Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə11/27
tarix05.04.2018
ölçüsü0,68 Mb.
#36031
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

31 

 

 



 

zamanda,  bu  mənada  istehsal  və  elmi-texniki  potensialın  diversifikasiyasının 

aparılmaması, texnoloji problemlərin getdikcə kəskinləĢməsi nə miqyas effektindən, 

nə  də  sinergetik  effektdən  (daimi  xərclərin  azaldılması  istiqamətində)  yararlanmağa 

imkan  vermir.  Və  istənilən  halda  subyektiv  amillərin  prioritet  xarakteri  tədavül 

sferasının  ayrıca  götürülmüĢ  subyekt  tərəfindən  təmərküzləĢməsinə,  beləliklə  də, 

istehsal  tədavül  qarĢılılığında  effektiv  bağlılığın  qırılmasına  gətirib  çıxarır.  Xarici 

iqtisadi  fəaliyyətə  münasibətdə  isə  bu  hal  daha  ağır  nəticələrlə  sonuclanır.  Belə  ki, 

iriləĢmiĢ təsərrüfat subyekti çərçivəsində diversifikasiyanın aparılmaması innovasiya 

proseslərinə  mənfi  təsir  göstərməklə  texnoloji    geriliyi  daha  da  möhkəmləndirir  və 

məntiqi  nəticə  olaraq  ―qapalı‖  dairə  yaradır.  Yəni,  formaca  ―açıq‖,  məzmunca  isə 

―qapalı‖ sistem formalaĢdırır ki, bunun da hər cür effektliyindən uzaq olduğunun heç 

bir sübuta ehtiyacı yoxdur. 

Real  bazar  münasibətlərinin  hələ  formalaĢma  mərhələsində  olması  tədqiq 

etdiyimiz problemin daha da kəskinləĢməsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bu 

hal  həm  milli  səviyyədə,  həm  də  xarici  rəqabətə  qarĢı  duruĢ  gətirməkdə  əlavə 

çətinliklər doğur. 

Bütün bunlarla yanaĢı qeyd edilməlidir ki, firmalararası bazar münasibətlərinin 

tənzimləməsi,  onun  pərakəndəlik  xassəsindən  qənaət  etmək  zəruriliyi  ilə  paralel 

olaraq  istehsal  və  kapitalın  təmərküzləĢməsi  prosesində  mühüm  rol  oynayırlar. 

Təsərrüfat  subyektlərinin  inteqrasiyası  ən  azı  öz  aralarında  olan  qarĢılıqlı  əlaqələrin 

məqsədyönlü  istiqamətdə  tənzimlənməsinə,  təsadüfilik  və  xarici  effektin  təsir 

gücünün  ifrat  dərəcədə  azaldılmasına  əhəmiyyətli  dərəcədə  təsir  göstərir.    Müasir 

qloballaĢma  bir  proses  olmaq  etibarı  ilə  inhisarlaĢmanın  məzmun  və  mahiyyətində 

getdikcə  özəl  xüsusiyyətlərin  meydana  çıxmasına  təkan  vermiĢdir.    Əvvəla,  söhbət 

XX əsrin ikinci yarısından etibarən güclənən və artan sürətlə iqtisadi proseslərə daxil 

olan  elmi-texniki  nailiyyətlərdən,  onların  tətbiqi  nəticəsində  baĢ  vermiĢ  köklü 

keyfiyyət  dəyiĢikliklərindən  gedir.  Elmi-texniki  tərəqqinin  inhisara  təsiri  üç 

istiqamətli səciyyə daĢıyır: 



32 

 

1.



 

Ġstehsalın  məsrəftutumunu  (material,  enerji,  kapital  və  s.)  əhəmiyyətli  dərəcədə 

azaltmaqla  ayrı-ayrı  sahələrdə  yüksək  rentabelli  müəssisələrin  miqyasını  aĢağı 

salmıĢdır. Ġnhisar kateqoriyasına yalnız iri deyil, eləcə də kiçik və orta müəssisələrin 

düĢməsi yuxarıda qeyd olunan prosesin məntiqi nəticəsidir; 

2.

 



ETT yeni məhsul problemini həll etməklə rəqabəti gücləndirir; 

3.

 



ETT inhisarçı mövqenin sabitliyinə təhlükə yaradır. 

Ġkincisi,  müasir  inhisarlaĢma  beynəlmiləl  xarakter  daĢıyır.  Kapitalın 

transmilliləĢməsi,  ələlxüsus  sahələrarası  inteqrasiya  ənənəvi  yanaĢmalara  tamamilə 

yeni  çalarlar  gətirir.  Söhbət,  hər  Ģeydən  əvvəl  istehsal  və  kapitalın  coğrafi 

təmərküzləĢməsində  subregional  və  qlobal  səviyyələrin  dominant  mövqelərə 

keçməsindən  gedir.  Əsasən  kapitalın  transmilliləĢməsi  çərçivəsində  baĢ  verən  bu 

proses  inhisar  görüntüsünü  arxa  plana  keçirir  ki,  nəticədə  də  onunla  səmərəli 

mübarizənin təĢkili nəinki ayrıca götürülmüĢ bir ölkə səviyyəsində, eləcə də regional 

miqyasda  faktiki  olaraq  mümkünsüzləĢir.  BaĢlıca  olaraq  maliyyə-investisiya,  əmtəə 

və  xidmət  axınlarının  intensivləĢməsi  ilə  müĢayiət  olunan  transmilliləĢmə 

mahiyyətcə,  əcnəbi  mənĢəli  inhisarizmin  formalaĢması  və  ümummilli  mənafelərə 

kəskin  müdaxiləsi  üçün  əlveriĢli  zəmin  yaradır.  Xarici  iqtisadi  fəaliyyətin  ardıcıl 

liberallaĢdırılması  investisiya  axınları  sferasında  hər  cür  maneələrin  aradan 

qaldırılması və hətta, onun bütün mümkün vasitələrlə stimullaĢdırılması qeyd edilən 

prosesi  əhəmiyyətli  dərəcədə  sürətləndirir.  Ayrıca  götürülmüĢ  bir  ölkənin  real 

sektoruna  asanlıqla  həyata  keçirilən  müdaxilə  tədavül  sferasının  da  elə  həmin 

istiqamətdə  təmərküzləĢməsi  və  mərkəzləĢməsini  mümkünləĢdirir.  Və  yekun  olaraq 

milli  bazarla  real  sektor  arasında  qarĢılıqlı  əlaqə  və  asılılıq  qırılır,  ölkədaxili 

konyunkturanın    formalaĢması  və  dəyiĢməsi  istiqamətləri  xarici  firmalardan  asılı 

vəziyyətə  düĢür.  Zənnimizcə,  bu  halı  inhisar  fenomeni  prizmasından  müasir  dövrdə 

meydana  çıxan  ikinci  təmayül  hesab  etmək  məqsədə  uyğun  olardı.  Yuxarıda  qeyd 

edilənlər əksər keçid iqtisadiyyatlı ölkələr kimi Azərbaycan Respublikası üçün də real 

təhlükə  mənbəyi  olaraq  qalmaqdadır.  Məsələn,  bu  gün  xidmət  sferasında  firmaların 

gəlirlilik səviyyəsi 86,4%, neft biznesində isə 18,4% təĢkil edir. Gəlirlilik baxımından 




33 

 

 



 

ən  aĢağı  səviyyədə  ağır  sənaye  sahələridir.  Asiya  ölkələrində  baĢ  verən  maliyyə 

böhranının  Yaponiyaya  güclü  təsirinə  baxmayaraq,  bu  ölkədə  əsas  inhisarçı 

strukturlar  əvvəlki  sənaye  nəhəngləri  (Sony,  Honda  Motor,  Hitachi  və  s.)  olaraq 

qalmaqdadır  və  kapitalın  qeyri-maddi  istehsal  sferasına  axını  prosesi  miqyaslı 

xarakter daĢımır. ĠnhisarlaĢma prosesində baĢlıca təmayüllərdən biri də postindustrial 

təsərrüfat  sisteminin  fərqli  mahiyyətindən  doğan  məsələlərlə  səciyyələnir.  Belə  ki, 

elmi-texniki  biliklərin,  informasiyanın  mərkəzi  mövqelərə  keçməsi  və  müasir 

situasiyada iqtisadi inkiĢafın  əsas hərəkət-verici qüvvəsinə çevrilməsi bu sferada da 

sürətli təmərküzləĢmə və mərkəzləĢmə meyllərini gücləndirmiĢdir. R.Alsop yazır ki, 

son  5  ildə  amerikan  korporasiyalarının  patent  və  istehsal  texnologiyalarının 

təkmilləĢdirilməsində  əldə  etdikləri  gəlir  bütün  dünya  üzrə  kompaniyalar,  dövlət 

təĢkilatları  və  ayrı-ayrı  Ģəxslərin  gəlirlərinin  cəmindən  çoxdur.  1995-1998-ci  illər 

ərzində  ABġ  firmalarının  bazar  kapitallaĢmasının  artımı  bu  ölkənin  vətəndaĢlarına 

məxsus  aktivlərin  məcmu  dəyərindən  10  trl.  dol.  artıq  olmuĢdur.  Qlobal  səviyyədə 

aparılmıĢ tədqiqatlar göstərir ki, həqiqətən də maddi istehsal sferasının məhsullarına 

olan tələbin azalması o dərəcədə böyükdür ki, artıq bu sahə bir neçə onilliklər bundan 

əvvəl olduğu səviyyədə rentabelliyin artım potensialına malik deyildirlər. Üçüncüsü, 

inhisarlaĢma  getdikcə  daha  çox  ―gizli‖  səciyyə  daĢımağa  baĢlamıĢdır.  Dördüncüsü, 

inhisarçı  təmayüllər  təkcə  sənayeni  deyil,  eləcə  də  iqtisadiyyatın  digər  sferalarını-

kənd  təsərrüfatını, xidməti  o  cümlədən,  sosial  xidmət  sferasını,  pərakəndə  ticarət  və 

ictimai  iaĢəni  və  s.  əhatə  edir.  BeĢincisi,  inhisarlar  arasında  əvvəllər  müĢahidə 

edilməyən  birgə  sahibkarlıq  formalarının  (birgə  müəssisələr,  patent,  elmi-texniki 

informasiyalarla mübadilə və s.) tətbiq edilməsi.  Altıncısı, kapitalın mərkəzləĢməsi, 

mülkiyyətin  yenidən  bölgüsü  prosesləri  güclənir.  Səciyyəvidir  ki,  belə  proseslər 

əsasən sahələrarası səviyyədə həyata keçir. 

Məmurların  inhisarçılıqla  məĢğul  olması  büdcəyə  ödənilməli  olan  pulların 

ünvandan  yayınmasına  və  qanunsuz  dövr  etməsinə  gətirib  çıxarır.  Dövriyyədə  olan 

pul kütləsinin (həm də uçotdan kənar) artımı inflyasiyaya əhəmiyyətli təsir göstərir. 

Belə ki, dövriyyədə pul kütləsinin çoxalması adekvat olaraq onun dəyərini aĢağı salır. 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə