Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə10/20
tarix27.03.2018
ölçüsü0,49 Mb.
#35226
1   ...   6   7   8   9   10   11   12   13   ...   20

 

21 


 

 



 

Pərakəndə Stansiya Şəbəkəsi 

SOCAR Azərbaycan,  Gürcüstan,  Ruminya,  İsveçrə  və  Ukraynada  fəaliyyət  göstərən  və  genişlənən 

yanacaqdoldurma stansiyası şəbəkəsinə malikdir. 

SOCAR  Azərbaycanın  yerli  neft  məhsulları  bazarında  2008-ci  ildə  təsis  etdiyi  “SOCAR  Petroleum” 

vasitəsi  ilə  fəaliyyət  göstərir.  Hal-hazırda  SOCAR  Azərbaycan  ərazisində  11  neft  bazası  və  19 

yanacaqdoldurma məntəqəsi (YDM) ilə fəaliyyət göstərir. SOCAR Petroleum QSC tərəfindən 2015-ci 

ildə neft məhsullarının satışından   873,067  min AZN, sair xidmətlərdən 258 min AZN olmaqla cəmi 

873,325  min AZN əldə edilmişdir. SOCAR Petroleum QSC tərəfindən 2015-ci il ərzində neft bazaları 

vasitəsilə 1,279,840.3 ton və yanacaqdoldurma məntəqələri vasitəsilə 141,717.5 min litr neft məhsulları 

satılmışdır.  

Gürcüstanda  fəaliyyət  göstərən  “SOCAR  Energy  Georgia”  MMC  də,  SOCAR-ı  uğurla  təmsil  edir. 

Gürcüstanın onlarla qazpaylayıcı şəbəkəsi “SOCAR Energy Georgia” MMC tərəfindən idarə olunur. 

Bununla  yanaşı,  SOCAR  Energy  Georgia  şirkəti  Gürcüstanın  neft  məhsullarının  pərakəndə  satışları 

bazarında da səmərəli fəaliyyət göstərir. Müəssisə tərəfindən Gürcüstanda ümumilikdə 115-dən artıq 

yanacaqdoldurma məntəqəsi istismara verilmişdir. 

SOCAR Ruminyada təsis etdiyi SOCAR Petroluem SA şirkəti vasitəsilə investisiya yatırmağa davam 

edir. 2015-ci ildə Ruminyaya yatırılan investisiyanın həcmi 6.4 mln USD həcmində olmuşdur. Ötən il 

ərzində SOCAR Petroleum SA-nın satış həcmi 144,884 ton olmuşdur ki, bundan da 93,292 tonu topdan, 

51,592 ton pərakəndə satışın payına düşür. Hal-hazırda SOCAR Petroleum SA 27 YDM və 7 isə YDM 

və QDM birlikdə fəaliyyət göstərməkdədir. 

SOCAR  Avropadakı  kommersiya  fəaliyyətinin  genişləndirilməsi  istiqamətində  daha  bir  uğura  imza 

ataraq, 2011-ci ilin noyabrında "Esso Schweiz GmbH" şirkəti səhmlərinin alqı-satqısı ilə bağlı "Exxon 

Mobil Central Europe Holding GmbH" şirkəti ilə saziş imzalamışdır. 2015-ci il ərzində şirkət 3 yeni 

YDM  istifadəyə  vermiş  və  1  YDM-nin  rebrending  işlərini  tamamlamışdır.  Bununla  da,  İsveçrədə 

SOCAR-A məxsus bütün YDM-ləri rebrending olunmuşdur. Hal-hazırda İsveçrədə SOCAR-a məxsus 

150-dən artıq YDM fəaliyyət göstərir.  

SOCAR Ukraynada da fəaliyyətlərini uğurla davam etdirmişdir. İl ərzində 126 min ton topdan, 99 mln 

litr isə pərakəndə satılmışdır. 2015-ci il ərzində şirkət 8 yeni YDM istifadəyə vermiş və 1 YDM-nin 

rebrending işlərini tamamlamışdır. Hazırda 58-dən artıq YDM SOCAR brendi altında fəaliyyət göstərir 

Məlum olduğu kimi, 21 dekabr 2013-cü il tarixində Yunanıstan Qaz Paylayıcı Sistemi şirkətində 66% 

səhmlərinin alınması üzrə Yunanıstan Respublikası tərəfindən elən edilmiş beynəlxalq tenderin qalibi 

Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkəti  olmuşdur.  Hal-hazırda  Avropa  İttifaqının  (həmçinin 

Yunanıstanın  Enerji  Tənzimləyici  Komitəsinin)  qanunlarının  tələblərinə  cavab  verən  müvafiq 

sertifikatlaşdırma  qərarının  və  Avropa  İttifaqının  Anti-inhisar  komissiyasının  müsbət  qərarının  əldə 

olunması üzrə işlər davam etdirilir. Hal-hazırda prosesin ikinci mərhələsində SOCAR tərəfindən 66% 



 

22 


 

payın müəyyən hissəsinin Avropalı potensial alıcılara satılması üçün proses gedir. Prosesin 2016-ci ilin 

senyabr ayında tamamlanması nəzərdə tutulur. 



 



Azərikimya İB 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, 2010-cu ilin aprelində Azərikimya ASC 

Dövlət Şirkəti SOCAR-ın tabeçiliyinə verilmiş və bunun nəticəsində Azərikimya İstehsalat Birliyinə 

çevrilmişdir.  Azərikimya  İB  Azərbaycanda  neft-kimya  məhsullarının  istehsalı  ilə  məşğul  olur  və  üç 

istehsalat  birliyinə  malikdir  –  Etilen-Polietilen  zavodu,  Səthi  Aktiv  Maddələr  zavodu,  Üzvi  Sintez 

zavodu.  Azərkimya  İB-nin  istehsal  fəaliyyətinə  yüksək  sıxlıqlı  polietilen,  saflaşdırılmış  izopropil, 

propilen, ağır qətran, propilen oksidi, kaustik soda və xlorid turşusu istehsalı daxildir. 

 



 

SOCAR Polimer 

SOCAR Polimer layihəsi Azərbaycanın neft-kimya sənayesində dövlət və özəl sektorun birgə iştirakı 

ilə “layihə maliyyələşməsi” prinsipi əsasında həyata keçirilən ilk layihədir və bu layihə çərçivəsində ildə 

180 min ton polipropilen və 120 min ton polietilen istehsal gücündə Polipropilen və Polietilen (HDPE) 

zavodlarının inşası nəzərdə tutulur. 

Ümumi  kapital  dəyərinin  aşağı  salınması  və  səhmdarlara  düşən  yükün  azaldılması  üçün  investisiya 

xərclərinin  60%-nin  borc  hesabına  maliyyələşdirilməsi  nəzərdə  tutulmuşdur.  Bunun  üçün  müxtəlif 

maliyyə institutları ilə danışıqlar aparılmışdır və Qazprombank ilə 16 iyun 2015-ci il tarixində kredit 

müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi ümumilikdə 489 mln. ABŞ dollarına qədər uzunmüddətli 

(10 il) borcun əldə edilməsinə imkan verir. Kreditin iki tranş üzrə götürülməsi nəzərdə tutulmuşdur ki, 

bu da faiz xərclərini azaltmağa və vəsaitləri Polipropilen (Tranş 1) və Yüksək Sıxlıqlı Polietilen (Tranş 

2)  qurğularının  tikinti  qrafikinə  uyğunlaşdırmağa  imkan  verəcəkdir.  Əsas  məbləğin  geri  ödənilməsi 

üçün 3 il güzəşt müddəti tətbiq olunmuşdur ki, bu da tikinti müddətini tamamilə əhatə edir. Bu müqavilə 

çərçivəsində tranşlar üzrə borcun layihə qrafikinə uyğun olaraq alınmasına başlanılmışdır. 

Hal-hazırda SOCAR Polimer MMC-nin nizamnamə kapitalı 101 milyon AZN təşkil edir. 2015-ci ilin 

aprel ayının 3-də Polipropilen qurğusu və ümumi təsərrüfat bloku, 2015-ci ilin dekabr ayının 22-ində 

isə Yüksək Sıxlıqlı Polietilen qurğusu üzrə Layihənin Baş Podratçısı olan Tecnimont şirkəti ilə sabit 

qiymətli  Mühəndislik,  Satınalma  və  Tikinti  müqaviləsi  imzalanmışdır.  Qurğuların  tikilməsi  üçün 

nəzərdə tutulmuş ərazinin hazırlanması işləri yekunlaşmış və Baş Podratçıya təhvil verilmişdir. Ərazidə 

artıq tikinti işlərinə başlanılmışdır. 

 



 



Karbamid(gübrə) zavodu 

Müasir beynəlxalq standartlara uyğun, gündəlik 2000 ton azot gübrəsi-karbamid istehsal edəcək dəyəri 

1 mlrd. avroya qədər olan SOCAR-ın Karbamid zavodu layihəsi Azərbaycan Respublikası Prezidentinin 

müvafiq  sərəncamları  ilə  təsdiq  edilmiş  “2008-2015-ci  illərdə  Azərbaycan  Respublikasında  əhalinin 

ərzaq  məhsulları  ilə  etibarlı  təminatına  dair  Dövlət  Proqramı”  və  “Azərbaycan 



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə