Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə15/27
tarix05.04.2018
ölçüsü0,68 Mb.
#36031
1   ...   11   12   13   14   15   16   17   18   ...   27

43 

 

 



 

Dövlət  inhisarı  rejimi  müstəsna  xarakterlidir  və  xüsusi  qanunla  tənzimlənir.  Bu 

müstəsnalıq  ancaq  təsərrüfat  subyektlərinə  deyil,  dövlət  və  yerli  özünü  idarəetmə 

orqanlarına  da  Ģamil  edilir.  Bu  tipli  təsisatların  yaranması  və  fəaliyyəti  həm  dövlət 

maraqları  ilə,  həm  də  vətəndaĢların  maraqlarının  təmin  olunması  ilə  izah  olunur. 

Amma bu heç də həmiĢə belə deyil, bu sahələrin yaranmasında və idarə olunmasında 

bəzi  baĢqa  faktorlar,  önə  çıxır.  Ġnzibati  amirlik  iqtisadiyyatından  Azərbaycana  elə 

təsərrüfat  sahələri  qalıb  ki,  onlar  inhisarçı  idarəçilik  və  maddi  nemətlərin 

normallaĢdırılmıĢ  bölgüsü  tələbləri  əsasında  yaradılmıĢdır.  Digər  tərəfdən, 

iqtisadiyyatın  nəzarət  mexanizmi  kimi  rəqabətin  saxlanması  dövlətin  əsas 

funksiyalarından  biridir.  Əsas  məsələdə  bu  problemin  həllidir.  AnlayıĢa  görə, 

sahibkarlıq  inhisarı  o  zaman  mövcud  olur  ki,  bir  firma  və  ya  az  sayda  firmalar 

əhəmiyyətli  bir  sahədə  əsas  istehsal  payını  öz  nəzarətində  saxlasın.  Sahibkarlıq 

inhisarının  həm  müsbət,  həm  də  mənfi  tərəfləridə  mövcuddur.  Mənfi  tərəflərinə 

bunlar  aiddir:  birinci,  inhisarlar  məhsul  buraxılıĢının  məhdudlaĢdırılmasını  mümkün 

və  sərfəli  hesab  edərək  həmin  sahədə  rəqabətin  olmadığına  görə  daha  yüksək 

qiymətlər  təyin  edirlər.  Nəticədə  cəmiyyətin  iqtisadi  rifahı  təmiz  rəqabətin  mövcud 

olduğu  Ģəraitə  nisbətən  aĢağı  olur,  ikinci,  bəzi  Amerika  iqtisadçılarının  tədqiqatları 

göstərir ki, bir çox emal sahələrində istehsalın miqyası ilə bağlı qənaətə nail olmaq 

üçün heç də az sayda müəssisələrin orada fəaliyyət göstərməsi tələb olunmur. Adətən 

bazar  həcminin  2%  və  ya  3%-ni  əhatə  etmək  kifayətdir.  Üçüncü,  inhisarı  qeyri-

bərabər  gəlirlərə  rəvac  verdiyinə  görə  tənqid  edirlər.  Qiymətlərin  qaldırılması  və 

bununla  da  mənfəətin  artırılması  hesabına  inhisar  gəlirləri  özündə,  daha  doğrusu, 

korporasiyanın  rəhbər  iĢçilərinin  əlində  cəmləĢdirir.  Dördüncü,  hesab  edilir  ki,  iri 

korporasiyalar hökumətə qeyri-leqal təsir göstərirlər. Bu da özünü həmin nəhənglərin 

saxlanması və güclənməsi sahəsindəki qanunvericilikdə və dövlət siyasətində büruzə 

verir.  Sahibkarlıq  inhisarının  saxlanılmasının  müsbət  isə  aiddir:  Birinci,  onlar  daha 

keyfiyyətli məhsul istehsal edirlər. Əks halda onlar yeganə inhisarçıya çevrilməzdilər. 

Ġkinci,  adətən  iqtisadçılar    belə  bazarda  mövcud  olan  sahələrarası  rəqabəti,  xarici 

rəqabəti və potensial rəqabəti kifayət qədər qiymətləndirmirlər. Üçüncü, hesab olunur 




44 

 

ki,  yalnız  iri  istehsalçılar  qabaqcıl  texnologiyadan  istifadə  edərək  məhsul  vahidinə 



sərf  olunan  məsrəfləri  azalda  və  istehlakçılara  nisbətən  aĢağı  qiymətə  sata  bilərlər. 

Bütün bunlar iqtisadiyyatın bir sıra sahələrində xüsusi əhəmiyyət kəsb edən, miqyas 

effekti  adlanan  vəziyyətlə  bağlıdır.  Bu  sahələrdə  qənaətcillik  istehsal  miqyasının 

artımı ilə Ģərtlənir. Eyni zamanda rəqabət isə çətin və ya mümkünsüz hesab olunur. 

Belə sahələr təbii inhisarlar adlanır. Miqyas effektinin böyüklüyü nəticəsində əgər bir 

firma  rəqabət  aparan  bir  neçə  firmaya  nisbətən  məhsul  vahidinə  sərf  olunan  daha 

aĢağı məsrəflərlə bütün bazarı təmin edirsə, belə Ģəraitdə təbii inhisar mövcud olur. 

Bu  cür  Ģərait  ictimai  istifadə  müəssisələri  olan  elektrik,  su  və  qaz  təminatı 

müəssisələri, telefon xidməti və s. üçün xarakterikdir. Əgər bazar çoxlu istehsalçılar 

arasında bölünmüĢ olsaydı miqyas effekti əldə olunmazdı. Bu halda məhsul vahidinə 

sərf  olunan  məsrəflər  yüksək  olar  və  həmin  məsrəflərin  çıxarılması  üçün  yüksək  də 

qiymətlər  tələb  olunardı.  Bir  qayda  olaraq  bu  sahalərə  dövlət  tərəfindən  geniĢ 

imtiyazlar verilir. Lakin hökumət müəyyən coğrafi ərazini avtobus xidməti, elektrik 

və  ya  su  ilə  təmin  etmək  kimi  istisna  hüququ  əvəzində  bu  inhisarların  fəaliyyətini 

tənzimləmək hüququnu özündə saxlayır. Təbii imhisarların ictimai məqbul davranıĢı 

təmin  etmə  vasitəsi  kimi  iki  variant  mümkündür:  dövlət  mülkiyyəti  və  dövlət 

tənzimləməsi.  Dövlət  mülkiyyəti  nümunəsi  kimi  RAO  EEC  və  "Qazprom"  təbii 

inhisarlarına  qarĢı  Rusiya  hökumətinin  siyasətini  göstərmək  olar.  Təbii  inhisarların 

islahatı  haqqında  Rusiya  prezidentinin  fərmanına  uyğun  olaraq  dövlətin  və 

inhisarların  nümayəndələrindən  ibarət  kollegiyalar  yaradılır.  Kollegiyalar  vahid 

siyasət  yeritməlidir.  Dövlət  nümayəndələri  bu  kompaniyaların  səhmlərinin  kurs 

dəyərinin  artımına  yardım  etməli,  büdcəyə  bütün  ödəniĢlərin  vaxtında  ödənilməsinə 

nəzarət etməlidir, və ən vacibi odur ki, onlar antiinhisar qanunvericiliyinə dəqiq əməl 

edilməsini  izləməlidir.  Paralel  olaraq,  tərkibinə  mal  istehlakçılarının  hüquqlarını  və 

inhisarların  xidmətlərini  müdafiə  edən  cəmiyyətlərin  nümayəndələri  daxil  olan 

müĢahidə  Ģuralarının  yaradılması  nəzərdə  tutulur.  Bütün  bu  sadalanan  tədbirlər 

formal  olaraq  dövlətə  məxsus  Ģirkətlərə  dövlətin  təsirinin  zəruriliyi  ilə  bağlıdır. 

Məsələ  burasındadır  ki,  Rusiyada  elektrik  enerjisi  və  qaz  sənayesinin  bütün  dövlət 




45 

 

 



 

əmlakının özəlləĢdirilməsi və səhmdar kapitala çevrilməsi gediĢində xüsusi bölmədə 

səhmlərin  ancaq  bir  hissəsi  reallaĢdırılmıĢdır.  Bununla  yanaĢı,  RAO  EEC  və 

"Qazprom'-un  səhmlərinin  nəzarət  zərfi  dövlətin  əlində  qalmıĢdır.  Və  indi  bu  Ģirkət 

elektrik enerjisinin nəqli üzrə yeganə Ģirkətdir, elektrik enerjisi istehsal edən Ģirkətlər 

isə  azad  bazarda  müstəqil  istehsalçılar  kimi  rəqabət  aparacaqlar.  Rəqabət  mühitinin 

əsas vəzifəsi sənaye müəssisələri üçün elektrik enerjisi tariflərinin aĢağı salınmasıdır. 

Ġkinci variant isə ABġ-da daha geniĢ yer verilən dövlət tənzimləməsi mexanizmidir. 

Əsas federal tənzimləyici komissiyalar, ġtatlararası ticarət üzrə komissiya (dəmiryol, 

yük  və  avtobus  daĢımaları,  su  yolları,  dəniz  donanması,  nəqliyyat  kontorları), 

Energetika  idarəetməsi  üzrə  federal  komissiya  (elektrik  enerjisi,  qaz,  qaz  və  neft 

boru-kəmər,  hidroelektrik  tikintiləri)  və  rabitə  üzrə  (telefon,  televiziya,  kabel 

televiziyası,  radio,  teleqraf,  radiotelefon,  qeydiyyata  alınmıĢ  radiohəvəskarlar  və  s.) 

federal  komissiyalardır.  Hesablamalara  görə,  ABġ-da  tənzimləyici  bölmə  ölkə 

iqtisadiyyatının 10%-indən də az bir hissəsini təĢkil edir.  

Təbii inhisarlar haqqında qanunvericiliyin məqsədi cəmiyyətin marağı naminə 

tənzimləmə  nəzəriyyəsinə  daxildir.  Bu  nəzəriyyənin  məntiqi  əsasını  belə  bir  detal 

təĢkil edir ki, əgər rəqabət yersizdirsə, onda nəzarətdən kənar hakimiyyət inhisarında 

sui-istifadədən  qaçmaq  üçün  tənzimlənən  inhisar  yaratmaq  lazımdır.  Təcrübədə 

tənzimləməni  həyata  keçirənlər  elə  tariflər  müəyyən  etməyə  çalıĢırlar  ki,  onlar 

istehsal  məsrəflərini  ödəməklə  müəssisəyə  ədalətli  gəlir  gətirsinlər.  Bazarların  azad 

rəqabət  fəlsəfəsini  özündə  cəmləĢdirən  bazar  iqtisadiyyatı,  Ģübhəli  ictimai 

münasibətlərdən  sahibkarlıq  inhisarına  keçid  əlveriĢli  mühit  yaradır.  Ona  görə  də 

iqtisadi və texniki Ģərtlərin təsiri ilə inhisarın ayrılmaz elementə çevrilmədiyi ictimai 

nəzarət bazarların  əksəriyyətində inhisarların inkiĢafının qarĢısını alan antiinhisar və 

antitrest  qanunvericiliyi  formasını  almıĢdır.  Belə  ki  dövlətin  fəaliyyətinin  bu  sahəsi 

təbii  inhisarlar  halından  fərqli  olaraq,  mütləq  əks  strategiyaya  malikdir. 

Azərbaycanda  təbii  inhisarlar  tərəfindən  ictimaiyyətin  qəbul  etdiyi  davranıĢın  əldə 

edilməsi  üçün    kommunal  xidmət  sahələri  müəssisələrinin  təsərrüfat  fəaliyyətinin 

iqtisadi  təhlili  aparılmalıdır.  Əsas  məqsəd  -  istehsal  məsrəflərinin  məqsədə 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə