Azərbaycan tarġXĠ ÜZRƏ qaynaqlar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə133/141
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18845
1   ...   129   130   131   132   133   134   135   136   ...   141

289 
 
da onların hökumətə yararlı o lmalarına Ģərait yaratmaqla biz, Sizin təqdimatınıza 
uyğun olaraq, lütfən ə mr edirik: 
1.  Xüsusi  xid mət  və  rəĢadətlərinə  görə  xanlara,  bəylərə,  erməni 
mə liklərinə  və  bə zi  Ģəxslə rə  bizim  bə xĢiĢ  etdiyimiz  torpaqlarla  bərabər 
müsəlman  əyalətlərinin  Rusiyaya  birləĢdirilməsi  dövründə  onlarm  nəsillərin in 
sahib  olduqları  və  indi  də  onların  Ģəksiz  ixtiyarlarmda  o lan  bütün  torpaqlar 
onların irsi mülkiyyəti kimi təsdiq olunsun. 
2.
 
Bə zi  sahibkarlardan  1840-cı  ildən  sonra  cinayətə  görə  və   ya 
məh kə mə yolu ilə deyil, ya lnız  inzibati qaydada müsadirə edilmiĢ əhali yaĢayan 
və  əhali  yaĢamayan  torpaqlar  kimin   əlindən  alın mıĢdısa,  onlara   və  ya  onla rın  
varislərinə qaytarılsın və 1-c i maddəyə əsasən onların mü lkiyyəti sayılsın. 
3.
 
Gü rcüstanm  keçmiĢ  tatar  (azərbaycanlı.  -  Red.)  d istansiyaları 
ağalarına  və  onların  varislərinə  qabaqlar  istifadələrində  olan  və  1841-ci  ildə 
müsadirə  ed ilmiĢ  əhali  yaĢayan  və  yaĢamayan  torpaqlar
1
 bizim  onlara  xüsusi 
iltifatımız  kimi  geri  qaytarılsın  və  bu  fərmanın  1-ci  maddəsinə  uyğun  olaraq 
onların xüsusi mülkiyyəti kimi təsdiq edilsin. 
4.
 
2-c i  və  3-cü   maddələrdə   qeyd  edilən   sahibkarlara   torpaqların 
qaytarılması  və  onların  mülkiyyəti  kimi  təsdiq  edilməsi  ilə  onlardan  bəzilərinə 
pul  ödəniĢləri  verilməsi  dayandırılsın,  ancaq  xüsusi  xid mətlərə  görə  verilən  
təqaüdlərə bu qayda Ģamil edilməsin. 
5.
 
Sahiblərin in  cinayətinə  görə  xə zinənin  ixt iyarına  keç miĢ  torpaqlar 
bizim  xüsusi  icazəmiz  olmadan  nə  olanların  özlərinə,  nə  də  varislərinə 
qaytarılmasın. 
6.
 
Bizim  hakimiyyətimiz  dövründə  bəy  və  məlikilə rən  bəzilərinə 
xüsusi  xid mətlərinə  görə  yalnız  ö mürlük  və  müvəqqəti  vərilmiĢ  torpaqlara 
gəldikdə  isə,  onlar  barədə  bizə   xüsusi  təqdimat la  mü raciət  edə  b ilə rsiniz: 
onlardan məhz kimlə rə xid mətləri müqabilində torpaqları irsi mü lkiyyətdə təsdiq 
etmə k  və   kimlə rin   müvəqqəti  istifadəsində  saxla maq  fikrindəsiz,  ancaq  art ıq 
varislərinin  ixt iyanna  keçmiĢ  və  geri  qaytarılması  üçün  indiyə  kimi  tədbir 
görülməmiĢ torpaqlar onların irsi mü lkiyyətində saxlanılsın. 
7.
 
Ayrı-ayrı  Ģəxslərə  indi  mü lkiyyət  hüququnda  bağıĢlanan  və  ya 
onlarınkı  kimi  təsdiq  edilmiĢ  torpaqlarda  sakin  olan  kəndlilər  indiki  yaĢayıĢ 
yerlərində  saxlanılsınlar.  Ġctimai  və ziyyət  haqda qanunlar  məcəlləsinin  1842-c i 
ildə  çap  edilmiĢ  IX  cild inin  628-632-ci  maddələ rinə  əsasən  onlar  dövlət 
                                                                 
1
 «1841-ci ildə müsadirə edilmiĢ əhalisi olan və əhali yaĢamayan torpaqlar» dedikdə Gürcü-
Ġmeretiya  quberniyasınm  Qazax,  ġəmĢədil və  Borçalı məntəqələrinin  ağaları haqda 25 aprel  1841-ci 
il fərmanı ilə ağaların inzibati qaydada öz torpaqlarından məhrum edilməsi nəzərdə tutulur. 


290 
 
kəndliləri zü mrəsinə a id edilsinlər. Rə iyyət
1
, rəncbər
2
, xa lisə
3
, nökər
4
 və i.a. kimi 
mü xtəlif adların yerinə kəndlilərə ü mu mi b ir ad-mülkədar tabesi
5
 adı verilsin. 
8.
 
Bu  kəndlilər  torpaq  sahibinə  onun  torpağından  istifadə  etdikləri  üçün 
əvəz  olaraq  ayrı-ayrı  mü kəlləfıyyətlər  yerinə  yetirməyə  borcludurlar.  Bundan 
baĢqa  torpaq  sahibinə  kəndlilər  arasında  qayda-qanun  və  sakitliyə  nəzarət  və 
onlar  ü zərində  polis  idarəsi  hüququ  vərilir.  To rpaq  sahibləri  ilə  kəndlilər  ara-
sında  qarĢılıqlı  münasibətlər  b izim  təqdir  edəcəyimiz  xüsusi  əsasnamə  ilə 
müəyyənləĢəcəkdir
6

9.
 
Bu  fərmana  əsasən sahiblərinə  irsi  hüquqda  təsbit  edilmiĢ  torpaqlar 
bütün  ləvazimatı  və  təsərrüfat  yerləri  ilə  birlikdə  sahibkarın  tam  mü lkiyyətini 
təĢkil  edir  və  sahibka rla r  ü mu mi  qanun  əsasında  onlar  üzərində  mü lkiyyət 
hüquqların ı  tətbiq   edə  bilərlər.  Bu   torpaqlar  irsən  keçə  bilər,  satıla  və  ya  hər 
hansı  Ģəkildə  alq ı-satqıya  qoyula  bilər,  lakin  bir  Ģərtlə  ki,  bu  yolla  malikanəni 
mü lkiyyətinə  keçirəcək  Ģəxs  ya  Zaqafqaziya  ali  müs əlman  silkinə  mənsub 
olmalı,  ya  da  ü mu mi  imperiya  qanunları  üzrə  məskunlaĢ mıĢ  malikanələrə 
sahiblik üçün zəru ri keyfiyyətlərə  malik olmalıdır. To rpağın alq ı-satqısı  zamanı 
orada  məskun olan kəndlilər yeni sahibkara   münasibətdə köhnə sahibkarla o lan 
münasibətləri saxlay ırlar. 
10  Öz  malikanələrini  varislər  arasında  bölərkən  torpan  sahiblərinə  rus 
qanunları  ilə  yanaĢı,  Ģərait  və  habelə  adət  və  ya  yerli  qayda-qanunları  rəhbər 
tutmağa icazə verilir. 
11.
 
Vəfat  etmiĢ  sahibkarın  varislə rinə  mə rhumdan  qalmıĢ  ma likanəni 
Ģəriət və ya adətə görə bölməyə yalnız o zaman icazə verilir  ki, varislər arasında 
bu  məsələ  haqda  həmrəylik  o lsun,  ancaq  bu  halda  da  adət  üzrə  bölgü  yalnız 
münsiflər  vasitəsilə  həyata  keçirilməlidir;  münsiflərin  qərarından  Ģikayət  qəbul 
                                                                 
1
 Rəiyyət- ərəbcə təbəə, vergi ödəyən təbəə, əkinçi, kəndli. XIX əsrin I yarısında Azərbaycan 
feodal-asılı kəndlilər öz  iqtisadi və hüquqi  vəziyyətinə  görə  3  qrupa  bölünürdülər:  1)  rəiyyətlər, 2) 
rəncbərlər,  3)  nökərlər.  Rəiyyətlər  feoodal-asılı  kəndlilərin  əksəriyyətini  t əĢkil  edirdilər.  Rəiyyət 
dedikdə,  pay  torpağına  və  Ģəxsi  təsərrüfata  malik  olub  həm  feodala,  həm  də  dövlətə  vergi  və 
mükəlləfiyyətlər ödəyən kəndlilər nəzərdə tutulur. 
2
 Rəncbər  -  farsca  zəhmət  çəkən,  zəhmətkeĢ,  bir  qayda  olaraq  feodalların  bəy-ağa 
təsərrüfatında  iĢləyən  və  pay  torpağı  olmayan  kəndlilər.  Rəncbərlər  Ģəxsi  t əsərrüfata  malik 
olmadıqlarından,  xanlıqlar  dövründə  dövlətə  vergi  və  mükəlləfiyyətlərdən  azad  idilər.  XIX  əsrin 
sonu – XX əsrin əvvəllərində rəncbər «muzdur» anlayıĢına uyğun gəlirdi. 
3
 Xalisə  -  ərəbcə,  azad  edilmiĢ,  xalis,  təmiz.  XVIII  əsr  və  XIX  əsr  yarısında  dövlətə 
vergilərdən  azad  edilmiĢ mülk torpaqlarında  (müll xalisə) yaĢayan feodal-asılı kəndlilərə  deyilirdi. 
Xalisə kəndliləri dövr çatacaq bütün vergi və mükəlləfıyyətləri də sahibkara ödəməli idilər. 
4
 Nökər - burada feodalın evində xidmət edən feodal-asılı kəndli xidmətçi. 
5
 Mülkədar-tabesi.  1846-cı  ildən  ali  müsəlman  silkinə  mənsub  ol  müxt əlif  feodal-asılı 
kəndlilərə verilmiĢ ümumi ad, «Sahibkar kəndli anlayıĢına uyğundur. 
6
 T orpaq  sahibləri  ilə kəndlilər  arasında  qarĢılıqlı münasibətləri çar hökuməti 1847-ci  ildə 
verilmiĢ «Kəndli əsasnamələri» ilə rəsmiləĢdirdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə