Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə16/20
tarix27.03.2018
ölçüsü0,49 Mb.
#35226
1   ...   12   13   14   15   16   17   18   19   20

 

33 


 

 

10.

 

Emitentin maliyyə məlumatları 

 



 



Emitentin başa çatmış son iki maliyyə ili üzrə audit edilmiş maliyyə hesabatları; 

Emissiya prospektinə əlavə olunur. 

 



 



Emitent  bir  ildən  az  müddətdə  fəaliyyət  göstərdiyi  təqdirdə bu  dövrü  əhatə  edən  audit 

edilmiş maliyyə hesabatları; 

Emitent bir ildən artıq fəaliyyət göstərir. 

 



 



Maliyyə hesabatları MHBS-ə uyğun hazırlanmadığı təqdirdə, belə maliyyə hesabatları milli 

uçot  standartlarına  uyğun  olaraq  hazırlanmalıdır  və  ən  azı  aşağıdakıları  özündə  əks 

etdirməlidir: 

Maliyyə  hesabatları  MHBS-ə  uyğun  hazırlanır  və  yuxarıda  qeyd  edilənlər  maliyyə  hesabatlarında  öz 

əksini tapır.  

 



 



Emitentin konsolidasiya olunmuş maliyyə hesabatı (olduqda); 

Emissiya prospektinə əlavə olunur. 

 



 



Emitent son audit edilmiş maliyyə hesabatlarının tarixindən etibarən rüblük və ya yarımillik 

maliyyə  hesabatlarını  dərc  etdiyi  təqdirdə  onlar  emissiya  prospektinə  daxil  edilməlidir. 

Rüblük və ya yarımillik maliyyə hesabatları audit edildiyi təqdirdə hesabata audit rəyi əlavə 

edilməlidir. Rüblük və ya yarımillik maliyyə hesabatı audit edilmədikdə bu qeyd edilməlidir

Son illik maliyyə hesabatı Emissiya Prospektinə əlavə olunur. 

 



 



Emissiya propekti audit olunmuş son maliyyə hesabatından doqquz ay sonra hazırlanarsa 

bu  zaman  ən  azı  yarım  illik  aralıq  audit  edilmiş  və  ya  audit  edilməmiş  maliyyə  hesabatı 

prospektə əlavə edilməlidir. Aralıq maliyyə hesabatı əvvəlki maliyyə ilində eyni dövr üzrə 

müqayisəli hesabatla birgə tərtib edilməlidir; 

Emissiya propekti audit olunmuş son maliyyə hesabatından doqquzdan az müddətdə hazırlanır. 

 



 



Emitentin maliyyə vəziyyətinə və ya gəlirliliyinə təsir edən son bir il ərzində hüquqi proseslər 

barədə məlumat (həllini gözləyən proseslər də daxil olmaqla); 

Maliyyə  vəziyyətinə  və  gəlirliliyə  təsir  edən  proseslər  barədə  məlumat  2015-ci  ilin  illik  Maliyyə 

hesabatlarının 37 nömrəli qeydində (Şərti öhdəliklər, təəhhüdlər və əməliyyat riskləri) geniş məzmunda 

detallı formada verilmişdir. 

 



 

34 


 



 



Maliyyə hesabatlarının dərc edilməsindən sonra emitentin maliyyə vəziyyətində baş verən 

dəyişikliklər barədə məlumat. 

 Maliyyə  hesabatlarının  dərc  edilməsindən sonra emitentin  maliyyə  vəziyyətində  ciddi  dəyişiklik  baş 

verməmişdir 

 

 



11.

 

Emitent haqqında əlavə məlumatlar 

 

 



 

Emitentin nizamnamə kapitalı və onun tərkibi haqqında, o cümlədən nizamnamə kapitalının 

miqdarı, səhmlərin (payların) miqdarı, onların nominal dəyəri və növləri, habelə səhmlərin 

ayrı-ayrı növlərinin imtiyazları haqqında məlumat, adi və imtiyazlı səhmlərlə təsbit olunmuş 

hüquqların məzmunu; 

Nizamnamə kapitalı, əlavə ödənilmiş kapital və bölüşdürülməmiş mənfəət 

Emitentin 31 dekabr 2015-ci ilin sonuna nizamnamə kapitalı 1.617 mlrd. manat, cəmi kapitalı isə 14.648 

mlrd. manat təşkil etmişdir. 

Nizamnamə  kapitalı.  SOCAR,  Qrupun  bir  Holdinq  şirkəti  kimi,  dövlət  müəssisəsi  hüquqi  statusuna 

malikdir.  2014-cü  il  ərzində  Qrupun  nizamnamə  kapitalı  178  mln.  AZN  artırılmışdır.  Nizamnamə 

kapitalında 121 mln. AZN məbləğində artım 2015-ci il ərzində qeydiyyata alınmışdır və müvafiq olaraq, 

məbləğ əlavə ödənilmiş kapitaldan nizamnamə kapitalına yenidən təsnif edilmişdir. 

 

Əlavə ödənilmiş kapital (“ƏÖK”). 2015-ci il  ərzində Dövlət 581 mln. AZN  məbləğində nizamnamə 



kapitalına  əlavə  ödəniş  etmişdir.  Bu  artım  31 dekabr  2015-ci  il  tarixinə  qeydiyyata  alınmamışdır  və 

ƏÖK kimi tanınmışdır. 

 

Dövlətə ayırmalar. Dövlətin qərarlarına uyğun olaraq vaxtaşırı Qrupdan dövlət büdcəsi, ayrı-ayrı dövlət 



idarələri və hökumətin həyata keçirdiyi layihələr üçün pul şəklində birbaşa maliyyə qoyuluşlar etməsi 

və  ya  inşaat  və  təmir işlərinin  maliyyələşdirilməsi (o cümlədən  aktivlərin  köçürülməsi) tələb  olunur. 

2015-ci  il  ərzində  bu  cür  qoyuluşların  və  maliyyələşdirmənin  məbləğləri  (dövlət  idarələrinin 

subpodratçılarına ödənişlər formasında), müvafiq olaraq, 140 mln. AZN və 186 mln. AZN (2014-cü il: 

müvafiq olaraq, 131 mln. AZN və 317 mln. AZN) təşkil etmişdir və əsasən Azərbaycan Respublikasında 

mövcud  olan,  həmçinin  yeni  istirahət,  nəqliyyat,  təhsil  və  tibb  infrastrukturunun  təmiri  və  yenidən 

qurulması  üçün  istifadə  edilmişdir.  Qrup  tərəfindən  tikilmiş  aktivlərin  köçürülməsi  formasında 

maliyyələşdirmə 31 dekabr 2015-ci il tarixinə 13 mln. AZN (2014-cü il: 28 mln. AZN) olmuşdur. 

 

 

 



 


 

35 


 



 



Emitentin nizamnaməsi barədə aşağıdakı məlumat: 

 

fəaliyyət və məqsədlərin təsviri; 

Emitentin əsas məqsədi Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda, quru 

və dəniz sahələrində neft və qaz yataqlarının axtarışını, kəşfiyyatını, hazırlanmasını, işlənməsini, neftin, 

qazın, kondensatın hasilatını, nəqlini, emalını, neft-kimya sənayesinin inkişaf etdirilməsini, neft, neft-

kimya və qaz məhsullarının paylanmasını, satışını, habelə istehlakçıların müvafiq enerji daşıyıcılarına 

olan tələbatının sabit və dayanıqlı ödənilməsi sahəsində (bundan sonra — sahə) müasir tələblərə cavab 

verən rəqabətə davamlı malların, işlərin və xidmətlərin təqdim olunmasını təmin etməkdən və gəlir əldə 

etməkdən ibarətdir. 

 

idarəetmə və nəzarət orqanlarının səlahiyyətləri barədə müddəaların icmalı; 

Emitentin idarəedilməsi Emitentin prezidenti və Emitentin Şurası tərəfindən təşkil olunur. 

 

Emitentin prezidentinin səlahiyyətləri: 

-

 

Emitentin  Baş  ofisinin  və  Şirkətin  strukturunun  tərkibinə  daxil  olan  müəssisələrin  səmərəli 



fəaliyyət göstərməsini təmin edir; 

-

 



Emitentin qərarlarının yerinə yetirilməsinə nəzarəti təşkil edir; 

-

 



Emitentin Baş ofisinin strukturunu və ştat cədvəlini təsdiq edir, aparatın struktur bölmələrinin 

əsasnamələrini  təsdiq  edir,  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  aparatın  işçilərini 

vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və tənbeh tədbirləri 

tətbiq edir;  

-

 

Emitentin  strukturuna  daxil  olan  qurumların,  rəhbərlərini,  onların  müavinlərini  və  baş 



mühasiblərini  vəzifəyə  təyin  edir  və  vəzifədən  azad  edir,  həmin  qurumların  müvafiq  olaraq 

nizamnamələrini  və  əsasnamələrini  təsdiq  edir,  işəgötürən  funksiyalarını  həyata  keçirən 

SOCAR-ın kadrların idarə edilməsi komitəsinin tərkibini, hüquq və vəzifələrini müəyyən edir;  

-

 



səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi şəxslərin və hüquqi 

şəxs olmayan qurumların yaradılması, yenidən təşkili və ləğv edilməsi haqqında qərar qəbul 

edir; 

-

 



Emitentin Şurasının işini təşkil edir və ona rəhbərlik edir, habelə Emitentin Şurası haqqında 

Əsasnaməni təsdiq edir; 

-

 

Emitentin adından vəkalətnaməsiz fəaliyyət göstərir, dövlət hakimiyyəti orqanları ilə, yerli və 



xarici  hüquqi  şəxslərlə,  idarə  və  təşkilatlarla,  beynəlxalq  təşkilatlarla  münasibətdə  Emitenti 

təmsil edir; 

-

 

müəyyən  edilmiş  qaydada   müqavilələr  (o  cümlədən,  xarici  şirkətlərlə)  bağlayır  və  bunların 



yerinə yetirilməsini təmin edir;  

-

 



vəkalətnamələr verir, hesabları və tədiyə tapşırıqlarını imzalayır; 


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə