Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə7/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   2   3   4   5   6   7   8   9   10   ...   85

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
20 
ermənilər arasında ruh düşkünlüyü yarandı.
Silahlı  dəstələrin  ruhunu  yüksəltmək  üçün  Tiflisdən  yepiskop  Mesrop  və 
İrəvandan  yepiskop  Xoren  cəbhəyə  gələrək  drujinalara  baş  çəkdilər.  Onlar 
drujinaçılara dedilər: “Ələ keçirdikləri silahları rus ordusuna verməsinlər. Əgər 
Rusiya muxtariyyət verməsə, ermənilər əldə silah onun uğrunda döyüşəcəklər. 
Ermənilərin  “Böyük  Ermənistan”  ideyasının  həyata  keçirilməsinə  mane  olma-
maq üçün silahı gələcəkdə müsəlmanlara (azərbaycanlılara – M.Q.)  qarşı işlədə 
biləcəklər” [21, v.15-16].
Məqsədlərinə nail olmaq üçün erməni silahlı dəstələri dinc türk-müsəlman 
əhaliyə qarşı amansız qırğınlar törədirdilər. Onlar qadın, qoca və uşaqlara belə 
aman vermirdilər.
Dinc türk-müsəlman əhalinin kütləvi surətdə öldürülməsi 
Türklər Sarıqamışda məğlub olduqdan sonra ermənilər döyüş meydanların-
da qalan silahları oğurlamağa başladılar. Bununla əlaqədar olaraq Yelizavetpol 
quberniya jandarma idarəsinin rəisi yazırdı: “Ermənilər öz əsgərləri, drujinaları 
və oraya xüsusi olaraq göndərilmiş adamları vasitəsilə oğurluq yolu ilə və ucuz 
qiymətə gizli olaraq silah, sursat və patron gətirirlər” [42, v.11].
Erməni  silahlı  dəstələrinin  dinc  türk  və  müsəlman  əhalini  kütləvi  surətdə 
qırmaqda  davam  etməsi  rus  hərbi  komandanlığını  narahat  edirdi.  Bununla 
bağlı  olaraq Qars  vilayətinin  müvəqqəti general-qubernatoru general-leyte-
nant Zubov 1915-ci ilin yanvar ayında dərc etdirdiyi əhaliyə müraciətində ya-
zırdı: “Türkiyə ilə müharibə başladıqdan sonra az mədəniyyətli xristian əhalinin 
bir hissəsinin (ermənilər nəzərdə tutulur – M.Q.) vilayətin yerli müsəlmanlarına 
münasibətdə müşahidə edilən düşmənçiliyi son zamanlar açıq hücumlara çev-
rilmiş, bunun nəticəsində bir neçə dinc müsəlman öldürülmüşdür. Xeyli kədərli 
olan bu təzahür rus təbəələrinə xas deyildir, bizim vətənimizdə belə hallara yol 
verilməməlidir. Rusiya türk hökuməti və ordusu ilə döyüşür, yerli dinc əhali ilə 
döyüşmür. Hətta türk təbəəsi olan dinc müsəlmanlar rus qanunları ilə qorunmaq 
və himayə olunmaq haqlarına sahibdirlər, hələ rus təbəəsi olan müsəlmanları de-
mirik, onlar da xristianlar kimi bərabər hüquqlara malikdirlər. Mövcud qanunlar-
dan kənarda Rusiya hüdudlarında hətta Rusiyaya və onun hərəkətlərinə düşmən 
münasibətdə olan ayrı-ayrı şəxslər və qruplar üzərində hər hansı zorakılığa və 
özbaşına mühakiməyə yol verilmir. Bunun üçün hakimiyyət və məhkəmə vardır. 
Günahkarlar  mövcud  qanunlar  əsasında  cəzalandırılmaq  üçün  məhkəmələrə 
verilməlidir.  Əhali  yalnız  təqsirkar  şəxslərin  hakimiyyətə  verilməsinə  yardım 
etməli, onların üzərində istədikləri kimi məhkəmə qurmamalıdır. Belə zorakılıq 
və mühakimə edən şəxslər cinayətkardırlar və qanun qarşısında məsuliyyət da-
şıyırlar. Yaxın vaxtlarda dinc müsəlman əhalinin öldürülməsi idarəçilik qayda-
larına qarşı cinayətdir və günahkarlar müharibə dövrünün qanunlarına uyğun 
olaraq hərbi məhkəmələr tərəfindən mühakimə ediləcəklər” [43; 44].
Dinc müsəlmanların öldürülməsini digər məmurlar da etiraf edirdilər. Qars 
qubernatoru  Podqurski  1915-ci  ilin  yanvar  ayında  Bakı  Müsəlman  Xeyriyyə 
Cəmiyyətinin  sədrinə  göndərdiyi  teleqramında  yazırdı:  “Qars  vilayətinin 


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
21
müsəlman  əhalisi  müharibədən  çox  zərər 
çəkmişdir. Ehtiyac böyükdür və təhlükə var-
dır.  Heç  yerdən  yardım  yoxdur.  Cəmiyyətə 
müraciət edərək yardım istəyirəm” [45].
O, yardım göstərilməsi üçün hökumətdən 
xahiş  edəcəyini  bildirərək,  xeyriyyə 
cəmiyyətini də bu işə qatılmağa çağırdı.
Erməni  silahlı  dəstələrinin  müharibə 
dövründə  türkləri  və  digər  müsəlmanları 
kütləvi  şəkildə  məhv  etmələri  ABŞ,  rus, 
erməni,  türk  və  Azərbaycan  mənbələrində 
də  təsdiq  edilir.  ABŞ  tarixçiləri  Castin  Mak-
karti və Karolin Makkarti 100 min Rusiya və 
Anadolu  erməni  döyüşçüsünün  Anadoluda 
müsəlmanlara  qarşı  vuruşduğunu  yazırlar 
[46, s.65]. Bu, rus mənbələrindəki rəqəmlərə 
uyğun gəlir. Çastin Makkarti və Karolin Mak-
karti yazırlar: “Şərqi Anadoluda ermənı üsyan-
ları (qiyamları – M.Q.) qalxdı. Üsyan üçün yığılmış silahlar paylandı. Müsəlmanlar 
orduya  çağırıldıqları  üçün  şəhərlərdə  və  kəndlərdə  yalnız  qocalar,  uşaqlar  və 
qadınlar  qalmışdı.  Partizan  müharibəsi  başlandı.  Erməni  inqilabi  təşkilatları  və 
ruslar  erməni  partizanlarını  Cənubi  Qafqazda  və  Şərqi  Anadoluda  öyrədir  və 
təşkil edirdilər. Kommunikasiyalar dağıdıldı. Jandarma binalarına hücumlar edil-
di.  Müsəlman  kəndləri  hücumlara  məruz  qaldı.  Kənd  yerlərində  müsəlmanlar 
ermənilərin, ermənilər isə kürd tayfalarının hücumlarına uğrayırdılar. Bir milyon 
nəfərdən çox müsəlman rusların və ermənilərin işğal etdikləri əraziləri tərk etməyə 
məcbur oldu” [46, s.142].
Osmanlı arxiv sənədlərində isə yazılır ki, rus ordusunun hərəkət etdiyi yol-
larda  erməni  dəstələrı  müsəlmanlara  qarşı  kütləvi  soyqırım  törətdilər  və  is-
lam adına olan hər şeyi məhv etdilər. Təkcə insanlar məhv edilmədi, həmçinin 
məscidlərdəki xalılar və sərvətlər toplanaraq Rusiya paytaxtına göndərildi [47, 
s.54].
Türklərin və digər müsəlman xalqların kütləvi şəkildə öldürülməsini erməni 
ictimai  xadimləri  də  etiraf  edirdilər.  Qafqaz  Erməni  Xeyriyyə  Cəmiyyəti  və 
müharibədən  zərər  çəkənlərə  erməni  yardım  Mərkəzi  Komitəsinin  sədri 
S.Arutunov 1915-cı il yanvarın 27-də Tiflis Müsəlman Xeyriyyə Cəmiyyətinin 
idarə heyətinə göndərdirdiyi məktubunda yazırdı: “Mən Qarsı gəzərkən əmin 
oldum  ki,  müharibədən  əziyyət  çəkən,  evlərini  itirən,  din  qardaşlarına  pənah 
gətirən  müsəlman  qaçqınlar  da  vardir.  Onlar  kəndlərini  buraxaraq  hərbi 
əməliyyatlardan uzaq yerlərə din qardaşlarına pənah aparmışlar” [48].
Dinc  türk,  müsəlman  əhalinin  kütləvi  şəkildə  məhv  edilməsini  mətbuat 
orqanları  da  etiraf  edirdi.  Ermənilərin  nəşr  etdikləri  “Baku”  qəzeti  1915-ci  il 
30  yanvar  tarixli  sayında  yazırdı:  “Qars  vilayətində  Şildir  dairəsində  24,  Düz 
Ərdahan dairəsində 18, Şadivanda 2, Qolda 34 müsəlman kəndi büsbütün yan-
dırılmışdır” [49].
Erməni silahlı dəstələrinin 
müharibə dövründə türkləri 
və digər müsəlmanları 
kütləvi şəkildə məhv etmələri 
ABŞ, rus, erməni, türk və 
Azərbaycan mənbələrində 
də təsdiq edilir. ABŞ 
tarixçiləri Castin Makkarti 
və Karolin Makkarti 100 min 
Rusiya və Anadolu erməni 
döyüşçüsünün Anadoluda 
müsəlmanlara qarşı 
vuruşduğunu yazırlar. 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə