Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə9/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   5   6   7   8   9   10   11   12   ...   85

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
24 
dinc türk- müsəlman əhalini kütləvi surətdə öldürməklə, həmin ərazilərə 
yiyələnmək istəyirdilər.
İşğal edilmiş türk torpaqlarına ermənilərin yiyələnmə 
istəklərinə çarizmin münasibəti və erməni təşkilatları
İşğal  edilmiş  ərazilərə  yiyələnmək  məqsədi  ilə  erməni  silahlı  dəstələrinin 
dinc türk və müsəlman əhaliyə divan tutması rus ordu komandanlığını narahat 
edirdi. İş o yerə çatmışdı ki, 1915-ci ilin yanvar ayında katolikos bütün kürd və 
türk əhalinin yaşadığı kəndləri ermənilərə verməyi çar hökumətinə təklif etdi 
[69]. Lakin çarizm həmin təklifi soyuq qarşıladı və erməni silahlı dəstələrinin 
cəbhədən geri çəkilməsinə dair göstəriş verdi. Ermənilərin ələ keçirdikləri silah-
ları rus ordusunun alması və işğal edilən ərazilərə ermənilərin yerləşdirilməsinə 
icazə verilməməsi daşnakları hiddətləndirirdi. 
Çar  hökumətinin  mövqeyindən  narazı  qalan  Daşnaksütyunun  Rusiyaya 
münasibəti  dəyişdi.  Çarizm  sənədlərində  yazıldığı  kimi,  ermənilərin  ümidləri 
özünü  doğrultmadı.  Daşnaklar  bildirdilər  ki,  Rusiyadan  ermənilər  üçün 
muxtariyyət gözləməyə dəyməz, ona görə də silahı rus ordusuna vermək ol-
maz, o, gələcəkdə Rusiyaya qarşı yönəldilə bilər [70, v.3-6]. 
Bu  məsələlər  1915-ci  il  fevralın  16-18-də  Tiflisdə  Daşnaksütyunun 
nümayəndələrinin iştirakı ilə keçirilən yerli erməni komitələrinin qurultayında 
müzakirə edildi [71, v.44-49]. Qurultay işinə başlayan gün yepiskop Mesrop Qaf-
qaz canişini ilə görüşərək erməni drujinalarına və erməni qaçqınlarına kömək 
etmək  üçün  icazə  istədi.  Erməni  drujinalarına  açıq-aşkar  kömək  edilməsinin 
arzuedilən olmadığını bildirən canişin qeyd etdi ki, qanun vətəndaşlara top-
lantı azadlığı verir və siz istədiyiniz yerdə toplaşa bilərsiniz, hakimiyyət belə 
drujinaların  yaradılmasına  mane  olmayacaqdır.  O,  bu  məqsədlə  qəzetlərdə 
elan verməyin və gurultulu iclaslar keçirməyin məqsədəuyğun olmadığını dedi. 
Canişin  Rusiya  imperiyasının  türk-müsəlman  əhalisinin  hiddətlənəcəyindən 
çəkinirdi.  O,  qurultaya  və  ermənilərin  bu  istiqamətdə  fəaliyyətinə  nəzarət 
etməyi Tiflis quberniya jandarma idarəsinin rəisinə tapşırdı.
120 nəfərin iştirak etdiyi qurultayın nümayəndələrindən 8-i keşiş, 8-i qadın 
idi.  Daha  sonra  qurultay  məhdud  çərçivədə  yepiskop  Mesropun  evində  da-
vam etdirildi [72, v.2-4]. Fevralın 17-dən etibarən Rusiyanın və Qafqazın hər 
yerindən ermənilər Tiflisə daha çox axışmağa başladılar.
Qurultayda  erməni  drujinalarının  ehtiyacı  üçün  vəsaitlərin  toplanılmasına 
dair qərar qəbul edildi [71, v. 44-49]. Qərarda qeyd olunurdu ki, ermənilərin 
bir qisminin silahlandırılması gələcəkdə xüsusi rol oynamayacağı üçün hərbi 
xidmətləri olacaq böyük drujinalar yaratmaq lazımdır.
Çıxış edən Andranik bildirdi ki, erməni drujinalarının sayı az deyildir, lakin 
onların sayı daha da artırılmalıdır. Əgər “erməni məsələsi” mənfi həll edilərsə, 
onda  vahid  erməni  drujinası  fayda  verəcəkdir”  deyən  Andranik  Rusiyadan 
ermənilərə verdiyi vədi yerinə yetirməyi tələb etmək təklifini irəli sürdü.
Andranikdən sonra çıxış edən Rusiya Dövlət Dumasının üzvü M.İ.Papacanov 
bildirdi ki, rus hökuməti erməni drujinalarının sayını artırmağa razılıq vermiş-


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
25
dir.  Onun  fikrincə,  ermənilərin  Türkiyədən 
böyük düşməni yoxdur.
Qurultay ermənilərin bir yerə toplanma-
sı  və  vahid  cəbhədə  birləşməsi  haqqında 
qərar  qəbul  etdi  [73,  v.15].  Daşnaksütyun 
bütün  üzvlərinə  müraciət  etdi.  Müraciətdə 
qeyd  olunurdu:  “Hal-hazırda  ermənilərin 
çar  hökuməti  ilə  birliyi  müvəqqətidir. 
Gələcəkdə  ermənilərin  çıxışları  rus  ordusu-
na  kömək  deyil,  siyasi  mövzuda  olacaqdır. 
Ona görə də hökumətdən silahlar alın və dö-
yüş bölgələrində ələ keçirilən silahları təhvil 
verməyin. Hələ məlum deyildir ki, bu silahlar 
kimə qarşı tuşlanacaqdır” [74, v.1].
Qurultaydan  sonra  təkcə  Daşnaksüt-
yun deyil, digər erməni təşkilatları da silah 
və  sursat  toplama,  silahlı  dəstələr  təşkil  etmək  kimi  fəaliyyətlərini  daha  da 
genişləndirdilər.  Məsələn,  “Qnçak”  1915-ci  ilin  fevral  ayında  silahlı  dəstələr 
təşkil etmək üçün səylərini Tiflisdə artırdı [75, v.1].
Bu  fəaliyyətlərlə  yanaşı  olaraq  ermənilərin  azərbaycanlılara  məxsus  tor-
paqlara yerləşdirilməsi davam edirdi. Məsələn, “Erməni qardaşlıq köməyi”nin 
İrəvan komitəsi 1915-ci ilin fevral ayında Şərqi Anadoludan və İrandan gələn 
erməniləri İrəvan quberniyasının 7 qəzasında, Qars vilayətinin 4 qəzasında və 
Tiflis  quberniyasının  Axalkələk  qəzasında  qeydiyyatdan  keçirdi.  Məlum  oldu 
ki, 6 qəzada 32.291 nəfər vardır. Onlardan 7626 nəfəri assuriyalı, 24.665 nəfəri 
erməni  idi.  İrəvanda  9465,  Eçmiədzində  və  Naxçıvanda  7741  nəfər  erməni 
yerləşdirildi.  Assuriyalıların  5700  nəfəri  İrəvan  qəzasında,  1525  nəfəri  Şərur-
Dərələyəzdə yerləşdirildi [76].
Erməni kilsəsi də yaranmış vəziyyətə münasibətini bildirdi. Məsələ 1915-
ci il martın 2-də Eçmiədzində keçirilən kilsə qurultayında müzakirə edildi. 12 
məruzənin  dinlənildiyi  qurultayın  sənədlərində  yazılırdı  ki,  Cənubi  Qafqaza 
gələn ermənilərin sayı 8900 ailə və ya 60 min nəfərdir [77, v.27, 34]. Onlara 
yardım haqqında qərar qəbul edildi. Katolikos gələn ermənilərə yardım etmək 
üçün imperatora müraciət etdi. Eçmiədzin qurultayı Anadoludan və İrandan 
gələn ermənilərin ümumi sayını belə müəyyənləşdirdi: 60 min nəfər [51; 78].
1915-ci  ilin  mart  ayının  əvvəllərində  Yekaterinadordakı  yerli  erməni 
məktəbinin müəllimləri və daşnaklar birgə iclas keçirdilər. Daşnaklar maliyyə 
vəsaitlərinin  artırılmasının  vacibliyini  vurğulayaraq,  açıq  şəkildə  dedilər: 
“Müharibədən sonra bizim tələblərimiz olacaqdır, əgər verilməsə, zorla almalı 
olacağıq” [79, v.3].
Bundan  sonra  Erməni  Milli  Bürosunun  nəzdində  xüsusi  maliyyə  komitəsi 
yaradıldı. Komitənin əsas məqsədi silah almaq üçün pul toplamaq idi. “Daş-
naksütyun” bildirirdi: “Türkiyədəki “erməni ərazilərini saxlamaq” və bu ərazilərin 
bir daha Türkiyəyə qayıtmaması üçün daha çox silah və sursat toplanılmalıdır” 
[80, v.21].
Erməni kilsəsi də yaranmış 
vəziyyətə münasibətini 
bildirdi. Məsələ 1915-ci il 
martın 2-də Eçmiədzində 
keçirilən kilsə qurultayında 
müzakirə edildi.  
12 məruzənin dinlənildiyi 
qurultayın sənədlərində 
yazılırdı ki, Cənubi Qafqaza 
gələn ermənilərin sayı 8900 
ailə və ya 60 min nəfərdir.


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə