Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə4/20
tarix27.03.2018
ölçüsü0,49 Mb.
#35226
1   2   3   4   5   6   7   8   9   ...   20

 

 



EMİSSİYA PROSPEKTİ 

 

 

I. H İ S S Ə 

 

( İstiqrazların Emitenti barədə tələb olunan məlumatlar ) 

 

1.



 

Emitentin auditorları barədə məlumat 

 

Son üç maliyyə ili ərzində auditor əvəzlənməsi olmamışdır. 

Adı:  Ernst & Yang Holdinqs (SiAyEs) Bi.Vi.  /  Ernst & Young Holdings (CIS) )B.V. 

Ünvan: 


Port Baku Tauers Biznes Mərkəzi, 

Cənub Qülləsi, 9-cu mərtəbə, Neftçilər prospekti, 153 

Bakı, AZ1010, Azərbaycan 

Əlaqə: 


Phone: +994 12 4907020 

Fax: +944 12 4907017 

 

2.

 

Seçilmiş maliyyə məlumatı 

 

Məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir 



  

2013 

2014 

2015 

Gəlirlər 

38,433 


39,674 

33,103 

EBITDA 

2,88 


3,248 

3,132 

EBIT 

1,876 


2,127 

1,761 

Mənfəət/(Zərər) 

977 


1,274 

(1,785) 

Cəmi öhdəliklər 

12,817 


13,01 

25,306 

Cəmi kapital 

10,229 


11,057 

14,648 

Borc öhdəlikləri 

5,066 


5,797 

10,911 

Pul vəsaitləri 

1,206 


1,492 

4,881 

 

3.



 

Emitent barədə məlumat 

 

Emitentin tam adı: Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti 

Qısaldılmış adı: SOCAR 

Qeydiyyata alındığı tarix: 24.11.1995 

Dövlət qeydiyyat nömrəsi (VÖEN): 9900003871 

Təşkilati-hüquqi forması: qeydiyyata alındığı vaxt- dövlət müəssisəsi 

Emitentin olduğu yer: Azərbaycan Respublikası, AZ1000, Neftçilər prospekti 73. 

Telefon: (+99412) 521-03-32 

  

 



www.socar.az

 

 




 

 



 



 



Emitentin  təşkilati-hüquqi  forması  dəyişdirildikdə,  onun  bütün  əvvəlki  adları,  təşkilati-

hüquqi formaları, o cümlədən dəyişikliklərin dövlət qeydiyyatı tarixi; 

Emitentin təşkilati-hüquqi forması dəyişdirilməmişdir. 



 



 



Maliyyə  hesabatlarının  son  dərc  olunma  tarixindən  etibarən  əsas  investisiyaların  təsviri 

(məbləği göstərilməklə); 

Son  Maliyyə  hesabatı  (2015-ci  ilin  sonuna)  2016-cı  ilin  İyun  ayında  dərc  edilmişdir.  Dərc  olunma 

tarixindən sonra yeni investisiya layihələri olmamışdır.  

 



 



İdarəetmə  orqanlarının  emitentin  gələcək  investisiyaları  ilə  bağlı  öhdəliklər  və  həmin 

öhdəlikləri yerinə yetirmək üçün lazım olan maliyyə vəsaiti mənbələri ilə bağlı məlumat. 

 

SOCAR-nın gələcək  mövcud investisiyalar ilə əlaqədar öhdəlikləri dedikdə, SOCAR-nın Cənub Qaz 



Dəhlizindəki (CQD) 49% payını, H.Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) və Azərikimya 

İB-nin EP-300 qurğusunun modernizasiyası, Karbamid zavodu layihəsi, Polimer zavodu lahiyəsi, STAR 

layihəsini  və  sair  layihələri  göstərmək  olar.  Hər  layihə  üzrə  tələb  olunan  maliyyə  vəsaiti  müxtəlif 

formada formalaşır.  Belə  ki,  SOCAR-nın  CQD-dəki  49% pay  hissəsi  Azərbaycan  dövləti  tərəfindən 

SOCAR-nın nizamnamə kapitalının artırılması yolu ilə həyata keçirilir və keçiriləcəkdir. 

H.Əliyev  adına  BNEZ-də  və  Azərikimya  İB-dəki  modernizasiya  işləri  ilə  əlaqədar  SOCAR  dövlət 

zəmanəti  ilə  Azərbaycan  Beynəlxalq  bankında  1.291  mlrd.  manata  qədər  həcmdə  kredit  müqaviləsi 

imzalamışdır.  Bu  kreditin  də  geri  ödənişi  Azərbaycan  dövləti  tərəfindən  SOCAR-nın  nizamnamə 

kapitalının artırılması yolu ilə həyata keçiriləcəkdir. 

Digər layihələr isə əsasən beynəlxalq maliyyə institutlarından kredit vəsaitlərinin cəlb edilməsi yolu ilə 

maliyyələşdiriləcəkdir  ki,  onların  da  geri  ödənişi  layihədən  gələn  gəlirlər  vasitəsi  ilə  həyata 

keçiriləcəkdir. 

 



 



Emitentin qiymətli kağızlarının ticarətə buraxıldığı tənzimlənən bazarlar barədə məlumat. 

 

Emissiya olunacaq istiqrazlar “Bakı Fond Birjası” Qapalı Səhmdar Cəmiyyətində (BFB) yerləşdiriləcək. 

Bakı  Fond  Birjası  2000-ci  ildə  qapalı  səhmdar  cəmiyyəti  formasında  təsis  edilmiş  və  hazırda  yerli 

banklar, investisiya şirkətləri və Borsa İstanbul da daxil olmaqla 20 səhmdarı mövcuddur. Bakı Fond 

Birjası  21  iyul  2000-ci  il  tarixində  fond  birjası  fəaliyyətini  həyata  keçirməyə  icazə  verən  5  saylı 

müddətsiz lisenziyanı əldə etmişdir və hazırda Azərbaycanda qiymətli kağızlarla mütəşəkkil ticarətin 

yeganə təşkilatçısı qismində çıxış edir. 



 

 



Birjanın  fəaliyyəti  hal-hazırda  Maliyyə  Bazarlarına  Nəzarət  Palatası  publik  hüquqi  şəxs  tərəfindən 

tənzimlənir. BFB-də Pay bazarı, Borc alətləri bazarı, Repo Bazarı və Törəmə maliyyə alətləri bazarları 

mövcuddur. 

Qanunvericiliyə  əsasən  birjada  ticarət  yalnız  birja  üzvləri  arasında  təşkil  olunur.  BFB-nin  fəaliyyəti 

Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi,  Qiymətli  Kağızlar  Bazarı  haqqında  Azərbaycan 

Respublikasının  Qanunu,  Azərbaycan  Respublikasının  digər  hüquqi-normativ  aktları  və  BFB-nin 

nizamnaməsi və daxili qaydaları əsasında təşkil edilmişdir. 

 

Yerləşdiyi ünvan: AZ1025, Bakı, Xətai rayonu, Babək pr, Ə.Quliyev 11/31, Babək Plaza 



Əlaqə telefonları: (+994 12) 488-05-80 ; (+994 12) 498-98-20 ( dax: 100) 

Faks: (+994 12) 493-77-93 

Elektron poçtun ünvanı: 

info@bse.az

    

www.bse.az



 

 

4.

 

Emitentin biznesinin icmalı 

 



 



Emitentin  satılmış  məhsullarının  və  ya  göstərilmiş  xidmətlərinin  əsas  kateqoriyalarını 

göstərərək emitentin əsas fəaliyyətlərinin təsviri; 

 

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) 100% dövlətə məxsus korporativ şirkətdir. 

SOCAR  Azərbaycan  Respublikası  Prezidentinin  13  sentyabr  1992-ci  il  tarixli  Fərmanı  ilə  təsis 

edilmişdir və 31 dekabr 2015-ci il tarixinə nizamnamə kapitalı 1.617 mlrd. manat təşkil etmişdir. 

 

Qısa məlumat: 

SOCAR əsasən Azərbaycan Respublikasının ərazisində hasilat, daşınma və emal fəaliyyət ilə məşğul 

olan  Azərbaycanın  şaquli  inteqrasiya  olunmuş  milli  neft  və  qaz  şirkətidir.  SOCAR  həmçinin  AÇG 

yataqlarında hasil olunan neftin əsas ixrac marşrutu olan BTC Boru Kəməri, həmçinin AÇG və Şahdəniz 

yataqlarında hasil olunan neftin əsas ixrac marşrutu olan CQBK daxil olmaqla AÇG və Şahdəniz HPBS-

ləri  və  bir  sıra  beynəlxalq  boru  kəmərlərində  əhəmiyyətli  paya  malikdir.  Bundan  əlavə,  SOCAR 

Türkiyənin yeganə neft-kimya istehsalçısı olan Petkimdə nəzarət-səhm paketinə malikdir. 2011-ci ilin 

okytabrında  SOCAR,  STEAS  vasitəsilə  (burada  nəzarət-səhm  paketinə  malikdir)  Petkim  obyektləri 

yaxınlığında yerləşəcək böyük yeni emal zavodunun – STAR-ın tikintisinin hazırlıq işlərinə başlanmış 

və hal-hazırda işlərin böyük bir hissəsi tamamlanmışdır. 

Xam  neft  Azərbaycanda  1847-ci  ildən  hasil  edilir  və  SOCAR  hal-hazırda  Azərbaycanın  xam  neft 

hasilatının təxminən 20% -nə nəzarət edir. Öz hasilatına əlavə olaraq, Şirkət BP tərəfindən idarə olunan 

AÇG  HPBS  və  Şahdəniz  HPBS-ləri  daxil  olmaqla  beynəlxalq  neft  şirkətləri  ilə  bir  çox  HPBS-ləri 

bağlamışdır. Şirkət AÇG HPBS-də 11.65% paya, Şahdəniz HPBS-də 10% paya malikdir. 




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə