Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə169/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   165   166   167   168   169   170   171   172   ...   176

 

521 


uĢaqların  təhsil  hüququnun  yerinə  yetirilməsi,  belə  kateqo-

riyadan olan uĢaqların hamısı üçün bərabər təhsilalma Ģəraitinin 

yaradılması,  inteqrasiyalı  (inkluziv)  təlimə  keçidin  reallaĢdırıl-

ması, təhsil müəssisələrində bütün uĢaqların təhsili üçün bərabər 

imkanların yaradılması, dövlət himayəsində olan uĢaqların sosial 

müdafiəsinin  gücləndirilməsi,  müvafiq  klassifikasiyaya  uyğun 

olaraq  bütün  kateqoriyadan  olan  xüsusi  qayğıya  ehtiyacı  olan 

uĢaqların ölkə üzrə qeydiyyatının aparılması və təhsilə cəlb edil-

məsi, xüsusi təhsil müəssisələrinin maddi-texniki və tədris baza-

sının müasir standartlara uyğunlaĢdırılması və digər məsələlər öz 

əksini tapır. 

Ġnstitut  (ali  məktəb)  –  müstəqil  və  ya  universitetlərin  struktur  bölməsi 

olaraq,  konkret  ixtisaslar  üzrə  ali  təhsilli  mütəxəssis  hazırlığını 

və  əlavə  təhsil  proqramlarını  həyata  keçirən,  tətbiqi  tədqiqatlar 

aparan ali təhsil müəssisəsidir. 



Ġnsayt  –  problemin  həlli  prosesində  onun  həllinin  gözlənilmədən  tapıl-

masına deyilir.  



Ġnterpretasiya – mənanın izah edilməsi prosesidir.  

Ġntellekt  – (latınca intelectus  – dərketmə, dərrakə, anlama)  – fərdin əqli 

qabiliyyətinin  nisbətən  sabit  strukturuna  deyilir.  Müasir  psi-

xologiyada intellektin strukturu müxtəlif aspektlərdə öyrənilir. 

Ġradə  –    insanın  iĢin  icrası  prosesində  çətinlikləri  Ģüurlu  surətdə  dəf  et-

məsi prosesidir. Fəallığın təmin olunmasında xüsusi əhəmiyyətə 

malikdir.  

Ġstedad  –  1)  fəaliyyəti  müvəffəqiyyətlə  icra  etmək  imkanı  verən  qabi-

liyyətlərin  keyfiyyətcə  özünəməxsus  uzlaĢmasına  deyilir;          

2)  ümumi  qabiliyyətlər  və  intellekt  anlamlarının  sinonimi  kimi 

də iĢlədilir.  



Ġxtisas  – müvafiq təhsil sənədində təsbit olunan peĢə, bir peĢə daxilində 

fəaliyyət növüdür. 



Kampus  –  müvafiq  maddi-texniki  bazaya  və  infrastruktura  malik  təhsil 

kompleksidir (Ģəhərciyidir). 



Keyfiyyət  araĢdırması  –  Antropologiya  və  digər  sosial  elmlərdən 

götürülmüĢ,  müĢahidə  və  müsahibə  kimi  üsullardan  müntəzəm 

istifadə etməklə həyata keçirilən tədqiqatdır. Yaxın vaxtlara qə-

dər təhsil sahəsində yerinə yetirilən tədqiqatların əksəriyyəti kə-

miyyətin  aĢkar  edilməsinə  yönəldilirdi.  Bəzi  tədqiqatçılar  indi 

keyfiyyətin müəyyən edilməsinə xidmət edən üsullardan istifadə 

edirlər,  onların  fikrincə,  statistik  proseslər  pedaqoji  hadisələrin 

mahiyyətini dərk etməyə imkan vermir. 




 

522 


Kollec  –  orta  ixtisas  proqramları  əsasında  təhsil  xidmətləri  göstərən  və 

subbakalavr  peĢə-ixtisas  dərəcəsi  vermək  hüququ  olan  təhsil 

müəssisəsidir. 

Konservatoriya  –  musiqi  sahəsi  üzrə  yüksək  ixtisaslı  mütəxəssislər 

hazırlayan ali təhsil müəssisəsidir. 



Konvergent təfəkkür – məntiqi, ardıcıl, xətti təfəkkürdür.  

Kontent  analiz  –  müxtəlif  mətnlərin  öyrənilməsi  metodu  olub,  onların 

özünəməxsus  xüsusiyyətlərini  (məlumatın  janrını,  adamların 

qarĢılıqlı  təsirinin  növlərinin  və  s.)  açıqlamaq  və  qiymətlən-

dirmək imkanı verir.  



Koqnitiv – (latınca koqnito) – bilik, idrak deməkdir. 

Kəmiyyət araĢdırması – ənənəvi elmi yanaĢma olub, klassik eksperiment 

vasitəsilə, müxtəlif yanaĢmaların səmərəliliyini müqayisə etmək 

üçün  statistik  əməliyyatlardan  istifadə  etməklə  yerinə  yetirilən 

tədqiqatdır. Bəzi tədqiqatçılar bu yanaĢmanı məhdud hesab edir 

və keyfiyyətyönümlü araĢdırmalardan daha çox istifadə edirlər. 

Konstruktivizm  – öz mahiyyətinə görə konstruktivizm bilik və öyrənmə 

haqqında  elə  nəzəriyyə  qrupuna  aiddir  ki,  onun  həlledici  prin-

sipini biliyin yeni ideyaların əvvəlki biliklərlə sintezinin əsasın-

da yaradılması təĢkil edir. Bu o deməkdir ki, bilik passiv Ģəkildə 

əldə  edilmir,  o,  insanın  həyat  təcrübəsi  əsasında  yaranır.  Bu, 

insanların  necə  öyrənməsi  haqqında  tədqiqata  əsaslanan  təlim 

yanaĢmasıdır. 

Qabiliyyətlər  –  insanın  elə  psixoloji  xüsusiyyətləridir  ki,  onlardan  asılı 

olaraq  bilik,  bacarıq  və  vərdiĢlərə  yiyələnmək  iĢində  mü-

vəffəqiyyət  əldə  edilir.  Ancaq  qabiliyyətlərin  özü  bilik,  bacarıq 

və  vərdiĢlərin  mövcudluğundan  ibarət  deyildir.  Qabiliyyətlər 

yalnız  fəaliyyətdə,  özü  də  həmin  qabiliyyətlər  olmadan  icrası 

qeyri-mümkün olan fəaliyyətdə aĢkar olunur. Qabiliyyətlər Ģəx-

siyyətin fərdi-psixoloji xüsusiyyətləri olub, müəyyən fəaliyyətin 

müvəffəqiyyətlə icrasına imkan yaradır və həmin fəaliyyət üçün 

zəruri  sayılan  bilik,  bacarıq  və  vərdiĢlərə  yiyələnmə  dinamika-

sındakı fərqləri meydana çıxarır. Qabiliyyətin ən yüksək inkiĢaf 

mərhələsi talant adlanır. Talant insana hər hansı mürəkkəb əmək 

fəaliyyətini  müstəqil,  müvəffəqiyyətlə  və  orijinal  surətdə  icra 

etməyə imkan verən qabiliyyətlər kompleksidir. 

Qiymətləndirmə  –  Ģagirdlərin  və  ya  müəllimlərin  öyrənməsinin  və 

icrasının ölçülməsidir. Müxtəlif növ ənənəvi qiymətləndirmə va-

sitələrinə – minimum səriĢtə testləri, inkiĢafın izlənməsi testləri, 

qabiliyyət testləri, müĢahidə vasitələri, icra tapĢırıqları və həqiqi 




 

523 


qiymətləndirmə  daxildir.  Qiymətləndirmədə  hər  hansı  yanaĢ-

manın səmərəliliyi onun nə dərəcədə nəzərdə tutulan məqsədlərə 

uyğun olmasından asılıdır. 

Qeyri-formal  təhsil  –  müxtəlif  kurslarda,  dərnəklərdə  və  fərdi 

məĢğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə 

müĢayiət olunmayan təhsil formasıdır. 

Lisenziya – təhsil fəaliyyətinə dövlət tərəfindən verilən xüsusi razılıqdır. 

Lisey  –  ümumi  və  tam  orta  təhsil  səviyyələrində  istedadlı Ģagirdlər  üçün 

müvafiq  təmayüllər  üzrə  təhsil  xidmətləri  göstərən  ümumtəhsil 

müəssisəsidir. 

Magistratura – ali təhsilin ikinci səviyyəsidir. 

Magistr  –  magistraturanı  bitirmiĢ  Ģəxslərə  verilən  ali-elmi-ixtisas 

dərəcəsidir. 



Mentor (rəhbər)  baĢqa bir insana yardım təklif edən nümunəvi Ģəxsdir. 

Mentorun  müvafiq  sahə  üzrə  biliyi  və  təcrübəsi  var  və  onu 

rəhbərlik etdiyi Ģəxslə bölüĢür. 

Meta –   yunan mənĢəli prefiksdir. Müxtəlif mənalarda (haqqında, kənar, 

vasitəsilə,  sonra  və  s.  mənalarda)  açıqlanır.  Psixologiyada 

metakoqnitiv və ya metahafizə anlamlarına az təsadüf olunmur.  

Metodologiya  –  idrak  və  gerçəkliyin  dəyiĢdirilməsi  metodları  haqqında 

təlim  kimi,  dünyagörüĢü  prinsiplərinin  idrak  prosesinə,  ümu-

miyyətlə,  mənəvi  fəaliyyətə  və  praktikaya  tətbiqi  kimi  anlaĢıla 

bilər.  Həm  də  burada  yalnız  fəlsəfənin  deyil,  həmçinin  konkret 

elmi  tədqiqatın  metodları  nəzərdə  tutulur.  Buna  görə  də, 

metodologiyaya  bəzən  bu  və  ya  digər  elm  çərçivəsində  tətbiq 

olunan müəyyən metodlar sistemi kimi tərif verirlər. 

Mədəniyyət  –  tarixən  dəyiĢən,  sosial  tələblərlə  Ģərtlənən  geniĢ  anlayıĢ 

olub,  konkret  tarixi  dövrün  məhsulu,  onun  siyasi  və  iqtisadi 

təsirinin  nəticəsidir.  O,  insanın  Ģüuru,  psixikası  və  davranıĢı  ilə 

bağlı olmaqla yanaĢı, həm də dövlətin və xalqın tarixi inkiĢafı ilə 

sıx əlaqədədir.  

  

Sosial fenomen və noumen olan mədəniyyət həyat və fəaliyyətin 

müəyyən  sahəsində  onun  keyfiyyətini  ifadə  edən  kontekstual 

anlamda da öz əksini tapır. Ġntellektual, siyasi, iqtisadi, etik, hü-

quqi, tibbi, ekoloji, idarəetmə mədəniyyəti, məiĢət mədəniyyəti, 

sülh  mədəniyyəti,  gender  mədəniyyəti,  məsuliyyət  mədəniyyəti 

və s. mədəniyyətlər vardır.  

Mənalı öyrənmə  Ģagirdin məktəbdə və gələcək peĢə fəaliyyətində, Ģəxsi 

və  vətəndaĢ  həyatında  müvəffəqiyyət  qazanması  üçün  zəruri 

olan öyrənmədir. O, geniĢ bir anlayıĢ olub əhəmiyyət kəsb edən 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə