Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə18/27
tarix05.04.2018
ölçüsü0,68 Mb.
#36031
1   ...   14   15   16   17   18   19   20   21   ...   27

52 

 

qiymətli  kağızlar  bazarının  formalaĢdırılması  vacibdir.  Azərbaycanda  formal  olaraq 



qiymətli  kağızlar  birjası  mövcut  olsa  da,  real  olaraq  bu  çox  mühüm  bazar 

iqtisadiyyatı aləti ölkədə çalıĢmır. Bunun səbəbləri müxtəlifdir:  

- ölkədə mülkiyyət hüqunun qorunmaının çox zəif olması  

- bazarın qapalı, iqtisadiyyatın təbii və qeyri-qanuni inhisarların əlində olması  

-  vergi  və  gömrük  qanunvericiliyinin  bazar  iqtisadiyyatı  və  iĢ  aktivliyinə  kömək 

edəcək  bir  formada  deyil  də,  bazarda  olan  inhisarların  maraqları  çərçivəsində 

tənzimlənməsi  

- daxili və leqal iri investorların olmaması və xarici kapitala yaradılan maniyələr  

Bütün  bu  maniyələr  aradan  qalxmasa,  özəlləĢdirmənin  iqtisadi  effektliyi 

olmayacaq. Bu problemlər isə köklü islahatlar ilə çözülə bilər. Təbii inhisarların  

özəlləĢdirilməsinin  mənfi  cəhətlərinə  isə  -  təbii  inhisarlar,  əsasən  ölkənin  strateji 

hesab  etdiyi  sahələri  əhatə  etdiyinə  görə,  təhlükəsizlik  məsələlərinin  önəmli  olması, 

və bu məsələlərdə zəifliyin ortaya çıxma ehtimalı aid edə bilərik. 

 

Beləliklə,  bütün  bunları  nəzərdən  keçirərkən,  bir  daha  əmin  oldum  ki, 



problemlərin həlli üçün köklü, hərtərəfli sistem islahatlarına ehtiyac var. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



53 

 

 



 

III FƏSĠL AZƏRBAYCAN RESPUBLĠKASIDA ĠNHĠSARÇILIĞA QARġI 

MÜBARĠZƏNĠN FORMALAġDIRILMASI VƏ HÜQUQĠ BAZASI 

 3.1 Azərbaycanda rəqabət hüququnun yaranması və mənbələri  

 

 Rəqabət  hüquq  normallarının  birbaĢa  və  əsas  məqsədi  bazarda  rəqabəti 



qorumaqdır.  Bununla  belə  rəqabət  hüquq  normaları  nə  rəqiblərin,  nə  istehlakçıların 

və  nə  də  peĢə  və  ya  sahə  qruplarının  mənafeyini    mühafizə  etməyi  bir  baĢa  hədəf 

seçmir. Belə ki, rəqabətin qorunması prosesində istehlakında ümumi mənada rəqabət 

normalarının  zidd  hərəkıtlərin  mənfi  nəticələrindən  müdafiə  edirlər.Yəni  həmin 

proses  nəticəsində  istehlakçı  hüquqlarının    müdafiəsi  əldə  olunur.amma  rəqabət 

hüququn  birbaĢa  məqsədi  istehlakçı  hüquqlarının  müdafə  etmək  deyildir.  Belə  ki, 

Avropa  Ġttifaqı  (AĠ)  Komissiyası  rəqabət  hüququnun  geniĢ  kütləyə  çatdırılaraq 

mənimsənilməsi  üçün  istehlakçıların  məlumatlandırılmasına  səy  göstərir,  bu  sahədə 

müxtəlif proqramlarla əhəmiyyət verir. 

 

Qeyd  etmək  lazımdir  ki,  rəqabətin  pozulmadığı  bir  sistemdə  istehlakçılar, 



rəqiblər,  peĢə  və  sektor  qrupları  da  dolayı  müsbət  nəticə  əldə  edirlər.  Həqiqətən 

müəssisələrin  arasındakı  rəqabəti  pozan  sazıĢ,  uyğun  hərəkət  müəssisə  birliyi 

qərarlarının    qadağan  edilməsi,  hökmran  mövqedə  olan  müəssisənin  hərəkətlərinə 

nəzarət olunma rəqiblərin həm də istehlakçıların xeyrinə olacaqdır. 

Bu baxımdan AĠ rəqabət hüququnun məqsədinin dövlətin tətbiq etdiyi rəqabət 

siyasətini rəqabət hüququnun hədəfı halına gətirməkdır. Məhz Antiinhisar Fəaliyyəti 

haqqında  Qanunun  1-ci  maddəsinə  görə  ―bu  qanun  inhisarçılıq  fəaliyyətinin 

qarĢısının  alınmasının,  məhdudlaĢdırılmasının  aradan  qaldırılmasının  təĢkilatı  və 

hüquqi əsaslarını müəyyən edir‖. 

Bunu Rəqabət Məcəlləsi Layihəsinin 1- cı maddəsi də təsdiqiləyir. Bu normaya 

görə,  ―Azərbaycan  Respublikasında  dövlətin  iqtisadi  siyasətinin  tərkib  hissəsi  olan 

vahid rəqabət siyasəti həyata keçirilir. 

Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin əsas məqsədi aĢağıdakılardır:  

1.

 



Iqtisdiyyatın səmərəliliyi,çevikliyi və inkiĢafın təĢviq olunması; 


54 

 

2.



 

Bazar münasibətləri əsasında azad sahibkarlığa elverıĢli Ģəraitin yaradılmasının 

təmin edilməsi; 

3.

 



Haqsız rəqabətə yol verilməməsi

4.

 



Inhisarçılığa yol verilməməsi

5.

 



IĢgüzar fəaliyyətlərdə sui-istifadədən istehlakçıların müdafiəsi; 

6.

 



Ġstehlakçıların  rəqabət  qabiliyyətli  qiymətlər  və  əmtəə  seçiminə  Ģərait 

yaradılmasının müdafə edilməsi; 

7.

 

Istehlakçıları aladan və ya haqsız reklam metodlarının qarĢısının alınması; 



8.

 

Milli sahibkarların dünya bazarına çxıĢının təmin edilməsi və xarıcı rəqiblərin 



ölkə daxili yaratdıqları rəqabətdə rolunun tanınması; 

9.

 



Azərbaycan  dövlətinin  iqtisadi  siyasətindən  irəli  gələn  inhisarsızlĢdırma    və 

rəqabət mühitinin yaradılması vəzifələrinin yerinə yetirilməsinə kömək edilməsi; 

10.

 

Azərbaycan  respublikasının  Konstitusiyasına,  bu  Məcəlləyə  və  Azərbaycan 



Respublikasının qüvvədə olan qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilən 

digər vəzifələrin yerinə yetirilməsi. 

Rəqabət  hüququnun  məqsədi  təsbit  edilərkən  birinci  növbədə  bu  normaların 

tətbiq  edildiyi  ölkənin  hüququ  forması,  yəni  həmin  dövlətin  federasiya  və  ya  unitar 

dövlət  ya  da  Avropa  Ġttifaqınıni  kimi  beynəlxalq  bir  quruluĢ  olub  olmaması  nəzərə 

alinmalıdır.  Bu  məsələ  rəqabət  hüququnun  əsas  prinsiplərindən  olmasa  da  onun 

məqsədini  dəyiĢdirə  bilər.  Buna  misal  olaraq  biz  Avropa  Ġttifaqınında  əsas 

məqsədlərdən  biri,  ona  üzv  olan  dövlətlərin  arasındakı  ticarət  fəaliyyətinin 

qarĢısındakı  maneyəni  aradan  qaldırmaq,  Ģəxslərin,  əmtəə,  xidmət  və  sərmayənin 

sərbəst  hərəkətinin  təmin  etməkdır. Bu  məqsəd hər  hansı bir unitar dövlətin  rəqabət 

hüququnda  mövcud  deyildir.  Rəqabət  hüququ  siyasəti  həmin  ölkədə  tətbiq  edilən 

digər siyasətlərəd birbaĢa və dolayı təsir edə bilər. Məsələn iĢçı çalıĢdırmaq, regional 

siyasətlər,  dövlət  yardımları,  dövlət  satınalmaları,  müəsissənin  xarıcı  müəssisələr 

tərəfindən  satın  alınması    da  tətbiq  ediləcək  siyasət  kiçik  və  orta  böyüklükdəki 

müəssisəyə  qarĢı  tətbiq  ediləcək  siyasət  rəqabət  siyasətinin  təsiri  altında  qalır. 

Rəqabət hüququ bu sahələrə təsir edən vasitə kimi də tətbiq oluna bilər. 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə