Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə12/20
tarix27.03.2018
ölçüsü0,49 Mb.
#35226
1   ...   8   9   10   11   12   13   14   15   ...   20

 

25 


 

CQBK sisteminin genişləndirilməsi (CQBKG)  

CQBKG  Şahdəniz  yatağının  tammiqyaslı  işlənməsinin  əsas  tərkib  hissəsidir.  Genişləndirmə 

Azərbaycan və Gürcüstan ərazilərindən keçəcək yeni 48 düym diametr ölçüsündə olan boru kəmərinin 

və  həmçinin  Gürcüstan  ərazisində  2  ədəd  yeni  kompressor  stansiyalarının  inşasını  əhatə  edir.Yeni 

borunun uzunluğu:  

-

 



Azərbaycan ərazisində – 424 km;  

-

 



Gürcüstan ərazisində – 61 km;  

-

 



TANAP ara bağlantısında – 2 km;  

   Genişləndirmə nəticəsində boru kəmərinin ötürmə qabiliyyəti əlavə 16 milyard m

3

 artırılaraq ümumi 



23.4 milyard m

3

 səviyyəsinə çatdırılacaq və beləliklə ümumi qaz nəqli həcmi 3 dəfə artacaqdır. Boru 



kəməri  Gürcüstan-Türkiyə  sərhədində  TANAP  sisteminə  qoşulacaqdır  ki,  bu  da  təbii  qazın  Türkiyə 

vasitəsilə Avropaya çatdırılmasına xidmət edəcəkdir.  

Layihənin 2016-cı ilin əvvəlinə olan inkişafını nəzərə alaraq 2014-2020-ci illər üzrə kapital xərclərin 

inflyasiya nəzərə alınmaqla 4.9 milyard ABŞ dolları olacağı gözlənilir (CQBKG layihəsinin 17 dekabr 

2013-cü il tarixində olan Yekun İnvestisiya Qərarı zamanı təsdiqlənmiş büdcəsi 5.3 milyard ABŞ dolları 

təşkil etmişdir); 2014-2020-ci illər üzrə Azərbaycan tərəflərinin payına düşən hissə inflyasiya nəzərə 

alınmaqla təxminən 1.1 milyard ABŞ dolları təşkil edir. Bu məbləğə 6.67% pay üzrə alqı-satqı qiyməti, 

10% payın alınması üzrə ilkin qiymət, 6.67% pay üzrə maliyyələşdirmə və 10% pay üzrə genişləndirmə 

xərcləri daxildir.  

CQBK-nin genişləndirilməsi üzrə 50%-də artıq hissəsi  yerinə yetirilmişdir. 



Şahdəniz  və  Cənubi  Qafqaz  Boru  Kəməri  layihələrdə  hazirki  pay  bölgüsü:  BP  –  28.8%,  SOCAR  (SGC 

Upstream ilə birlikdə) – 16.67%, TPAO – 19%, Petronas – 15.5%, Lukoil – 10% NİCO – 10%.  

 

Trans-Anadolu Boru Kəməri  

Azərbaycan  və  Türkiyə  Respublikaları  arasında  “Anlaşma  Memorandumu”  24  dekabr  2011-ci  il 

tarixində  imzalanmışdır.  Azərbaycan  və  Türkiyə  Respublikaları  arasında  “HGA  –  Tranzit  Ərazisinə 

Malik  Ölkənin  Hökuməti  ilə  Saziş”  26  iyun  2012-ci  il  tarixində  imzalanmışdır  və  hər  iki  dövlətin 

müvafiq  hüquqi  instansiyaları  tərəfindən  ratifikasiya  olunmuşdur.  TANAP-ın  inşaatı  Cənub  Qaz 

Dəhlizinin əsas tərkib hissələrindən biridir. 

-

 



Borunun uzunluğu: 1,802 km; 

-

 



Borunun Diametri:  

-

 



Gürcüstan/Türkiyə sərhədi – Eskişehir (1,334 km) – 56 düym  

-

 



Eskişehir-Türkiyə/Yunanıstan sərhədi (450 km) – 48 düym  

-

 



Çanaqqala Boğazı (18 km) – 2 x 36 düym;  

-

 



Borunun fəaliyyətə keçmə tarixi: 2018-ci il;  

-

 



İlkin daşıma qabiliyyəti: illik 16 milyard m

3

 (illik 31 milyard m



3

-ə kimi artırıla bilər);  




 

26 


 

Gürcüstan-Türkiyə  sərhədində  CQBK  sisteminə  birləşərək  başlayan  TANAP  Türkiyə-Yunanıstan 

sərhədində  TAP  sisteminə  qoşulacaqdır  ki,  bu  da  təbii  qazın  Avropaya  çatdırılmasına  xidmət 

edəcəkdir.TANAP layihəsi nəinki Şahdəniz yatağından, eyni zamanda Azərbaycan ərazisindəki digər 

qaz  yataqlarından  da  hasil ediləcək  təbii  qazın  nəqli potensialına  görə əhəmiyyətli  siyasi  və  iqtisadi 

dəyərə sahibdir.  

2016-cı ilin qiymətləri ilə ümumi kapital xərcləri 9.2 milyard ABŞ dolları təşkil edir. 2014-2020-ci illər 

üzrə Azərbaycan tərəflərinin payına düşən hissə inflyasiya nəzərə alınmaqla 6.1 milyard ABŞ dolları 

təşkil edir. Bu məbləğə 100% pay üzrə alqı-satqı qiyməti, 100% pay üzrə maliyyələşdirmə və 30% payın 

BOTAŞ-a, 12% payın isə BP şirkətinə satılmasından sonra 58%+5% payın maliyyələşdirməsi daxildir. 

Layihənin ümumi inkişafı 2016-cı ilin yanvar ayının sonuna 18% təşkil etmişdir.  

Hazırki pay bölgüsü: SOCAR-58%; BOTAŞ-30%; BP-12%. 

 

Trans-Adriatik Boru Kəməri  

TAP  layihəsi  Avropa  Birliyinin  enerji  təhlükəsizliyi  və  enerji  mənbələrinin  diversifikasiyasına  görə 

strateji məqsədlərində əsas rolu oynayır.Təbii qazın Azərbaycan Respublikasından Avropa bazarlarına 

ixracının  ən  qısa  və  birbaşa  marşrutunu  TAP  təşkil  edir.TAP  layihəsi  üzrə  Albaniya,  İtaliya  və 

Yunanıstan Respublikaları arasında “Hökumətlərarası Saziş” 2013-cü ilin fevral ayında imzalanmışdır;  

-

 



Borunun uzunluğu: 878 km;  

-

 



Yunanıstan – 550 km;  

-

 



Albaniya – 215 km;  

-

 



Adriatik dənizi – 105 km;  

-

 



İtaliya – 8 km;  

-

 



Borunun diametri: 48 düym (sualtı – 36 düym);  

-

 



Borunun fəaliyyətə başlama tarixi: 2020-ci ilin yanvar ayı;  

-

 



İlkin daşıma qabiliyyəti: illik 10 milyard m

3

 (illik 20 milyard m



3

-ə kimi artırıla bilər).  

2016-ci ilin qiymətləri ilə ümumi kapital xərcləri 5.8 milyard ABŞ dolları təşkil edir. 2014-2020-ci illər 

üzrə Azərbaycan tərəflərinin payına düşən hissə inflyasiya nəzərə alınmaqla 1.2 milyard ABŞ dolları 

təşkil edir. Bu məbləğə 20% pay üzrə alqı-satqı qiyməti və 20% payın maliyyələşdirməsi daxildir.  

Layihə üzrə hazırki pay bölgüsü: SGC – 20%, BP – 20%, Snam S.p.A. – 20%, Fluxys – 19%, Enagás – 

16% və Axpo – 5%. 

17 mart tarixində Cənub Qaz Dəhlizi QSC tərəfindən 1 milyard ABŞ dolları məbləğində 10 illik, kupon 

faizi 6.875% olaraq, dövlət zəmanətli avrobond istiqrazları emissiya edilmişdir. 

 



 

Təqdim olunmuş yeni məhsul və ya xidmətlər barədə məlumat, onların inkişaf statusu; 

Hal-hazırda SOCAR tərəfindən bazara yeni məhsul və xidmətlər təklif olunmur.



 

 



 

Emitentin rəqabət apardığı əsas bazarların təsviri; 


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə