Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi


Maddə 462. Xarici dövlətlərin məhkəmə və arbitrajlarının qətnamələrinin icrası və tanınması



Yüklə 0,77 Mb.
səhifə14/14
tarix14.06.2018
ölçüsü0,77 Mb.
#49117
növüQaydalar
1   ...   6   7   8   9   10   11   12   13   14

Maddə 462. Xarici dövlətlərin məhkəmə və arbitrajlarının qətnamələrinin icrası və tanınması

Xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında icra edilə və tanına bilər.



Maddə 463. Əsas qaydalar

Xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri dedikdə, mülki işlər və iqtisadi mübahisələr üzrə qətnamələr, cinayət işləri üzrə hökmlərin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə hissələri, arbitraj məhkəmələrinin qətnamələri, habelə xarici dövlətlərin digər aktları başa düşülür.



Maddə 464. Xarici dövlətlərin məhkəmə və arbitraj qətnamələrinin icrası və tanınması barədə ərizələrə baxan məhkəmə

Xarici dövlət məhkəmələri və arbitrajlarının qətnamələrinin məcburi qaydada icra olunması və tanınması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır.



Maddə 465. Xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələrini məcburi qaydada icra etməkdən və tanımaqdan imtina edilməsi

465.1. Aşağıdakı hallarda məhkəmənin qətnaməsini məcburi qaydada icra etməkdən imtina edilməsinə yol verilir:

465.1.1. işə baxılması Azərbaycan Respublikası məhkəməsinin müstəsna səlahiyyətinə aiddirsə;

465.1.2. işdə iştirak edən şəxs işə baxılması barədə bildirişin vaxtında və lazımi qaydada ona verilməməsi nəticəsində prosesdə iştirak etmək imkanından məhrum olmuşsa;

465.1.3. eyni tərəflər arasında, eyni predmetə dair və eyni əsaslar üzrə Azərbaycan Respublikası məhkəmələrinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və ya digər dövlətin məhkəməsində iş qaldırılmazdan əvvəl Azərbaycan Respublikası məhkəmələrinin icraatında eyni şəxslər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qaldırılmış iş varsa;

465.1.4. qətnamə, ərazisində həmin qətnamə çıxarılan dövlətin qanunvericiliyi üzrə qanuni qüvvəyə minməmişsə;

465.1.5. qətnamənin icrası Azərbaycan Respublikası qanunvericiliyinin əsas prinsipləri və suverenliyi ilə ziddiyyət təşkil edirsə;

465.1.6. xarici dövlətin qarşılıqlı əlaqələri təmin olunmursa.

465.2. Əgər Azərbaycan Respublikası məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni predmet barədə və eyni əsaslarla olan mübahisə barədə iş başlanmışdırsa, məhkəmə qətnamənin məcburi icrası və tanınması barədə ərizəyə baxılmasını dayandırır. Qətnamənin məcburi icrası və tanınması barədə qərar qəbul edildiyi halda, məhkəmə iş üzrə icraata xitam verir. Əgər ərizə rədd edilmişsə, mübahisəyə mahiyyəti üzrə baxılır.

Fəsil 48. Xarici dövlətin məhkəmə qətnamələrinin məcburi icrası

Maddə 466. Xarici dövlətin məhkəmə qətnaməsinin məcburi icrası barədə ərizə

466.0. Xarici dövlətin məhkəmə qətnaməsinin məcburi icrası barədə ərizəyə aşağıdakılar əlavə edilir:

466.0.1. xarici dövlətin məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsini təsdiq edən, üzərində qeydiyyat aparılmış surəti, zərərinə qətnamə çıxarılmış və məhkəmə prosesində iştirak etməyən tərəfin işə baxılması barədə vaxtında və lazımi qaydada xəbərdar edilməsini təsdiq edən sənəd;

466.0.2. sənədlərin Azərbaycan dilinə tərcümə olunmuş, təsdiq edilmiş surətləri.



Maddə 467. Ərizəyə baxılması

467.1. Xarici dövlətin məhkəmə qətnaməsinin tanınması və məcburi icrası barədə ərizəyə işdə iştirak edən şəxslərə ərizəyə baxılmasının vaxtı və yeri barədə xəbər verilməklə açıq məhkəmə iclasında baxılır.

467.2. Bildiriş vərəqəsinin ona verilməsi barədə məhkəmədə məlumat olarsa, işdə iştirak edən şəxsin üzürlü səbəblər olmadan məhkəməyə gəlməməsi ərizəyə baxılmasına mane olmur. Əgər işdə iştirak edən şəxs ərizəyə baxılmasının başqa vaxta keçirilməsi barədə xahişlə məhkəməyə müraciət edərsə və həmin xahiş məhkəmə tərəfindən üzürlü hesab edilərsə, məhkəmə işə baxılmasını başqa vaxta keçirir və borclunu yeni məhkəmə baxışının vaxtı barədə xəbərdar edir.

467.3. Ərizəyə baxılarkən məhkəmə xarici dövlətin məhkəmə qətnaməsini tanımaqdan və icra etməkdən imtina etdikdə bu Məcəllənin 465-ci maddəsi ilə nəzərdə tutulan əsasların olub-olmamasını yoxlayır.

467.4. Məhkəmə ərizə üzrə xarici dövlətin məhkəmə qətnaməsinin məcburi icrası və ya bundan imtina edilməsi barədə qərardad çıxarır.

Maddə 468. Qətnamənin icrası

468.1. Xarici dövlətin məhkəmə qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərardadı əsasında bu qətnamənin məcburi qaydada icra edilməsinin həll olunması haqqında, məhkəmə qətnaməsinin icra edilmə yerinə göndərilməklə icra vərəqəsi verilir.

468.2. Xarici dövlətin məhkəmə qətnaməsinin məcburi qaydada icra edilməsi barədə hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qətnamənin icrasını həyata keçirən orqanlar tərəfindən edilir.

Fəsil 49. Xarici dövlət məhkəmələrinin qətnamələrinin tanınması

Maddə 469. Ümumi qaydalar

Xarici dövlətin məcburi icra olunması tələb edilməyən məhkəmə qətnamələri, maraqlı şəxs tərəfindən buna qarşı etiraz daxil olmamışsa, hər hansı sonrakı icraat olmadan tanınır.



Maddə 470. Ailə işləri üzrə qətnamə qəbul edilməsinin məcburiliyi

470.1. Əgər xarici dövlətin məhkəmə qətnaməsi ilə nikah pozulmuşsa, etibarlı və yaxud etibarsız hesab edilmişsə, bu qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınması tələb olunur. Bu halda tanınma xarici dövlətin qarşılıqlı təminatından asılı deyildir.

470.2. Əgər ər-arvadın hər ikisi qətnamə qəbul edilən zaman nikahı pozan orqanın aid olduğu dövlətin vətəndaşı olmuşsa, qətnamənin tanınması tələb olunmur.

Maddə 471. Tanınmaya qarşı etiraz

İşdə iştirak edən şəxs, xarici dövlətin məhkəmə qətnaməsinin daxil olmasını bildiyi 1 ay müddətində bu qətnamənin tanınmasına etiraz barədə Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət edə bilər.



Maddə 472. Etiraza baxılma

472.1. Xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasına qarşı işdə iştirak edən şəxsin etirazına işdə iştirak edən şəxslərə bu Məcəllədə göstərilən qaydada bildirməklə açıq məhkəmə iclasında baxılır.

472.2. Məhkəmə bildirişinin ona rəsmi qaydada verilməsi məhkəməyə məlum olduqda, işdə iştirak edən şəxsin üzürsüz səbəbdən məhkəməyə gəlməməsi etiraza baxılmasına mane olmur.

472.3. Əgər şəxs etiraza baxılması vaxtının başqa vaxta keçirilməsinə dair məhkəməyə müraciət edərsə və bu xahiş məhkəmə tərəfindən üzürlü hesab edilərsə, onda məhkəmə baxışı başqa vaxta keçirir və bu barədə işdə iştirak edən şəxslərə bildirir.

472.4. Xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasına qarşı etiraza baxılanda məhkəmə qərardad çıxarır.

Maddə 473. Xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasının rədd edilməsi

473.1. Məcburi icra edilməli olmayan xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasının rədd edilməsinə bu Məcəllənin 465-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda yol verilir.

473.2. Qərardadın surəti onun çıxarıldığı gündən 3 gün müddətində xarici dövlətin məhkəmə qətnaməsinin çıxarılması barədə ərizə vermiş şəxsə və ya onun nümayəndəsinə və qətnamənin tanınmasına qarşı etiraz etmiş şəxsə göndərilir.

Fəsil 50. Xarici dövlətin arbitraj məhkəmələrinin qətnamələrinin icrası və tanınması

Maddə 474. Ümumi qaydalar

Bu bölmənin maddələri həmçinin, xarici dövlətlərin arbitraj məhkəmələrinin qətnamələrinin icra edilməsi və ya tanınması barədə qətnamələrə də tətbiq edilir.



Maddə 475. Xarici dövlətin arbitraj məhkəməsinin qətnaməsinin icra edilməsi və ya tanınması barədə ərizə

Xarici dövlətin arbitraj məhkəməsinin qətnaməsinin icrasını və tanınmasını bildirən hüquqi və fiziki şəxs, arbitraj qətnaməsinin əslini və ya onun təsdiq edilmiş surətini, habelə arbitraj sazişinin əslini və ya onun surətini təqdim etməyə borcludurlar. Əgər arbitraj məhkəməsinin qətnaməsi və ya saziş xarici dildədirsə, tərəflər bu sənədlərin təsdiq edilmiş, Azərbaycan dilinə tərcüməsini təqdim etməlidirlər.



Maddə 476. Xarici dövlətin arbitraj məhkəməsinin qətnaməsini məcburi icra etməkdən və ya tanımaqdan imtina

476.0. Xarici dövlətin arbitraj məhkəməsinin qətnaməsinin məcburi icra edilməsi və tanınmasından şəxsə aşağıdakı hallarda imtina edilə bilər:

476.0.1. işdə iştirak edən şəxsin əleyhinə yönəldilən arbitraj məhkəməsi qətnaməsinin məcburi icrası və ya tanınması haqqında ərizəsinə baxan məhkəməyə o, aşağıdakı sübutları təqdim edərsə:

476.0.1.1. arbitraj sazişində iştirak edən tərəflərdən biri bu və ya digər dərəcədə fəaliyyət qabiliyyəti olmayan olmuş, yaxud bu sazişə əsasən tərəflərin tabe olduğu qanuna görə, sazişdə belə müddəa olmadıqda isə qətnamə çıxarılan ölkənin qanununa görə etibarsız hesab edilmişdir;

476.0.1.2. əleyhinə qətnamə çıxarılmış tərəf arbitrin və ya arbitraj baxışının təyin edilməsi vaxtı haqqında lazımi qaydada xəbərdar edilməmiş və ya başqa səbəblərdən öz izahatını təqdim edə bilməmişdir;

470.0.1.3. qətnamə arbitraj sazişində nəzərdə tutulmayan və ya onun şərtlərinə uyğun gəlməyən mübahisə üzrə çıxarıldıqda, yaxud arbitraj sazişinin hədlərindən kənara çıxan məsələlər üzrə bəndlərə malik olduqda; lakin əgər arbitraj sazişi ilə əhatə olunan məsələlər üzrə bəndlər bu Saziş ilə əhatə olunmayan məsələlərdən ayrıla bilərsə, onda arbitraj sazişi ilə əhatə olunan məsələlər üzrə bəndləri olan qətnamənin hissəsi tanına və icraya yönəldilə bilər;

476.0.1.4. münsiflər məhkəməsinin tərkibi və ya arbitraj qaydaları tərəflərin razılığına və ya bunların olmaması arbitrajın olduğu ölkənin qanununa uyğun gəlmirsə;

476.0.1.5. qətnamə tərəflər üçün hələ məcburi deyildirsə və ya ləğv edilmişsə, yaxud qanunları əsasında çıxarıldığı ölkənin məhkəməsi tərəfindən ləğv edilmişsə və ya icrası dayandırılmışsa;

476.0.2. əgər arbitraj məhkəməsinin qətnaməsinin icraya yönəldilməsi və tanınması barədə ərizəyə baxan məhkəmə müəyyən etsə ki, mübahisənin obyekti Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən arbitraj baxışının predmeti ola bilməz, yaxud arbitraj məhkəməsinin qətnaməsinin icraya yönəldilməsi və tanınması Azərbaycan Respublikasının suverenliyinə və ya qanunvericiliyin əsas prinsiplərinə ziddir.

Maddə 477. Münsiflər məhkəməsinin qətnaməsi

Xarici münsiflər məhkəməsi qətnaməsinin icra edilməsi və tanınması üçün bu Məcəllənin maddələri müvafiq olaraq tətbiq edilə bilər. Bundan əlavə, BMT-nin 1958-ci il 10 iyun tarixli xarici münsiflər məhkəməsinin qətnaməsinin tanınması və icra edilməsi barədə Nyu-York Konvensiyası tətbiq edilir.





Azərbaycan Respublikasının
Mülki Prosessual Məcəlləsinə
Əlavə


İtirilmiş məhkəmə icraatının və ya icra üzrə
icraatın bərpa edilməsi

1. Başa çatması barədə qətnamə qəbul edilmiş və ya xitam edilmiş mülki iş üzrə itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın tam və ya qismən bərpa edilməsi bu əlavə ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həyata keçirilir.

2. İtirilmiş məhkəmə icraatı və ya icra üzrə icraatın bərpası işdə iştirak edən şəxslərin ərizəsi üzrə başlanır.

3. Məhkəmə icraatının bərpası haqqında ərizə mübahisənin mahiyyəti üzrə qətnamə və iş üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarmış məhkəməyə verilir. İtirilmiş icra icraatının bərpasına dair ərizə icranın olduğu yerə görə məhkəməyə verilir.

4. Ərizədə ərizəçinin məhz hansı icraatın bərpa olunmasını istəməsi, məhkəmə tərəfindən mahiyyət üzrə qətnamə, yaxud iş üzrə icraatın xitam olunması barədə qərardad qəbul edilib-edilməməsi, ərizəçinin həmin icraatda hansı prosessual vəziyyətdə olması, ərizəçinin ünvanı və ya yaşadığı yer, icraatın itirilməsi barədə hansı halların məlum olması, icraat sənədlərinin surətlərinin harada olması və onlar barəsində məlumatlar, hansı sənədlərin bərpasını ərizəçinin zəruri hesab etməsi, bu sənədlərin hansı məqsədlə bərpa edilməsi göstərilməlidir.

Ərizəyə müəyyən edilmiş qaydada təsdiq edilməmiş olsa da, saxlanılmış və işlə əlaqədar olan sənədlər və ya onların surətləri əlavə edilir.

5. İtirilmiş icraatın bərpa edilməsi barədə ərizəçidən dövlət rüsumu alınmır.

6. İtirilmiş icraatın bərpası barədə ərizədə ərizəçi tərəfindən müraciətin məqsədi göstərilmədikdə məhkəmə ərizəni hərəkətsiz saxlayaraq, ona həmin zəruri halları ərizədə şərh etmək üçün vaxt verir.

İtirilmiş icraatın bərpası ərizəçinin hüquq və qanunla qorunan mənafeyi ilə əlaqədar olmadıqda məhkəmə ya itirilmiş icraatın bərpası üzrə iş başlanmağı rədd edir, yaxud belə iş başlamışsa, əsaslandırılmış qərardadla onu baxılmamış saxlayır.

7. Məhkəmə icraatı işə mahiyyət üzrə baxılana kimi itirildikdə, bu əlavə ilə müəyyən edilmiş qaydada bərpa edilmir. Belə halda iddiaçı yeni iddia qaldırmağa haqlıdır. Məhkəmə icraatının itirilməsi ilə əlaqədar yeni iddia ilə iş başlanması qərardadında həmin hal mütləq göstərilməlidir.

8. İşə baxarkən məhkəmə icraatın saxlanan hissəsindən, icraat itənə qədər işdən vətəndaşlara və təşkilatlara verilmiş sənədlərdən, həmin sənədlərin surətlərindən, işə aidiyyəti olan arayış və kağızlardan istifadə edir.

Məhkəmə prosessual hərəkətlərin edilməsində iştirak etmiş şəxsləri, zəruri hallarda, itirilmiş işin baxılmasında məhkəmə heyətinin tərkibinə daxil olmuş şəxsləri, habelə məhkəmə qətnaməsini icra edən şəxsi şahid kimi dindirə bilər.

9. çıxarılıb.

10. İtirilmiş məhkəmə icraatının bərpa edilməsi haqqında qətnamədə və ya iş üzrə icraata xitam verilməsinə dair qərardadda məhkəməyə təqdim olunmuş hansı konkret məlumatlara, itirilmiş icraat üzrə proses iştirakçılarının iştirakı ilə məhkəmə iclasında tədqiq olunmuş məlumatlara əsasən bərpa olunmuş aktın məzmununun müəyyən olunmuş hesab edilməsi göstərilməlidir.

İtirilmiş icraatın bərpası haqqında iş üzrə qətnamənin əsaslandırıcı hissəsində, həmçinin məhkəmədə tədqiq olunmuş hansı halların və itirilmiş icraatla əlaqədar edilmiş hansı prosessual hərəkətlərin sübuta yetirilməsi barədə məhkəmənin gəldiyi nəticələr göstərilməlidir.

11. İtirilmiş icraat üzrə məhkəmə aktını tam bərpa etmək üçün toplanmış materiallar kifayət etmədikdə məhkəmə bu icraata xitam verir və işdə iştirak edən şəxslərə ümumi qaydada iddia qaldırmaq hüququnu izah edir.

12. İtirilmiş icraat üzrə məhkəmə aktının bərpası haqqında ərizəyə baxılması onun saxlanılması müddəti ilə məhdudlaşmır.

Lakin itirilmiş icraatın bərpa edilməsi üçün ərizə məhkəmə aktının icra edilməsi məqsədi ilə, icra vərəqəsinin məcburi icraya təqdim edilməsi müddəti keçdikdə və bu müddət məhkəmə tərəfindən bərpa edilmədikdə verilərsə, məhkəmə ərizə üzrə icraata xitam verir.

13. Qətnamə icraya yönəlmişsə, itirilmiş icra icraatı bərpa edilməlidir.

Məhkəmə qətnaməsinin icrası haqqında akt icra məmurunun icra zamanı aktda əks olunan və həyata keçirdiyi hərəkətlərin mahiyyəti göstərilməklə, məhkəmə qətnaməsi ilə bərpa olunur. (29)

14. Qətnamənin icrasına qədər icra icraatının itirilməsi zamanı icra vərəqəsinin surətini (dublikatı) vermək mümkün olduğu halda, məhkəmə əsaslandırılmış qərardadla itirilmiş icra icraatının bərpa edilməsi haqqında işin başlanılmasını rədd edir.

15. İtirilmiş icraatın bərpası haqqında ərizə üzrə məhkəmə aktından qanunla müəyyən edilmiş qaydada şikayət verilir.

16. İtirilmiş icraatın bərpası haqqında məhkəmə xərcləri qəsdən yalan ərizə vermiş şəxslərdən tutulur.


Məcəlləyə dəyişiklik və əlavələrin edildiyi sənədlərin Siyahısı

1. Azərbaycan Respublikasının 19 aprel 2002-ci il tarixli 305-IIQD nömrəli qanunu — «Azərbaycan» qəzeti (12 may 2002-ci il, № 107).

2. Azərbaycan Respublikasının 24 dekabr 2002-ci il tarixli 410-IIQD nömrəli qanunu — «Azərbaycan» qəzeti (4 yanvar 2003-cü il, № 2).

3. 24 dekabr 2002-ci il tarixli 409-IIQD nömrəli qanun — «Azərbaycan» qəzeti, 10 yanvar 2003-cü il, № 7

4. 25 fevral 2003-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı — «Azərbaycan» qəzeti (27 fevral 2003-cü il, № 46).

5. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 mart 2003-ci il tarixli qərarına əsasən qüvvədən düşmüşdür. — «Azərbaycan» qəzeti (27 mart 2003-cü il, № 67).

6. Azərbaycan Respublikasının 20 iyun 2003-cü il tarixli 490-IIQD nömrəli qanunu — «Azərbaycan» qəzeti (24 iyun 2003-cü il, № 141).

7. Azərbaycan Respublikasının 30 aprel 2004-cü il tarixli, 643-IIQD nömrəli qanunu — «Azərbaycan» qəzeti (23 iyul 2004-cü il, № 169).

8. Azərbaycan Respublikasının 11 iyun 2004-cü il tarixli 688-IIQD nömrəli qanunu — «Azərbaycan» qəzeti (11 avqust 2004-cü il, № 185).

9. Azərbaycan Respublikasının 7 sentyabr 2004-cü il tarixli, 731-IIQD nömrəli qanunu — «Azərbaycan» qəzeti, (22 oktyabr 2004-cü il, № 246).

10. Azərbaycan Respublikasının 4 mart 2005-ci il tarixli, 855-IIQD nömrəli qanunu — «Azərbaycan» qəzeti, (1 may 2005-ci il, № 98).

11. Azərbaycan Respublikasının 4 mart 2005-ci il tarixli, 856-IIQD nömrəli qanunu — «Azərbaycan» qəzeti, (30 aprel 2005-ci il, № 97).

12. Azərbaycan Respublikasının 23 dekabr 2005-ci il tarixli, 32-IIIQD nömrəli qanunu — «Azərbaycan» qəzeti, (16 fevral 2006-cı il, № 34).

13. Azərbaycan Respublikasının 20 oktyabr 2006-cı il tarixli, 168-IIIQD nömrəli qanunu — «Respublika» qəzeti, (29 dekabr 2006-cı il, № 293).

14. Azərbaycan Respublikasının 26 dekabr 2006-cı il tarixli, 219-IIIQD nömrəli qanunu — «Azərbaycan» qəzeti, (24 yanvar 2007-ci il, № 14).

15. Azərbaycan Respublikasının 29 dekabr 2006-cı il tarixli, 220-IIIQD nömrəli qanunu — «Azərbaycan» qəzeti, (25 yanvar 2007-ci il, № 15).

16. Azərbaycan Respublikasının 19 dekabr 2006-cı il tarixli, 200-IIIQD nömrəli qanunu — «Azərbaycan» qəzeti, (8 fevral 2007-ci il, № 27).

17. Azərbaycan Respublikasının 17 aprel 2007-ci il tarixli, 319-IIIQD nömrəli qanunu — «Azərbaycan» qəzeti, (16 may 2007-ci il, № 105).

18. Azərbaycan Respublikasının 17 aprel 2007-ci il tarixli, 313-IIIQD nömrəli qanunu — «Respublika» qəzeti, (29 iyun 2007-ci il, № 140).

19. Azərbaycan Respublikasının 16 iyun 2007-ci il tarixli, 385-IIIQD nömrəli qanunu — «Azərbaycan» qəzeti, (6 iyul 2007-ci il, № 146).

20. Azərbaycan Respublikasının 16 iyun 2007-ci il tarixli, 389-IIIQD nömrəli qanunu — «Azərbaycan» qəzeti, (21 avqust 2007-ci il, № 185).

21. Azərbaycan Respublikasının 2 iyun 2008-ci il tarixli, 618-IIIQD nömrəli qanunu — «Azərbaycan» qəzeti, (29 iyun 2008-ci il, № 140).

22. Azərbaycan Respublikasının 13 iyun 2008-ci il tarixli, 648-IIIQD nömrəli qanunu — «Respublika» qəzeti, (10 iyul 2008-ci il, № 149).

23. Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli, 707-IIIQD nömrəli qanunu — «Respublika» qəzeti, (13 dekabr 2008-ci il, № 278).

24. Azərbaycan Respublikasının 26 may 2009-cu il tarixli, 819- IIIQD nömrəli qanunu — «Azərbaycan» qəzeti, (24 iyun 2009-cu il, № 135).

25. Azərbaycan Respublikasının 1 fevral 2010-cu il tarixli, 951- IIIQD nömrəli qanunu — «Azərbaycan» qəzeti, (24 fevral 2010-cu il, № 43).

26. Azərbaycan Respublikasının 5 mart 2010-cu il tarixli, 972-IIIQD nömrəli qanunu - «Azərbaycan» qəzeti, (17 aprel 2010-cu il, № 81).

27. Azərbaycan Respublikasının 31 may 2011-ci il tarixli, 136-IVQD nömrəli qanunu - «Azərbaycan» qəzeti, (1 iyul 2011-ci il, № 140).

28. Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli, 143-IVQD nömrəli qanunu - «Azərbaycan» qəzeti, (2 iyul 2011-ci il, № 141).

29. Azərbaycan Respublikasının 17 may 2011-ci il tarixli, 112-IVQD nömrəli qanunu - «Azərbaycan» qəzeti, (06 iyul 2011-ci il, № 144).

30. Azərbaycan Respublikasının 24 iyun 2011-ci il tarixli, 180-IVQD nömrəli qanunu - «Azərbaycan» qəzeti, (02 avqust 2011-ci il, № 167).

31. Azərbaycan Respublikasının 15 noyabr 2011-ci il tarixli, 240-IVQD nömrəli qanunu - «Azərbaycan» qəzeti, (15 dekabr 2011-ci il, № 277).

32. Azərbaycan Respublikasının 15 noyabr 2011-ci il tarixli, 250-IVQD nömrəli qanunu - «Azərbaycan» qəzeti, (29 dekabr 2011-ci il, № 289).

33. Azərbaycan Respublikasının 20 aprel 2012-ci il tarixli, 329-IVQD nömrəli qanunu - «Azərbaycan» qəzeti, (12 may 2012-ci il, № 135).



34. Azərbaycan Respublikasının 1 may 2012-ci il tarixli, 349-IVQD nömrəli qanunu - «Azərbaycan» qəzeti, (21 iyun 2012-ci il , № 103).
Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə