Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə171/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   168   169   170   171   172   173   174   175   176

 

527 


 

təlim  məqsədlərinin  taksonomiyası  tədris  prosesinin  elmi-



metodik  səviyyədə  planlaĢdırmaq  və  onun  nəticəsini  ölçmək 

imkanı verir.  

               Takson – taksonomik təsnifatın üzvləridir.  

Tətbiq  –  problem  üzrə  müəyyən  nəticələr  qazanmaq  üçün  informasiyanı 

konkret hadisələrə tətbiq etməkdir. 



Təhsil  krediti  –  fənin  məzmununa  və  həcminə  uyğun  olaraq  onun 

mənimsənilməsinə ayrılan vaxtın ölçü vahididir. 



Tədris  planı  –  müvafiq  təhsil  pilləsində  tədris  olunan  fənlərə  və 

dərsdənkənar  məĢğələlərə  ayrılan  saatların  miqdarını  müəyyən 

edən əsas tənzimləyici sənəddir. 

Təhsil – cəmiyyətin və dövlətin mənafeyi naminə Ģəxsiyyətin intellektual 

və  emosional sferalarının inkiĢaf etməsi  və  həyata  hazırlanması 

məqsədi  ilə  sistemləĢdirilmiĢ  bilik,  bacarıq  və  vərdiĢlərin  mə-

nimsənilməsi prosesi və onun nəticəsi kimi anlaĢıla bilər. 



Təhsil investisiyası – təhsilin inkiĢafına sərmayə qoyuluĢudur. 

Təhsil  proqramı  (kurikulum)  –  təhsilin  hər  bir  pilləsi  üzrə  təlim 

nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs 

və  dərsdənkənar  məĢğələ  saatlarının  miqdarını,  pedaqoji  prose-

sin  təĢkili,  təlim  nəticələrinin  qiymətləndirilməsi  və  monitorin-

qinin aparılması sistemini özündə əks etdirən dövlət sənədidir. 

Təhsil  məhsulu  –  təhsil  sahəsində  innovasiyalar,  orijinal  təhsil  və  fənn 

proqramları,  təlim  metodları  sistemi,  təhsil  modulları,  təhsil 

layihələri hesab olunur. 

Təhsil  müəssisəsi  –  müvafiq  təhsil  proqramları  əsasında  təhsil  prosesini 

həyata  keçirən  və  məzunlara  müvafiq  təhsil  haqqında  dövlət 

sənədi verən qurumdur. 

Təhsil  françayzinqi  –  təhsil  məhsullarının  müvafiq  Ģərtlərlə  (təhsil 

müəssisəsinin rəsmi adının və fərqləndirici niĢanlarının saxlanıl-

ması,  müəlliflik  hüququnun  qorunması  və  s.)  daxili  və  beynəl-

xalq  təhsil  bazarında  reallaĢdırılması  üzrə  kompleks  xidmətlər 

sistemidir. 

Təfəkkür    yeni,  mühüm  əlamət,  xassə  və  qanunauyğunluqların  axta-

rılmasına  və  kəĢf  edilməsinə  yönəldilmiĢ,  sosial  cəhətdən  Ģərt-

lənmiĢ,  nitq  ilə  ayrılmaz  surətdə bağlı  psixi  prosesdir,  gerçəkli-

yin  təhlil  və  tərkibi  gediĢində  onun  vasitəli  və  ümumiləĢmiĢ 

inikası  prosesidir.  Təfəkkür  insanın  əməli  fəaliyyəti  əsasında 

hissi  idrak  vasitəsi  ilə  yaranır  və  onun  sərhədlərindən  çox-çox 

kənara  çıxır.  Ġnsan  təfəkkürü  dillə,  nitqlə  ayrılmaz  surətdə 

bağlıdır. Təfəkkür zəruri olaraq maddi formada, söz formasında 




 

528 


mövcuddur.  Formal  məntiq  təfəkkürün  məntiqi  formalarını  – 

məfhumları,  hökm  və  əqli  nəticələri  öyrənir.  Məfhum  gerçək-

liyin  cisim  və  hadisələrinin  ümumi,  mühüm  və  fərqləndirici 

əlamətlərini əks etdirən fikrə deyilir. Hökm-gerçəkliyin cisim və 

hadisələrinin,  onların  xassə  və  əlamətlərinin  arasında  olan 

əlaqələrin  inikasıdır.  Əqli  nəticə  (istidlal)  fikirlər  (məfhum  və 

mülahizələr) arasında elə bir əlaqədir ki, onun nəticəsində bir və 

ya  bir  neçə  hökmdən  baĢqa  hökm  alınır  və  bu  hökm  ilk,  əsas 

hökmlərin  məzmunundan  çıxarılır.  Məntiqin  predmeti  təfəkkür 

prosesində əmələ gələn dərketmə nəticələri, məhsulları arasında 

olan qarĢılıqlı münasibətlərdir. 

Təxəyyül  –  keçmiĢ  qavrayıĢ  materiallarının  yenidən  iĢlənməsi  əsasında 

yeni surətlərin yaradılmasından ibarət olan psixi prosesdir.  



ÜmumiləĢdirmə – obyektləri müəyyən əlamətlər əsasında qruplaĢdırmaq, 

hər  hansı  bir  obyekti  baĢlıca  əlamətlərinə  görə  müəyyən 

anlayıĢlar sisteminə aid edilməsi prosesidir.  

Universitet  –  ali  təhsilin  bütün  səviyyələri  üzrə  geniĢ  spektrli  mütəxəs-

sislər hazırlığını, əlavə təhsil proqramlarını həyata keçirən, fun-

damental və tətbiqi elmi tədqiqatlar aparan çoxprofilli aparıcı ali 

təhsil müəssisəsidir. 



Ünsiyyət  –  birgə  fəaliyyət  tələblərindən  irəli  gələrək  insanlar  arasında 

münasibətin  yaradılması  və  inkiĢafı  prosesidir.  Onun  kommu-

nikativ  (ünsiyyət  informasiya  mübadiləsi),  interaktiv  (qarĢılıqlı 

təsir),  perseptiv  (insanların  bir-birini  qavraması  və  anlaması) 

kimi tərəflərini fərqləndirirlər. 

Verbal  –  (latınca  verbalis  –  sözlü)  –  məlumatın  sözlə  və  ya  iĢarələr,  dil 

sistemi vasitəsilə ifadə olunmasını nəzərdə tutur.  



Verbal öyrənmə – insanın bilik, bacarıq və vərdiĢləri Ģifahi izah, təlimat 

vasitələrilə əldə etməsi deməkdir.  



Yaradıcılıq  –  elə  bir  fəaliyyətdir  ki,  onun  nəticəsində  yeni  maddi  və 

mənəvi  dəyərlər  formalaĢır.  Mahiyyətcə  mədəni-tarixi  hadisə 

olan  yaradıcılığın  psixoloji  aspektləri  də  vardır.  Bu,  Ģəxsi  və 

prosesual  aspektlərdir.  Bunlar  insanda  elə  qabiliyyətlərin, 

motivlərin,  bilik  və  bacarıqların  olduğunu  göstərir  ki,  onların 

nəticəsində yaradılmıĢ məhsul öz orijinallığı ilə fərqlənir.  



Yaradıcı  fəal  təlim  –  müəllimin  rəhbərliyi  ilə  məlum  biliklər,  hadisə, 

proses  və  obyektlərin  müqayisəsi,  təcrübə  əsasında  Ģagirdlərin 

müstəqil və fəal əməyi ilə yeni bilik  və bacarıqların əldə olun-

masına Ģərait yardan təlim. Yaradıcı fəal təlimin əsas xüsusiyyəti 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə