Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə3/20
tarix27.03.2018
ölçüsü0,49 Mb.
#35226
1   2   3   4   5   6   7   8   9   ...   20

 

 



 

emitentin ödəmə qabiliyyətinin qiymətləndirilməsinə təsir edən ən son hadisələr

Dünya bazarlarında xam neft və neft məhsullarının qiymətindəki volatillik və Azərbaycan manatının 

devalvasiyası Emitentin ödəmə qabiliyyətinə nisbi təsir göstərmişdir. Emitentin ödəmə qabiliyyətinin 

gücləndirilməsi məqsədi ilə 2015-ci il ərzində nizamnamə kapitalı 121 milyon manat, Əlavə ödənilmiş 

kapitalı isə 460 milyon manat artırılmışdır. 

 



 



emitentin əsas fəaliyyətlərinin təsviri; 

SOCAR  əsasən  Azərbaycan  Respublikasının  ərazisində  hasilat,  daşınma,  emal  və  satış  fəaliyyət  ilə 

məşğul  olan  Azərbaycanın  şaquli inteqrasiya  olunmuş  milli  neft  və  qaz  şirkətidir.  SOCAR  həmçinin 

AÇG yataqlarında hasil olunan neftin əsas ixrac marşrutu olan BTC Boru Kəməri, həmçinin "Azəri-



Çıraq-Günəşli" (AÇG) və Şahdəniz yataqlarında hasil olunan neftin əsas ixrac marşrutu olan CQBK 

daxil  olmaqla  AÇG  və  Şahdəniz  Hasilatın  Pay  Bölgüsü  haqqında  Sazişləri  (HPBS)  və  bir  sıra 

beynəlxalq boru kəmərlərində əhəmiyyətli paya malikdir. 

 



 

mühüm iştirak payına sahib olan şəxslər tərəfindən emitentə nəzarətin xüsusiyyəti. 

Dövlət Neft Şirkətinin 100 % iştirak payı Azərbaycan Respublikasına məxsusdur. Bunu nəzərə alaraq 

nəzarət  neft  və  qaz  gəlirlərinin  istifadə  strategiyası  makroiqtisadi  sabitliyin  qorunub  saxlanılması 

əsasında həyata keçirilir. 

 



 



Qiymətli kağızlar haqqında məlumat 

 

SOCAR  istiqrazlarının  ilkin  yerləşdirilməsi  kütləvi  təklif  üsulu  ilə  Abunə  yazılışı  formasında  fond 

birjasında həyata keçiriləcək. 

 



Abunə yazılışının başlanma tarixi: 20 Sentyabr 2016-cı il 

 



Abunə yazılışının başa çatma vaxtı: 10 Oktyabr 2016-cı il 

 



İstiqrazların Bakı Fond Birjasında yerləşdirilməsi: 13-14 Oktyabr 2016-cı il tarixlərində 

 

 



İstiqrazların növü: Faizli, təminatsız, sənədsiz adlı istiqraz 

 



İstiqrazların valyutası: ABŞ dolları 

 



İstiqrazlar ilə təsbit olunan məhdudiyyətlər: 

İstiqrazın ilkin yerləşdirilməsi zamanı ancaq Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslər 

və Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxslər əldə edə bilər. İstiqrazların təkrar 

bazarda tədavülündə məhdudiyyətlər nəzərdə tutulmamışdır. 

 

İstiqrazlar üzrə illik faiz dərəcəsi: 5 (beş) % 



 

İstiqrazların faizlərinin ödənilmə tarixi və müddəti: 




 

 



İstiqrazlar  üzrə  faizlər  buraxılışda  olan  ilk  istiqrazın  yerləşdirildiyi  tarixdən  etibarən  hər  3  ayda  bir,  3  aylıq 

müddətdən  sonrakı  ilk  iş  günü  ödəniləcək.  İstiqrazlar  üzrə  faizlərin  ilk  ödənişindən  sonra  hər  növbəti  ödəniş 

müddəti  üçün    tədavüldə  olan  istiqrazların  nominal  dəyərinin  emitent  tərəfindən  ödənilməmiş  hissəsində 

hesablanacaq. 

 



 



İstiqrazların  dəyərinin  ödənilmə  tarixi:  İstiqrazların  tədavül  müddəti  buraxılışdan  ilk  istiqrazın 

yerləşdirildiyi tarixdən etibarən 5 (beş) təqvim ili kimi müəyyənləşib. 

 

İstiqrazın sahibi aşağıdakı hüquqlara malikdir: 



-

 

İstiqrazların ödənilməsi zamanı İstiqrazın nominal dəyərini Emitentdən almaq; 



-

 

İstiqrazın nominal dəyərindən illik 5 (beş) faiz olmaqla, istiqrazların tədavül müddəti ərzində faiz almaq; 



-

 

Emitentin  ləğvi,  yaxud  yenidən  təşkili  barədə  qərar  qəbul  edildikdə,  habelə  Emitent  müflis  elan 



olunduqda  İstiqrazların  nominal  dəyərinin  və  həmin  anadək  hesablanmış,  lakin  ödənilməmiş  faizlərin 

vaxtından əvvəl ödənilməsini Emitentdən tələb etmək; 

-

 

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlar; 



 

İstiqrazların emitent tərəfindən geri satın alınması nəzərdə tutulmur. 

 

gəlirin qısa formada hesablama metodunu göstərməklə gəlir göstəricisi: 



İstiqrazlar üzrə faiz gəlirinin məbləği aşağıda göstərilən düsturla müəyyən edilir: 

TF = (N*D*G/360)/100 

burada, 


TF – Bir istiqraz üzrə toplanmış faizlər; 

N – Bir İstiqrazın nominal dəyəri (1.000 (bir min) dollar); 

D – İstiqrazların illik gəlirlik dərəcəsi (5 (beş) %); 

G –İstiqrazların ödəniş dövrünün müddəti (3 ay (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) 

 

istiqrazların  tənzimlənən  bazarda  ticarətə  buraxılması  barədə  emitent  tərəfindən  müraciətin 



edilməsinin nəzərdə tutulub-tutulmaması barədə məlumat:  

İstiqrazların satışı “Bakı Fond Birjası” QSC nin ticarət platformasında həyata keçiriləcək. Bunula bağlı müraciət 

istiqrazların emissiya prospekti təsdiq edildikən sonra baş tutacaq.

 

 



 

Risk Faktorları 

Təklif olunan istiqrazlarla əlaqəli bazar risklərini qiymətləndirmək üçün zəruri olan risk faktorları aşağıdakılardır: 

-

 



valyuta riski - valyuta kurslarının əlverişsiz şəkildə dəyişməsindən yaranan itki riski; 

-

 



faiz riski - faiz dərəcələrinin mənfi dəyişməsindən yaranan itki riski; 

-

 



inflyasiya riski - pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlı risk; 

-

 



likvidlik riski - müəyyən anda aktivlərin satışı və ya alışı ilə bağlı çətinliklərin yaranması mümkünlüyü; 

-

 



əməliyyat riski - daxili proseslər, sistem pozuntuları, insan faktoru və xarici hadisələrdən meydana gələn itki 

riskləri

-

 

hesablaşma və kontragent riski - hesablaşmanın vaxtından gec aparılması və aparılmasından əvvəl kontragentin 



öhdəliklərini icra edə bilməməsi səbəbindən meydana gələn itki riskləri; 

-

 



kredit riski - borcalanın öhdəliklərini yerinə yetirə bilməməsindən meydana gələn itki riskləri; 

-

 



təbii - insan fəaliyyətindən asılı olmayan risk (təbii fəlakət, zəlzələ, daşqın, tufan, qasırğa, ildırım və s. risklər);

 

 



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə