Azərbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 476,43 Kb.
Pdf görüntüsü
səhifə13/16
tarix02.10.2017
ölçüsü476,43 Kb.
#2675
1   ...   8   9   10   11   12   13   14   15   16

 

35

isə    baxılan    halda    etalon    kimi    qəbul    edilən    ən    yaxşı    məmulatın    səviyyəsinə  



uyğun  olduqda  alır.  

         Belə    qiymətləndirmə    özü    iki    mərhələdə    aparıla    bilər.  Əvvəlcə    ekspertlər  

müstəqil    olaraq    məmulatın    formasının    mükəmməllik    dərəcəsinin    kəmiyyət  

xarakteristikalarını    təyin    edirlər    və    qısa,  lakin    konkret    yazılı    əsaslandırma    ilə  

onları    informasiya  -  hesablama    qrupuna    təqdim    edirlər.  Hesablama    qrupu  

qiymətləndirmənin  nəticələri  üzərində  işləyərək  ekspertlərin  fikrinin  uzlaşmasını  

müəyyən  edir, bu  zaman  variasiya  əmsalından  istifadə  olunur. Əgər  bu  əmsalın  

qiyməti   verilmiş   həddi  aşmırsa, qiymətləndirmə   məqsədəuyğun   hesab  edilir   və  

ekspert    komissiyası    qiymətləndirmənin    növbəti    fazasına    keçir.  Əgər    əmsalın  

ədədi    qiyməti    qəbul    edilmiş    hədd    qiymətini    aşırsa,  komissiyasının    sədri  

qiymətləndirmənin  ikinci  mərhələsinə  keçmək  haqda  qərar  verir.  

         Qiymətləndirmənin    ikinci    mərhələsinin    nəticələri    yenidən    ekspertlərin  

fikrinin   uzlaşmasını   müəyyən   etmək   üçün   işlənilir. Əgər  razılaşmanın    verilmiş  

kriteri  ödənmirsə, onda  ekspert  komissiyası  analiz  olunan  məmulatın  formasının  

mükəmməllik  dərəcəsinin  əlavə  kompleks  qiymətləndirilməsini  həyata  keçirir. 

         Kompleks  qiymətləndirməyə  məmulatın  forma  yaradan  əlamətlərinin  təhlili  

və  çəki  əmsallarının  təyini  daxil  edilir. 

         Forma    yaradan    əlamətləri    “ierarxiya    ağacının”    qurulması    prinsipinə    görə  

yerləşdirirlər.  Yuxarıda    göstərildiyi    kimi    aşağı    (birinci)    səviyyəyə    əşyanın  

formasının  hazırlanma keyfiyyətini  xarakterizə  edən  əmtəə  əlamətləri  aid  edilir. 

İkinci    səviyyəyə    verilən    məhsul    növünün    forma    quruluşunun    maddi  

xüsusiyyətlərini  xarakterizə  edən əlamətlər  daxildir. Üçüncü səviyyəni  əşyanın  və  

ətraf    aləmin    üslubca    vəhdətini  müyyənləşdirən    əlamətlər    təşkil    edir.  Nəhayət, 

dördüncü    səviyyəni    məmulatın    formasının    tamamlığının    və    kompozisiyasının  

bütövlüyünün  təhlili  ilə  əlaqəli  əlamətlər  yaradır.  

         Forma    yaradan    əlamətlərin    siyahısı    qiymətləndirilən    istehlak  mallarının

 

xarakterindən  və  mürəkkəbliyindən  asılı  olub, ekspert  komissiyası  tərəfindən  hər  



bir  məhsul  növü  üçün  ayrılıqda  təyin olunur. Belə  əlamətlər  üçün  çəki  əmsalları  

onların    sayından    asılı    olaraq    müəyyən    edilir.  Əgər    əlamətlərin    sayı    7  –  9-dan  




 

36

çox    deyildirsə,  ekspertlər    təhlil    edilən    bütün    əlamətlərin    çəki    əmsallarının  



cəminin    vahidə  bərabər    olması    şərti    daxilində    çəki    əmsallarını    təyin    edirlər. 

Əgər    təsdiq    olunmuş    seriyada    əlamətlərin    sayı    çoxdursa,  ekspertlər    onların  

sayını  7 – 9-dan  çox  olmamaqla  qruplara  bölür, sonra  hər  bir  qrup  üçün  ardıcıl  

olaraq  çəki  əmsallarını  tapırlar. 

 

         Forma  yaradan  əlamətlərin  sayı  qiymətləndirmənin  sonrakı  əməliyyatlarına  



da    təsir    edir.  Əgər    əlamətlərin    sayı    yeddiyə    bərabər    və  ya    ondan    kiçikdirsə  

(

7





n

),  əlamətlərin  çəkiliyi    müəyyən   edildikdən  sonra   informasiya  -  hesablama  

qrupu  hər  bir  əlamət  üçün  variasiya  əmsalını  hesablayır. Əgər  çəki  əmsallarının  

cəmi  0,75 – dən  az  olmayan  əlamətlər  toplusu  variasiya  əmsalının qəbul  edilmiş  

hədd    qiymətini    təmin    edirsə,  fikirlərin    uzlaşması    qənaətbəxş    hesab    edilir.  Əks  

halda    ekspertlər    yenidən    bütün    forma    yaradan    əlamətləri    ranqlayır    və    onları  

müzakirə  etdikdən  sonra  çəki  əmsallarının  qiymətini  yenidən  tapırlar [8]. 

         Forma    yaradan    əlamətlərin    sayı    7  –  9-dan    böyük    olduqda    ekspertlərin  

fikrinin  yekdilliyi  konkordasiya  əmsalı  ilə  təyin  edilir. Əgər  bu  əmsalın  qiyməti  

verilmiş  həddən  kiçikdirsə, komissiyanın  sədri  çəki  əmsallarını  birlikdə  müzakirə  

etməklə  dəqiqləşdirməyi  ekspertlərə  təklif  edir.  

         Sonra  ekspertlər  qəbul  edilmiş  bal  sistemi  üzrə  forma  yaradan  əlamətlərin  

differensial  qiymətləndirilməsinə  başlayırlar. 

         Estetik    qiymətləndirmənin    üçüncü    mərhələsinə    estetik    göstəricilərin  

qiymətinin    təyin    edilməsi    daxildir.  Keyfiyyətin    estetik    göstəricisinin    qiyməti  

məmulatın    formasının    mükəmməllik    dərəcəsinin    qiyməti    ilə    onun    faktiki  

texniki-iqtisadi    göstəricilərinin    kompleks  qiymətləndirilməsinin    nəticələri    ilə  

müəyyənləşdirilən    faktiki    ictimai-dəyər    səviyyəsinin    müqayisəsi    kimi    təyin  

edilir.  

         Beləliklə,  sənaye    məmulatının    keyfiyyətinin  estetik    göstəricisinin  

qiymətləndirilməsi    iki    qarşılıqlı    əlaqəli    əməliyyatın    yerinə    yetirilməsindən  

ibarətdir.  Bir    tərəfdən    məmulatın    forması    müəyyən  maddiləşmiş    dəyər    kimi  

qiymətləndirilir.  Digər    tərəfdən    isə    formada    əks  olunan    məmulatın    dəyər  

cəhətinin  onun  faktiki  ictimai  dəyərinə  uyğunluğu  təhlil edilir. Alınmış  nəticələr  




 

37

ölçüsüz    nisbi    vahidlərlə    ifadə    olunur    və    sənaye    məmulatının    estetik  



səviyyəsinin  kəmiyyət  ölçüsüdür.  

           İstehlak  mallarının

 

estetik    keyfiyyət    göstəricisi    təyin    edilərkən    formanın  



inkişaf  ənənələrinin  analizinə  də   xüsusi  diqqət  verilir. Formanın  perspektivliyini  

qiymətləndirmək    üçün    xüsusi    indekslərdən    istifadə    olunur.  Bu    indekslər  

məmulatın    bu    gün    qiymətləndirilən    estetik    səviyyəsinin    dəyişməz    qalacağı  

müddəti  nəzərə  alır. 

 

         Qeyd  etmək   lazımdır  ki, təcrübədə  estetik   göstəricilərin qiymətləndirilməsi  



zamanı  şərh  olunan  bütün  mərhələlərin  tətbiq  edilməsi  məcburi  deyildir. Burada  

qiymətləndirmənin  bütün   mümkün   halları   və   variantları   daxil  edilən   universal  

sxem    göstərilmişdir.  Daha    mürəkkəb    üsul    və    qaydalar    sadə    qiymətləndirmə  

qaydaları  əlverişsiz  olduqda  tətbiq  edilir. 

         İstehlak mallarının  istehsalının  ümumi  texniki  səviyyəsi  yüksəldikcə  onların  

keyfiyyətində  estetik  faktorların  rolu  da  artır. Bu  isə  öz  növbəsində  gələcəkdə  

insanın    yaratdığı    məmulatların    estetik    qiymətləndirilməsi    üçün    daha    dəqiq    və  

etibarlı  metodların  işlənməsini  tələb  edir. 

 

  6. Keyfiyyətin  qiymətləndirilməsinin  ekspert  metodunun  

xüsusiyyətləri 

 

Keyfiyyətin    qiymətləndirilməsinin    ekspert    metodu    məhsulun    keyfiyyətinin  

qiymətləndirilməsində  müxtəlif  tələblərin  ödənilməsini  təmin  edən, metrologiyada  

istifadə    olunan    bir    çox    böyük  əmək    tutumlu    ölçmələri    əvəz    edəcək    qədər  

dəqiqliyə    malik    bir    metoddur.  Ekspert    metodu    bilavasitə    ölçülməsi    qeyri-

mümkün    olan,  lakin    faydalılıq,  əlverişlilik,  insanların    zövqünü    oxşama    kimi  

mühüm    istehlak    xassələrini    xarakterizə    edən    bir    çox    göstəricilərin  

qiymətləndirilməsində  əvəzedilməzdir. 

Qeyd    olunduğu    kimi    keyfiyyətin    qiymətləndirilməsində    ekspert    metodu  

geniş  tətbiq  olunur, ancaq  onun  əsas  qaydalarının  tam  işlənməsi  hələlik  lazımi  

səviyyədə    deyildir.  Onun    kifayət    qədər    qüsursuz    yerinə    yetirilməməsinə    səbəb  



Yüklə 476,43 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə