Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə18/20
tarix27.03.2018
ölçüsü0,49 Mb.
#35226
1   ...   12   13   14   15   16   17   18   19   20

 

38 


 

Satınalmalar Komitəsi 

Emitentin Satınalmalar Komitəsi malların (işlərin və xidmətlərin) satın alınması sahəsində Emitentin 

satınalmalar siyasətini həyata keçirən kollegial orqandır. 

 

Komitənin hüquq və vəzifələri aşağıda qeyd edilmişdir: 



-

 

Satınalma  prosedurlarının  satınalmaları  tənzimləyən  normativ  sənədlərin  tələblərinə  uyğun 



keçirilməsinə nəzarət etmək, mübahisəli məsələləri həll etmək;  

-

 



Potensial malgöndərənlərin (podratçıların) siyahısını təsdiq etmək; 

-

 



Səlahiyyət  hədləri  çərçivəsində  satınalma  strategiyasını,  müsabiqə  iştirakçılarının  siyahısını, 

müsabiqə nəticələrinin təsdiq etmək

-

 

Malların (işlərin və xidmətlərin) müsabiqədən kənar satınalması üzrə satınalma strategiyasını 



təsdiq etmək; 

-

 



Səlahiyyət hədləri çərçivəsində ümumi müqavilə dəyərinin artırılmasına razılıq vermək;    

-

 



Struktur vahidləri arasında satınalma prosesini əlaqələndirmək

-

 



Satınalma müqaviləsi bağlananadək satınalma prosedurlarını dayandırmaq; 

-

 



Emitentin  satınalmaları  tənzimləyən  normativ  sənədlərin  hazırlanması  və  təkmilləşdirilməsi 

barədə Emitentin prezidentinə təkliflər vermək; 

-

 

Emitentin  satınalmaları  tənzimləyən  normativ  sənədlərin  tətbiqi  ilə  bağlı  səlahiyyətləri 



çərçivəsində müvafiq qərarlar qəbul etmək (sənədlər təsdiq etmək); 

-

 



Müsabiqə  nəticələri  barədə  şübhə  yarandıqda,  yoxlamaların  aparılması  məqsədilə  aidiyyəti 

struktur bölmələri qarşısında vəsatət qaldırmaq; 

-

 

Satın alan təşkilat tərəfindən qəbul edilməsi nəzərdə tutulmuş təklifin qiyməti malların (işlərin 



və  xidmətlərin)  ehtimal  olunan  qiymətindən  əhəmiyyətli  dərəcədə  fərqlənərsə,  satınalma 

nəticələrinin ləğv edilməsi və satınalma prosedurlarının yenidən keçirilməsi barədə qərar qəbul 

etmək; 

-

 



İki  və daha çox strukturv tərəfindən keçirilən satınalma  əməliyyatlarının Baş ofis tərəfindən 

mərkəzləşdirilmiş  qaydada  aparılması,  habelə    struktur  vahidin  istənilən  yüksək  dəyərli 

satınalma əməliyyatının Baş ofis tərəfindən həyata keçirilməsi barədə qərar qəbul etmək; 

-

 



Emitentin Baş ofisində fəaliyyət götərəcək satınalmalar qruplarının tərkibini təsdiq edir; 

-

 



Satınalma  əməliyyatlarının  səmərəli  aparılması,  eləcə  də  ehtimal  olunan  dəyərin  müəyyən 

edilməsi məqsədilə kənar məsləhətçiləri və ekspertləri cəlb etmək; 

-

 

Emitentin şirkətdaxili sənədlərinə uyğun olaraq satınalmalar sahəsində tələb olunan kadrların 



hazırlanması, ixtisasartırma kurslarının təşkil edilməsi üzrə tədbirlər görmək. 

 

 



 

 



 

39 


 

Risklərin İdarə edilməsi Komitəsi 

Risklərin  İdarə  edilməsi  Komitəsi  Emitentin  risklərinin  idarə  edilməsi  sisteminin  təşkil  edilməsi, 

fəaliyyətinin  təmin  edilməsi  və  işinə  nəzarətin  aparılması,  habelə  Emitentə  məxsus  olan  risklərin 

operativ şəkildə idarə edilməsi məqsədi ilə yaradılmış Emitentin kollegial orqandır. 

 

Komitənin aşağıdakı funksiyaları  var: 



-

 

Risklərin idarə edilməsi sisteminin inkişaf strategiyasının müəyyənləşdirilməsi



-

 

Risklərin əhəmiyyətlilik meyarlarının təyin edilməsi;  



-

 

Risklərin idarə edilməsi sistemi çərçivəsində metodoloji sənədlərin təsdiq edilməsi



-

 

Risklərin idarə edilməsi sisteminin işinə nəzarət



-

 

Risklərin statusunun monitorinqi və risklərin reallaşması haqqında məlumatlandırma sisteminin 



təşkil edilməsi; 

-

 



Struktur  vahidləri  və  risklərin  idarə  edilməsi  üzrə  İşçi  Qrupunun  gördüyü  tədbirlərin 

səmərəliliyinin qiymətləndirilməsi;  

-

 

İllik  Korporativ  risklər  xəritəsinin  nəzərdən  keçirilməsi  və  Emitentin  Prezidentinə  təsdiq 



olunmaq üçün təqdim edilməsi. 

 

 



 

Emissiya  olunan  qiymətli  kağızlar  baxımından  qiymətli  kağızlar  barədə  emitentin 

öhdəliklərini  yerinə  yetirmək  qabiliyyətinə  təsir  edən  emitentin  əsas  fəaliyyəti  ilə  bağlı 

olmayan müqavilələr barədə məlumat. 

Qiymətli kağızlar barədə emitentin öhdəliklərini yerinə yetirmək qabiliyyətinə təsir edən emitentin əsas 

fəaliyyəti ilə bağlı olmayan müqavilələr mövcud deyildir. 

  

 



 

40 


 

II. H İ S S Ə 

 

 

(İstiqrazlar barədə məlumat) 

 

12.

 

Əsas Məlumat 

 



 



Emissiyada  iştirak  edən  şəxslərin  maraqları,  o  cümlədən  maraqların  toqquşması,  barədə 

ətraflı məlumat; 

Fond birjası 

Emissiya prosesində iştirak edən Bakı Fond Birjası (BFB) SOCAR istiqrazlarının listinqə daxil edilməsi,  

emitentin  anderrayteri  üzərindən  abunə  yazılışı  sifarişlərini  ticarət  sistemində  qeydiyyatını  və  bu 

istiqrazların ilkin və təkrar bazarlarda alğı-satqısı üçün mütəşəkkil ticarəti təşkil edir. 

Bakı Fond Birjasının (BFB) missiyası Qiymətli kağızların ticarətinin təşkilini və bağlanmış əqdlərin 

effektiv  icrasını  təmin  edən  ticarət  sisteminin  formalaşdırılması  və  inkişaf  etdirilməsidir.  BFB-nin 

strateji baxışı Maliyyə alətlərinin qabaqcıl texnologiyalar əsasında likvid, şəffaf və ədalətli ticarətini 

təşkil etməklə çevik investisiya imkanları təklif edən etibarlı və dayanıqlı təşkilata çevrilməkdir.BFB-

nin fəaliyyəti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 2000-ci il 21 iyul tarixində verilmiş 

AB 044100 nömrəli fond birjası fəaliyyəti üzrə müddətsiz lisenziyaya əsaslanır

.

 

 



Mərkəzi depozitar 

Azərbaycan  Respublikasının  Milli  Depozit  Mərkəzi  (MDM)  Qiymətli  Kağızlar  Bazarı  haqqında 

Qanunun 16.1-ci maddəsinə əsasən təsis olunan qeyri-kommersiya hüquqi şəxsidir. MDM Azərbaycan 

Respublikasının ərazisində depozitar sisteminin işini təşkil edən və əlaqələndirən Mərkəzi Depozitardır. 

SOCAR İstiqrazlarının yerləşdirilməsində MDM-in vəzifələrinə aşağıdakılardır. 

-

 



depozitar  və  reyestrsaxlayıcı  (istiqrazların  saxlanması  və  istiqraz  mülkiyyətçilərinin 

reyestrinin aparılması) 

-

 



Emitentin  ödəniş  agenti qismində istiqraz  üzrə  istiqraz  mülkiyyətçilərinə  (əsas  borc  və 

faiz) ödənişlərin həyata keçirilməsi xidmətlərinin göstərilməsi. 

Milli Depozit Mərkəzinin fəaliyyəti Azərbaycan Respublikasının “Qiymətli kağızlar bazarı haqqında” 

Qanunu ilə tənzimlənir. 

 

Anderrayter 

“PSG-Kapital  İnvestisiya  Şirkəti”  Qapalı  Səhmdar  Cəmiyyəti  maliyyə  bazarlarında  investisiya 

xidmətləri göstərən investisiya şirkətidir. Bu emissiyanın anderrayteri kimi SOCAR istiqrazlarına abunə 

yazılışı üçün sifarişlərin toplanmasını, Emissiya olunan istiqrazları toplanmış sifarişlər üzrə prospektdə 

qeyd  olunmuş  qaydada  paylanmasını  və  BFB-nin  ticarət  sistemində  yerləşdirilməsi  xidmətlərini 

göstərir. Anderrayter qiymətli kağızları öhdəlik götürmədən yerləşdirilməsini həyata keçirir. Bundan 



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə