Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə11/20
tarix27.03.2018
ölçüsü0,49 Mb.
#35226
1   ...   7   8   9   10   11   12   13   14   ...   20

 

23 


 

Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na  əsasən həyata 

keçirilir.  

Təməli  2011-ci  ildə  möhtərəm  Prezident  cənab  İlham  Əliyev  tərəfindən  qoyulan  Karbamid 

Zavodunun tikintisinin həyata keçirilməsi məqsədilə 13 mart 2013-cü il tarixində SOCAR və Samsung 

Engineering Co., Ltd. şirkəti arasında Mühəndislik, Satınalma və Tikinti üzrə Müqavilə imzalanmışdır. 

Sumqayıt  şəhərində  yerləşəcək  zavodun  tikintisinin  2017-ci  ilin  sonunda  başa  çatdırılması  nəzərdə 

tutulur.  Zavod ammonyak istehsalı, karbamid mayesi istehsalı və dənəvər karbamid məhsulu istehsalı 

bölmələrindən ibarət olacaq və əsas xammal kimi təbii qazdan istifadə ediləcəkdir.   

Bu  layihənin  həyata  keçirilməsi  ilə  SOCAR  ölkə  iqtisadiyyatının  əsas  sektorlarından  biri  olan  kənd 

təsərrüfatının inkişafına mühüm dəstək verəcəkdir. Eyni zamanda, zavodda istehsal olunacaq karbamid 

məhsulunun daxili tələbatı tam ödəməsi və məhsulun qalan hissəsinin dəmir yolu və Qara dəniz vasitəsi 

ilə dünya bazarına çıxarılması planlaşdırılır. 

 



 

Petkim 

 

Ümumi məlumat 

Petkim Türkiyə hökumətinin tərəfindən 3 aprel 1965-ci ildə yaradılmış və Türkiyə yeganə neft-kimya 

istehsalçısıdır. 2008-ci ildə SOCAR Petkim obyektlərinin sahibi olan Petkim Petrokimya Holding A.Ş.-

də səhm nəzarət paketini (51%) əldə edir.  

Petkim 1.9 milyon ton ümumi əsas istehsal gücü ilə əsas və yarımfabrikat neft-kimya xammalı istehsal 

edir. Petkim kompleksi aşağı sıxlıqlı polietilen zavodu, polipropilen zavodu, ətirli karbohidrogenlərin 

istehsalı üzrə zavod, etilen zavodu, vinil xlorid monomer və polivinil xlorid zavodu, xüsusi tullantı suları 

zavodu, enerji istehsalı sexi, xüsusi port və 150 milyon kub metr saxlama həcminə malik Güzzel Hisar 

anbarı daxil olmaqla, 14 böyük neft-kimya zavoduna malikdir. 

 

STAR Layihəsi 

SOCAR “Türkiyənin Əliağa yarımadasında illik emal həcmi 10 milyon ton neft təşkil edən neft emalı 

zavodunun  inşasınına  başlamışdır.  2011-ci  ilin  oktyabrında  Azərbaycan  Respublikasının  Preidenti 

İlham  Əliyev  və  Türkiyənin  Baş  naziri  Rəcəb Tayyib  Ərdoğanın iştirakı ilə  layihənin  tikinti-hazrlıq 

mərhələsinin təməli qoyulmuşdur. Zavod ildə 10 milyon ton xam neft (sutkada 214,000 barel neft) emalı 

gücünə malik olacaq və nafta, dizel, reaktiv yanacaq və digər məhsullar istehsal edəcək. Naftanın Petkim 

üçün karbohidrogen xammalı kimi istifadə üçün, dizel və reaktiv yanacağın isə daxili Türkiyə bazarını 

təchiz edəcəyi nəzərdə tutulub.  

Zavodun qurulmasında əsas məqsəd Petkimin xam maddəsi olan naftanın və Türkiyənin idxaldan asılı 

olan digər məhsullarının istehsal olunmasıdır. Layihənin 2018-ci ildə işə düşməsi planlaşdırılır. Yeni 

zavod üçün ilkin layihə smeta dəyəri 5.6 milyard ABŞ dollar təşkil edir. 2014-cü ili May ayında 23 




 

24 


 

beynəlxalq, eləcə də Türk bankları ilə $3.29 milyard kredit müqavilələri imzalanmışdır: bu kreditlərin 

$2.7 milyardı 18 il, $600 milyonu isə 15 il müddətinə imzalanmışdır. 

 

Gəmiqayırma 

2010-cu  ildə  Şirkət  Bakı  yaxınlığında  gəmiqayırma  və  gəmi  təmiri  zavodunun  tikilməsi  və  fəaliyyət 

göstərməsi  məqsədi  ilə  Sinqapurun  Keppel  Group  şirkəti  və  dövlət  müəssisəi  olan  Azərbaycan 

İnvestisiya  Şirkəti  ilə  birgə  müqavilə  imzalamışdır.  2011-ci  ildə  inşasına  başlanılan  Gəmiqayırma 

zavodu  2013-cü  ildə  istismara  verilmişdir.  Gəmiqayırma  zavodunun  neft  və  qaz  sənayesi  üçün  neft 

tankerləri və xidmət gəmiləri də daxil olmaqla müxtəlif növ gəmilər istehsal edir. 

 



 

Cənub Qaz dəhlizi 

Cənub  Qaz  Dəhlizi  layihəsi  regionun  ən  aktual  layihələrindən  biridir.  Şahdəniz  2  layihəsi  üzrə  hasil 

edilən  qaz  sualtı  boru  kəməri  ilə  Səngəçal  Terminalına  və  daha  sonra  Cənubi  Qafqaz  Boru  Kəməri 

(CQBK), TANAP və TAP vasitəsilə Türkiyə və Avropa bazarlarına çatdırlacaqdır. Layihə Gürcüstan 

və Türkiyə ilə birlikdə Avropa ölkələrinin davamlı enerji təhlükəsizliyi ilə əlaqədar strateji maraqlarına 

xidmət edəcəkdir. Türkiyəyə ilk qaz ixracı 2018-ci ildə, Avropaya isə 2020-ci ildə planlaşdırılır. 

 

Şahdəniz – 2 layihəsi 

ŞD2 layihəsi 1-ci mərhələdən illik hasil edilən təxminən 9-10 milyard m

3

 qazın həcminə 16 milyard m



3

 

qaz və 1-ci mərhələdən gündəlik hasil edilən 45,000 barel kondensata 105,000 barel kondensat  əlavə 



edəcəkdir.Hasil edilən qaz sualtı boru kəməri ilə Səngəçal terminalına və daha sonra CQBK vasitəsilə 

Türkiyəyə  çatdırılacaqdır.  ŞD2-dən  hasil  ediləcək  qaz  Türkiyə  Respublikasına  və  Avropa 

istehlakçılarına  təchiz  ediləcəkdir.  Yekun  İnvestisiya  Qərarı  (FID  –  Final  Investment  Decision)  17 

dekabr 2013-cü il tarixində verilmişdir.  

2014-2020-ci illər üzrə ŞD2-nin ümumi kapital xərcləri inflyasiya nəzərə alınmaqla 23.4 milyard ABŞ 

dolları təşkil edir. 2014-2020-ci illər üzrə Azərbaycan tərəflərinin payına düşən hissə inflyasiya nəzərə 

alınmaqla 5.4 milyard ABŞ dolları təşkil edir. Bu məbləğə 16.67% pay(6.67% CQD, 10% isə SOCAR 

–  2023-cü  ildə  SOCAR-ın  10%  payı  CQD-nə  keçəcəkdir)  üzrə  maliyyələşdirmə,  Statoil-dən  6.67% 

payın alınma qiyməti və 10% payın alınması üzrə ilkin qiymət daxildir. 2013-cü ilin sentyabr ayında 9 

Avropa şirkəti ilə Qaz Satışı üzrə Sazişlər imzalanmışdır:  

Axpo (İsveçrə) − illik 1.43 milyard m

3

, Enel (İtaliya) – illik 0.48 milyard m



3

, E.ON (Almaniya) − illik 

1.45 milyard m

3

, Gas Natural (İspaniya) − illik 0.99 milyard m



3

, GDF (Fransa) − illik 2.64 milyard m

3



HERA (İtaliya) − illik 0.30 milyard m



3

, Shell (İngiltərə/Niderland) − illik 0.95 milyard m

3

, Bulgargaz 



(Bolqarıstan) − illik 0.95 milyard m

3

, DEPA (Yunanıstan) − illik 1 milyard m



3

Layihələr  üzrə  işlər  təsdiqlənmiş  qrafik  üzrə  aparılır.  Şahdəniz  –  2  layihəsi  üzrə  işlər  qrafikdən  irəli 



olaraq ümumi işlərin 70%-ə yaxını yerinə yetirilmişdir. 

 



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə