Azərbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 476,43 Kb.
Pdf görüntüsü
səhifə12/16
tarix02.10.2017
ölçüsü476,43 Kb.
#2675
1   ...   8   9   10   11   12   13   14   15   16

 

32

onların    ifadəlilik    dərəcəsi    müəyyənləşdirilir.  Deməli,  estetik    qiymətləndirmə  



məmulatların    həqiqi    dəyər    mahiyyətini    və    onun    formada    ifadəsini  

müəyyənləşdirməyə  imkan  yaradır. 

 

         Estetik    qiymətləndirmənin    obyekti    məmulatların    estetik    mahiyyətidir.  Bu  



isə    məmulatın    hissiyyatla    qəbul    olunan    dəyər    səviyyəsinin    onun    texniki  

təkmilləşməsinə,  məqsədəuyğunluğuna,  faydalılığına,  istifadəyə    əlverişli    olmasına  

uyğunluğunu  göstərir.  

         Estetik    qiymətləndirmənin    subyekti    ekspert    komissiyasıdır.  Ekspert  

komissiyası    texniki    estetika    üzrə    səriştəli    mütəxəssilərdən    (onların    bədii  

layihələndirmə,  sənaye    məhsullarının    keyfiyyətinin    qiymətləndirilməsi  sahəsində   

geniş  iş  təcrübəsi  olmalıdır)  təşkil  olunur. Bir  qayda  olaraq  ekspert  komissiyası  

iki  bölmədən  ibarət  olur: ekspert  qrupu  və  informasiya – hesablama  qrupu. 

         Ekspert  qrupunun  vəzifəsi  məmulatların  keyfiyyətinin  estetik  göstəricilərini  

təyin  etməkdir. 

         Ekspertiza    vaxtı    yerinə    yetirilən    bütün    qalan    işlər    (cədvəllərin    tərtib  

olunması, nəticələrin  tərtib  olunması  və  işlənməsi, müxtəlif  hesablamalar  və  s.)  

informasiya – hesablama  qrupu  tərəfindən  yerinə  yetirilir. 

         Ekspert    qrupu    10  -  12    nəfər    yüksək    ixtisaslı    mütəxəssisdən  –  rəssam  

konstruktorlardan,    bədii    layihələndirmə    sistemində    fəaliyyət    göstərən  

arxitektorlardan,  sənaye    sənətşünaslarından,  texniki    estetika    kurslarını    bitirmiş  

sosioloq  və  erqonomistlərdən  təşkil  olunur [6]. 

         Hesablama    qrupu    rəhbərdən,  iki  -  üç    texniki    işçidən,  katibdən,  ekspert  

qrupundan    dəvət    olunmuş    bir  -  iki    ekspertdən,  məmulatı    ekspert  komissiyasına  

göndərən    istehsalçı  -  təşkilatın    nümayəndəsindən    təşkil    olunur.  Ekspert  

komissiyasına    sədr    rəhbərlik    edir;  hesablama    qrupunun    rəhbəri    eyni    zamanda  

komissiya  sədrinin   müavinidir,  hesablama  qrupunun  katibi   isə  həm  də  ekspert  

komissiyasının  katibidir. Beləliklə, ekspert  komissiyasının  tərkibinə  16 – 19  nəfər  

daxil  olur. Ekspert  komissiyasının  strukturu  şəkildə  təsvir  edilmişdir  (şəkil 3). 

        İstehlak  mallarını

 

  estetik    qiymətləndirilmə    üçün    etalonun    seçilməsi  



qiymətləndirilmənin    məqsədindən    və    qiymətləndirilmə    obyektinin  


 

33

xüsusiyyətlərindən  asılıdır. Əgər  bədii   layihələndirmə,  yaxud  bədii – tərtibat   işi  



qiymətləndirilirsə, etalon  kimi  bu  layihənin  proqnozlaşdırılan  estetik  səviyyəsinə  

cavab  verən  ideal  obyektlər, perspektiv  modellər  və  nümunələr  götürülə  bilər.

 

 

 



 

 

Şəkil  3.  Sənaye    məmulatının    estetik    keyfiyyət    göstəricilərinin  



qiymətləndirilməsi    üzrə    ekspert    komissiyasının    tərkibi    və  

strukturu 

         

 Kütləvi    və    seriyalı    istehsal    olunan    sənaye    məhsulu    qiymətləndirilərkən  

ölkədə    və    xaricdə    istehsal    olunan    ən    yaxşı    analoji    sinifli    və    təyinatlı  

məmulatların  estetik  səviyyəsi  meyar  kimi  qəbul  olunur. 

         Təbiidir  ki, analiz  edilən  məmulat  qabaqcadan  texniki – iqtisadi  və  istismar  

tələblərinə  uyğunluq  baxımından  qiymətləndirilməlidir. 




 

34

         İstehlak  mallarının    texniki-iqtisadi    və    istismar    keyfiyyət    göstəricilərinin  



kompleks    qiymətləndirilməsi    müvafiq    profil    üzrə    mütəxəssislərdən    ibarət 

komissiya    tərəfindən    əvvəlcədən    aparılır.  Bu  qiymətləndirmənin    qəbul    edilmiş  

ölçü    sistemində    ifadə    olunan    nəticələri    ekspert    komissiyasına    onun    işə 

başlamasından  əvvəl  təqdim  olunur.  

 

 

5.  İstehlak  mallarının  estetik    keyfiyyət    göstəricilərinin    təyin  

olunması  məsələlərinin  təhlili

 

 

         Estetik    qiymətləndirmə    qaydası    üç    mərhələyə    bölünür.  Estetik  

qiymətləndirmənin    birinci    mərhələsi    əsas    informasiya-hesablama    qrupu  

tərəfindən  həyata  keçirilir. O, komissiyaya  təqdim  olunan  məmulatı  və  sənədləri  

təhlil    edir,  həmçinin    eskpert    qrupunun    qiymətləndirməyə    hazır    olmasını  

aydınlaşdırır.  Bu    zaman    ekspertlərin    səriştəliliyi    məsələlərinə,  qiymətləndirilən  

məmulatların  və  ya  məmulat  qruplarının  layihələndirilməsi, istehsalı  və  istismarı  

ilə  onların   tanışlığının    yoxlanmasına    xüsusi   diqqət    yetirilir. Bu   çox    vacib   bir  

məsələdir, çünki  bir  tərəfdən  o, ekspert  qrupuna  məlumatlı  mütəxəssislərin  aşkar  

edilməsini,  digər    tərəfdən    ekspertlər    tərəfindən    qiymətləndirilən    məmulatın  

xüsusiyyətlərini  dərindən  dərk  olunmasına  zəmanəti  təmin  edir. 

         Estetik    qiymətləndirmənin    ikinci    mərhələsi    ekspertlər    tərəfindən    təhlil  

olunan    məmulatın    formasının    mükəmməllik    dərəcəsini    təyin    etməyi    nəzərdə  

tutur. 

         Formanın    mükəmməllik    dərəcəsinin    bütövlüyə    görə    qiymətləndirilməsi  



zamanı  ekspertlər  məmulatın  formasını  analiz  edərək  onu  dəyər  sırasını  təşkil  

edən    etalon  –  məmulatların    formaları    ilə    müqayisə    edirlər    və    məmulatın    bu  

sırada  mövqeyinə  görə  formanın  mükəmməllik  dərəcəsinin  qiymətini  tapırlar. Bu  

zaman  məmulatın  formasını  etalon  formaya  “oxşarlıq  dərəcəsi”  yox, onun  qəbul  

edilən  etalona  uyğun  olmalı  mükəmməlliyi  və  ifadəliyi  nəzərə  alınır. 

         Bütövlüyə    görə    qiymətləndirilmədə    0,1    bal    qiymətlərinə    bölünmüş    bal  

şkalasından  istifadə  olunur. Bu  zaman  öz  mükəmməllik  dərəcəsinə  görə  0  bal  

qiymətini  məmulat  onun  forması  pis  məmulatların  səviyyəsinə, 4,0  bal  qiymətini  




Yüklə 476,43 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə