Azərbaycan respublikasinin qanunu



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə31/33
tarix08.09.2018
ölçüsü1,16 Mb.
#67141
1   ...   25   26   27   28   29   30   31   32   33

 

81 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

Zaman keçdikcə bədii-obrazlı fikrin elmi prinsiplərə yiyələnməsi prosesi genişlənmiş və 

şaxələnmişdir: bir qayda olaraq modernist cərəyanlardan hərəsi özünü elmin və texnologiyanın 

bilavasitə konkret bir sahəsi ilə bağlanmış elan edirdi. Belə ki, futurizm özünün timsalında bədii 

fikri müasir texnologiyanın əlavəsi hesab edir, sürrealizm poetik dünyaduyumu psixoanalizin 

təhtəlşüur konsepsiyası təməlində dərk etməyə çalışır, əsl və yeganə gerçəklik hesab etdiyi 

fövqəlgerçəkliyi məhz şüuraltının adekvat inikası əsasında mümkün olması ideyasını təsdiq edir, 

kubizm isə artıq öz adında həndəsə elmi ilə bağlılığını ön plana çəkirdi. 

 

XX əsrin aparıcı modernist cərəyanları arasında ekzistensializm bəlkə də yeganə bədii 



konsepsiya idi ki, dünyanın elmi dərk formalarını qətiyyətlə rədd edirdi. Lakin bu da bir 

həqiqətdir ki, “təmiz” ekzistensialist bədii ədəbiyyatın nümunələri, məsələn, J.-P.Sartrın 

romanları və pyesləri ekzistensialist fəlsəfənin bədii illüstrasiyasından başqa bir şey deyildilər, 

yəni əslində tətbiqi səciyyəyə malik idilər. 

 

Lakin ümumiyyətlə XIX əsrin ortalarından başlayaraq həqiqətən də dərin böhrana məruz qalmış 



insanı adekvat şəkildə təcəssüm etmək iqtidarında olmayan bədii fikrin özü uzun əsrlər boyu 

formalaşmış, cilalanmış, öz sahəsində həqiqətən kamil dünyanı dərk alətinə çevrilmiş 

prinsiplərindən imtinası və onları elmi-texnoloji prinsiplərin surroqatı ilə əvəz etmək cəhdi göz 

qabağındadır. Eyni zamanda, XX əsrin ortalarına kimi təbiət elmləri dünyanın bədii dərkini, 

habelə humanitar elmləri, onların özümlü xüsusiyyətləri ilə bağlı təhlil prosesini riyazi metodları 

prinsipial şəkildə tətbiq edə bilmədiklərinə görə qeyri-elmi hesab edir, onlara yuxarıdan aşağı 

baxırdı. 

 

Düzdür, bununla yanaşı A.Eynşteynin özünün bir mütəfəkkir və bir alim kimi formalaşmasında 



dövrünün məşhur fiziklərinin elmi konsepsiyalarından daha artıq F.Dostoyevski ədəbi 

yaradıcılığının təsir göstərməsi haqqında etirafı və yaxud N.Borun kosmik harmoniyalarını 

təcəssüm etməyin dəqiq elmlərə yox, incəsənətlərə nəsib olması ilə bağlı mülahizəsi mövcud idi. 

Lakin bu tipli gəlişigözəl deyimlər incəsənətin təbiət elmləri ilə bərabər hüquqlu, adekvat 

dünyanı - dərk üsulu olmasını təsdiq etməkdən daha çox, ona tərəf bir reverans idi, şikəst balanı 

oxşayaraq onun könlünü almaq idi. Hətta bədii ədəbiyyatsız keçinə bilməyən psixoanaliz də 

bədii nümunələrdən illüstrativ material kimi istifadə edirdi. Belə ki, Z.Freyd və K.Yunq bədii 

nümunələrə bol-bol müraciət edərək öz konsepsiyalarının bu və digər müddəasını sübuta 

yetirmək məqsədini güdürdülər. 

 



 

82 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

Alman filosofu V.Vindelband gerçəkliyi dərk etmənin metodları baxımından təbiət elmlərinin və 

humanitar elmlərin diametral şəkildə bir-birindən fərqli olmasını nəzərə alaraq göstərir ki, 

birincilər hadisələr arasında sabit və təkrar olunan əlaqələrin mövcudluğu faktından çıxış edərək 

ümumi qanunları üzə çıxarmaq iddiasındadır, ikincilərsə yalnız ayrı-ayrı faktları bir-birindən 

təcrid olunmuş şəkildə təsbit etmək məqsədini güdürlər. V.Vindelbandın dediklərini inkişaf 

etdirərək Q.Rikkert təbiət elmlərinin ümumiləşdirici metodlara, humanitar elmlərin isə 

fərdiləşdirici metodlara söykəndiyini iddia edirdi. Klassik təbiətşünaslıq özünün metodologiyası 

əsasında vahid, təkrarolunmaz, fərdi səciyyəli hadisənin mümkünlüyü ideyasını istisna edir və 

onu humanitar elmlərin müstəsna səlahiyyəti hesab edirdi. 

 

Bütün humanitar yönümlü elmlərin metodoloji məhvəri rolunu oynayan tarixə münasibət 



xüsusilə mənfi idi. Q.Rikkertin fikrincə, tarix əsl elm deyil; elm ilə tarix dünyanı dərkin iki bir-

birinə zidd qütbüdür. Belə hesab olunurdu ki, hər hansı bir elmi qanunauyğunluq yalnız eyni 

şərtlər gözlənildikdə təkrar-təkrar aparılan eksperimentlər həmişə eyni nəticəni verdiyi halda üzə 

çıxarıla və tətbiq oluna bilər. Məsələyə bu nöqteyi-nəzərdən yanaşdıqda tarix sözün mütləq 

mənasında elm deyil. Tarixin təbiət elmləri kimi eksperiment aparmağa imkanı yoxdur, çünki o, 

yalnız bircə dəfə baş vermiş hadisələri, bircə dəfə dünyaya gəlib dünyadan köçmüş şəxsiyyətləri 

təsvir və tədqiq etməklə məşğuldur. Əgər bu belədirsə - bu bir həqiqətdir! - tarixi faktlar əsasında 

ümumiləşdirmələr aparmaq, hansı isə bir qanunauyğunluq üzə çıxarmaq mümkün deyil. “Tarixin 

bircə dərsi var, o da onun heç bir dərs verə bilməməsidir” aforizmi də tarixə məhz bu münasibət 

əsasında formalaşmışdır. 

 

Qəribə burasındadır ki, naqislik kompleksi xəstəliyinə yoluxmuş humanitar elmlər metodoloji-



nəzəri imkanlarına olan bu nihilist münasibəti nəinki dəf etməyə cəhd göstərməmiş, əksinə, yeri 

gəldi-gəlmədi, insanla və cəmiyyətlə bağlı faktların mahiyyətini aydınlaşdırmağa kömək etdi-

etmədi, itaətkarcasına təbiət elmlərinin dünyanı dərk etmə metodologiyasına uyğunlaşmağa, 

ağına-bozuna baxmadan riyazi düsturlardan istifadə etməyə çalışırdılar. Bu halda humanitar 

elmlərin tədqiqat obyektinin spesifikliyi və onların araşdırılması prosesində məhz özünəməxsus 

metodoloji prinsiplərin tətbiq olunması zəruriyyəti yaddan çıxırdı. Bu isə, sözsüz ki, səmərəli 

nəticələrin əldə olunmasına mane olurdu. Təbiətinə yad olan metodlardan istifadəyə uyan 

humanitar fikir nəinki uğur qazana bilmir, əksinə, dəqiqləşmək əvəzinə yayğınlaşır, ənənəvi 

üsullarla əldə etdiyi mövqelərini də itirirdi. 

Lakin keçən əsrin 70-ci illərində, demək olar ki, eyni zamanda həm təbiət, həm də humanitar 

elmlərdə paradiqma, yəni müəyyən tarixi dövr ərzində elmi ictimaiyyət tərəfindən müxtəlif 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə