Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə7/20
tarix27.03.2018
ölçüsü0,49 Mb.
#35226
1   2   3   4   5   6   7   8   9   10   ...   20

 

15 


 

HPBS-nin Azərbaycan qanunvericiliyinə əsasən xüsusi hüquqi statusu vardır.  

31  dekabr  2015-ci  ilə  əsasən,  AÇG  yataqlarının  bərpa  edilə  bilən  xam  neft  ehtiyatları  1.2  mlrd.  ton 

həcmində  qiymətləndirilir  və  Xəzər  dənizinin  Azərbaycan  sektorunda  işlənməsinə  əsasən  ən  iri  neft 

yatağı hesab edilir. 

Azərbaycanın  Cənubi  Xəzər  regionunda  Bakıdan  şərqdə  təxminən  100  km  dənizdə  yerləşən  AÇG 

yataqlar bloku 1984-cü ildə aşkar edilmişdir. Birlikdə təxminən 45 km uzunluğu olan AÇG yataqları, 

təxminən 432,2 km

2

 ərazini əhatə edir və dənizin 400 m. qədər dərinliyində yerləşir. AÇG yataqlarında 



hasilat 1997-ci ilin noyabrından başlanmışdır.  

AÇG  yataqlarından  hasil  olunmuş  karbohidrogenlər  sualtı  boru  kəmərləri  vasitəsilə  Səngəçal 

terminalına nəql olunur. AÇG yataqlarından hasil edilən xam neft əsasən BTC Boru Kəməri vasitəsilə 

ixrac olunur. AÇG yataqlarından hasil edilən qaz isə Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın 

qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirənSOCAR-a məxsus qaz kəməri ilə 

ixrac olunur. 

AÇG yataqlarından 2015-cu ildə 31.2 milyon ton xam neft (AÇG HPBS çərçivəsində müvafiq olaraq 

1.5 milyon ton SOCAR-ın payına düşür) hasil edilmişdir. 2015-ci ildə həmçinin ACG yatağından 12.2 

mlrd. m³ qaz (AÇG HPBS çərçivəsində müvafiq olaraq 3.3 mlrd. m³ qaz SOCAR-a təhvil verilmişdir) 

hasil edilmişdir. 

 

Şahdəniz 

Azərbaycan  (Şahdəniz)  Limited  ("AzŞD")  Şirkətin  tam  mülkiyyətində  olan  və  Şahdəniz  yatağının 

("Şahdəniz yatağı") işlənməsi və istismarı ilə əlaqədar Şirkətin HPBS-də ("Şahdəniz HPBS") payının 

təşkili  və  idarə  edilməsi  üçün  “Kayman  Islands”-da  qeydiyyatdan  keçmiş  SOCAR-ın  törəmə 

müəssisədir. Şahdəniz HPBS 1996-cı ildə başlayaraq otuz il müddətinə nəzərdə tutulur və layihədə BP 

(operator kimi fəaliyyət göstərir) 28.8%, SOCAR (SGC Upstream ilə birlikdə) – 16.67%, TPAO – 19%, 

Petronas – 15.5%, Lukoil – 10% NİCO – 10% paya malikdir. 

Şahdəniz yatağı 1,0 trilyon kub metr qaz ehtiyatı ilə dünyanın ən böyük qaz-kondensat yataqlarından 

biridir  və  bu  yataq  1999-cu  ildə  kəşf  edilmişdir.  O,  Bakıdan  70  kilometr  cənub-şərqdə,  suyun 

dərinliyinin 50-500 m arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir. Şahdəniz yatağından hasil 

olunan qaz sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına nəql olunur. Daha sonra qaz CQBK 

vasitəsilə  və  Səngəçal  terminalının  qaz  texnoloji  emal  obyektlərini  Azəriqaz  dövlət  qaz  şəbəkəsi 

sisteminə birləşdirən qaz kəməri ilə ixrac olunur. 

Şahdəniz yatağından 2015-ci ildə 2.3 milyon ton xam neft (Şahdəniz HPBS çərçivəsində müvafiq olaraq 

0.2 milyon ton SOCAR-ın payına düşür) hasil edilmişdir. Şahdəniz yatağından 2015-ci ildə həmçinin 

9.8 mlrd. m³ qaz (HPBS çərçivəsində SOCAR-ın payı 0.8 mlrd. m³ qaz təşkil etmişdir) hasil edilmişdir. 

Ümumiyyətlə,  Şahdəniz  yatağının  işlənməsi  iki  mərhələdə  nəzərdə  tutulur.  Şahdəniz  Mərhələ  1 

əməliyyatlarına 2006-cı ildən başlanmışdır. Mərhələ 1-dən hasilatın ildə 8,9 milyard kub metr qaz və 

illik 45,500 ton kondensat olacağı nəzərdə tutulmuş və buna nail olunmuşdur. Mərhələ 1 çərçivəsində 6 



 

16 


 

quyu qazılmış, platforma inşa edilmiş, sahil terminalı tikilmiş və Türkiyəyə 700 km uzunluğunda boru 

kəməri çəkilmişdir. Mərhələ 1 artıq tamamlanmışdır. 

Şahdəniz  yatağının  işlənməsində  Mərhələ-2  ümumilikdə  Cənubi  Qafqaz  Boru  Kəmərinın 

genişləndirilməsi ilə bərabər "Şahdəniz Yatağının Tammiqyaslı İşlənməsi"ni nəzərdə tutur. Mərhələ-2 

yeni  dəniz  platformalarının  tikintisi,  quyuların  qazılması,  sualtı  boru  kəmərləri  çəkilməsi,  Səngəçal 

terminalının genişləndirilməsi və Cənubi Qafqaz Boru Kəməri ilə ixrac edilən qaz həcmlərini ildə 25 

milyard kub metrdən çox olmaqla bu kəmərin genişləndirilməsi vasitəsilə ildə əlavə 16 mlrd. m³ qaz və 

91,5 min ton kondensat nəql etmək üçün nəzərdə tutulur. Bu əlavə həcmin Avropa İttifaqı ölkələrinə, 

eləcə də Gürcüstan və Türkiyənin mövcud bazarlarına ixracı gözlənilir. 

Yuxarıda  qeyd  edilən  məlumatları  ümumiləşdirərək,  SOCAR-ın  neft  hasilatı  və  HPBS-lərindəki 

paylarını aşağıdakı cədvəldə cəmləşdirmək olar: 

 

Hasilat 

Xam neft (mln ton) 

Təbii qaz (mlrd. 

kubmetr) 

SOCAR (Azneft İB) 

8,2 

6.9 

AzACG (SOCAR-ın payı) 

1.5 

3.3 

AzSD (SOCAR-ın payı) 

0.2 

0.8 

 



 

Xam Neftin Nəqli 

 

Ümumi məlumat 

Neft  Kəmərləri  İdarəsi  Azərbaycanda  neftin  saxlanılması  və  nəqlini  həyata  keçirir.  Neft  Kəmərləri 

İdarəsinin  tərkibinə  "Abşeron"  İstehsalat  Bölümü,  "Qaradağ"  İstehsalat  Bölümü,  "İxrac"  İstehsalat 

Bölümü, "Dübəndi" İstehsalat Bölümü daxildir. 31 dekabr 2015-ci il tarixinə SOCAR-ın ölkədaxili neft 

kəməri  şəbəkəsinin  ümumi  uzunluğu  624.6  km  olmuşdur.  2015-ci  ildə  SOCAR  daxili  boru  kəməri 

şəbəkəsi vasitəsilə ümumilikdə 8.2 milyon ton xam neft nəql etmişdir.  

SOCAR, həmçinin, beynəlxalq əməliyyat şirkətləri ilə bir sıra birgə müəssisələrə daxil olmuş və Şimal 

İxrac  Boru  Kəməri  Marşrutu  (Bakı-Novorossiysk),  BTC  Boru  Kəməri  və  Qərb  İxrac  Boru  Kəməri 

Marşrutu (Bakı-Supsa) layihələrində (aşağıda qeyd olunduğu kimi) iştirak payına malikdir. 

SOCAR-ın dənizdə və qurudakı yataqlarından hasil olunan xam neft (AÇG yataqları və Şahdəniz yatağı 

istisna  olmaqla)  Dübəndi  neft  anbarında  saxlanılır  və  emal  zavodunun  yaxınlığında  yerləşən  böyük 

anbar terminalı olan Böyük Sahil Terminalına nəql olunur. Bu terminaldan xam neft ya emal olunur, ya 

da Şimal İxrac Boru Kəməri Marşrutu vasitəsilə ixrac edilmək üçün nəql olunur. AÇG yataqlarından 

hasil olunan xam neft Səngəçal Terminalında saxlanılır və buradan BTC Boru Kəməri, Qərb İxrac Boru 

Kəməri Marşrutu, Şimal İxrac Boru Kəməri Marşrutu və  Bakı-Batumi dəmir yolu marşrutu ilə ixrac 

olunur. 


 

 



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə