Azərbaycan respublikasinin qanunu



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə23/33
tarix08.09.2018
ölçüsü1,16 Mb.
#67141
1   ...   19   20   21   22   23   24   25   26   ...   33

 

61 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

- Melodramatik bir fikir məni tərk etmirdi- bəlkə də onu yandırmaqla məhv etmək mümkündür. 

Axırda onu Madriddə təxəllüslə dərc  etdirdim. Kitab istedadsızcasına təqlid hesab olundu

müəllifisə məşhur yazıçını yamsılamaqda günahlandırdılar. 

- Təəccüblü heç nə yoxdur, - əlavə etdim. – Hər bir yazıçı onda ölür ki, özünün istedadsız 

şagirdinə çevrilir. 

- Elə əsas bu kitab da məni bura gətirdi. Qalanlarısa qocalıq zəifliyi, sənə ayrılmış vaxtı 

yaşamaq… 

- Mən bu kitabı yazmayacam, - inamla dedim. 

- Yazacaqsan. Mənim sözlərim yadında yalnız yuxu xatirələri kimi qalacaq. 

Onun öyüdverici səs tonu məni qıcıqlandırırdı, mənim mühazirələr oxuduğum tonun eyni idi. 

Məni qıcıqlandırırdı ki, biz onunla bu qədər  bənzərik və o, ölümlə yaxınlığının verdiyi 

cəzasızlıqdan açıq-aşkar istifadə edir. Ondan əvəz çıxmaq üçün soruşdum: 

 

- Deməli, sən əminsən ki, öləcəksən? 



- Hə, - cavab verdi – Heç vaxt duymadığım rahatlıq və sakitlik hiss edirəm. Təəssüratlarımı ifadə 

edəcək söz yoxdur. Yalnız ayrıca, bölünmüş  təcrübəni ifadə etmək olar. Mənim sözlərim niyə 

sənə belə toxunur? 

- Çünki biz həddindən artıq oxşarıq. Mənimkinin karikaturası olan üzündən, səsimə bənzəyən 

səsindən, təmtəraqlı danışıq tərzindən özümü  pis hiss edirəm. Çünki bunlar mənimdir. 

- Mən də, - cavab verdi. – Ona görə də intihar etmək qərarına gəldim. 

Bağda quş qısa cəh-cəh vurdu. 

- Sonuncu, - o dedi. 

Jestlə məni özünə tərəf çağırdı. Əli mənim əlimi axtarırdı. Bizim bir olacağımızdan 

ehtiyatlanaraq əlini geri itələdim. O dedi: 

- Stoiklər öyrədirlər ki, həyatdan şikayət olmamalıdır, həbsxana qapıları açıqdır. 

Bunu həmişə hiss edirdim, amma tənbəllik və qorxaqlıq məni saxlayırdı. İki həftə əvvəl Da 

Platada “Yeneida”nın 6-cı kitabı haqda mühazirə  oxuyurdum.  

Birdən heksaedr ucadan səsləndi, nə etməli olduğumu başa düşdüm.  

Qərara gəldim. Bu andan etibarən özümü dözümlü, sınmaz hiss etdim.  

Mənim taleyim səninki olacaq, latın dili və Vergiliya sayəsində qəfil açılışlar edəcəksən, iki ayrı-

ayrı vaxtlarda və ayrı-ayrı məkanlarda olan bu  bəsirət dialoqunu unudacaqsan.  

Bu yuxunu yenidən görəndə artıq mən və mənim yuxum olacaqsan. 

- Bu yuxunu unutmayacam və elə sabah qələmə alacam. 



 

62 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

- Bu yuxu sənin yadında uzun müddət, başqa yuxuların qalınlığı altında qalacaq. Yazanda onu 

fantastik hekayəyə çevirmək könlündən  keçəcək, amma bu, sabah yox, uzun illər sonra baş 

verəcək. 

O artıq danışmırdı, anladım ki, öldü. Necə oldusa, mən də onunla birgə öldüm; kədərli halda 

yastığına doğru əyildim, amma artıq çarpayıda  kimsə yox idi. 

Otaqdan bayıra yüyürdüm. Orda nə içəri həyət vardı, nə mərmər pilləkən, nə iri malikanə, nə 

evkalipt ağacları, nə heykəllər, nə çardaqlar,  nə fəvvarələr, nə də Adroqda qəsəbədəki 

malikanəni çəpərləyən geniş darvazalar.  

Orda məni gözləyən başqa yuxular vardı.  

_______________________ 

*Kantorka- ayaq üstə və ya oturub işləmək üçün hündür stol 

* oberton- əsas tona xüsusi rəng verən əlavə ton 

 

Çevirdi: Gülşən Cəbiyeva 



http://cebiyeva.azeriblog.com/2007/07/24/xlborxes-25-avqust-1983-cu-il-2-2-2 

http://www.azadliq.org/content/article/2099987.html 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

63 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

 

X.L.Borxes və K.Abdulla: kitabxana və əlyazma 



 

("Kamal Abdulla: yaddaşın mifologiyası" kitabından) 

 

Bir dəfə mən ondan azad olmağa çalışdım və ucqarların mifologiyasını zaman və məkanla oyuna 



dəyişdim.İndi bu oyunlar da Borxesə məxsusdur,mən isə yenisini uydurmalıyam.Və ona görə 

mənim həyatım qaçışdır və hər şey mənim üçün itkidir,hər şey unudulmağa qalır.Mən 

bilmirəm,bizim hansımız bu səhifəni yazır. 

      


   Xorxe Luis Borxes 

    


      ...Bilirsən, mənə elə gəlir ki, Borxes heç kimə bənzəmir. O birilər bir-birinə 

bənzəyirlər.Borxes isə yox.O birilər bir-birinə ona görə bənzəmirlər ki,onlar oxşar sujetlər 

yazırlar... O birilər ona görə bir-birinə bənzəyirlər ki,ümumiyyətlə sujet yazırlar. 

    


      Kamal Abdulla. 

    


    

   Bu kiçik essenin yazılmasına səbəb K.Abdullanın "Adaşlar" hekayəsindən götürülmüş 

yuxarıdakı epiqrafdır. 

    


   X.L.Borxes ixtisasına görə ədəbiyyatşünasdır,ingilis ədəbiyyatı tarixçisidir.İngilis 

ədəbiyyatının ruhunu,refleksiyasını dərindən mənimsəmiş yazıçıdır.O,Şərqə,ekzotikaya maraq 

göstərir,onun personajları ərəblər,farslar,yəhudilər,hindlilər,çinlilər olur. "Min bir gecə"nin 

ingilis tərcümələr Çin ensiklopediyasının" ingilis nəşri haqqında ingilis tarixçisinin şərhində İran 

sufilərinin görüşləri haqqında yazır. 

    


   K.Abdulla da filoloqdur,dilçidir,Qorqudşünasdır. "Kitabi-Dədə Qorqud" və yunan mifləri onun 

sistemli araşdırmalarının obyektidir.Dədə Qorqud onun həmişəlik ədəbi-bədii personajına 

çevrilir.K.Abdulla inamla( və inadkarlıqla) "Dədə Qorqud obrazlarını,yunan miflərini 

Azərbaycanın ədəbi-bədii kontekstinə daxil edir. 

    



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə