Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
133
Azərbaycan üçün bu dəstək vacib əhəmiyyət kəsb edirdi. Belə ki, demokratik,
hüquqi dövlət quruculuğunu, vətəndaş cəmiyyətinin formalaşması və inkişafı-
nı, o cümlədəm bazar iqtisadiyyatının bərqərar olmasını özünün strateji inkişaf
xətti seçmiş Azərbaycan Respublikası üçün ümumbəşəri demokratik dəyərlərə
və müasir beynəlxalq standartlara cavab
verən milli qanunvericilik formalaşdırmaq,
özünün geniş iqtisadi potensialını reallaşdır-
maq, demokratik dövlət təsisatları yaratmaq
və inkişaf etdirmək, iqtisadiyyatın müxtəlif
sahələrinə investisiyaların cəlb edilməsi
məqsədilə ölkədə müvafiq mühit formalaş-
dırmaq, müasir texnologiyalara çıxış əldə
etmək üçün dünya təcrübəsindən istifadə
etmək, dünya dövlətləri və beynəlxalq
təşkilatlarla, o cümlədən Avropa İttifaqı ilə
qarşılıqlı faydalı əməkdaşlıq qurmaq strateji
əhəmiyyət daşıyırdı.
Beləliklə,
Azərbaycan
dövlət
müstəqilliyinin qorunub saxlanılması və
möhkəmləndirilməsi, Dağlıq Qarabağ
probleminin beynəlxalq hüquq normaları
çərçivəsində sülh yolu ilə həll olunması və
ərazi bütövlüyünün bərpa edilməsi, sivil,
demokratik, hüquqi dövlət quruculuğu və
bazar iqtisadiyyatına keçid istiqamətində
islahatların həyata keçirilməsi, dünyaya
inteqrasiya proseslərinə sıx cəlb olun-
ması məqsədilə qısa bir müddət ərzində
dünya dövlətləri ilə, universal və regional
beynəlxalq təşkilatlarla əlaqələr quraraq
sıx əməkdaşlıq etməyə başlamış, BMT və
ATƏT-ə üzv olmaqla müstəqil dövlət kimi
beynəlxalq aləmdə ilk addımlarını atmışdır.
Müasir dövrdə öz siyasi və iqtisa-
di potensialına görə dünyada əsas güc
mərkəzlərindən biri olan və siyasi, iqtisadi və sosial inteqrasiya modelinə çev-
rilmiş Avropa İttifaqı öz növbəsində dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli
əməkdaşlıq əlaqələri qurmaqda maraqlıdır. Bu baxımdan Şimal-Cənub və
Şərq-Qərb strateji xətlərinin kəsişməsində yerləşən Cənubi Qafqaz dövlətləri,
xüsusən də təbii enerji ehtiyatları ilə zəngin olan Azərbaycan Respublikası ilə
əməkdaşlığın vacibliyi Avropa İttifaqı üçün danılmazdır. Belə ki, bu əməkdaşlıq
Avropa ölkələrinə təbii enerji daşıyıcılarının alternativ yollarla nəqli və onla-
Azərbaycan dövlət
müstəqilliyinin qorunub
saxlanılması və
möhkəmləndirilməsi, Dağlıq
Qarabağ probleminin
beynəlxalq hüquq normaları
çərçivəsində sülh yolu
ilə həll olunması və ərazi
bütövlüyünün bərpa edilməsi,
sivil, demokratik, hüquqi
dövlət quruculuğu və
bazar iqtisadiyyatına keçid
istiqamətində islahatların
həyata keçirilməsi, dünyaya
inteqrasiya proseslərinə sıx
cəlb olunması məqsədilə
qısa bir müddət ərzində
dünya dövlətləri ilə, universal
və regional beynəlxalq
təşkilatlarla əlaqələr quraraq
sıx əməkdaşlıq etməyə
başlamış, BMT və ATƏT-ə
üzv olmaqla müstəqil dövlət
kimi beynəlxalq aləmdə ilk
addımlarını atmışdır.