Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə13/27
tarix05.04.2018
ölçüsü0,68 Mb.
#36031
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

37 

 

 



 

ticarət  barierlərinin  ləğv  edilməsi  və  qanunların  uyğunlaĢdırılmasını  tələb  edir.  Bu 

həmçinin, rəqabəti məhdudlaĢdıran halların aradam qaldırılmasını Ģərtləndirir.  

Avropada  ilkin  antiinhisar  hüquq  normalarının  əsası,  ABġ-  da  antiinhisar 

(antitrest) haqda ġerman aktı qəbul edildikdən xeyli sonra, 1909-cu ildə Almaniyada 

və  1923-cü  ildə  Avstriyada  qəbul  olunmuĢ  müvafiq  aktlarla  qoyulmuĢdur.  Lakin, 

Avropada  müasir  rəqabət  hüquq  II  dünya  müharibəsindən  sonra  geniĢ  inkiĢaf 

mərhələsinə  daxil  olmuĢ  və  Avropa  Ġqtisadi  Birliyinin  təməl  elementlərindən  birinə 

çevrilmiĢdir. 

Avropa  Ġqtisadi  Birliyinin  yaranması  haqda  müqavilənin  3-cü  və  4-cü 

maddələrində    ―ümumi  bazarda  rəqabət  təhrif  olunması  və  məhdudlaĢdırılmasının 

qarĢısının  alınması  sisteminin  yaradılması,  Avropa  Ġttifaqının  iqtisadi  və  siyası 

hədəflərinin  əsas  nailiyyəti  kimi  göstərilir‖.  Anoloji  normalar  Avropa  Kömür  Və 

Polad Birliyi haqda müqavilədə və Atom Enerjisi üzrə Avropa Birliyinin yaradılması 

haqda  müqavilədə  əks  olunmuĢdur.    Avropa  rəqabət  qanunvericiliyinin  qarĢıya 

qoyduğu  əsas  məsələ  -  ümumi  bazarın  pozuntulardan  qorunması  və  azad  rəqabətin 

inkiĢafının  təmin  olunmasıdır.  Avropa  Ġttifaqının  rəqabətə  dair  əsas  baza  hüquq 

normaları 1957- ci il Avropa Birliyi TəĢkili haqda Roma saziĢinin VI  bölməsinin 81-

89-cu  maddələrində  öz  əksini  tapmıĢdır.  AĠ  rəqabət  hüququ,  Ġttifaq  SazıĢınə  əsasən 

rəqabət  əleyhinə  kartel  müqavilələri  81  –  ci  maddə  və  ümumi  bazarda  hökmran 

mövqedən sui-istifadənin 82-ci maddə qadağan edir. 83, 84, və 85 – ci maddələr 81 

və  82-  ci  maddələrdə  göstərilən  müddəalaın  tətbiqi,  təĢkilati-hüquqi  məsələləri  və 

Komissiyanın bu istiqamətdə fəaliyyətindən bəhs edir. 

Antiinhisar  qanunvericiliyinin  Avropa  sistemi  Qərbi  Avropa  ölkələri  ilə 

bahəm,  Avstraliyada,  Yeni  Zelandiyada,  Cənubi  Afrika  Respublikasında,  Amerika 

sistemi isə Argentinada və bir sıra digər ölkələrdə tətbiq olunur. 

Maraqlıdır ki, AFR-nın antiinhisar qanunvericiliyi hər iki sistem arasında orta 

mövqe  tutur.  Bu  hal  ona  görə  ortalığa  çıxır  ki,  həmin  ölkənin  antiinhisar 

qanunvericiliyi inhisara qoyulan qadağa üzrə ümumi qəbul edilmiĢ norma ilə yanaĢı, 

bu prinsipdən çoxlu sayda istisnalar nəzərdə tutur. 




38 

 

AraĢdırmalar  göstərir  ki,  ABġ-ın  antitrest  qanunvericiliyinin  əsas  xüsusiyyəti 



ondan ibarətdir ki, bu qanunvericilik elə baĢlanğıc andan inhisarı qeyri-qanuni hesab 

etməklə  qadağan  üsuluna  söykənir.  Amma,  Qərbi  Avropa  qanunvericiliyi  inhisarçı 

praktikanın  neqativ  nəticələrini  aradan  qaldırmaq  məqsədilə  tənzimləmə  prinsipi 

üzərində qurulmuĢdur. Lakin, sonrakı inkiĢaf prosesləri ABġ qanunvericiliyinin ifrat 

sərt  formada  tətbiqinin  qeyri-səmərəli  olduğunu  üzə  çıxardı.  Və,  bu  istiqamətdə  bir 

sıra ―yumĢaldıcı‖ vasitələrin tətbiqinə baĢlanıldı.  

Antitrest  qanunvericiliyi  müasir  Ģəraitin  spesifikasını  nəzərə  almaqla  inhisar 

yaxud  rəqabət  mühitinin  qiymətləndirilməsində  bir  qayda  olaraq  iqtisadi  effektivlik 

prinsipindən çıxıĢ edir. Yəni, söhbət artıq rəqabətin məhdudlaĢdırılmasının birmənalı 

―Ģər‖ kimi qəbulunun aksiomatikliyindən getmir. Əgər, bu məhdudlaĢma nəticəsində 

inkiĢaf  edən  inhisarlaĢma  prosesi  daha  yüksək  effektivlik  gətirirsə,  onda  antitrest 

qanunvericiliyi susur. 

Ġngiltərədə  müasir  antiinhisar  qanunvericiliyi  XX  əsrin  70-ci  illərindən  sonra 

formalaĢmağa  baĢlamıĢdır.  Bu  proses  ilkin  olaraq  ticarət  praktikasının 

məhdudlaĢdırılması  və  qanuni  ticarət  haqqında  normativ  aktların  qəbulundan  start 

götürür.Və, beləliklə, Ġngiltərənin antiinhisar qanunvericiliyinin inkiĢaf xüsusiyyətləri 

inhisarlara  dövlət  nəzarətinin  iki  sisteminin  meydana  çıxmasına  səbəb  olmuĢdur. 

Qanuni  ticarət  və  rəqabət  haqqında  qanunlara  əsaslanaraq  formalaĢdırılmıĢ  birinci 

sistemdə  dövlət ticarəti üzrə  Ġdarə, inhisarlar üzrə  Komissiya,  sənaye  və  ticarət üzrə 

Dövlət Katibi strukturları həlledici rol oynayırlar. MəhdudlaĢdırıcı ticarət praktikası 

üzrə  qanunvericiliyə  əsaslanan  ikinci  nəzarət  sistemində  əsas  rolu  isə  məhkəmə 

oynayır. 

Fransanın  antiinhisar  qanunvericiliyində  əsaslı  dönüĢün  baĢlanğıcı  19  iyul 

1977-ci il Qanunu ilə reallığa çevrildi. Bu qanunla bazardakı hegemon mövqedən sui-

istifadə  hallarına  və  qadağan  edilmiĢ  kartellərə  qarĢı  cəza  tədbirləri  daha  da 

sərtləĢdirildi.  1986-cı  ildə  isə  əvvəlkindən  əhəmiyyətli  dərəcədə  fərqlənən  yeni 

antiinhisar qanunvericiliyi qəbul edildi. Bu qanunvericiliyin nəzəri əsasını ―dirijizm‖ 

konsepsiyası  təĢkil  edirdi  və  əsas  məsələlərdən  biri  qiymətlərin  dövlət  tərəfindən 




39 

 

 



 

tənzimlənəsi  idi.  Belə  ki,  dövlət  iqtisadi  müdaxilədən  imtina  etdi.  Və,  aydındır  ki, 

bununla  da  qiymətlərin  tənzimlənməsi  və  qiymətqoyma,  inflyasiya  ilə  mübarizə 

bütünlüklə  bazar  mexanizminin  öhdəsinə  buraxılmıĢ  oldu.  Fransada  inhisarçı 

fəaliyyət  üzərində  nəzarəti  rəqabət  məsələləri  üzrə  ġura,  Ġqtisadiyyat  Naziri  və 

Məhkəmələr  həyata  keçirirlər.  Rəqabət  məsələləri  üzrə  ġura  müstəqil  inzibati  orqan 

hesab  olunur  və  onun  qərarlarına  Ġqtisadiyyat  Nazirliyinin  veto  qoymaq  hüququ 

yoxdur. 


Qeyd  etdiyimiz  kimi,  AFR-nın  antiinhisar  qanunvericiliyi  hər  iki  sistem 

(Amerika  və  Avropa)  arasında  orta  mövqe  tutur.  Bu  ölkədə  antiinhisar 

qanunvericiliyinə  stimullaĢdırıcı  təsiri  II  Dünya  Müharibəsindən  sonra  qərarlaĢmıĢ 

azad  bazar  iqtisadiyyatı  həyata  keçirmiĢdir.    AFR-nın  Kartel  Qanunu  iki  prinsipə 

əsaslanır: qadağa və inhisarçı fəaliyyətin tənzimlənməsi və nəzarət prinsipləri. 

Maraqlı  cəhətləri  ilə  seçilən  antiinhisar  qanunvericiliyi  Ġsraildə  tətbiq 

edilməkdədir. Digər ölkələrdən fərqli olaraq, ―Sahibkarlıq azadlığı haqqında‖ Qanun 

Ġsraildə  əsas  qanun  kimi  nəzərdə  tutulur.  Bu  baxımdan,  Ġsraildə  biznes  sferasında 

fəaliyyətin  məhdudlaĢdırılmasına  yönəldilən,  baĢqa  sözlə  sırf  antiinhisar  mahiyyəti 

daĢıyan  qanun  1988-ci  ildə  qəbul  edilmiĢ  ―Sahibkarlıq  fəaliyyətinin 

məhdudlaĢdırılması‖  haqqında  qanundur.  Qanun  konseptual  baxımdan  3  istiqaməti 

özümdə ehtiva edir: Kartel saziĢləri, inhisar və Ģirkətlərin birləĢməsi. 

Sənayecə  inkiĢaf  etmiĢ  ölkələrin  qanunvericilik  təcrübəsi  göstərir  ki,  haqsız 

rəqabət və inhisarçı fəaliyyətin qarĢısının alınmasının hüquqi tənzimlənməsi müxtəlif 

mənbələrə  istinadən  formalaĢır:  qəbul  edilmiĢ  antiinhisar  qanunları  və  haqsız 

rəqabətin  aradan  qaldırılması  haqqında  qanunlar  (Avstriya,  Ġspaniya,  Kanada,  AFR, 

Ġsveçrə);  antiinhisar  qanunları  və  haqsız  rəqabətin  qarĢısının  alınması  sferasında 

mülki  hüququn  ümumi  normaları  (Ġtaliya,  Fransa);  antiinhisar  yaxud  antitrest 

qanunları və haqsız rəqabətin qarĢısının alınması sferasında məhkəmə nəzarəti (ABġ, 

Ġngiltərə). 

ĠnkiĢaf  etmiĢ  ölkələrin  antiinhisar  qanunvericiliyinin  tədqiqi  antirəqabət 

mahiyyəti daĢıyan aĢağıdakıların müəyyən edilməsinə imkan verir: 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə