Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti


   Emitent haqqında məlumat



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə2/20
tarix27.03.2018
ölçüsü0,49 Mb.
#35226
1   2   3   4   5   6   7   8   9   ...   20

 

 



 

 



Emitent haqqında məlumat

 

 

Azərbaycan  Respublikasının  Dövlət  Neft  Şirkəti  (“SOCAR”)  13 sentyabr  1992-ci  il tarixli  Prezident 

Fərmanı  ilə  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  əsasən  yaradılmış  və  Azərbaycan 

Respublikasında fəaliyyət göstərir. SOCAR hasilat, nəql və emal əməliyyatları ilə məşğul olur. SOCAR-

ın əsas fəaliyyəti neft, qaz və qaz kondensatlarının hasilatı, emalı və nəqli, eləcə də neftin, qazın və neft 

və  qaz  məhsullarının  satışından  ibarətdir.  SOCAR-ın  mülkiyyət  hüququnun  100  faizi  Azərbaycan 

Respublikasına (“Dövlət”) məxsusdur. 

 



 

Emitentin tam adı: Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti 

 



Qısaldılmış adı: SOCAR 

 



Qeydiyyata alındığı tarix: 24.11.1995 

 



Dövlət qeydiyyat nömrəsi (VÖEN): 9900003871 

 



Təşkilati-hüquqi forması: qeydiyyata alındığı vaxt- dövlət müəssisəsi 

 



Emitentin olduğu yer: Azərbaycan Respublikası, AZ1000, Neftçilər prospekti 73. 

 



Telefon: (+99412) 521-03-32   

www.socar.az

 

 



 

Emitentə və onun əməliyyat apardığı sahələrə təsir edən məlum tendensiyaların təsviri; 

Emitent  yerli  və  beynəlxalq  energetika  bazarlarında  fəaliyyət  göstərir.  Emitentin  fəaliyyətinə  təsir 

göstərən başlıca qlobal tendensiyalar qismində dünya bazarında təbii qaz, xam neft və neft məhsullarına 

olan tələbatı, bu sahədə əsas istehsalçıların, o cümlədən beynəlxalq təşkilatların bazara təklifini, habelə 

alternativ  enerji  sahəsində  inkişafı  qeyd  etmək  olar.  Ölkə  daxili  tendensiyalara  isə,  Azərbaycan 

manatının məzənnəsini, Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən neft 

məhsulları və təbii qazın satış qiymətinin dəyişmə ehtimalını və s. aid etmək olar. 

 



 

Emitentin digər hüquqi şəxslərdə mövqeyinin qısa təsviri; 

SOCAR  və  onun  struktur  bölmələrinin  təsisçiliyi  ilə  yaradılmış  18  Əməliyyat  Şirkəti,  36  Birgə 

Müəssisə, 5 Alyans, xarici ölkələrdə çoxsaylı törəmə müəssisələrin fəaliyyəti neft və qaz sənayesinin 

demək olar ki bütün sahələrini əhatə edir. Emitent daxil olduğu qruplarda ana şirkət kimi iştirak etdiyinə 

görə heç bir qrupdan asılılığı yoxdur.  (SOCAR, onun törəmə, asılı və birgə müəssisələri ilə birlikdə 

“Qrup” adlandırılır). Şirkətin əsas törəmə cəmiyyətləri və onlarda iştirak payı aşağıdakı kimidir: 

 

 



 

 



 

 

 



Kapitalda pay, % 

Adı 

Əsas fəaliyyəti 

Təsis edildiyi 

ölkə 

2015 

2014 

SOCAR Turkey Enerji A.Ş. 

Emal 


Türkiyə 

86.99% 


99.99% 

Azerbaijan (ACG) Ltd 

Neft istehsalı 

Kayman adaları 

100% 


100% 

Azerbaijan (Shah Deniz) Ltd 

Qaz istehsalı 

Kayman adaları 

100% 


100% 

Caspian Drilling Company (CDC) 

Qazma əməliyyatları

 

Azərbaycan 



92% 

92% 


SOCAR Energy Georgia LLC 

Satış və paylama 

Gürcüstan 

51% 


51% 

SOCAR Overseas LLC 

Satış və paylama 

BƏƏ 

100% 


100% 

SOCAR Trading Holding 

Satış və paylama 

Malta 

100% 


100% 

Azerbaijan (BTC) Ltd 

Satış və paylama 

Kayman adaları 

100% 


100% 

Cooperative Menkent U.A. 

Satış və paylama 

Niderland Krallığı 

99.90% 


99.90% 

SOCAR Energy Holdings AG 

Satış və paylama 

İsveçrə 

100% 


100% 

SOCAR Energy Ukraine 

Satış və paylama 

Ukrayna 

100% 


100% 

Azerbaijan (SCP) Ltd 

Satış və paylama 

Kayman adaları 

100% 


100% 

SOCAR Petroleum QSC 

Satış və paylama 

Azərbaycan 

100% 


100% 

Bakı Gəmiqayırma Zavodu 

Tikinti 


Azərbaycan 

65% 


65% 

Socar Polymer LLC 

Kimya məhsulları 

Azərbaycan 

71% 


71% 

BOS Shelf LLC 

Tikinti 


Azərbaycan 

90% 


90% 

 

 



audit edilmiş maliyyə məlumatlarına dair auditorun rəyinin qısa təsviri; 

Azərbaycan  Respublikasının  Dövlət  Neft  Şirkətinin  (“SOCAR”)  və  onun  törəmə  müəssisələrinin 

(birlikdə “Qrup”)  31 dekabr 2015-ci il tarixinə olan konsolidasiya edilmiş maliyyə hesabatları Ernst & 

Young  Holdings  audit  şirkəti  tərəfindən  audit  edilmişdir  və  Qrupun  maliyyə  vəziyyətini  və  həmin 

tarixdə  başa  çatan  il  üzrə  maliyyə  nəticələrini  və  pul  vəsaitlərinin  hərəkətini  Beynəlxalq  Maliyyə 

Hesabatları  Standartlarına  (BMHS)  uyğun  olaraq  bütün  əhəmiyyətli  aspektlər  üzrə  düzgün  əks 

etdirilməsinə dair auditor rəyi verilmişdir. 

 



 

son  üç  maliyyə  ili  ərzində  hər  maliyyə  ili  üzrə  seçilmiş  maliyyə  məlumatı  əsasında 

emitentin maliyyə durumunun əsas göstəriciləri.  

Məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir 



  

2013 

2014 

2015 

Gəlirlər 

38,433 


39,674 

33,103 

EBITDA 

2,88 


3,248 

3,132 

EBIT 

1,876 


2,127 

1,761 

Mənfəət/(Zərər) 

977 


1,274 

(1,785) 

Cəmi öhdəliklər 

12,817 


13,01 

25,306 

Cəmi kapital 

10,229 


11,057 

14,648 

Borc öhdəlikləri 

5,066 


5,797 

10,911 

Pul vəsaitləri 

1,206 


1,492 

4,881 

 

Son dərc olunmuş audit edilmiş maliyyə hesabatlarından bəri emitentin fəaliyyətində ciddi dəyişiklik olmamışdır. 




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə