Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə4/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   2   3   4   5   6   7   8   9   ...   85

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
14 
ji ilə təşkil edilməyə başlandılar. Erməni könüllü dəstələri yaradılaraq türklərə 
qarşı  çıxış  etdilər.  Biz,  sözsüz,  Rusiyaya  istiqamətlənmişdik.  Biz  əsas  olmadan 
qələbəyə aludə olmuşduq. Biz inanırdıq ki, çar hökuməti bizim sədaqətimizə, 
əzablarımıza və köməyimizə görə bizə muxtariyyət verəcəkdir, bu muxtariyyət 
Türkiyənin azad olan erməni vilayətlərindən və Cənubi Qafqaz Ermənistanından 
ibarət olacaqdır” [11, s.10-11].
Osmanlı  imperiyasının  müharibəyə  qatılması  və  erməni 
təşkilatları
Rusiya  ilə  Osmanlı  dövləti  arasında  müharibənin  başlanması  yalnız  an 
məsələsi idi. Nəhayət, belə bir an gəlib çatdı. Türk donanması 1914-cü il ok-
tyabrın 17-də Novorossiysk limanını bombardman etdi [12, v.92-93]. Bundan 
sonra, oktyabrın 20-də imperator II Nikolay bütün Rusiya təbəələrinə müraciət 
etdi. Müraciətdə deyilirdi: “Rus əsgəri artıq Dunay sularını, Balkan zirvələrini, 
Plevne çöllərini, Ədirnəni və Ərzurumu, Mərmərə dənizinin sahillərini və Çarq-
radın ətrafını görmüşdür. Türkiyə ilə müharibə başlamışdır” [13, v.94-95].
Rusiya  ilə  Osmanlı  arasında  Qafqazda  hərbi  əməliyyatların  başlaması  və 
yaranmış  şərait  ermənilərin  maraqlarına  tamamilə  uyğun  idi.  Onlar  hay-küy 
içində idilər.
Müharibə başlayan kimi Qafqaz canişini İ.İ.Vorontsov-Daşkov Rusiya Xarici 
İşlər Nazirliyinin razılığı ilə Tiflis şəhərinin başçısı, erməni A.İ.Xatisovu və ye-
piskop Mesropu yanına çağıraraq, könüllü erməni dəstələrinin təşkil edilməsi 
arzusunu bildirdi. Onun dediyinə görə, hərbi əməliyyatlar meydanında erməni 
dəstələri dövlət vəsaiti hesabına təmin olunacaqdılar [14, s. 103]. Çar hökuməti 
müharibənin başlanğıcından erməni dəstələrinin təşkil edilməsi üçün ilkin ola-
raq 242 min 900 rubl vəsait ayırdı. 
Bundan sonra Rusiya imperiyasının müxtəlif yerlərindən ermənilər dəstə-
dəstə  Cənubi  Qafqaza  gətirilirdilər.  Silahlı  dəstələrin  təşkili  üçün  erməni 
Mərkəzi  Komitəsi  və  erməni  drujinalarının  bölüşdürlüməsi  komitəsi  yaradıl-
dı. Mərkəzi Komitənin tərkibinə tanınmış ermənilər daxil edildilər. Drujinala-
rın bölüşdürülməsi komitəsi erməniləri toplayır, onlara təlim keçir və cəbhəyə 
göndərirdi. Bu komitənin hər iki üzvündən biri daşnak idi. Tiflis, İrəvan, İqdır və 
Vanda komitənin bölmələri var idi.
Hərbi  əməliyyatlar  başladıqdan  sonra  çarizmin  “Daşnaksütyun”a  olan 
münasibəti də tamamilə dəyişdi. Qafqaz canişini İ.İ.Vorontsov-Daşkov impera-
tor II Nikolaya yazdığı məktubunda daşnaklar üzərində məhkəmə proseslərini 
pisləyərək,  çarizmin  erməniləri  himayə  etməklə  həm  Rusiyada,  həm  də 
Türkiyədə  özünə  etibarlı  təbəə  əldə  edəcəyini  bildirdi.  Hökumət  daşnakları 
sürgünlərdən geri gətirdi və həbsxanalardan azad etdi. 
Daşnaklar  ailələri  ilə  birlikdə  Qafqaza  dönməyə  başladılar.  Qısa  müddət 
ərzində Qafqazda 18 yaşından 40 yaşadək olan ermənilərin səfərbərliyi keçi-
rildi [15]. Daşnaksütyun “Türkiyədə yaşayan qardaşlarının azad edilməsi” kimi 
demoqoji şüarlar altında ermənilərdən ibarət dəstələr yaradaraq Qafqazda çar 
ordusunun cərgələrini doldurdu [2, v.143].


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
15
Erməni silahlı dəstələrinin hazırlanması və 
ianələr toplanması işi daha da genişləndirildi. 
Dünyanın  müxtəlif  ölkələrindəki  və  Ru-
siya  imperiyasındakı  ermənilər  hərəkətə 
keçdilər.  Bu  işdə  Daşnaksütyun  və  erməni 
kilsəsi  aparıcı  rol  oynayırdı.  Oktyabrın  26-
da Daşkənddəki erməni kilsəsində keçirilən 
toplantıda nitq söyləyən keşiş (mənbədə adı 
yazılmamışdır  –  M.Q.)  Şərqdəki  düşmənə 
qarşı  (Osmanlı  dövləti  nəzərdə  tutulur  – 
M.Q.) mübarizədə ermənilərin həyatlarını və 
sərvətlərini verməyə hazır olduqlarını bildir-
di. Toplantıda bir çox Daşkənd ermənisi türk 
ordusunun arxasında partizan müharibəsini 
aparmaq üçün milli legiona daxil olmaq ar-
zusunu bəyan etdi [16].
Moskvada 
isə 
S.Q.Mamikonyanın 
sədrliyi  ilə  erməni  komitəsinin  toplantısın-
da  müharibə  ehtiyaclarını  ödəmək  və  ianə 
toplamaq  üçün  7  komissiya  yaradıldı:  1. 
Maliyyə, 2. Jurnal dərc ermək üçün redaksi-
ya, 3. Sanitar, 4. İnformasiya, 5. Qadınlar, 6. 
Gənclər və 7. İanə toplamaq üçün yardımçı 
komissiya [17].
Artıq qeyd edildiyi kimi, bu iş Bakıda da aparılırdı. Bakı quberniya jandar-
ma idarəsinin məxfi məlumatına görə, Daşnaksütyunun Bakı Mərkəzi Komitəsi 
çarizm agenturasının göstərişinə uyğun olaraq erməniləri silahlandırmaq üçün 
Bakıda pul toplayırdı [18, v.7].
Romanovda  yaşayan  ermənilər  oktyabrın  29-da  yığıncaq  keçirərək 
ermənilərin ümummilli işə - erməni dəstələrinə yardım məsələsini müzakirə 
etdilər. Xüsusi olaraq Romanova gəlmiş Armavirdəki yardım komitəsinin üzvü 
L.M.Gülümyans fəaliyyət proqramını açıqlayaraq, yerli erməniləri bu proqra-
ma qatılmağa dəvət etdi. “Erməni könüllü drujinalarına, yaralılara və onların 
ailələrinə kömək üzrə Romanov komitəsi” quruldu. Komitə ianələr toplayaraq 
onu  katolikosun  başçılığı  ilə  Tiflisdə  fəaliyyət  göstərən  büroya  çatdırırdı.  O, 
eyni zamanda dəstələrin cərgələrini yeni-yeni üzvlərlə doldurmalı idi.
Rostov erməniləri də qanlı əməllərin törədilməsi üçün yardım etməyə baş-
ladılar. Şəhərdə yaşayan ermənilərdən 20-25 nəfəri 60.000 rubl verdi. 
Yekaterinodardakı erməni koloniyası komitənin üzvlərini seçdi. Bu komitəyə 
34 nəfər daxil idi. Komitənin sədri I Dövlət Dumasının üzvü Ter-Petrosyan seçil-
di. Komitənin iki komissiyası var idi: könüllü drujinalar təşkil etmək; xəstəxanalar 
və ianələr toplamaq. Komitə əvvəlcə təcili olaraq 40.000 rubl toplamaq qərarına 
gəlsə də, sonradan bu məbləği 70.000 rubla çatdırdı [19]. Az müddət ərzində 
Yekaterinodar  şəhərindən  150,  Yekaterinodar  quberniyasından  da  150-yə 
qədər erməni türklərlə döyüşmək üçün cəbhəyə yola salındı [16].
Hərbi əməliyyatlar 
başladıqdan sonra çarizmin 
“Daşnaksütyun”a olan 
münasibəti də tamamilə 
dəyişdi. Qafqaz canişini 
İ.İ.Vorontsov-Daşkov 
imperator II Nikolaya yazdığı 
məktubunda daşnaklar 
üzərində məhkəmə 
proseslərini pisləyərək, 
çarizmin erməniləri himayə 
etməklə həm Rusiyada, 
həm də Türkiyədə özünə 
etibarlı təbəə əldə edəcəyini 
bildirdi. Hökumət daşnakları 
sürgünlərdən geri gətirdi və 
həbsxanalardan azad etdi. 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə