Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə20/20
tarix27.03.2018
ölçüsü0,49 Mb.
#35226
1   ...   12   13   14   15   16   17   18   19   20

 

43 


 

 



 



İstiqrazlar üzrə gəlirliyin faiz dərəcəsi: illik 5 (beş) % 

 



 



İstiqrazların və faizlərin ödənilməsi tarixi və müddəti

İstiqrazların  nominal  dəyəri  bu  istiqrazların  tədavül  müddəti  bitdiyi  tarixdə  ödəniləcək.  İstiqrazların 

tədavül müddəti 5 (beş) il kimi müəyyən edilir. 

İstiqrazlar üzrə faizlər buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) ayda bir, 

3 (üç) aylıq müddətdən sonrakı ilk iş günü olmaqla 5 (beş) il müddətində ödəniləcək. İstiqrazlar üzrə 

faizlərin ilk ödənişindən sonra hər növbəti ödəniş müddəti üçün  tədavüldə olan istiqrazların nominal 

dəyərinin emitent tərəfindən ödənilməmiş hissəsində hesablanacaq. 

İstiqrazlar  üzrə  illik  5 (beş)  faiz  kupon ödəniləcək.  İstiqrazların  tədavül  müddəti  ərzində,  hər  kupon 

ödəniş dövründə, Kupon ödənişi gününə istiqraz mülkiyyətçilərinin sahib olduqları istiqrazların nominal 

dəyərinin 1.25%-i qədər hesablanmış kupon İstiqraz sahiblərinin bank hesablarına köçürüləcək. 

 



 



Faiz və əsas borcun ödənilməsi ilə bağlı iddia müddəti;  

Faiz və əsas borcun ödənilməsi ilə bağlı iddia müddəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 

372 - 384-cü maddələri ilə tənzimlənir. 

 



 



Bazarda  baş  verən  hadisələrin  istiqrazların  baza  aktivinə  (olduqda)  və  istiqrazlar  üzrə 

hesablaşmalara mənfi təsiri barədə məlumat. Belə halların tənzimlənməsi qaydaları və ya 

prosedurları; 

İstiqrazlar üzrə baza aktivi nəzərdə tutulmayıb. 

 



 



 Ödənişlər üzrə hesablaşma agentinin adı; 

Azərbayca Respublikasının Milli Depozit Mərkəzi 

 



 



 Təmin edilmiş istiqrazlar təklif olunduqda təminatın dəyərinin istiqrazların və onlar üzrə 

faizlərin ödənişinə təsiri barədə aydın və ətraflı məlumat; 

Emissiya olunan istiqrazlar təminatsız formada emissiya edilir. 

 



 



İstiqrazların emitent tərəfindən geri satın alınması nəzərdə tutulmamışdır. 

 

 

 

 

 


 

44 


 



 



Gəlirlik dərəcəsi və onun hesablanması qaydası; 

 

İstiqrazlar üzrə faiz gəlirinin məbləği aşağıda göstərilən düsturla müəyyən edilir: 



TF = (N*D*G/360)/100 

burada, 


TF – Bir istiqraz üzrə toplanmış faizlər; 

N – Bir İstiqrazın nominal dəyəri (1.000 (bir min) dollar); 

D – İstiqrazların illik gəlirlik dərəcəsi (5 (beş) %); 

G –İstiqrazların ödəniş dövrünün müddəti (3 ay (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) 

 



 



İstiqrazların  emissiyası  haqqında  qərarın  qəbul  edilməsi  tarixi,  nömrəsi  və  qərarı  qəbul 

etmiş emitentin idarəetmə orqanının adı; 

İstiqrazların emissiyası haqqında “09” Avqust 2016-cı il tarixli Qərarı Azərbaycan Respublikasının 

Dövlət Neft Şirkətinin vitse-prezidenti Qasımov Süleyman Mehrəli oğlu tərəfindən qəbul edilmişdir. 

 



 



 İstiqrazların əldə edilməsi üçün məhdudiyyətlər (olduqda); 

İlkin  yerləşdirmə  zamanı  SOCAR  istiqrazlarını  sadəcə  Azərbaycan  vətəndaşları  və  Azərbaycan 

Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  hüquqi  şəxs  statusunda  yaradılmış  müəssisə  və 

təşkilatlar ala biləcəkdir. Daha sonra Təkrar bazarda xarici fiziki və hüquqi şəxslər bu istiqrazları əldə 

edə bilərlər. Yerləşdirmə prosesində fiziki şəxslər daha çox üstünlüyə malikdirlər. 

 



 



İstiqraz  üzrə  gəlirlərdən  mənbədə  verginin  tutulması  barədə  məlumat.  İstiqraz  üzrə 

gəlirlərdən mənbədən verginin tutulması barədə emitentin öhdəliyi. 

Qanunvericiliklə  nəzərdə  tutulan  halda  Emitent  istiqrazlar  üzrə  faiz  ödənişi  zamanı  qanunvericilikdə 

müəyyən edilmiş qaydada ödəmə mənbəyindən vergi tutur. 

Fiziki  şəxslər  Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsi-nin  102.1.22.  bəndinə  əsasən  emitent 

tərəfindən istiqrazlar üzrə ödənilən faiz gəlirləri üzrə (kupon) gəlir vergisindən azaddır. 

 

 



14.

 

Təklifin şərtləri 

 



 



Təklifin və yerləşdirmənin başlanma və başa çatma tarixləri; 

SOCAR  istiqrazlarının  ilkin  yerləşdirilməsi  kütləvi  təklif  üsulu  ilə  Abunə  yazılışı  formasında  fond 

birjasında həyata keçiriləcək. 

Abunə yazılışının başlanma tarixi: 20 Sentyabr 2016-cı il 

Abunə yazılışının başa çatma vaxtı: 10 Oktyabr 2016-cı il 

İstiqrazların Bakı Fond Birjasında yerləşdirilməsi: 13-14 Oktyabr 2016-cı il tarixlərində 



 

45 


 

SOCAR istiqrazlarına Abunə yazılışı başa çatdıqdan sonra 2 iş günü ərzində emitent və ya anderrayter 

qiymətli kağızların yerləşdirilməsinin başlanması tarixini abunə yazılmış şəxslərin nömrəsinə qısa mesaj 

(SMS) vasitəsilə bildiriş göndərəcək. 

 



 



Təklifin  qüvvədə  olduğu  müddət  ərzində  prospektə  düzəlişlərin  edilə  biləcəyi  müddət  və 

düzəlişlərin edilməsi qaydası; 

Emissiya prospektində dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün  ərizə (həmin dəyişikliklərin 

qəbul edilməsi barədə qərar, dəyişikliklərin mətni və əsaslandırılma əlavə edilməklə) müvafiq qərarın 

qəbul  edildiyi  gündən  beş  iş  günü  ərzində  maliyyə  bazarlarına  nəzarət  orqanına  təqdim  ediləcək. 

Emissiya prospektində edilmiş dəyişikliklər dövlət qeydiyyatına alındığı tarixdən beş iş günü ərzində 

“Qiymətli kağızlar bazarı haqqında” Qanunun 7.1-ci maddəsi ilə müəyyən edilmiş vasitələrdə açıqlanır 

və açıqlandığı tarixdən on beş iş günü bitdikdən sonra qüvvəyə minir. 

Emissiya prospektində edilmiş dəyişikliklərin açıqlanmasından əvvəl investisiya qiymətli kağızlarının 

alınması üzrə abunə yazılışına razılaşmış investorlar həmin dəyişikliklərin açıqlandığı tarixdən yeddi iş 

günü ərzində təkliflərini geri götürmək hüququna malikdirlər. 

 



 



Təklifin dayandırılması və ya təxirə salınması hallarının izahı; 

Təklif “Qiymətli kağızlar bazarı haqqında” Qanununun 9-cu maddəsinə əsasən dayandırıla bilər. 



 



 



İstiqrazlara abunə yazılışı keçirildikdə aşağıdakı məlumat: 

 

İstiqrazlara abunə yazılışının qaydası; 

SOCAR istiqrazlarına abunə yazılışı investorlar tərəfindən sifarişin anderrayterə təqdim etməklə həyata 

keçirilir.  Abunə  yazılışı  üçün  sifariş  investor  tərəfindən  imzalanmalıdır.  Hüquqi  şəxslərin  təqdim 

etdikləri  sifariş  onların  səlahiyyətli  şəxsi  tərəfindən  imzalanmalı  və  möhürlənməlidir.  Sifariş 

anderraytera təqdim edilərkən onun üzərində anderrayterin səlahiyyətli şəxsi tərəfindən sifarişin qəbul 

edildiyi tarix, vaxt, qeydiyyat nömrəsi, sifarişi qəbul edən şəxsin adı, soyadı qeyd edilir və anderrayter 

tərəfindən uçota alınır. 

SOCAR istiqrazlarına abunə yazılışı üçün Anderrayter və anderrayterlə müvafiq xidmət üzrə müqavilə 

bağlamış  İnvestisiya  Şirkətlərindən,  bu  investisiya  şirkətləri  ilə  əməkdaşlıq  edəcək  ASAN  xidmət 

mərkəzlərindən və agentlik müqaviləsi əsasında xidmət göstərəcək banklardan sifariş vermək mümkün 

olacaqdır.  

Ətraflı məlumat üçün 108 əlaqə nömrəsinə və www.socaristiqraz.az saytına müraciət etməyiniz xahiş 

olunur. 


 

 



 

46 


 

BFB-də istiqrazların yerləşdirilməsindən əvvəl toplanmış abunə yazılışı sifarişləri Anderrayter tərəfində 

investorlar arasında bölüşdürülür. Anderrayter tərəfindən SOCAR istiqrazları üçün ayrılmış emissiya 

məbləğinin  (təklif),  abunə yazılmış  sifarişçilər arasında  bölünməsi aşağıdakı  qaydalara  uyğun  həyata 

keçiriləcək. 

Sifarişçilər fiziki və ya hüquqi şəxslər olmaqla iki qrupa bölünür. 

Sifarişin verilmə tarixi və vaxtı nəzərə alınır. 

Bölgü zamanı tələblərin dəyəri nəzərə alınaraq: dəyəri 100 000-dək (100 nominal) olan hissəsi adi tələb

dəyəri 100 000-dən (100 nominal) çox olan hissəsi isə yüksək tələb kimi qiymətləndirilir. 

Sifarişçilərin tələblərinin ədalətli qarşılanması üçün bölgü iki üsulla aparılır:   

-

 

adi tələblər üçün istiqrazların bir-bir bölüşdürülməsi şərti ilə; 



-

 

yüksək tələblər üçün istiqrazların mütənasib (proporsional) bölüşdürülməsi şərti ilə; 



Bölgü aşağıdakı dörd ardıcıl addımla aparılır. 

Bölgü emissiya məbləği tələbləri ödəyə bilmədiyi addımda dayandırılır və sonrakı addımlara ehtiyac 

qalmır: 

 

1)



 

Fiziki şəxslərin adi tələbləri - sifarişin dəyəri və sifarişin icraya qəbul edilmə vaxtı və tarixi 

(artan sıra ilə) nəzərə alınmaqla, emissiya məbləği bitənə qədər hər bir sifarişçiyə istiqrazlar bir-

bir ödənilməklə; 



2)

 

Hüquqi şəxslərin adi tələbləri - sifarişin dəyəri və sifarişin icraya qəbul edilmə vaxtı və tarixi 

(artan sıra ilə) nəzərə alınmaqla, emissiya məbləği bitənə qədər hər bir sifarişçiyə istiqrazlar bir-

bir ödənilməklə; 



3)

 

Fiziki  və  hüquqi  şəxslərin  (heç  bir  fərq  qoyulmadan)  yüksək  tələbləri  -  əvvəlki  addımlardan 

sonra qalmış bölüşdürülməmiş emissiya məbləğinin , cəmi ödənilməmiş tələblərin dəyərinə olan 

nisbətindən alınmış əmsalın- hər bir sifarişçinin ödənilməmiş tələblərin dəyərinə vurulmasından 

alınan məbləğin aşağıya yuvarlaqlaşdırılmış tam hissəsini ödəməklə

4)

 

Fiziki və hüquqi şəxslərin yüksək tələblərinin 3-cü addımdakı yuvarlaqlaşdırma qalığı, sifarişin 

icraya qəbul edilmə vaxtı və tarixi (artan sıra ilə) nəzərə alınmaqla, emissiya məbləği bitənə 

qədər hər bir sifarişçiyə istiqrazlar bir-bir ödənilməklə; 

 

Abunə  yazılışı  zamanı  sifarişlərin  geri  çağırılması  və  abunəçilər  tərəfindən  ödənmiş  artıq 

məbləğin geri qaytarılması qaydası və müddəti; 

İnvestorlar  abunə  yazılışı  üçün  sifarişləri  imzaladıqdan  sonra  onların  geri  çağırılmasını  tələb  edə 

bilməzlər.  Yalnız  Emissiya  prospektində  edilmiş  dəyişikliklərin  açıqlanmasından  əvvəl  İstiqrazların 

alınması üzrə abunə yazılışına razılaşmış investorlar həmin dəyişikliklərin açıqlandığı tarixdən 7 (yeddi) 

iş günü ərzində təkliflərini geri götürmək hüququna malikdirlər. 

Köçürmə əməliyyatı pulun MDM-in klirinq hesabına daxil olması ilə tamamlanmış hesab edilir. 

 



 

47 


 

Abunə yazılışının (investisiya etmək üçün qiymətli kağızların sayına və ya məcmu miqdarına) 

minimum və/və ya maksimum məbləğini; 

İnvestisiya etmək üçün SOCAR istiqrazlarının sayına məhdudiyyət yoxdur. 

 



 



İstiqrazlar hərrac vasitəsilə yerləşdirildikdə, hərracın keçirilməsi qaydası; 

Kütləvi  təklif  edilən  SOCAR  istiqrazları,  fond  birjasında  hərrac  vasitəsi  keçirilmədən,  İnvestorlar 

tərəfindən  sifarişlərin anderrayterə təqdim etməklə abunə yazılışı formasında yerləşdiriləcək. 

 

 

 



 



İstiqrazların dəyərinin ödənilməsi və investorların istiqrazlarla təchizatı şərtləri və qaydası; 

İstiqrazların  alınması    nağd  və  köçürmə  yolu  ilə  anderrayter  vasitəsilə  həyata  keçirilir.  Müştəri 

tərəfindən hesab üzrə sərəncam verildiyi andan investisiya şirkəti müştərinin “depo” hesabında mövcud 

olan və həmin sərəncamda göstərilən qiymətli kağızlar barədə məlumat almaq hüququna malikdir. 



 

 



 



Potensial investorların müxtəlif kateqoriyaları barədə məlumat; 

Yerləşdirmədə  abunə  yazılışı  üçün  toplanmış  sifarişlərin  bölüşdürülməsində  investorlar  sifarişlərinin 

həcminə və hüquqi və fiziki şəxs olmasına görə kateqoriyalara ayrılıb. 

 



 

İstiqrazların satışının başlanması barədə investorlara bildirişlərin göndərilməsi qaydası və 

satışın xəbərdarlıq edilməzdən öncə başlaya bilib-bilməməsi barədə məlumat

Abunə  yazılışı  başa  çatdıqdan  sonra  2  iş  günü  ərzində  emitent  və  ya  anderrayter  qiymətli  kağızların 

yerləşdirilməsinin  başlanması  tarixini  investorun  anketində  göstərdiyi  nömrəyə  qısa  mesaj  (SMS)  

vasitəsi ilə bildiriş göndəriləcəkdir. 



 



 



İstiqrazların  təklif  qiyməti.  Qiymətin  məlum  olmadığı  təqdirdə  istiqrazların  qiymətin 

müəyyənləşdirmə metodunu göstərilməklə bu prosesdə iştirak edən və məsuliyyət daşıyan 

şəxslər barəsində məlumat; 

SOCAR  İstiqrazlarına  Abunə  yazılışının  qiyməti  -  Abunə  yazılışı  dövründə  İnvestorlar  tərəfindən 

sifarişlərin  verilmə  tarixindən  və  həcmindən  asılı  olmayaraq,  istiqrazlar  nominal  qiyməti  ilə  yəni,  1 

istiqraz 1 000 (min) ABŞ dollarına təklif olunur. 

 



 



İstiqraz alıcısının ödəməli olduğu vergi və xərclərin məbləği

İnvestor  SOCAR  istiqrazlarını  ilkin  bazardan  əldə  edən  zaman  yaranacaq  investisiya  xidmətləri 

xərcindən,  depo  hesab  açılışı  komissiyasından,  klirinq  hesabına  pul  köçürülməsi  komissiyasından 

azaddırlar, çünki SOCAR şirkəti istiqrazların alınması ilə bağlı sadalanan xərcləri öz üzərinə götürür.  




 

48 


 

 



 

İstiqrazları öhdəlik götürməklə və ya öhdəlik götürmədən yerləşdirən anderrayter barədə 

məlumat (adı, lisenziyası və ünvanı). Xidmət haqqı; 

İstiqrazları öhdəlik götürmədən yerləşdirən anderrayter barədə məlumat. 

SOCAR  istiqrazlarının  anderrayteri  olan  PSG-Kapital  QSC  Azərbaycan  Respublikasının  Maliyyə 

Bazarlarına  Nəzarət  Palatası  (MBNP)    tərəfindən  01  avqust  2016-cı  il  tarixdə  verilmiş  01  №-li 

İnvestisiya Şirkəti Fəaliyyəti lisenziyası əsasında investisiya xidmətləri göstərir. SOCAR istiqrazlarının 

Anderrayteri kimi qiymətli kağızları öhdəlik götürmədən yerləşdirilməsini həyata keçirir. 

 

Tam adı: “PSG-Kapital İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti (PSG-Kapital QSC) 



Hüquqi ünvanı: AZ1025, Bakı şəhəri Xətai rayonu, Nəcəfqulu Rəfiyev, ev 13. 

Olduğu yer: AZ1029, Bakı, Ələsgər Qayıbov 10Q, "Subhan-S" Plaza 

VÖEN-i: 2002388681 

Telefon: + 994 (12) 555-95-90, +994 (55) 562-08-80 

Elektron poçtun ünvanı: 

info@psgkapital.az

 

 

Emitent Anderrayterlə bağlanılmış müvafiq müqaviləyə əsasən xidmət haqqı kimi ilkin yerləşdirmədə 



yerləşdirilmiş istiqrazların ümumi həcminin 0.21%-i qədərində komissiya ödəyəcək. 

 



 



Anderraytinq müqaviləsinin bağlandığı və ya bağlanacağı vaxtı. 

SOCAR və PSG-Kapital QSC arasında anderrayter müqaviləsi Abunə yazılışı başlanacağı tarixə qədər 

bağlanacaq. 

 

 



 

15.

 

Ticarətə buraxılma və onun tənzimlənməsi 

 



 

İstiqrazların  tənzimlənən  bazarda  ticarətə  buraxılması  barədə  emitent  tərəfindən 

müraciətin edilməsinin nəzərdə tutulub tutulmaması barədə məlumat. Belə bir müraciətin 

edilməsi  nəzərdə  tutulduğu  halda  istiqrazların  ticarətə  buraxılacağı  tənzimlənən  bazar 

barədə məlumat və ticarətə buraxılmanın şərtləri; 

SOCAR istiqrazlarının ilkin yerləşdirilməsi, listinqi və tədavülü Bakı Fond Birjasında aparılacaqdır. 



 



 



Market meyker(lər) barədə məlumat. 

Bazar şərtlərini nəzərə alaraq Emitent İstiqrazların likvidliyinin qorunması məqsədi ilə market-meyker 



cəlb edə bilər. Bu barədə BFB-nin saytında məlumat açıqlanacaqdır.  

Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə