Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə8/20
tarix27.03.2018
ölçüsü0,49 Mb.
#35226
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

 

17 


 

Aşağıdakı cədvəldə qeyd olunan dövrlər ərzində daşınan neftin həcmi ilə 

bağlı məlumatlar öz əksini tapmışdır:

Daşınma aktivi  (milyon ton) 

2015 

Daxili Boru Kəmərləri 

8.16 

Bakı-Novorossiysk (Şimal İxrac Boru Kəməri Marşrutu) 

1.78 

Bakı-Supsa (Qərb İxrac Boru Kəməri Marşrutu) 

4.22 

Bakı-Tbilisi-Ceyhan (BTC Boru Kəməri) 

29.26 

 

 



BTC Boru Kəməri 

2002-ci ildə yaradılmış Azerbaijan (BTC) Limited ("AzBTC") MMC SOCAR-ın tam mülkiyyətindədir 

və Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsində ikinci böyük səhmdardır. AzBTC Şirkəti BTC Boru 

Kəmərinin tikintisi və istismarı üçün məsul olan 11 iri beynəlxalq neft şirkətlərindən ibarət boru kəməri 

konsorsiumu olan Bakı-Tbilisi-Ceyhan Boru Kəməri Şirkətində  25% paya malikdir. BP Şirkəti hazırda 

Bakı-Tbilisi-Ceyhan Boru Kəməri Şirkəti adından boru kəmərini istismar edir.  

2015-ci  ildə  Azərbaycanda  hasil  olunan  18.1  milyon  ton  neft  və  kondensat  SOCAR  tərəfindən  BTC 

Boru Kəməri ilə nəql olunmuşdur ki, bu da ölkədə hasil olunan neft və kondensatın 43.5%-ini təşkil 

etmişdir. BTC Boru Kəməri ildə 60 mln ton xam neft ötürücülük gücünə malikdir. Ümumi uzunluğu 

1768 km olan BTC kəmərinin 443 km-i Azərbaycandan keçir. 

AÇG  yataqlarından  hasil  olunan  xam  neft  BTC  Boru  Kəməri  ilə  Bakı  yaxınlığındakı  Səngəçal 

terminalından  Azərbaycan,  Gürcüstan  və  Türkiyə  ərazisindən  keçməklə  Aralıq  dənizinin  Türkiyə 

sahilindəki  Ceyhan  dəniz  terminalına  nəql  edilir.  BTC  Boru  Kəməri  Rusiya  ərazisindən  keçmədən 

Mərkəzi Asiya ölkələrindən Qara dənizə alternativ boru kəmərləri marşrutu təmin edir. AÇG HPBS-i 

imzalayan tərəflər BTC Boru Kəmərindən müstəsna istifadə hüququna malikdir.  

Boru  kəməri  vasitəsilə  ilk  neft  Ceyhan  terminalına  2006-cı  ilin  may  ayında  çatdı.  Bu  kəmərlə  nəql 

edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı ilin iyun ayında yola salındı. Kəmərin doldurulması 

üçün təxminən 10 milyon barel neft tələb olunurdu. 

 

Şimal İxrac Boru Kəməri Marşrutu (Bakı-Novorossiysk) 

Şimal İxrac Boru Kəməri Marşrutu (“ŞİBK”) iki hissədən ibarətdir və Bakıda Səngəçal terminalından 

Rusiyanın  Novorossiysk  Qara  Dəniz  Limanına  qədər  uzanır.  Boru  kəmərinin  Azərbaycan  hissəsi 

SOCAR tərəfindən, kəmərin Rusiya hissəsi Transneft tərəfindən idarə olunur. 2015 ildə Azərbaycanda 

hasil  olunan  1.18  milyon  ton  neft  və  kondensatı  ŞİBK  ilə  nəql  olunaraq  ölkədə  hasil  olunan  neft  və 

kondensatın 2.8%-ini təşkil etmişdir. ŞİBK ildə 9 milyon barel ötürücülük gücünə malikdir. Ümumi 

uzunluğu 1,330 km olan ŞİBK kəmərinin 231 km-i Azərbaycandan keçir.  

Boru kəməri vasitəsilə ilk neft Novorossiysk terminalına 1997-ci ilin oktyabr ayında çatdı. Bu kəmərlə 

nəql  edilmiş  ixrac  xam  nefti  yüklənmiş  ilk  tanker  1998-ci  ilin  mart  ayında  yola  salındı.  Kəmərin 

doldurulması üçün təxminən 0.49 milyon barel neft tələb olunur. 

 



 

18 


 

Qərb İxrac Boru Kəməri 

AÇG HPBS-ə  müvafiq olaraq fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) 

tərəfindən bərpa edilən Qərb İxrac Boru Kəməri (QİBK) Bakı yaxınlığındakı Səngəçal terminalından 

başlayaraq  Azərbaycandan  və  Gürcüstandan  keçməklə  Qara  dənizin  Gürcüstan  sahilindəki  Supsa 

terminalına qədər uzanır. Xam neft oradan tankerlərə yüklənərək Avropa bazarlarına yola salınır. ABƏŞ 

QİBK kəmərini SOCAR-ın adından idarə edir. 2015-ci ildə Azərbaycanda hasil olunan 2.8 milyon ton 

neft və kondensat SOCAR tərəfindən QİBK ilə nəql olunmuşdur ki, bu da ölkədə hasil olunan neft və 

kondensatın 6.73 %-ni təşkil etmişdir. QİBK ildə 6 milyon barel ötürücülük gücünə və 833 km ümumi 

uzunluğa malikdir.  

 



 

Qazın nəql edilməsi və saxlanılması 

 

Ümumi məlumat 

Qaz İxrac İdarəsi SOCAR tərəfindən hasil edilən təbii qazı ixrac edir. Şirkətin Şahdəniz yatağındakı 

payı  Şahdəniz  HPBS  tərəfləri  ilə birgə  satılır.  Şirkətin  daxili  qaz  boru  kəməri şəbəkəsinin  uzunluğu 

təxmini  3500  km  və  2015-ci  ildə  bu  kəmərlərlə  14.1  mlrd.  m³  qaz  nəql  edilmişdir.  Daxili  qaz  boru 

kəmərləri vasitəsilə SOCAR AzACG (AÇG HPBS uyğun olaraq, hasil olunan səmt qazı pulsuz olaraq 

SOCAR-a təhvil verilir), Şahdəniz və digər şirkətlər tərəfindən hasil olunan qazı nəql edir. 

Daxili  boru  kəməri  sistemi,  əsasən,  Sovet  dövründə  tikilmiş  və  təxminən  25-30  il  ömrü  var.  Boru 

kəmərlərinin hər il yoxlanılır və lazımi şəkildə təmir edilir.  SOCAR həmçinin, beynəlxalq əməliyyat 

şirkətləri ilə bir sıra birgə müəssisələrə daxil olmuş və SOCAR tərəfindən istehsal olunan qazın xarici 

bazarlara ixrac edilməsinə imkan verən CQBK və Qaz Boru Kəməri (Bakı-Mozdok) layihəsində iştirak 

payına malikdir. 

 

Cənubi Qafqaz Boru Kəməri 

Cənubi  Qafqaz  Boru  Kəməri  Şirkəti  (CQBK  Ko)  bütövlüklə  CQBK-nin  tikintisinə  və  istismar 

əməliyyatlarına cavabdeh olan birgə müəssisə şirkətidir. Bu, 7 səhmdarın yaratdığı və ən iri səhmdarlar 

olan BP ilə Statoylun əməliyyatçılıq etdiyi şirkətdir. SOCAR-ın tam mülkiyyətində olan Azərbaycan 

Cənubi Qafqaz Boru Kəməri Ltd törəmə müəssisəsi vasitəsilə CQBK-də 10% səhmə malikdir. 2015-ci 

ildə CQBK ilə  6.8 mlrd. m³ qaz nəql olunaraq ölkədə hasil olunan təbii qazın 23.5 %-ni təşkil etmişdir 

Kəmər ilə ilk qaz həcmlərinin çatdırılmasına 2006-cı ilin sentyabr ayında başlandı. 30 iyun 2011-ci ilə 

əsasən,  CQBK-nin  uzunluğu  692  km-dir,  bunun  443  kilometri  isə  Azərbaycan  ərazisindədir.  Boru 

kəmərinin diametri 42 düymdür. Boru kəməri yeddi milyard kub  metrədək qazın nəql etmək gücünə 

malikdir.  

 

 

 




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə