Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə5/20
tarix27.03.2018
ölçüsü0,49 Mb.
#35226
1   2   3   4   5   6   7   8   9   ...   20

 

10 


 

2015 – ci il ərzində SOCAR (birgə müəssisə və əməliyyat şirkətləri ilə birlikdə) 8.2 milyon ton xam 

neft, və 6.8 mlrd. m³ qaz hasil etmişdir. SOCAR həmçinin, 2015-ci ildə AzACG-dən 3.3 mlrd. m³ səmt 

qazı almışdır.  

DeGolyer and MacNaughton şirkətinin 01 yanvar 2016-ci il tarixinə SOCAR-ın bəzi yataqlarının (Bulla, 

Günəşli, Neft Daşları və Ümid-Babək) qiymətləndirilməsi barədə hazırladığı hesabata əsasən SOCAR-

ın ümumi təsdiq olunmuş işlənməkdə olan xam neft ehtiyatları 74,3 milyon ton, ümumi ehtimal edilən 

və mümkün ehtiyatları isə əlavə 79,9 milyon ton təşkil etmişdir. Eyni hesabata əsasən, SOCAR-ın qaz 

ehtiyatları 55,0 mlrd. kub metr, ümumi ehtimal edilən və mümkün ehtiyatları isə əlavə 301,4 milyard 

kub metr təşkil etmişdir.  

31 dekabr 2015-ci ilin yekunlarına əsasən, AÇG yataqlarının bərpa edilə bilən xam neft ehtiyatları 1200 

milyon  ton  həcmində  qiymətləndirilmişdir  və  Xəzər  dənizinin  Azərbaycan  sektorunda  işlənməsinə  

əsasən ən iri neft yatağı hesab edilmişdir. AÇG yataqlarından 2015-cu ildə 31.2 milyon ton xam neft 

(AÇG  HPBS  çərçivəsində    SOCAR-ın  payı  müvafiq  olaraq  1.5  milyon  ton  təşkil  etmişdir)  hasil 

edilmişdir. 2015-ci ildə həmçinin ACG yatağından 12.2 mlrd. m³ qaz (AÇG HPBS çərçivəsində müvafiq 

olaraq 3.3 mlrd. m³ qaz SOCAR-a təhvil verilmişdir) hasil edilmişdir. 

Şahdəniz yatağı 1999-cu ildə kəşf edilmişdir və 1.2 mlrd. kubmetr qaz ehtiyatı ilə dünyanın ən iri qaz-

kondensat yataqlarından biri hesab olunur. Şahdəniz yatağından 2015-ci ildə 2.3 milyon ton xam neft 

(Şahdəniz  HPBS  çərçivəsində  SOCAR-ın  payı  müvafiq  olaraq  0.2  milyon  ton  təşkil  etmişdir)  hasil 

edilmişdir. Şahdəniz yatağından 2015-ci ildə həmçinin 9.8 mlrd. m³ qaz (HPBS çərçivəsində SOCAR-

ın payı 0.8 mlrd. m³ qaz təşkil etmişdir) hasil edilmişdir. 

2007-ci ildən etibarən SOCAR təbii qazın kəşfiyyatı və hasilatına böyük diqqət yetirir. Hesablamalara 

uyğun  olaraq,  SOCAR  Azərbaycanı  150  ilə  qədər  müddət  ərzində  təbii  qazla  təmin  edəcək  qədər 

ehtiyatlara  malikdir.  Bundan  əlavə,  kəşfiyyatla  bağlı  fəaliyyətin  artırılması  nəticəsində  SOCAR  bu 

yaxınlarda Xəzər dənizində Ümid və Abşeron yataqlarında iki böyük qaz yatağı kəşf etmişdir. Hər iki 

yataqda qazma işlərinə başlanmışdır. Şirkətin, həmçinin, müxtəlif işlənmə mərhələlərində olan bir sıra 

digər kəşfiyyat layihələri də mövcuddur.  

SOCAR 2015-ci ildə 22.1 milyon ton xam neft ixrac etmişdir. İxrac edilən neft tenderlər vasitəsilə və 

uzun  müddətli  müqavilələr  əsasında  Gürcüstanın  iki  limanında,  Türkiyə  və  Rusiyanın  isə  bir 

limanınlarında satılır. 

Heydər  Əliyev  adına  Bakı  Neft  Emalı  Zavodunda  və Azərikimya  İB-də  istehsal olunan  neft  və  neft-

kimya məhsulları əsasən daxili bazarda mövcud olan tələbatın ödənilməsinə yönəldilir.  

SOCAR-a  Azərbaycanda,  Gürcüstanda,  Ruminyada,  İsveçrədə  və  Ukraynada  genişlənən 

yanacaqdoldurma stansiyaları məxsusdur. 

31 dekabr 2015-ci il tarixinə SOCAR-ın ümumi gəlirləri 32.4 mlrd. AZN, xalis zərəri 1.4 mlrd. AZN,  

cəmi aktivləri 39 mlrd. AZN, cəmi öhdəlikləri 24.4 mlrd. AZN, cəmi kapitalı 14.6 mlrd. AZN, borcları 

isə 10.8 mlrd. AZN olmuşdur. 

 



 

11 


 

Aşağıdakı xəritə Şirkətin əsas ixrac marşrutları göstərir

 



 

SOCAR-ın əsas güclü tərəfləri: 

SOCAR aşağıdakı əsas mənfəətlərdən yararlandığını düşünür: 



 

Hökumət ilə güclü əlaqələr. 

100%-i dövlət mülkiyyətində olan müəssisə kimi, SOCAR Azərbaycan Hökumət ilə güclü əlaqələrdən 

yararlanır. Digər məsələlərlə yanaşı, Hökumət tarixən SOCAR-a maliyyə və strateji dəstək göstərmiş, 

SOCAR-ın  əməliyyatlarını,  ehtiyatlarını,  istehsal  səviyyəsini,  daşınma  və  emalı  şəbəkələrinin 

genişləndirilməsində yardımçı  rol oynamışdır. SOCAR Azərbaycanın ən iri vergi ödəyicisidir və 2015-

ci ilin sonuna olan məlumata əsasən, 1.5 milyard manat gəlir və digər vergilər, eləcə də sosial xərclərə 

136 milyon manat ödəmişdir. Bundan əlavə, 2015-ci ilin nəticələrinə əsasən, SOCAR 52,000-dən çox 

işçisi ilə ölkənin ən böyük işəgötürəni hesab edilmişdir. 

 

Şaquli inteqrasiya olunmuş neft və qaz şirkətidir. 

SOCAR istehsal-satış zənciri boyunca şaquli inteqrasiya edilmiş şirkətdir və əsasən quruda və Xəzər 

dənizinin  Azərbaycan  sektorunda  axtarış,  kəşfiyyat  və  işlənmə,  emal,  daşınma  və  pərakəndə  satış 

fəaliyyətlərini  həyata  keçirir.  Daxili  pərakəndə  fəaliyyəti  ilə  yanaşı,  həmçinin  Gürcüstan,  Rumıniya, 

İsveçrədə  və  Ukraynada  pərakəndə  fəaliyyət  həyata  keçirir.  SOCAR  həm  ölkə  daxilində,  həm  də 

nəzarət-səhm  paketinə  malik  olduğu  Türkiyənin  yeganə  neft-kimya  istehsalçısı  olan  Petkimdə  neft-

kimya fəaliyyəti həyata keçirir. Neft və qaz hasilatı sahəsində 50 illik təcrübəsi ilə SOCAR, həmçinin, 

regionda da geclü mövqeyə malikdir. 

 



 

12 


 

Petkim və STEAS-da nəzarət-səhm paketinə malik olması. 

2008-ci  ildə  SOCAR  Türkiyə  hökuməti  tərəfindən  özəlləşdirilən  və  Türkiyədə  yeganə  neft-kimya 

istehsalçısı  olan  Petkim-də  nəzarət-səhm  paketinə  malik  olmaq  üçün  STEAS  vasitəsilə  strateji 

investisiya yatırmışdır. Bu alış ilə SOCAR daha sonra müxtəlif müəssisələrə kapital qoyuluşu həyata 

keçirmiş və emal fəaliyyətinin  əhatə dairəsini və miqyasını artırmışdır. 2010-cu ildə STEAS Petkim 

obyektlərinə yaxın ərazidə yeni emal zavodunun tikintisi üçün Türkiyə hökumətindən icazə almış və 

tikintisi  üçün  hazırlıq  işləri  2011-ci  ilin  oktyabrında  başlamışdır.  2018-ci  ildə  zavodun  fəaliyyətə 

başlaması  gözlənilir.  Hesablamalara  uyğun  olaraq,  bu  zavod  Petkim-in  gəlirliliyini  və  bazar  payını 

artıraraq Petkim üçün xammal xərclərini azaldacaq. 

 

Azərbaycanda  bütün  karbohidrogen  layihələrində  iştirakı  və  Azərbaycanın  “apstrim”  və 



“daunstrim”-də inhisar mövqeyi tutması. 

SOCAR Azərbaycanda yeni neft və qaz layihələrini inkişaf etdirən bütün beynəlxalq konsorsiumların 

üzvüdür. Bu baxımdan, SOCAR bugünə kimi imzalanan bütün HPBS-lərdə Podratçı tərəf kimi iştirak 

edir. Bundan əlavə, SOCAR ölkə daxilində hal-hazırda modernləşdirmə prosesində olan illik 6 milyon 

ton  xam  neft  emalı  gücünə  malik  olan  emal  zavodunu  istismar  edir,  Azərbaycanın  boru  kəməri 

sistemində  əhəmiyyətli  paya  malikdir,  SOCAR-ın  tabeçiliyində  olan  Heydər  Əliyev  adına  Bakı  Neft 

Emalı Zavoduna və “Azərikimya” İB-yə xam neftin çatdırılmasını təmin edir. 

 



 

Strategiya 

SOCAR-ın  məqsədi  aşağıdakı  prioritetləri  rəhbər  tutaraq,  “apstrim”,“midstrim”  və  “daunstrim” 

əməliyyatları ilə Azərbaycanda yeganə şaquli inteqrasiya olunmuş neft və qaz şirkəti kimi öz mövqeyini 

qoruyub saxlamaqdan ibarətdir: 

 

Təbii qaz ixracını artırılması 

Avropada təbii qaz qiymətlərinin yerli və regional bazarlardan yüksək olduğu səbəbindən, SOCAR təbii 

qazın  ixrac  edilməsi  üçün  qaz  ehtiyatlarının  və  hasilatın  artırılmasına  diqqət  yetirir.  Bu  məqsədlə, 

SOCAR son illərdə iki böyük qaz yatağının kəşf edilməsi ilə nəticələnən “upstrim” qaz əməliyyatlarına 

investisiyanı artmışdır. 2010-cu ilin noyabrında Xəzər dənizində Ümid strukturunda böyük qaz yatağı 

aşkar edilmişdir. İlkin hesablamalara görə, bu yataq 200 mlrd. m³ təbii qaz və 40 milyon ton kondensat 

ehtiyatın  malikdir.  2011-ci  ilin  avqustunda  Şirkət  Xəzər  dənizinin  Azərbaycan  sektorunda  yerləşən 

Abşeron yatağında böyük qaz ehtiyyatı aşkar etmişdir. İlkin hesablamalara görə, Abşeron yatağı 350 

mlrd.  m³  qaz  və  45  milyon  ton  kondensat  ehtiyatına  malikdir.  Hər  iki  yataqda  qazma  işlərinə 

başlanmışdır.  

Bundan  əlavə  olaraq,  1.2  trln  ilkin  çıxarıla  bilən  təbii  qaz  ehtiyatına  malik  olan  Şahdəniz  yatağında 

layihənin  ikinci  fazası  üzrə  işlər  başlanılmışdır.  2018-ci  ildə  təbii  qazın  Türkiyəyə,  2020-ci  ildə  isə 

Avropaya ixracı gözlənilir. 



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə