Azərbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 476,43 Kb.
Pdf görüntüsü
səhifə4/16
tarix02.10.2017
ölçüsü476,43 Kb.
#2675
1   2   3   4   5   6   7   8   9   ...   16

 

10

göstəricisidir.  Qüsurluluq  əmsalı  məhsul  vahidinə  düşən  qüsurların  orta  tarazlaşmış 



miqdarına deyilir. Bu göstərici aşağıdakı düsturla hesablanır: 



н



и

и

и



г

Э

Ч



Ъ

1

 



burada, G

i

  –  i növ məhsulun nisbi qüsurluluq əmsalıdır, bu əmsal məhsulun istehsal 

keyfiyyət göstəricisidir.  

Qüsurluq əmsalı aşağıdakı kimi təyin olunur:  

яб

я

г



г

Э 


burada, q



ə

 -  baxılan dövrdə buraxılmış məhsulun qüsurluluq əmsalının qiyməti, 

               q

əb

 – məhsulun qüsurluluq əmsalının baza qiymətidir. 

Keyfiyyət  və  qüsurluluq  əmsalları  universal  göstəricilərdir.  Bu  göstəricilər 

vasitəsi 

ilə 

bütövlükdə 



müəssisənin 

buraxdığı 

məhsulun 

keyfiyyətini 

qiymətləndirmək və bir sıra illər ərzində onun dəyişməsini analiz etmək olar.  

Yerinə  yetirilən  əməliyyatların  tipinə  və  xarakterinə  görə  keyfiyyətin 

qiymətləndirilməsi  birbaşa  və  dolayı  olur.  Birbaşa  qiymətləndirmə  məmulatın 

keyfiyyət  göstəricisinin  bilavasitə  ölçülməsidir.  Dolayı  yolla  qiymətləndirmə 

məmulatın  bilavasitə  aid  olmayan  əlamətlərə  görə  məmulatın  keyfiyyətinin 

qiymətləndirilməsidir. 

Keyfiyyət  göstəricisinin  birbaşa  qiymətləndirilməsinə  İSO  tövsiyələrinə  uyğun 

olaraq məişət soyuducularının həcminin ölçülməsini misal göstərmək olar. 

Keyfiyyət  göstəricilərinin  dolayı  qiymətləndirilməsi  xüsusi  ilə  mədəni-məişət 

məmulatlarının keyfiyyətinin qiymətləndirilməsində son zamanlar geniş tətbiq edilir. 

Bu  onunla  izah  olunur  ki,  belə  məmulatlarda    əksər  istehlak  parametrlərini  birbaşa 

ölçmək qeyri-mümkündür. 

Alman  standartlarına  görə  məişət  tozsoranlarının  funksional  keyfyyət 

göstəricilərinin  səviyyəsi  dolayı  üsulla  belə  təyin  edilir.  Burada  xalçalanın 

təmizlənmə dərəcəsi müəyyən vaxt ərzində tozsoranla sorulmuş  nəzarət olunan tozun 

çəkisinin xalçanın səthi üzrə səpələnmiş nəzarət olunan tozun ümumi çəkisinə nisbəti 

kimi müəyyən olunur [6].  



 

11

Ölçmə  və  analiz  vasitələrinə  görə  keyfiyyətin  qiymətləndirilməsi  dörd  üsula 



bölünə bilər: laboratoriya üsulu; orqanoleptik üsul; ekspert üsulu; qarışıq üsul.  

Laboratoriya 

üsulu 

ilə 

keyfiyyətin 

qiymətləndirilməsi. 

Keyfiyyətin 

qiymətləndirilməsinin  bu  üsulunda  ölçmə  və  analiz  üçün  xüsusi  cihazlardan  istifadə 

olunur.  Bu  üsulun  mahiyyəti  ondan  ibarətdir  ki,  burada  xüsusi  alət  və  cihazların 

köməyi  ilə  mövcud  ölçü  vahidlərində  ifadə  olunmuş  qiymətlər  tapılır  ki,  onların  da 

sonradan  yoxlanması  mümkün  olur.  Bu  metod  ya  məmulatın  istehlak  xassələrinin 

səviyyəsini  onun  digər  xarakteristikalarının  kəmiyyətinə  (miqdarına)  görə  (məsələn 

texniki-iqtisadi) dolayı yolla təyin etdikdə, ya da bu göstəricilər özləri eyni zamanda 

məmulatın istehlak parametrləri olduqda tətbiq edilir.  

Laboratoriya  üsulu  ilə  məsələn,  tozsoranın  mühərrikinin  gücü,  avtomobilin 

hərəkət sürəti, məişət elektrik cihazlarında səs-küyün səviyyəsi təyin edilir.  

Orqanoleptik  üsulla  keyfiyyətin  qiymətləndirilməsi.  Bu  üsulla  keyfiyyətin 

kəmiyyətcə qiymətləndirilməsi insanın hissiyyat orqanlarının köməyi ilə aparılır və o, 

insanın  fizioloji  xüsusiyyətlərinə  əsaslanmışdır  [2].  Bu  üsul  məmulatın  ayrı-ayrı 

parametrlərinin,  xassələrinin  müvcudluğunu,    yaxud  intensivliyini  təyin  edən 

mütəxəssislərin  olmasını  tələb  edir.  Ölçmə  və  analizin  orqanoleptik  üsulu  ekspert 

üsulu ilə qiymətləndirmənin əsasını təşkil edir.  

Orqaloleptik  üsulla  məmulatın  silueti,  ayaqqabının  daxili  və  xarici  işlənməsi, 

bəzənməsi,  parçanın  toxunma  məmulatlarının  strukturu,  rəng  tərtibatı,  ərzaq 

məhsullarının dadı,iyi,rəngi, strukturu və sayı kimi göstəricilər qiymətləndirilir. 

Orqanoleptik üsul yeyinti, yüngül və digər sənaye sahələrində geniş tətbiq edilir. 

Hər bir sahədə bu üsulun tətbiqinin spesifik qaydaları işlənilir.  

Məsələn,  ərzaq  məhsullarının  orqoleptik  analizi  üçün  aşağıdakı  üsullar  tətbiq 

edilir:  

• cüt-cüt  müqaisə: bu  üsulda  iki analoji  məhsul  növündən  xassənin  yaxud onun 

intensivliyinin daha aydın istifadə olunması seçilir; 

• duo-trio müqayisəsi: bu üsulda iki ərzaq məhsulundan üçüncüyə, yaxud etalona 

identik olanı seçilir.  



 

12

• üçbucaq müqayisəsi: bu üsulda verilmiş üç ərzaq məhsulunun hansı birinin cüt 



təşkil etməməsi təhlil edilir.  

Kolbasa  məmulatının  keyfiyyətinin  orqanoleptik  analizi  üçün  maksimal  qiymət 

40 bal müəyyənləşdirilmişdir [7]. 

 Cədvəl 1  

Orqanoleptik üsulla kolbasa məmulatının keyfiyyətinin qiymətləndirilməsi  

 

Göstəricilərin           sayı          



Qiymət 

əla 


yaxşı 

kafi 


pis 

Dad və iy 

16-9 

8-5 


4-1 

Kəsikdə görünüş 



12-7 

6-4 


3-1 

Konsistensiya 



8-5 

4-3 


2-1 

Xarici görünüş 



4-3 

2-2 


1-1 

Cəmi 



40-24 

20-12 


10-4 

 



Ekspert  üsulu  ilə  keyfiyyətin  qiymətləndirilməsi.  Müasir  dövrdə  bu  üsul  geniş 

tətbiq  edilir,  buna  səbəb  göstərilən  üsulda  qiymətləndirmənin  həyata  keçirilməsinin 

nisbətən sadə olması  və universalığıdır. İlk növbədə ekspert  üsulu o sahələrdə tətbiq 

edilir  ki,  orada  laboratoriya  üsulunun  tətbiqi  qeyri-mümkündür  [5].  Məsələn, 

məmulatın  bədii-konstruktor  səviyyəsinin  qiymətləndirilməsində  bu  üsul  daha  geniş 

tətbiq edilir. 



Qarışıq  üsulla  keyfiyyətin  qiymətləndirilməsi.  Məmulatın  ayrı-ayrı  xassələr 

qrupu  məsələn,  laboratoriya  üsulu  ilə,  digər  hissəsi  isə  orqonoleptik  üsulla  ölçülür, 

yaxud  qiymətləndirilir.  Məsələn,  ərzaq  məhsullarının  böyük  əksəriyyətinin 

orqonoleptik xassələrinin qiymətləndirilməsi bu üsulda 20 bal sistemində aparılır.  

Məhsul  bal  qiymətlərindən  asılı  olaraq  çevirmə  əmsalı  KQ

1

  ilə  xarakterizə 

olunur (cədvəl 2).   

Ərzaq  məhsullarının  fiziki-kimyəvi  xassələri  KQ



2

  əmsalı  ilə  qiymətləndirilir  və 

bu zaman bir, yaxud  bir neçə əlamət nəzərə alınır.  

 



Yüklə 476,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə