Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə9/20
tarix27.03.2018
ölçüsü0,49 Mb.
#35226
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

 

19 


 

Qaz (Bakı-Mozdok) Boru Kəməri 

14  oktyabr  2009-cu  ildə  SOCAR  və  Qazprom  ASC  arasında  imzalanmış  alqı-satqı  sazişi  Bakı  və 

Mozdok arasında çəkilmiş qaz kəməri (“Qaz Boru Kəməri”) vasitəsilə Rusiyaya Azərbaycan qazının 

tədarük edilməsini nəzərdə tutur. 2014-cü ilə qədər Rusiyaya bu kəmər vasitəsi ilə qaz nəql olunmuşdur. 

2015-ci ildə isə kəmərin yalnız ölkədaxili hissəsindən istifadə edərək Azərbaycanın müxtəlif rayonlarına 

qaz nəql olunmuşdur. Belə ki, 2015-ci ildə Qaz Boru Kəməri ilə 1.5 mlrd. m³ qaz nəql olunmuşur. 

Xəzər dənizindəki Şahdəniz yatağından hasil olunan qaz Qaz kəməri vasitəsilə cənubi Rusiyada yerləşən 

Mozdoka  nəql  olunur.  Kəmər  ilə  ilk  qaz  həcmlərinin  çatdırılmasına  2010-cu  ilin  yanvar  ayının  1-də 

başlandı. Qaz kəmərinin uzunluğu 680 km-dir, bunun 200 kilometri isə Azərbaycan ərazisindədir. Qaz 

kəmərinin diametri 42 düymdür və illik 13 milyard kub metr qaz nəql etmək gücünə malikdir 



 

Qaz nəqli tarifləri 

Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 28  Sentyabr  2005-ci  il  tarixli  №  178  qərarına  əsasən, 

ölkə  daxilində  təbii  qaz  nəqli  üçün  SOCAR-ın  tarifləri  Tarif  Şurası  tərəfindən  tənzimlənir.  Tariflər 

Komitəsi ölkədaxili qaz daşınmasında boru kəmərinin 100 km-dən çox hissəsi üçün təbii qazın hər min 

kubmetrinin nəqli ƏDV daxil olmaqla, 2 AZN məbləğində müəyyən etmişdir.  

 



 

Emal, Marketinq və Satış 

 

Ümumi Məlumat 

SOCAR,  Marketinq  və  İqtisadi  Əməliyyatlar  İdarəsi  və  SOCAR  Trading  vasitəsilə  satış  fəaliyyətini 

həyata  keçirir.    Neft  hasilatının  böyük  bir  hissəsi  SOCAR-ın  tam  mülkiyyətində  olan  və  SOCAR 

tərəfindən idarə olunan Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna emal üçün nəql edilir. Emal 

olunan neft məhsulları ilkin olaraq daxili tələbatı ödəmək üçün sərf edilir, qalan hissəsi isə ixrac edilir.   

Aşağıdakı  cədvəllərdə  göstərilən  dövrlər  üçün  SOCAR  tərəfindən  ölkə  daxilində  satılmış  və  ixrac 

edilmiş xam neft, neft məhsulları və təbii qaz məbləğləri ilə bağlı irəli məlumat qeyd olunmuşdur: 

 

1 yanvar – 31 dekabr 2015 



Ölkədaxili 

İxrac 

 

(%) 

 

(%) 

Xam neft 

(Min tonlarla ifadə olumuşdur. Şirkət ölkə daxilində xam neft satışını həyata keçirmir. 

Şirkət Azərbaycanda xam nefti emal zavodları ilə tollinq razılaşması əsasında emal edir.)

 

1,626 


100 % 



Neft məhsulları 

(Min tonlarla ifadə olumuşdur)

 

3,875 


64 % 

2,211 


36 % 

Təbii qaz 

(Milyon kub metrlə ifadə olumuşdur)

 

9,646 



88 % 

1,358 


12 % 

 

 

 


 

20 


 

Xam Neftin Satışı 

SOCAR 2015-ci ildə 22,1 milyon ton xam neft ixrac etmişdir ki, bunun da 18,6 milyon tonu dövlətə 

məxsusdur.  SOCAR  tərəfindən  hasil  olunan  neftin  satışı  tenderlər  və  uzun  müddətli  müqavilələr 

vasitəsilə  Supsa  (Gürcüstan),  Batumi  (Gürcüstan),  Ceyhan  (Türkiyə)  və  Novorossiysk  Limanından 

(Rusiyanın  Qara  dəniz  Limanı)  həyata  keçirilir.  SOCAR  satış  fəaliyyətini  Marketinq  və  İqtisadi 

Əməliyyatlar İdarəsi və SOCAR Trading vasitəsilə həyata keçirir. 

SOCAR-ın  Marketinq  və  İqtisadi  Əməliyyatlar  İdarəsi  Azərbaycanda  daxili  bazarda  geniş  istehlakçı 

kütləsinə xam neft və neft məhsullarının satışını idarə edir. Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, 

həmçinin, ilk növbədə SOCAR-ın ixrac məhsullarının beynəlxalq satışına cavabdehdir. Bundan əlavə, 

Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi quruda HPBS üzrə Dövlətinpayına düşən neftin satışını və 

neft dənizdə fəaliyyət göstərən HPBS-lər üzrə Dövlətin və SOCAR-ın neft payına düşən neftin satışı 

üzrə bir orqan kimi fəaliyyət göstərir. 

 



 



Emal zavodu 

 

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu 

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) illik layihə emalı gücü 6.0 milyon ton xam 

neft olmasına baxmayaraq, illik faktiki emal həcmi 4.4 milyon ton xam neft, və ya sutkada 120,000 barel 

neft təşkil edir. 2015-cu ildə BNEZ tərəfindən 6.478 milyon ton xam neft emal edilmiş, bundan da 6.057 

milyon ton emal məhsulu təşkil etmişdir; bu həcm daxili tələbatın təmin olunmasına və təxminən 2.2 

milyon ton məhsulunun Gürcüstan və Türkiyəyə ixrac edilməsi üçün imkan yaratmışdır. Bu zavodda 

həmçinin, reaktiv yanacaq istehsal edilir. 

Aşağıdakı  cədvəldə  2015-ci  ildə  Heydər  Əliyev  adına  Bakı  Neft  Emalı  Zavodunda  istehsal  edilmiş 

məhsul qarışığının və emal olunmuş neft məhsullarının həcmləri qeyd edilir: 

 

 



2015 ( min ton) 

Xam Neft 



6,478 

Avtomobil benzini A-92  



1,224 

Reaktiv mühərrik yanacağı 



688 

Hidrotəmizlənmiş benzin 



195 

Dizel 


2,053 

Soba mazutu 



313 

Mühərrik yanacağı DT 



64 

Neft Bitumu 



172 

Neft koksu 



254 

Sürtkü yağları 



25 

Maye qaz 



158 

Təmizlənmiş quru qaz 



65 

Digər neft məhsulları 



846 

Cəmi neft məhsulları 

6,057 


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə