Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   7   8   9   10   11   12   13   14   ...   88

70.6. Şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular 
üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. 
70.7. Sınaq müddəti ərzində şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirən 
dövlət orqanının təqdimatı əsasında məhkəmə, məhkumun üzərinə əvvəllər qoyulmuş 
vəzifələri tamamilə və ya qismən ləğv edə bilər, yaxud onun üzərinə yeni vəzifələr qoya bilər. 
Maddə 71.
 Şərti məhkum etmənin ləğv edilməsi və ya sınaq müddətinin uzadılması 
71.1. Sınaq müddətinin azı yarısı keçdikdən sonra şərti məhkum edilmiş şəxs öz davranışı ilə 
islah olunduğunu sübut edərsə, məhkəmə məhkumun üzərində nəzarəti həyata keçirən dövlət 
orqanının təqdimatı əsasında şərti məhkum etmənin ləğv edilməsi və məhkumluğun 
götürülməsi barədə qərar qəbul edə bilər. 
71.2. Şərti məhkum edilmiş şəxs məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri 
yerinə yetirməkdən boyun qaçırdığına və ya ictimai qaydanı pozduğuna görə barəsində 
inzibati tənbeh tətbiq edildikdə, məhkəmə bu Məcəllənin 71.1-ci maddəsində göstərilən 
dövlət orqanının təqdimatı əsasında sınaq müddətini bir ildən çox olmayaraq uzada bilər. 
71.3. Şərti məhkum edilmiş şəxs sınaq müddətində məhkəmə tərəfindən onun üzərinə 
qoyulmuş vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırdıqda, bu 
Məcəllənin 71.1-ci maddəsində göstərilən dövlət orqanının təqdimatı əsasında məhkəmə şərti 
məhkum etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması haqqında 
qərar çıxara bilər. 
71.4. Şərti məhkum edilmiş şəxs sınaq müddətində ehtiyatsızlıqdan cinayət törətdikdə və ya 
qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə, şərti məhkum etmənin ləğv 
edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir. 
71.5. Şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır 
cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci 
maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Bu Məcəllənin 71.4-cü 
maddəsində göstərilən hallarda da cəza bu qaydada təyin edilir. 
DÖRDÜNCÜ BÖLMƏ 
CİNAYƏT MƏSULİYYƏTİNDƏN VƏ CƏZADAN AZAD ETMƏ 
11-ci fəsil 
CİNAYƏT MƏSULİYYƏTİNDƏN AZAD ETMƏ 
Maddə 72. 
Səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad etmə 
KMQ 
72.1. İlk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini 
boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində 
dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət 
məsuliyyətindən azad edilə bilər. 


72.2. Başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş 
şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində 
bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilə bilər. 
Maddə 73. 
Zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etmə 
İlk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda 
və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət 
məsuliyyətindən azad edilə bilər. 
Maddə 74.
 Şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə 
Şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai 
təhlükəli olmadığı müəyyən edildikdə, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət və 
ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. 
Maddə 75. 
Müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə 
KM1 
75.1. Cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət 
məsuliyyətinə cəlb edilə bilməz: 
75.1.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; 
75.1.2. az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; 
75.1.3. ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; 
75.1.4. xüsusilə ağır cinayətin törədildiyi gündən on beş il keçdikdə. 
75.2. Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi 
anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil 
hesablanır. 
75.3. Cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı 
dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini 
boynuna aldığı vaxtdan bərpa olunur. 
75.4. Ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulan cinayəti törətmiş şəxs 
barəsində müddətin tətbiq olunması məsələsi məhkəmə tərəfindən həll edilir. Məhkəmə, 
müddətin keçməsi ilə bağlı bu şəxsin cinayət məsuliyyətindən azad olunmasını mümkün 
hesab etmədikdə, həmin şəxsə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edə 
bilməz. 
75.5. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş sülh və 
insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətmiş 
şəxslərə bu maddənin müddəaları tətbiq olunmur.  
12-ci fəsil 
CƏZADAN AZAD ETMƏ 
Maddə 76. 
Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə 


76.1. Məhkəmə islah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə 
saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya müəyyən müddətə azadlıqdan məhrum 
etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı 
qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs 
tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. 
76.2. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edərkən, məhkəmə məhkumun 
üzərinə, bu Məcəllənin 70.5-ci maddəsində nəzərdə tutulmuş və cəzanın çəkilməmiş müddəti 
ərzində onun tərəfindən icra edilməli olan vəzifələr qoya bilər. 
76.3. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: 
76.3.1. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş 
cəza müddətinin ən azı yarısını; 
76.3.2. ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; 
76.3.3. xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç 
hissəsini həqiqətən çəkdikdən sonra, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl 
azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı 
maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, təyin edilmiş cəza müddətinin 
ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. 
76.4. Azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı 
aydan az ola bilməz. 
76.5. Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər üzərində nəzarəti müvafiq 
dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin 
komandanlığı həyata keçirir. 
76.6. Cəzanın çəkilməmiş hissəsi ərzində məhkum: 
76.6.1. cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq olunarkən məhkəmə tərəfindən 
onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırdıqda və ya 
ictimai qaydanı pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edildikdə, bu Məcəllənin 
76.5-ci maddəsində göstərilən orqanların təqdimatı əsasında məhkəmə şərti olaraq vaxtından 
əvvəl azad etmənin ləğv edilməsi və cəzanın çəkilməmiş hissəsinin icra olunması haqqında 
qərar çıxara bilər; 
76.6.2. ehtiyatsızlıqdan cinayət törətdikdə, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin 
ləğv edilməsi və ya saxlanılması barədə məsələ məhkəmə tərəfindən həll edilir; 
76.6.3. qəsdən cinayət törətdikdə, məhkəmə ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə 
tutulmuş qaydalar üzrə cəza təyin edir. Ehtiyatsızlıqdan cinayət törədildiyi və məhkəmə 
tərəfindən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edildiyi halda da cəza 
həmin qaydalar üzrə təyin olunur. 
Maddə 77. 
Cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə 
77.1. Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə müəyyən 
müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin cəzasını çəkdiyi dövrdə 
davranışını nəzərə alaraq, məhkəmə cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə 
əvəz edə bilər. Bu halda şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə