Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə10/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   6   7   8   9   10   11   12   13   ...   85

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
26 
Digər  yerlərdə  də  silah  və  sursat  ehtiyatı  yığılırdı.  İrəvan  quberniyasının 
Kəmərli  kəndinə  qonşu  kəndlərin  də  erməniləri  toplaşaraq  silah  toplamaq 
qərarına gəldilər. Bildirdilər ki, bu silah hələlik rus hökumətinin Türkiyə üzərində 
qələbəsi  üçün  lazımdır.  Qələbə  nəticəsində  Türkiyədə  yaşayan  ermənilərə 
muxtariyyət verilməlidir [81, v.1]. Bununla bağlı olaraq çarizm sənədlərində ya-
zılırdı: “Ermənilər rus ordusunun tutduğu ərazilərin onlara verilməsini istəyirlər” 
[82, v.8].
Məqsədlərinə  çatmaq  naminə  silah  və  sursat  toplamaq  üçün  daşnaklar 
müxtəlif üsullardan istifadə edirdilər. Bununla bağlı olaraq Tersk vilayət jan-
darma  idarəsinin  1915-ci  il  3  mart  tarixli  767  №-li  məlumatında  qeyd  olu-
nurdu:  “Erməni  drujinaları  silahları  gizlədirlər,  itirdiklərini  bəhanə  gətirərək 
yenilərini  alırlar,  “itirdikləri”  silahları  “Daşnaksütyun”un  yerli  komitələrinə 
verirlər. Bildirirlər ki, gələcəkdə rus hökumətinə qarşı mübarizə aparacaqlar və 
Eçmiədzinin rəhbərliyi altında muxtariyyət alacaqlar” [83, v.2].
Bununla  bağlı  olaraq  A.Çobanyan  adlı  erməni  ictimai  xadimi  1915-ci  ilin 
mart ayında “Reç” qəzetində P.N.Milyukova yazdığı məktubunda qeyd edirdi ki, 
“erməni məsələsi”ni küll halında Rusiyanın himayəsi altında altı vilayətdən və 
Kilikiyadan ibarət Ermənistan muxtariyyəti qurmaqla həll etmək üçün ingilis-
rus-fransız sazişi bağlamaq lazımdır. Onun yazdığına görə, bu həm erməni xal-
qı, həm də Rusiya üçün əlverişili olardı. “Erməni məsələsi”ni təkcə siyasi deyil, 
eyni  zamanda  heysiyyat  məsələsi  hesab  edən  A.Çobanyan  Rusiyanın  həmin 
məsələnin həllinə yardım göstərəcəyinə ümid edirdi [84].
Lakin  Çar  Rusiyası  həmin  istəyi  yerinə  yetirməkdə  həvəsli  deyildi.  Onun 
müttəfiqlərini də daha geniş planlar düşündürürdü. 
“Daşnaksütyun”  isə  İrəvan  quberniyasında  drujinaların  yaradılması 
sahəsində fəaliyyətini davam etdirir, hazırlanan yeni dəstələri Osmanlı ərazisinə 
göndərirdi [85, v.6]. Törədilən qırğınlar dəhşətli idi. Belə ki, 1915-ci il martın 
6-da  verilən  məlumata  görə,  ermənilərin  Qars  və  Ərdahanda  öldürdükləri 
müsəlmanların  sayı  30  min  nəfərə  çatırdı.  Qaçıb  canını  qurtarmağa  çalışan 
minlərlə müsəlmanı Qafqazda dağlarda don vurmuşdu. 
Erməni silahlı dəstələrinin törətdikləri qırğınlardan qaçanların dəstələr ha-
lında Azərbaycana gəlmələri çoxlu problemlər yaradırdı. Rusların işğal etdiyi 
türk ərazilərindən bütövlükdə 850 min nəfərdən çox müsəlman qaçqına çev-
rilmişdi [47, s.50-51].
Məqsədə  nail  olmaq  üçün  silahlı  dəstələrin  hazırlanması  işi  davam  etdi-
rilirdi.  1915-ci  ilin  aprel  ayında  “Qnçak”  təşkilatı  Rumıniya  və  Bolqarıstanda 
ermənilərdən silahlı dəstələr təşkil etmək üçün fəaliyyətini genişləndirdi [86, 
v.49-50]. Çarizm sənədlərində yazılırdı: ““Qnçak” Bolqarıstan və Rumıniyadan 
erməniləri gətirərək, drujinalar formalaşdırmaqla məşğuldur” [87, v.148]. 
Nəticədə  “Qnçak”  6-cı  erməni  drujinasını  təşkil  etdi  [88,  v.1-15;  89,  v.1-
8].  Sonralar  bu  drujina  1-ci  erməni  atıcı  batalyonuna  çevrildi  [90,  v.16-26]. 
Təşkilatın  aprelin  4-7-də  Tiflisdə  keçirilən  konfransında  drujinaların  işləri  ilə 
məşğul olmaq üçün idarəçilik orqanı quruldu [91, v.166-168].
Artıq  qeyd  edildiyi  kimi,  çarizmin  işğal  etdiyi  ərazilərdə  ermənilərin 
yerləşdirilməsi  məsələsi  mübahisələr  yaratmışdı.  Erməni  təşkilatları  ilə  rus 


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
27
hakimiyyət orqanları arasında bu məsələdə fikir ayrılığı var idi. Ermənilərin işğal 
edilmiş ərazilərdə yerləşmək arzusu rus komandanlığının etirazına səbəb oldu. 
Komandanlıq həmin ərazilərdə rusları və kazakları yerləşdirməyi uyğun görür-
dü. Əvvəllər Qafqaz ordusunun qərargah rəisi, 1915-ci ilin yanvar ayından isə 
komandanı təyin edilmiş general N.N.Yudeniç 1915-ci il aprelin 5-də Qafqaz 
canişininə yazdığı 1482 №-li məktubunda vurğulayırdı: “Ermənilər türklərin və 
kürdlərin qoyub getdikləri ərazilərə özlərinin yerləşdirilməsini təklif edirlər. Bu 
təklif qəbul oluna bilməz. Çünki ermənilərin 
ələ keçirdikləri torpaqları müharibədən son-
ra  geri  almaq  və  həmin  ərazilərin  onlara 
məxsus  olmadığını  sübut  etmək  çətin  ola-
caqdır. Buna misal olaraq 1877-1878-ci illər 
rus-türk  müharibəsindən  sonra  ermənilərin 
ələ keçirdikləri əraziləri göstərmək olar” [92, 
v.15].
  Bütün  bunları  nəzərə  alaraq  o,  sərhəd 
ərazilərində daha çox rus maraqlarına cavab 
verən  üsulların  həyata  keçirilməsini,  işğal 
edilmiş  ərazilərdən  türklərin  və  kürdlərin 
çıxarılmasını,  burada  Kuban  və  Don-
dan  olan  adamların,  sərhədçi  kazakların 
yerləşdirilməsini təklif edirdi. Eyni zamanda 
qeyd  edirdi  ki,  həmin  ərazilərə  adamların 
yerləşdirilməsinə müharibə sona çatdıqdan 
sonra  başlamaq  olar.  Onun  fikrincə,  Alaş-
kird və Bəyazid əraziləri Rostov və Dondan 
gələnlərlə  doldurulmalı  idi.  Burada  fəhlə 
artelləri  yaradıla  və  onlara  silah  da  verilə 
bilərdi [92, v.15].
N.N.Yudeniçə yazdığı cavab məktubunda 
canişin  onunla  həmrəy  olduğunu  bildirir-
di.  Eyni  zamanda  vurğulayırdı:  “İşğal  edil-
miş  ərazilərə  erməniləri  buraxmayan  rus 
əsgərlərinə  ermənilər  atəş  açmışlar”  [67, 
s.34].
Təkcə  N.N.Yudeviç  belə  düşünmürdü.  Erməni  elementinin  maskalandığı-
nı və Rusiyaya zərbə vurmaq üçün məqam gözlədiyini söyləyən digər yüksək 
rütbəli  məmurlar  da  var  idi.  Məsələn,  Rusiya  daxili  işlər  nazirinin  müavini 
V.F.Cunkovski Baş qərargah rəisi N.N.Yanuşkeviçə bununla bağlı olaraq yazır-
dı: “…erməniçiliyin sol elementləri Rusiyaya loyallıqları ilə yalnız maskalanmış-
lar, onlar özləri üçün ilk əlverişli məqamda bu maskanı atmağa, böyük dünya 
müharibəsinin sona çatmasını gözləmədən bu silahı özlərinin yeganə dirəkləri 
və  müdafiəçisi  olan  Rusiyaya  qarşı  yönəltməyə  hazırdırlar.  Yaxın  zamanlarda 
olmuş hadisələr bunu tamamilə təsdiq etdi” [93, v.45-48].
Qeyd  etmək  lazımdır  ki,  Rusiyanın  hərbi  uğurları  artdıqca  ermənilərin 
1915-ci il aprel ayının 
ortalarında ermənilər Vanda 
qiyam qaldıraraq, dinc türk 
və müsəlman əhalini kütləvi 
şəkildə qətlə yetirməyə
hakimiyyət binalarını qarət 
etməyə və yandırmağa 
başladılar. Vanda 30 min 
müsəlman öldürüldü. Az 
sonra Diyarbəkir, İzmit, 
Maraş, Sivas və b. yerlərdə 
erməni silahlı dəstələri  
dinc əhalini amansızlıqla 
qətlə yetirdilər və hökumət 
binalarını dağıtdılar. Bununla 
da kifayətlənməyən ermənilər 
Antanta ölkələrinin xeyrinə 
casusluq fəaliyyətlərini 
artırdılar.


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə