridir” 

 

 



Məşhur Argentina yazıçısı Xorxe Luis Borxeslə (1899-1986) ondan heç də az 

məşhur olmayan Amerika yazıçısı və ədəbiyyatşünası Süzan Zontaqın (1933-2004) 

söhbəti. 

 

Süzan Zontaq: İstərdim ki, bir çox yazıçıların yaradıcılığına göstərmiş olduğu təsir 



haqda nə düşündüyünü Borxes özü anlatsın.  

 

Hərçənd bilmirəm ki, onun özü belə bir təsirin doğrudan da olduğunu qəbul 



edirmi?  

 

Axı Borxes öz yaradıcılığı haqqında, hər zaman təvazökarcasına danışır… 



 

Xorxe Luis Borxes: Bu təvazökarlıq deyil, sadəcə, mən sağlam düşünürəm.  

 

Bu qədər məşhur olmağım özümə də təəccüblü gəlir. Heç vaxt, belə bir şey haqda 



düşünməmişəm.  

 

Mənə şöhrət o zaman gəldi ki, artıq yaşım əllini xeyli ötmüşdü. Məni – birdən 



gördülər.  

 

Beləliklə mən diqqət çəkməyən adi həyatımla vidalaşmalı oldum.  



 

Məşhurluğa təzəcə alışıram və görürəm ki, şöhrət məndən dəhşətli dərəcədə çox 

enerji alır. Ətrafımda müşahidə etdiyim alicənablıq da məni heyran edir.  

 

Hərdən mənə elə gəlir ki, mən – indi kifayət qədər geniş yayılan mövhümi 



təsəvvürlərin bir növünü özümdə təcəssüm etdirirəm.  

 

Və hər an aşkarlana bilər ki, mənim məşhurluğum saxtadır, fırıldaqçıyam. Amma 



hətta belədirsə də, bu mənim özümdən asılı olmadan belədir.  

 

S. Z.: Adətən, siz başqa yazıçılar haqqında heyranlıqla bəhs edirsiniz. Xüsusən də, 



keçmişin yazıçıları haqda… 

 

X.L.B: Və xüsusən də Amerika ədəbiyyatının tarixi simalarından.  



 


 

69 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

O yazıçılar ki, mən onlara çox borcluyam. Yeni İngiltərə haqqında və onun 

dünyaya verdiyi dəyərli insanlar haqqında düşünərkən (bəlkə də, bunu nə cürsə 

astroloqlar izah edə bilər) Emmerson, Melvill, Toro, Henri Ceyms, Emii Dikinson 

və bir çox başqaları bir-bir yadıma düşür.  

 

Bəlkə də, onlar olmasaydı, biz də olmazdıq. Axı, biz hardasa, bu Yeni İngiltərə 



ulduz bürcünün əksiyik.  

 

S. Z: Amma, əvvəllər siz daha çox ingilis ədəbiyyatı ilə maraqlanırdınız. 



X.L.B: Bəli, amma ömrümdə ilk dəfə oxuduğum roman Mark Tvenin “Heklberri 

Finn” əsəri oldu.  

 

Sonra isə Preskotun “Meksika və Perunun fəthi” əsəri. Bu günə qədər də onları 



minnətdarlıq hissi ilə xatırlayıram. Fikrimcə, yazıçıya bəşəriyyətin bütün keçmişi 

təsir göstərir. 

 

Təkcə hansısa ölkənin mədəniyyəti, hansısa dil yox, hətta oxumadığı və dil 



vasitəsilə ona gəlib çatan müəlliflər də təsir edir.  

 

Çünki dil estetik amildir və minlərlə insanın əsəridir. 



 

S. Z: Sizi ingilis və amerikan ədəbiyyatlarından başqa hansı ölkənin ədəbiyyatı 

maraqlandırır?  

 

X.L.B.: İlk öncə, skandinav ədəbiyyatı, saqalar, island ədəbiyyatının qədim 



dövrü…  

 

Bilirsiniz, bütün ədəbiyyat gözəldir. Məsələn, Verlensiz, Hüqosuz bir dünya 



təsəvvür etmək – çox kədərli olardı. Niyə özümüzü nədənsə məhrum edək ki? 

Kitabxana asketi olmaq nədən ötrü lazımdır?  

 

Kitabxanalar bizə daimi səadət bəxş edirlər – mümkün olan səadət! Məsələn, əgər 



mən Robinzon Kruzo olsaydım, özümlə adaya götürəcəyim kitab Bertran Rasselin 

“Qərb fəlsəfəsinin tarixi” olardı.  

 

Və yəqin ki, bu mənə kifayət edərdi. Amma, daha yaxşı olardı ki, mənə özümlə 



ensiklopediya götürməyə izn verəydilər.  

 

Axı, mənim kimi hər şeylə maraqlanan veyil adam üçün ən yaxşı mütaliə vasitəsi 



elə ensiklopediyadır.  

 

Özü də fərqi yoxdur, bu, ən qədim ensiklopediya – Plininin ensiklopediyası da ola 



bilər, Britaniya və ya Avropa ensiklopediyası da.  


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə