Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə19/20
tarix27.03.2018
ölçüsü0,49 Mb.
#35226
1   ...   12   13   14   15   16   17   18   19   20

 

41 


 

əlavə,  istiqrazlar  üzrə  aparılan  əməliyyatlarla  bağlı  müştəri  sifarişlərinin  qəbul  və  icra  edilməsi, 

investisiya  şirkəti  qismində  istiqrazlarla  öz  hesabına  əməliyyatların  aparılması  və  istiqrazlar  üzrə 

investisiya məsləhətlərinin verilməsi kimi investisiya fəaliyyətlərini də göstərə bilər. 

 



 



 İstiqraz  təklifinin  səbəbləri  və  istiqrazların  yerləşdirilməsindən  əldə  edilən  vəsaitlərin 

istifadə edilməsi barədə ətraflı məlumat; 

SOCAR  istiqrazı,  sahibinə  istiqrazı  emissiya  edəndən  (Emitent)  əvvəlcədən  müəyyən  edilmiş 

periodlarla faiz  gəlirini  və istiqraz  müddətinin sonunda  qoyduğu  ilkin  vəsaiti  almaq  hüququnu  verən 

borc  qiymətli  kağızıdır.  Hal-hazırda  bazar  araşdırması  onu  göstərir  ki,  insanlar  valyuta  risklərindən 

qaçınaraq  vəsaitlərinin  əksər  hissəsini  ABŞ  dollarında  saxlayırlar.  İqtisadiyyatdan  kənar  qalmış  bu 

vəsaitlərin yenidən iqtisadiyyata qazandırılması məqsədi ilə SOCAR 500 milyon ABŞ dolları həcmində 

istiqraz  emissiya  etməyi  planlaşdırır.  SOCAR  ilkin  mərhələdə  100  milyon  dollar  həcmində  istiqraz 

buraxacaq. Emissiyanın başlıca səbəbi aktiv dövriyyədə olmayan vəsaitlərin iqtisadiyyata cəlb edilərək 

həm Azərbaycanın iqtisadiyyatına, həm də vətəndaşlarına fayda yaratmaqdır. 

 



 



 Əldə  olunan  vəsaitlərin  nəzərdə  tutulan  layihələrinin  maliyyələşdirmək  üçün  kifayət 

etmədiyi təqdirdə tələb olunan əlavə pul vəsaitlərinin məbləği və mənbələri

İstiqrazların  buraxılışı  hər  hansı  bir  layihəni  maliyyələşdirmək  üçün  nəzərdə  tutulmadığından 

maliyyələşmənin alternativ yolu nəzərdə tutulmayıb. 

 

 

13.

 

İstiqrazlar barədə məlumat 

 



 



Qiymətli kağızların emissiyasını tənzimləyən qanunvericilik;

 

Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Qiymətli Kağızlar Bazarı haqqında Qanunu, MBNP-nın 



“Emissiya prospekti və informasiya memorandumuna dair tələblər haqqında” Qaydalar və “İnvestisiya 

qiymətli kağızlarına abunə yazılışı və yerləşdirilməsi haqqında” Qaydaları. 

 



 



İstiqrazların növü: Faizli, təminatsız, sənədsiz, adlı istiqraz 



 



Təklif olunan istiqrazların sayı: 100 000 (yüz min) ədəd 



 



Nominal dəyəri: 1 000 (bir min) ABŞ dolları 



 



İstiqrazların valyutası: Amerika Birləşmiş Ştatları dolları (USD) 



 



İstiqrazlar üzrə illik faiz dərəcəsi: 5 (beş) % 



 



Kupon ödəniş dövrü: Hər 3 ayda bir, 3 aylıq müddətdən sonrakı ilk iş günü. 



 



İstiqrazların tədavül müddəti: 5 (beş) il 

 

 


 

42 


 

 

 



 

Emitentin tədavüldə olan investisiya qiymətli kağızları haqqında məlumat: 

Məbləğ (ABŞ dolları) 

Emissiya 

tarixi 


Son tarix 

Müddət 


Faiz 

Qalıq 


500.000.000 

09.02.2012 

09.02.2017 

5 il 


5.45% 

97.057.000 

1.000.000.000 

13.03.2013 

13.03.2023 

10 il 


4.75% 

1.000.000.000 

750.000.000 

18.03.2015 

18.03.2030 

15 il 


6.95% 

750.000.000 



 



 



İstiqrazların saxlanması və onlara hüquqların uçotunu aparan Mərkəzi depozitarın olduğu yer;  

Milli Depozit Mərkəzi Azərbaycan Respublikasının ərazisində depozitar sisteminin işini təşkil edən və 

əlaqələndirən Mərkəzi Depozitardır. 

Hüquqi ünvanı: AZ1000, Bakı şəh., Bül-Bül pr., 27 

Faktiki ünvanı: AZ1025, Bakı şəhəri, Babək prosp., Ə. Quliyev küç. 11/31 

Telefon: 994-12-4880847 

E-mail: 

info@mdm.az

 

 



 

Təklif olunan istiqrazların reytinqi (olduqda) və bu reytinqə təsir edən amillər barədə məlumat;  

Məlumat üçün bildirmək istəyirik ki, Fitch və “Standard & Poors” kredit reytinqləri xidməti SOCAR-ın 

uzunmüddətli  kredit  reytinqini  “BB”  və  digər  beynəlxalq  kredit  dərəcələndirmə  təşkilatı  “Moody’s”   

“Ba1” olaraq təsdiqləyib. 

 



 



İstiqrazlarla  təsbit  olunan  hüquqlar,  onların  həyata  keçirilmə  qaydası  və  onlara  dair 

məhdudiyyətlər;  

 

İstiqrazın sahibi aşağıdakı hüquqlara malikdir: 

-

 



İstiqrazların ödənilməsi zamanı İstiqrazın nominal dəyərini Emitentdən almaq;  

-

 



İstiqrazın nominal dəyərindən illik 5 (beş) faiz olmaqla, istiqrazların tədavül müddəti ərzində 

faiz almaq;  

-

 

Emitentin ləğvi, yaxud yenidən təşkili barədə qərar qəbul edildikdə, habelə Emitent müflis elan 



olunduqda İstiqrazların nominal dəyərinin və həmin anadək hesablanmış, lakin ödənilməmiş 

faizlərin vaxtından əvvəl ödənilməsini Emitentdən tələb etmək;  

-

 

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlar



 

Emitentin İstiqraz sahibləri qarşısında öhdəlikləri: 

-

 



Emitent  İstiqraz  sahiblərinin  İstiqrazlarla  təsbit  olunan  hüquqlarının  icrasını  təmin    etmək 

öhdəliyini daşıyır. 




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə