Azərbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 476,43 Kb.
Pdf görüntüsü
səhifə11/16
tarix02.10.2017
ölçüsü476,43 Kb.
#2675
1   ...   8   9   10   11   12   13   14   15   16

 

29

ayrı-ayrı  kəmiyyətlərin  qarşılıqlı  əlaqə  formaları,  həmçinin  onların  qiymətləri 



sonradan dəqiqləşdirilməli və təcrübi yoxlamadan keçirilməlidir.    

 

4. Məhsulun  estetik  keyfiyyət  göstəricilərinin  mahiyyəti



 

 

İstehlak  mallarının  keyfiyyət  səviyyəsinin    kompleks    qiymətləndirilməsi  

sisteminin    müxtəlifliyinə    baxmayaraq    buraya    hökmən    estetik    keyfiyyət  

göstəricisi    daxil    edilir.    Estetik    göstəricilər    məmulatın    formasının    rasionallığını  

(formanın  təyinata, konstruktiv  həllə, istehsal  texnologiyasının  xüsusiyyətlərinə və  

tətbiq    olunan    materiallara    uyğunluğu),  kompozisiyasının    bütövlüyünü  

(plastikliyini,  qrafiki    təsvir    elementlərinin    gözəlliyini),  bədii    ifadəliliyini  

(funksionallığını, stil  uyğunluğunu, dəbə  uyğunluğunu)  xarakterizə  edir. 

         Məxsusi    keyfiyyət    göstəricilərindən    biri    olmaqla    estetik    xassə    səviyyəsi  

məmulatın    ümumi    keyfiyyət    səviyyəsi    ilə    dərindən    və    qanunauyğun    şəkildə   

bağlıdır.  Estetik    qiymətləndirmə    bir    tərəfdən    məmulatın    insanların    estetik  

tələbatını  bilavasitə  ödəmək  xüsusiyyətini  qiymətləndirmək  kimi, digər  tərəfdən  

məmulatın    keyfiyyətinin    özünəməxsus    inteqral    qiymətləndirilməsi    kimi    iştirak  

edir. 


         Müasir    dövrdə    bədii    tərtibatın    estetik    mahiyyəti    tez-tez    əşyaların  

formasında  onların   mənasının,  xarakterinin, rolunun  və  dəyərinin  ifadə  olunması  

ilə  əlaqələndirilir.  Bu  zaman  estetik  təsir  verilən  əşyanın  mükəmməlliyinin  və  

məqsədəuyğunluğunun qəbul  edilməsi  kimi  başa  düşülür. Əşya   müəyyən   maddi  

tələbatı    təmin    etməklə    maddi  -mədəni    hadisə    kimi    çıxış    edir;  maddi    dəyər  

olmaqla  o, eyni  zamanda  mənəvi, estetik  dəyəri  təmsil  edir. 

         Beləliklə,  estetik    dəyər    daşıyıcısı    bütün    təbii    xassələrin    məcmusu    ilə  

sadəcə  təbii  əşya  olmayıb, ictimai  mahiyyəti  ilə   insanı  ətraf  gerçəkliyə  spesifik  

münasibəti    ilə    qiymətləndirilən    əşyadır.  Əşyanın    estetik    dəyəri  insan  

fəaliyyətindən    asılı    olmadan    mövcud    deyildir.  O,    müəyyən    zaman    və    məkan  

daxilində    ictimai    münasibətlər    sistemində    əşyanın    özünün    funksiyası    ilə  

müəyyən  olunur.  




 

30

         Bu    konsepsiya    üçün    mühüm    məsələ    əşyaların    estetik    dəyəri    ilə    onun  



inteqral    ictimai    dəyəri    arasında    əlaqənin    qəbul    edilməsidir:  maddi    istehsal  

əşyalarının  forması  estetik  dəyərə  o  ölçüdə  malik  olur  ki, bu  ölçüdə  o  əşyaların  

ictimai    dəyərini    hissetmə    və    qəbuletmə    formalarında    üzə    çıxarmağa    və    əks  

etdirməyə  qabildir. 

         Burada    ifadə    olunan    estetika    anlayışını    belə    izah    etmək    olar:  estetika  – 

insanın      maddi    ətrafının    və    əşyaların    ictimai    dəyərinin    hiss    etməklə    qəbul  

edilən  ölçüsüdür. O, əşyaların formalarında  əks  olunmaqla  hissiyatla  qəbul  edilir  

və  emosional  təsir  edir. Bu  halda  forma  estetik  ifadə  olunma  xassəsi  qazanır.  

         Estetik    qəbuletmə    əşyanın    xarici    əlamətlərində    ifadə    olunan    ictimai  

dəyərlərin  mahiyyətinə  nüfuz  etməkdir.  

         Estetik    qəbuletmənin    əsas    xassələrindən    biri    onun    qiymətləndirilmə  

xarakteridir. Bu  xassəyə  görə  insan  məntiqi  təhlil  aparatından  istifadə  etmədən  

əşyanın    mahiyyətini    dərk    edir.  İnformasiyanın    həcminin    artması    ilə,  həmçinin  

insanı  əhatə  edən  aləmin  təkmilləşməsi  ilə  gündəlik  fəaliyyət  prosesində  hər  bir  

əşyanın  əsaslı  surətdə  analiz  olunması  imkanları  məhdudlaşır. Estetik  qəbuletmə  

isə  təcrübəyə  əsaslanaraq  faydalı  analiz  prosesinin  müddətini  qısaltmağa  imkan  

verir,  onu    hissiyyatla    dərk    etməklə    əvəz    edir.  Beləliklə,  estetik    qəbuletmə  

katalizator    kimi    çıxış    edərək    gözəlliyin    və    faydalılığın    intuitiv    sintezinin  

köməyi ilə əşyanın  dəyəri haqda  tez  təsəvvürün  yaranmasını  təmin edir. 

         Aydındır    ki,  insanı    fayda    və    mənfəət    gözlənilən    fəaliyyətdə    ilk    növbədə  

forma  yox, maddi  substrat  maraqlandırır. Əşya  ilə  ilk  tanışlıq  zamanı  o, formaya  

qarşı  biganə  ola  bilər. Əşya  ona  bu  və  ya  digər  tələbatı  ödəmək  üçün  lazımdır. 

Yalnız    əşyanın    bu    dəyərini    o    aşkar    etməyə    və    istehlak    prosesində    istifadə  

etməyə    cəhd    edir.  Sonra    isə    oxşar    situasiyalar    təkrar    olunduqda    insan    bu  

əşyanın    nə    qədər    özü    üçün    dəyərli    olduğunu    əvvəlcədən    müəyyən    etməyə  

çalışır. Bu  zaman  o, analoji  təyinatlı   yaxşı  əşyalarda  qabaqlar   müşahidə  etdiyi  

bir  sıra  əlamətlərə    istinad  edir. Əşya   insana   bu   qiymətli  əlamətlərə   görə   xoş  

gəlir. Hissiyatla  qəbul  edilən  əşyanın  forması  onun  dəyərli  xassələrinin  ayrılmaz  

əlaməti  olduğu  üçün  insana  yalnız  əşya  yox, onun  forması  da  xoş  gəlir.  



 

31

         Faydalı    fəaliyyət    təcrübəsi    ilə    əşyaların  bilavasitə    hissiyyatla    qəbul  



edilməsini  birləşdirməklə  insan  əşyanın  ayrı-ayrı  dəyər  xarakteristikalarının  onun  

dəyərli  forma  əlamətlərinə  görə  çevrilməsini  müşahidə  edir. Faydalı, mükəmməl, 

məqsədəuyğun  əşyalar  faydalı, mükəmməl, məqsədəuyğun  forma  alır  və  əşyaların  

dəyərlilik    dərəcəsini    xarakterizə    edən    xarici    elementlər    və    dəst  -  xətlər  

kompleksi    haqda    təsəvvür    yaradır.  Artıq    insan    yaxşı    və    pis    əşyanın    necə  

göründüyünü    bilməklə  yanaşı,  xarici    əlamətlərinə    görə    məmulatları    dəyərlilik  

sırasında    yerləşdirə    bilir.  Beləliklə,  məmulatın    dəyərlilik    səviyyəsi    məmulatın  

formasının  informasiya - işarə  elementləri  ilə  möhkəmlənir. 

         Məmulatın    formasını    təhlil    edərək    insan    ilk    növbədə    bu    məmulatın  

hazırlanma    keyfiyyətini    göstərən    müxtəlif    əlamətləri  ayırır    (ayrı-ayrı    texnoloji  

proseslərin    tam    yerinə    yetirilməsi,  bütövlükdə    tətbiq    olunan    texnologiyanın  

mütərəqqi  olması).  

         Digər    kateqoriyaya    formanın    elə    əlamətləri    aid    edilir    ki,  onlar    əşyanın  

keyfiyyəti   ilə    möhkəm    və   birmənalı  əlaqədə  olmur, ancaq  əşyalardan   praktiki  

istifadə  zamanı  bu  neytral  əlamətlər  insanın  şüurunda  məmulatın  faydalılığı  ilə  

birləşərək  onun  ictimai  dəyərlilik  nişanəsi   kimi  özünü  göstərir. 

         Üçüncü  qrup   əlamətlər   məmulatın    müəyyən    üslub    və  dəbə   uyğunluğunu  

göstərən  əlamətlərdir.    

         Məmulatın  formasının  bütövlüyünü  (tamlığını)  xarakterizə  edən  əlamətləri  

dördüncü  kateqoriyaya  aid  etmək  olar. Bu  əlamətlər  müxtəlif  əlamətlərin  vahid  

kompozisiya    ideyasına    tabe    olmasını    xarakterizə    edir.  Odur    ki,  onlar    öz  – 

özlüyündə  bu  və  ya  digər  növ  məmulat  üçün spesifik  deyildir  və  hər  bir  əşya  

formasında  müşahidə  oluna  bilər. Bu  əlamətlər  kompozisiya  əlamətləri  adlanır.  

         İstehlak  mallarının

 

forması    insana    onu    əşyanın    həqiqi    ictimai    faydalığı  



haqda    biliklərindən    asılı    olmayaraq    estetik    təsir    edə    bilər.  Lakin    məmulatın  

keyfiyyətinin    tam    və    dəqiq    qiymətləndirilməsinə    formasının    mükəmməllik  

dərəcəsi    ilə    təhlil    olunan    məmulatın    dəyəri    arasında    uyğunluğu    yoxlanması  

daxil    edilməlidir.  Məsələyə    belə    yanaşma    göstərir    ki,  sənaye    məmulatlarının  

estetik    qiymətləndirilməsi    zamanı    həm    əşyanın    həqiqi    mükəmməlliyi,  həm    də  



Yüklə 476,43 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə