Azərbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 476,43 Kb.
Pdf görüntüsü
səhifə15/16
tarix02.10.2017
ölçüsü476,43 Kb.
#2675
1   ...   8   9   10   11   12   13   14   15   16

 

41

Müzakirəyə    qədər    və    ondan    sonra    qiymətləndirmə    arasında    fərqin  



yaranmasının    iki    səbəbi    ola    bilər,  ya    müzakirə    prosesində    əvvəl    nəzərə  

alınmayan  yeni  informasiya əldə  edilmişdir, ya  da  ekspert  qrupun  təsirinə  məruz  

qalmışdır. Birinci  hal  müsbət  haldır, ikinci  isə  arzuolunmazdır  və  qeyri-obyektiv  

qiymətləndirməyə  gətirib  çıxarır. 

Ekspertlərin  verdikləri  qiymətlərdəki  fərqin  əsl  səbəbini   müəyyənləşdirmək  

üçün  konformluq  ölçüsünün  təyin  edilməsi  təklif  olunur [8]. 

Ekspert   üsulu  ilə istehlak mallarının keyfiyyətinin  qiymətləndirməsi   metodu  

xüsusilə  o  hallar  üçün  müvəffəqiyyətlə  tətbiq  oluna  bilər  ki, məmulatın  tək-tək  

texniki-iqtisadi    göstəricilərinə    görə    onun    istehlak    xassələri    haqda    tam    fikir  

söyləmək  mümkün  olmur.  

Yuxarıda   istehlak  mallarının keyfiyyətinin  ekspert  qiymətləndirməsinin  əsas  

mərhələləri   və    xüsusiyyətləri   şərh  edilmişdir,  lakin  belə  “tam”   qiymətləndirmə  

nadir    hallarda    tətbiq    edilir.  Daha    çox    etibarlı    nəticələri    təmin    edəcək    qədər  

məhdudlaşdırılmış  qiymətləndirmədən  istifadə  olunur.  

 

7. İstehlak mallarının   keyfiyyət səviyyəsinin və  çeşidinin 

proqnozlaşdırılması 

   

Yeni    istehlak  malları

  yaradılarkən  onun  keyfiyyət  göstəricilərinin 

optimallaşdırılması  üçün  əvvəlcə  məmulatın  keyfiyyət  səviyyəsini  xarakterizə  edən 

kompleks  göstəricini  proqnozlaşdırırlar.  Bundan  sonra,  keyfiyyətin  kompleks  baza 

göstəriciləri  işlənib  hazırlanır.  Yalnız  bunlardan  sonra  müvafiq  keyfiyyət  səviyyəli 

yeni  məmulatın  konstruksiyasının  və  hazırlanma  texnologiyasının  işlənib 

hazırlanmasına başlayırlar. 

İstehlak  mallarının  keyfiyyət  səviyyəsinin  proqnozlaşdırılması  keyfiyyət 

haqqında keçmiş vaxt intervalında alınmış məlumatların təhlilinə əsaslanaraq gələcək 

dövr  üçün  (perspektiv)  keyfiyyət  göstəricilərinin  mümkün  qiymətlərinin  təyinidir. 

Başqa sözlə, məhsulun keyfiyyətinin proqnozlaşdırılması keyfiyyəti xarakterizə edən 

ümumi göstəricilərin zamana görə dinamikası və ehtimal olunan qiymətidir. 



 

42

Keyfiyyətin  proqnozlaşdırılmasının  əsas  metodiki  üsulları  tədqiqat  və  normativ 



proqnozlaşdırma üsullarıdır [4]. 

Tədqiqat  (və  ya  axtarış)  proqnozlaşdırılması  əldə  olunan  potensial  imkanlara 

əsaslanır. O, eynitipli məmulatın keyfiyyət göstəricilərinin zamana görə dəyişməsinin 

mövcud  qaydalarının  təhlilini  tələb  edir.  Tədqiqat  proqnozunun  məqsədi 

proqnozlaşdırılan  keyfiyyət  göstəriciləri  haqqında  əldə  edilmiş  məlumatlara 

əsaslanaraq keyfiyyətin alternativ qiymətinin təyin edilməsindən ibarətdir. 

Normativ  proqnozlaşdırmada  məqsəd  hazırda  və  gələcəkdə  baş  verə  biləcək 

(gözlənilən)  məsələləri  həll  etməkdir.  O,  həll  olunacaq  məsələnin  məqsəd  və 

vəzifəsinin formalaşmasına imkan yaradır.  

Normativ  proqnozlaşdırmada  keyfiyyət  göstəricilərinin  normativ  bazaya  malik 

olması  vacibdir.  Belə  normativ  göstəricilər  standartların  müvafiq  tələblərinə,  texniki 

şərtlərə  və  digər  normativ-texniki  sənədlərə  əsaslanır.  Elmi-texniki  tərəqqinin 

nailiyyətlərini  əks  etdirən  normativlərin  qəbulu  və  istehsal  imkanlarının  nəzərə 

alınması perspektivdə  mümkün olan keyfiyyət səviyyəsini proqnozlaşdırmağa imkan 

yaradır. 

Tədqiqi və normativ proqnozlaşdırma aşağıdakı əsas metodlarla həyata keçirilir: 

1) ekstrapolyasiya; 

2) çoxfaktorlu proqnozlaşdırma; 

3) ekspert; 

4) qarışıq. 

Ekstrapolyasiya  dedikdə  ümumi  mənada  müşahidə  sahəsindən  və  kənardan 

alınmış  məlumatların  yayılma  proseduru  başa  düşülür.  Ekstrapolyasiya  metodu 

proqnozlaşdırılma  dövrü  üçün  müəyyən  olunmuş  əlavə  məlumatlardan  ibarətdir. 

Deməli,  ekstrapolyasiya  metodu  prosesin  gələcək  inkişaf  tendensiyasının 

(qanunauyğunluqların) toplanıb saxlanması hipotezinə əsaslanır.  

Ekstrapolyasiya  metodu  ilə  proqnoz  qiymətin  təyini  üçün  baza  dövrünün 

məlumatları  əsasında  alınmış  y  =  f  (t)  tənliyində  vaxta  müvafiq  qiymətlər  verməklə 

funksiyanın axtarılan (proqnoz) qiymətini tapırlar. 




 

43

Proqnozlaşdırılan keyfiyyət göstəricilərinin zamandan asılılığının tapılması üçün 



bu  asılılığı  təsvir  edən  riyazi  tənliyin  tipi  təyin  olunmalıdır.  Bu  asılılıqlar  xətti, 

parabolik, hiperbolik, üstlu, loqarifmik və s. ola bilər [4]. 

Funksiyanın  dəyişmə  xarakterini  əks  etdirən  tənliyin  müəyyən  olunması  vahid 

arqument üzrə prosesin modelləşdirilməsidir. Bu nisbətən sadədir.  

Çoxfaktorlu proqnozlaşdırma metodu ekstrapolyasiya metodundan ancaq onunla 

fərqlənir ki, burada çoxfaktorlu təhlildən istifadə edilir. 

Çoxfaktorlu  proqnozlaşdırma  metodundan  istifadənin  zəruriliyi  axtarılan 

kompleks  (ümumi)  keyfiyyət  göstəricisinin  bir  çox  amillərdən  (məsələn,  fərdi 

göstəricilərdən) asılı olduğu hallarda meydana çıxır.  

Çoxfaktorlu 

reqressiya 

modelinin 

istifadəsi 

əsasında 

çoxfaktorlu 

proqnozlaşdırmanın ümumi struktur sxemi aşağıdakı əsas mərhələlərdən ibarətdir: 

 • öyrənilən göstəricilərə təsir edən ümumi faktorların təyini, yaxud onların daha 

mühümlərinin seçilməsi; 

•  əlamətlər  (keyfiyyətin  səviyyə  göstəriciləri)  arasındakı  əlaqə  və  onların 

amillərə  təsir  formasının  müəyyən  edilməsi,  hər  amilin  mənasını  əks  etdirən 

əmsalların ədədi qiymətinin təyin edilməsi; 

•  bütün  nəzəri  və  praktiki  məhdudiyyətləri  nəzərə  almaqla  reqressiya  analizi 

əsasında çoxfaktorlu reqressiya modelinin yekun variantının alınması; 

•  aydınlaşdırılan  amillərin  qarşılıqlı  əlaqəsi  və  əlamətin  ekstrapolyasiyası,  yəni 

keyfiyyət  səviyyəsinin  yüksəldilməsinin  seçilən  amillərin  dinamikliyindən  asılı 

olaraq  proqnozlaşdırılması. 

Keyfiyyətin çoxfaktorlu reqressiya modelinin qurulması müxtəlif formada olur.  

Ekspert  proqnozu  metodundan  da    tez-tez  istifadə  olunur,  lakin  burada  əlavə 

olaraq  patent  materialları  və  elmi-texniki  informasiyalar  da  təhlil  edilir. 

Proqnozlaşdırmanın  ekspert  metodu  əsasən  istehlak  mallarının  keyfiyyət    səviyyəsi 

göstəricilərinin  perspektiv  qiymətini  və  elmin,  texnikanın  təkamül  xarakterli 

inkişafında məhsulun keyfiyyət məsələsini həll etməyə imkan verir. 

İstehlak  mallarının  keyfiyyət    səviyyəsinin  və  məmulata  tələbatın  dəyişmə 

tsiklinin,  istehsal  və  istehlak  həcminin  təhlili  əsasında  məməmulatın  keyfiyyətinin 




Yüklə 476,43 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə