Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
135
dərəcədə genişləndi və bununla da Avropa İttifaqı yeni qonşular qazandı.
Yaranmış vəziyyət Avropa İttifaqını öz yeni qonşuları ilə qarşılıqlı əməkdaşlığı
daha da genişləndirmək istiqamətində səylər göstəmək zərurəti qarşısında
qoydu. Bu zərurətdən irəli gələrək Avropa İttifaqı 2003-cü ildə “Daha geniş
Avropa – qonşuluq: Şərq və Qərb qonşularla yeni çərçivə təşəbbüsü” (Wider
Europe – Neighbourhood: A new Framework for relations with our Eastern
and Southern Neighbours) [16] adlı proqram qəbul etdi və bu qurumun xari-
ci işlər nazirləri 2004-cü ilin yanvar ayında Cənubi Qafqaz dövlətlərini həmin
proqrama qoşmaq məqsədilə Avropa Komissiyasına müvafiq təkliflər hazırla-
maq haqqında tapşırıq verdi. Avropa Komissiyası tərəfindən 2004-cü ilin ma-
yında Avropa Qonşuluq Siyasəti (European
Neighbourhood Policy) strategiyası təqdim
edildi və bu strategiya həmin ilin iyunun-
da Avropa İttifaqı tərəfindən qəbul olundu
[7]. Avropa Qonşuluq Siyasəti (AQS) qonşu
ölkələrə bütün istiqamətlərdə əməkdaşlıq,
bu ölkələrdə idarəetmənin keyfiyyətini ar-
tırmaq üçün yardım tədbirləri və iqtisadi-
ticarət əlaqələri təklif etmiş, eyni zamanda
onun prioritetlərində Avropa İttifaqının
siyasətinin ilk növbədə insan ləyaqətinə
hörmət, azadlıq, demokratiya, bərabərlik,
hüququn aliliyi, insan hüquqlarının və
milli azlıqların qorunması dəyərlərinə
əsaslanması qeyd edilmişdir.
Nəhayət, Avropa İttifaqı Şurası 2004-cü
ilin iyununda Cənubi Qafqaz dövlətlərini,
o cümlədən Azərbaycan Respublikasını
AQS-yə daxil etmək haqqında qərar qəbul
etdi. Azərbaycanın AQS-yə daxil edilməsi
ikitərəfli əməkdaşlığın gələcək inkişafı baxı-
mından yeni bir mərhələ oldu. Belə ki, AQS
Azərbaycan üçün aşağıdakı imkanlar yarat-
dı:
– siyasi, iqtisadi və inzibati islahatların
həyata keçirilməsi və birgə dəyərlərə hörmət edilməsində konkret irəliləyişə
nail olunması müqabilində Avropa İttifaqının daxili bazarında müəyyən
paya sahib olma imkanı;
– vətəndaşların, əmtəələrin, xidmətlərin və kapitalın sərbəst dövriyyəsini
təmin etmək məqsədilə gələcək inteqrasiya və liberalizasiya proseslərində
iştirak;
– Avropa İttifaqına üzv ölkələr ilə daha səmərəli siyasi dialoq və əməkdaşlıq,
Azərbaycanın Avropa İttifaqı
ilə rəsmi əməkdaşlığının
əsası 1996-cı il aprelin
22-də Lüksemburqda
Prezident Heydər Əliyev
tərəfindən Tərəfdaşlıq və
Əməkdaşlıq Sazişinin (TƏS)
imzalanması ilə qoyuldu.
Azərbaycan-Avropa
İttifaqı münasibətlərinin
hüquqi əsasını təşkil edən,
preambula, 105 maddə, 5
əlavə və qarşılıqlı yardım
barədə protokoldan ibarət
olan bu sənəd onu imzalamış
bütün dövlətlər tərəfindən
ratifikasiya edildikdən sonra
1999-cu il iyulun 1-də
qüvvəyə mindi .
STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
136
güzəştli ticarət əlaqələri və açıq bazar, miqrasiya, narkotiklər və mütəşəkkil
cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq, sərmayələrin təşviqi, yeni
maliyyə mənbələrinin əldə edilməsi, Azərbaycanın Ümumdünya Ticarət
Təşkilatına üzv olmasının dəstəklənməsi və s.
Beləliklə, Azərbaycan Respublikası AQS proqramının iştirakçısı kimi bir sıra
siyasi, iqtisadi və hüquqi islahatları reallaşdırmaq və bu məqsədlərə nail olmaq
üçün Avropa İttifaqının texniki və maliyyə dəstəyini qazanmaq imkanı əldə etdi.
Qeyd etmək lazımdır ki, AQS proqramının əsas elementi Avropa İttifaqı ilə
hər bir tərəfdaş ölkə arasında razılaşdırılmış, ölkə üzrə bir sıra qısa və orta
müddətli prioritetlərin əks olunduğu Fəaliyyət Planlarıdır. Fəaliyyət Planı Av-
ropa İttifaqının tərəfdaş ölkələrlə münasibətlərini 3-5 illik müddəti əhatə edən
yaxın gələcək üçün tənzimləyən əsas sənəddir. Bu sənəd hər bir ölkənin eh-
tiyac və imkanları, o cümlədən qarşılıqlı dəyər və maraqlar nəzərə alınmaqla
hazırlanır.
Avropa İttifaqı-Azərbaycan Fəaliyyət Planı hazırlanaraq, 2006-cı ilin or-
talarında Avropa Komissiyasına təqdim edildi və 2006-cı il noyabrın 14-də
qəbul edildi [5]. Bununla da, əvvəllər TƏS ilə tənzimlənən Azərbaycan–Aİ
münasibətlərinin gələcək inkişafının prioritet istiqamətləri AQS çərçivəsində AR-
Aİ-Azərbaycan Fəaliyyət Planı ilə müəyyən
olundu. Azərbaycan və Avropa İttifaqı ara-
sındakı münasibətlərin strateji hədəflərini
əhatə edən bu sənəddə əməkdaşlığın aşa-
ğıdakı prioritet istiqamətləri öz əksini tapdı:
–
Dağlıq Qarabağ münaqişəsinin sülh
yolu
ilə həllinə töhfə vermək;
–
Beynəlxalq tələblərə cavab verən
ədalətli və şəffaf seçki prosesi vasitəsilə
ölkədə demokratiyanın
gücləndirilməsi;
–
Azərbaycanın
beynəlxalq
öhdəliklərinə uyğun olaraq (TƏS, AŞ,
ATƏT, BMT) insan hüquqlarının, əsas azadlıqların və qanunun aliliyinin
müdafiəsinin gücləndirilməsi;
– Xüsusilə korrupsiyaya qarşı mübarizəni gücləndirməklə biznes və investisi-
ya mühitinin yaxşılaşdırılması;
– Gömrük xidməti fəaliyyətinin təkmilləşdirilməsi;
– İqtisadi fəaliyyətlərin diversifikasiyasına, kənd ərazilərinin inkişafına, yox-
sulluğun azaldılmasına və sosial birliyə xüsusi diqqət yetirərək, tarazlanmış
və davamlı iqtisadi inkişafın dəstəklənməsi; ətraf mühitin qorunması daxil
olmaqla davamlı inkişafın
təşviq edilməsi;
– İqtisadi qanunvericiliklə idarəetmə təcrübəsinin daha da yaxınlaşdırılması;
– Avropa İttifaqı-Azərbaycan arasında enerji üzrə ikitərəfli, həmçinin enerji və
nəqliyyat üzrə regional əməkdaşlığın gücləndirilməsi;
Avropa İttifaqı ilə
Azərbaycan arasında Şərq
Tərəfdaşlığı prosesinin
ikitərəfli əməkdaşlıq formatı
çərçivəsində Assosiasiya
Sazişinin hazırlanması barədə
danışıqlara 2010-cu il iyulun
16-da başlanılmışdır.