Azərbaycan respublikasinin qanunu



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə7/33
tarix08.09.2018
ölçüsü1,16 Mb.
#67141
1   2   3   4   5   6   7   8   9   10   ...   33

 

18 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

Nəhayət bu dəhşətli qarabasmaları beynimdən qovanda əllərim bağlı halda dağın dik yamacında 

qazılan və adi qəbirdən o qədər də fərqlənməyən uzunsov oyuqda olduğumun fərqinə vardım. 

Oyuğun kənarları nəm idi, divarlarını insan əllərindən daha çox zamanın cilaladığı sezilirdi. 

Ürəyimin sinəmdə bərk-bərk döyündüyünü, susuzluğun isə az qala bütün bədənimi yandırdığını 

aydın hiss edirdim. Oyuqdan kənara boylanıb zəif səslə qışqırdım. Dağın ətəyində, qumların və 

zibil qalaqlarının arasından burula-burula bulanıq sulu irmaq axırdı. İrmağın qarşı tərəfində isə 

doğan, bəlkə də batan günəşin şəfəqləri altında Ölməzlər Şəhəri bərq vururdu. Bəli, bu həmin 

şəhər idi. Başqa cür ola bilməzdi. Mən divarları, tağları, frontonları və meydanları görürdüm. 

Şəhər özülə bənzəyən sal daşdan ibarət yamacın üzərində yüksəlirdi. Uzandığım oyuq kimi 

yüzlərlə əyri-üyrü oyuq dağın ətəyinə və vadiyə səpələnmişdi. Qumluqda o qədər də dərin 

olmayan quyular gözə dəyirdi. Ətrafdakı oyuqlardan və çalalardan dəriləri bozarmış, saqqalları 

pırtlaşıq çılpaq adamlar çıxırdılar. Mənə elə gəldi ki, onları tanıyıram. Onlar Ərəb körfəzinin 

sahillərinə və efiopların mağara tipli yaşayış məskənlərinə basqınlar düzəldən vəhşi, qəddar 

troqlodit tayfasından idilər. Gördüyüm adamların danışa bilmədiklərini və ilan əti yediklərini 

eşitsəydim, qətiyyən təəccüblənməzdim.  

Susuzluq məni taqətdən saldığından cəsarətlənmişdim. Fikrimdə hesabladım: irmağın qumlu 

sahili təxminən otuz futluq məsafədə idi. Gözlərimi yumub əllərim arxada bağlı halda yamac 

boyu üzü aşağı yuvarlanmağa başladım. İrmağa çatan kimi əzilib qana bulaşmış dodaqlarımı 

bulanıq suya dirədim. Vəhşi heyvanlar suvatdan su içən kimi içirdim. Yenidən huşumu itirib 

sayıqlamağa başlamamışdan əvvəl nədənsə yunan dilində „Ezerin suyundan içən varlı Zela 

sakinləri” sözlərini təkrarlayırdım. 

İrmağın kənarında neçə gün neçə gecə qaldığımdan xəbərsizəm. Yamacdakı oyuğa qayıtmağa 

taqətim çatmadığımdan miskin, lüt-üryan vəziyyətdə naməlum sahildə uzanıb başıma nə 

gələcəyini gözləyirdim. Günəşin və ayın həyatımla amansızcasına oynadıqlarının fərqində 

deyildim. Cahillikləri ucbatından uşaq kimi sadədil olan troqloditlər isə nə yaşamağıma, nə də 

ölməyimə kömək edirdilər. Əbəs yerə onlara məni öldürüb canımı əzabdan qurtarmaq üçün 

yalvarırdım. Nəhayət günlərin birində qollarıma vurulmuş qandalları qayanın sivri kənarına 

çırpıb qıra bildim. Ertəsi gün isə mən-bir vaxtlar Roma legionunun hərbi tribunu olan Mark 

Flamini Ruf ilk murdar ilan əti tikəsini oğurladım, bəlkə də sədəqə kimi aldım... 

Ölümsüzləri görmək, fövqəlbəşərlərin yaşadıqları Şəhərin daşlarına toxunmaq ehtirası 

düşüncəmə hakim kəsilmiş, yuxum ərşə çəkilmişdi. Elə bil vəhşilər də niyyətimi başa 

düşmüşdülər. Gözlərinə yuxu getmirdi. Əvvəlcə məni güddüklərini sezdim. Sonra sanki 

narahatlığım onlara da sirayət etdi. Adətən belə həssaslıq itlərdə olur. Vəhşilərin məskənini ən 

hərəkətli vaxtda-qürub çağı tərk etməyi qərara aldım. Adətən bu saatlarda onlar günlərini 



 

19 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

keçirdikləri çalalardan və oyuqlardan çıxır, korşalmış gözləri ilə batan günəşə tamaşa edirdilər. 

Uca səslə dua oxumağa başladım. Var gücümlə qışqırmaqdan məqsəd Allahın mərhəmətini 

qazanmaqdan daha çox ətrafdakı insan sürüsünü qorxutmaq idi. Sonra zibil qalaqlarının 

arasından burula-burula axan kiçik irmağı keçib Şəhərə üz tutdum. Vəhşilərdən ikisi, ya üçü 

gözə görünməməyə çalışaraq dalımca gəlirdilər. Digər tayfadaşları kimi onlar da balaca boylu 

idilər. Adama qorxudan daha çox ikrah hissi təlqin edirdilər. Əyri-üyrü qazılmış bir neçə 

bünövrənin yanından keçdim. Fikrimcə onlar köhnə daş karxanaları idi. Şəhərin böyüklüyündən 

gözlərim alacalanmışdı. Onun yaxında olduğunu zənn edirdim. Amma düşündüyüm kimi 

deyilmiş. Yalnız gecə yarısı Şəhər divarlarının qara kölgəsinə gəlib çata bildim. Bu kölgələr qum 

üzərində heyrətamiz sirli naxışlar salmışdılar. Müqəddəs bir qorxu içərisində quruyub 

qalmışdım. Birdən-birə qarşıma çıxan Şəhər və gecə vaxtının səhrası o qədər yad, o qədər 

qorxunc idi ki, bura qədər gizlicə dalımca gələn vəhşini görəndə sevincimi gizlədə bilmədim. 

Qumda uzanıb gözlərimi yumdum, yuxuya getmədən səhərin açılmağını gözləməyə başladım.  

Şəhərin nəhəng sal qaya üzərində salındığını artıq demişdim. Bu qayanın dairəvi sərt yamacları 

da Şəhərin qala divarları kimi keçilməz idi. Yorğunluqdan ayaq üstə güclə dayanırdım. Nə qədər 

axtarsam da, nə qara qayada ayaq qoymağa bir yer, nə də hamar divarda qapıya bənşəyən bir 

keçid görə bilirdim. Günortanın dəhşətli bürküsü məni yaxınlıqdakı mağarada gizlənməyə 

məcbur etdi. Mağaranın içərisində quyu vardı, onun dərinliklərinə doğru pilləkən enirdi. 

Pillələrlə aşağı düşdüm. Çirkli, dolaşıq keçidlərdən adlayıb tağlı tavanı olan bir otağa çıxdım. 

Qaranlıqda divarları güclə seçə bilirdim. Yerin altındakı bu otağın doqquz qapısı vardı. Onların 

səkkizi adamı labirintin içərilərinə aparır və aldadıcı yollarla geri qaytarırdı. Yalnız sonuncu-

doqquzuncu qapıdan labirintlər vasitəsi ilə digər otağa keçmək mümkün oldu. Əvvəl düşdüyüm 

yer kimi bura da dairəvi idi. Yerin altındakı belə sərdabələrin dəqiq sayını xatırlamıram. 

Üzləşdiyim uğursuzluqlardan, keçirdiyim həyəcan dolu anlardan sonra bəlkə də bu say mənə 

həqiqətdə olduğundan daha çox görünürdü. Hər tərəfə vahiməli sükut hakim kəsilmişdi. Yerin 

dərinliyindəki bu daş koridorlarda heç bir səs-səmir eşidilmirdi. Yalnız haradan əsdiyi 

bilinməyən yeraltı küləyin xəfif uğultusunu, bir də qayaların arası ilə axan paslı suyun zəif 

şırıltısını fəhm eləmək mümkün idi. Mən dəhşət içərisində bu yeni, əcaib dünyaya alışdığımı 

anlayırdım. Artıq doqquz qapılı sərdabədən və qarmaqarışıq labirintlərdən başqa hər hansı bir 

dünyanın mövcud olduğuna inana bilmirdim. Yerin altında nə qədər gəzib dolaşdığımı 

xatırlamıram. Yalnız bir şey yadımdadır: dolaşıq keçidlərdə canımın hövlündən ora-bura 

vurnuxanda bir vaxtlar dünyaya göz açdığım şəhər, yoxsa vəhşilərin ürəkbulandıran qəsəbəsi 

üçün daha çox darıxdığımı kəsdirə bilmirdim.  




Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə