Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə11/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   7   8   9   10   11   12   13   14   ...   56

Əbdürrəhim bəy Haqverdıyevin “Ac həriflər”, Anatoli Dudarevin “Astana”, Vaqif 
Səməd oğlunun “Yumurta”, Mövlud Süleymanlının “Fatehlərin divanı”, “Dədə 
Qorqud” dram, faciə və komediyalarının teletamaşalarının bəstəkarı da Cavanşir 
Quliyevdir. O, həmçinin “Çobanbayatı”, “Qəm pəncərəsi”, “Süd dişinin ağrısı”, 
“Fəryad”, “Aşıq Qərib”, “Lətifə”, “Araqarışdıran” bədii və televiziya filmlərinin 
əsrarəngiz musiqisinin müəllifidir. 
Klassik Avropa musiqisi ilə muğamlarımızın bədii məziyyətlərini ustalıqla 
birləşdirən Cavanşir Quliyevin üç yüzə qədər mahnısı, fortepiano üçün sonatina, 
birinci simli kvartet, simli orkestr və zurna üçün “Musiqi” və “Uvertüra”, “Saz və 
skripka üçün sonata”, birinci və ikinci simfoniyaları, digər məşhur əsərləri var. 
Bəstələdiyi sənət əsərləri ABŞ, İngiltərə, İsrail, Bolqarıstan, Çexiya, Rummiya, 
Slovakiya, Türkiyə, Yunanıstan, Finlandiya ölkələrində müxtəlif musiqi 
kollektivləri tərəfindən səsləndirib. Bir sıra beynəlxalq simpoziumların 
iştirakçısıdır. 
Cavanşir Rəhim oğlu Quliyev Azərbaycan Lenin komsomolu (31 dekabr 
1982), General Əsədov (14 aprel 1993), Şəhriyar (11 may 1995) mükafatları 
laureatıdır. Musiqi sənətindəki xidmətlərinə görə 20  avqust  1992-ci ildə 
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. 
  
 
 
 
 
 
İsmayıl MƏMMƏDOV 
 
Əməkdar rəssam 
 
İsmayıl Əsəd oğlu Məmmədov 1948-ci il mart ayının 3-də Bakıda doğulub. 
Paytaxtın Səbayil rayonundakı 189 saylı orta məktəbin səkkizinci sinfini bitirərək  
1963-cü  ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin rəngkarlıq 
şöbəsinə daxil olub. Tələbəlik illərindən kitab qrafikası ilə məşğul olmağa 


başlayıb. 1968-ci ildə rəssamlıq məktəbini bitirib və həmin il də İlya Repin adına 
Leninqrad (bugünkü Sankt-Peterburq) Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq 
İnstitutuna qəbul edilib. SSRİ xalq rəssamı, professor Yefsey Mousenkonun sinfini 
1974-cü ildə bitirib. Əvvəlcə Azərbaycan Respublikası Rəssamlar İttifaqının Bədii 
Fondunda işləyib, sonra pedaqoji fəaliyyət göstərib. 1976-cı ıldən Respublika və 
Beynəlxalq rəsm sərgilərində iştirak edir. Məşhur boyakar, istedadlı qrafık İsmayıl 
Məmmədov teatr rəssamlığı ilə ciddi məşğul olur. O, 10 fevral 1996-cı ildən 
Akademık Milli Dram Teatrında quruluşçu rəssamdır. Burada işləməklə yanaşı, 6 
iyul 1998-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş rəssamıdır. 
İsmayıl Məmmədov Akademik Teatrda İlyas Əfəndiyevin “Hökmdar və qızı”, 
Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” (“Göytürklər”), “Dar ağacı”, Əli 
Əmirlinin “Köhnə ev”, “Varlı qadın”, “Nazim Hikmətin “Kəllə”, Ramiz Novruzun 
“Hələ “sevirəm” deməmişdilər...”, Cəfər Cabbarlının “Ulduz, yaxud Ədirnə fəthi” 
dramlarının, Musiqili Komediya Teatrında Üzeyir bəy Hacıbəyovun “O olmasın, 
bu olsun” (“Məşədi İbad”), Rüfət Əhmədzadə və Emin Sabitoğlunun “Hələlik”, 
İmre Kalmanın “Maritsa”, “Qaraçı premier”, Ferens Leqarın “Şən dul qadın”, 
Qeybulla Rəsulov və Cavanşir Quliyevin “Məhəbbət oyunu”, Tamara Vəliyeva və 
Emin Sabitoğlunun “Bankir adaxlı”, Rauf Hacıyevin “Talelər görüşəndə” (“Romeo 
mənim qonşumdur”), Qara Qarayevin “Coşğun Qaskonlu” operettalarının, 
Azərbaycan Dövlət Rus Dram Teatrında Nəbi Xəzrinin “Burla xatun” pyesinin 
tamaşalarına bədii tərtibat verib. İsmayıl Əsəd oğlu Məmmədov 30 may 2002-ci 
ildə Azərbaycan Respublikasının əməkdar rəssamı fəxri adı ilə təltif olunub. 
 
 
 
 
 
 
 
 
Məmmədşah ATAYEV 
Truppa müdiri 
 


 
 Məmmədşah Qədim oğlu Ağayev 20 dekabr 1939-cu ildə Quba rayonunda 
doğulub. Orta məktəbi orada bitirərək Azərbaycan Dövlət Universitetinin 
filologiya fakültəsində təhsil alıb (1950-1955). O, 1995-cı ildən 1985-ci ilə qədər 
Akademık Milli Dram Teatrında yardım heyətinin aktyoru, truppa müdiri, özünün 
təşkil etdiyi muzeyin müdiri işləyib. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət 
Institutunda pedaqoji fəaliyyətə başlayıb. Tədris Teatrının direktoru, aktyor sənəti 
fakültəsinin dekan müavini və dekanı vəzifələrində çalışıb. 2002-ci il dekabr ayının 
22-dən Akademik Milli Dram Teatrının truppa müdiridir. 
Məmmədşah Atayev tədqiqatçı alimdir. “Cəlil Məmmədquluzadənin 
dramları Azərbaycan səhnəsində” adlı dissertasiya müdafiə edərək sənətşünaslıq 
namizədi alimlik dərəcəsinə layiq görülüb. Həmin tədqiqatını və “Həsənağa 
Salayev” monoqrafıyasını kitab şəklində çap etdirib. Mədəniyyət və İncəsənət 
Universiteti üçün proqramlar, metodik vəsaitlər yazıb. Dövri mətbuatda teatrın 
müxtəlif problemlərinə, yeni tamaşalara, milli səhnə sənətimizin korifeylərinə aid 
silsilə məqalə, resenziya və oçerkləri çap olunub. Akademik Milli Dram Teatrında 
oynanılan əllidən çox tamaşada aktyor kimi iştirak edib. 
 
  
  
REJİSSORLAR 
 
 
 
 
Ağakişi KAZIMOV 
Quruluşçu rejissor, xalq artisti 
  
 Teatrda yaradıcılığa aktyor kimi başlayıb. Sonradan ali ixtisas təhsili 
keçərək rejissorluq etmiş, baş rejissor kimi Sumqayıt Dövlət Dram Teatrının və 
Gənc Tamaşaçılar Teatrının müəyyən inkişaf dövrlərində səmərəli xidmətləri 
olmuşdur. 


Ağakişi Şəmməd oğlu Kazımov 28 iyun 1935-ci ildə Ağcabədi rayonunun 
Ağcabədi kəndində doğulub. Aktyorluq həvəsini onda anası Suğra xanım oyadıb. 
O, kəndin müxtəlif qadın və kişilərini koloritli tərzdə, baməzə hərəkətlərlə 
yamsılayar və heç kəs ondan inciməzdi. Suğra xanımın gözəl səsi və fitri aktyorluq 
qabiliyyəti, improvizə bacarığı olub. Bu Allah vergisi olan istedad sanki südlə 
Ağakişi Kazımova keçib. 
O, Ağcabədi rayonunda Xəlfərəddin kənd orta məktəbini bitirib (1942-
1952). Kamal attestatı alan ili Bakıya gələrək Azərbaycan Dövlət Teatr 
İnstitutunun aktyorluq fakültəsinə daxil olub. İnstitutun əyani şöbəsini fərqlənmə 
diplomu ilə bitirib və ali məktəbdə sənət müəllimləri Rza Təhmasib, Mehdi 
Məmmədov, Məhərrəm Haşımov olublar. 
Səhnəyə ilk dəfə Milli Dram Teatrında 1952-ci ilin noyabrında Qaçaq 
(“Vaqif”, Səməd Vurğun) epizod rolunda çıxıb. Teatrın repertuarında olan “Şərqin 
səhəri” (Ənvər Məmmədxanlı), “Fərhad və Şirin”, “Xanlar” (Səməd Vurğun), 
“Namus” (Aleksandr Şirvanzadə) tamaşalarda sözsüz kiçik rollara, kütləvi 
səhnələrə daxil edilib. 1954-cü ilin yayında Milli Dram Teatrı İrəvan şəhərinə bir 
aylıq qastrola gedib. Tətildə olan Ağakişi də truppa ilə səfərə çıxıb və İrəvanda 
göstərilən Mirzə İbrahimovun “Həyat” dramının tamaşasında İkinci kolxozçu 
obrazı ilə ilk sözlü rolunu oynayıb. 
Çalışqanlığı və bacarığı Akademik Teatrın bədii rəhbəri Ədil İsgəndərovun 
xoşuna gəldiyinə görə Ağakişi Kazımov 1955-ci il fevral ayının 1-də truppanın 
yardım heyətinə aktyor götürülüb, bir il sonra isə ştata keçib. 1957-ci ildə 
Əliheydər Ələkbərovun quruluşunda Cəfər Cabbarlının “Almaz” dramının 
tamaşasındakı Barat roluna görə Ümumittifaq Teatr Festivalının laureatı olub. Bu 
rolu 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti 
Dekadasında (ongünlüyündə) da uğurla oynayıb. 
Bundan əlavə Akademik teatrın səhnəsində aktyor kimi çalışdığı illərdə 
Murad (“1905-ci ildə”, Cəfər Cabbarlı), Seniçka (“Özgə uşağı”, Vasili Şkvarkin), 
Ramiz (“Şeyx Sənan”, Hüseyn Cavid), Fərəc (“Şirvan gözəli”, Ənvər 
Məmmədxanlı), İran sərkərdəsi (“Fərhad və Şirin”, Səməd Vurğun), Gil (“Tufanlı 
il”, Aleksey Kapler), Zabit (“Otello”, Vilyam Şekspir), Qumarbaz (“Hind gözəli”, 
Viktor Vinnikov və Yuri Osnos), Sergey (“Daş qartal”, Pavel Malyarevski) 
rollarında çıxış edib. 
1960-cı ilin əvvəllərində, fevral ayının 24-də işdən çıxıb. Mart ayının 1-də 
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sərəncamı ilə Abbasqulu ağa 
Bakıxanov adına Quba Dövlət Dram Teatrına baş rejissor göndərilib. Burada üç ay 
ərzində Yusif Əzimzadənin “Aprel səhəri” (10 aprel 1960) və Aleksandr 
Şirvanzadənin “Namus” (17 iyun 1960) dramlarına səhnə quruluşu verib. Bu il 
teatr təzə mövsümə başlayan ərəfədə, sentyabrın 21-də Ədil İsgəndərov onu 
yenidən Akademik teatra aktyor dəvət edib. Ancaq oktyabr ayının 22-də 
gözlənilmədən və ədalətsiz şəkildə Ədil İsgəndərov bədii rəhbərlikdən və 
direktorluqdan, ümumiyyətlə isə teatrdan çıxarıldı və baş rejissorluğa Mehdi 
Məmmədov təyin olundu. Lakin nədənsə Mehdi Məmmədov öz tamaşalarında 
Ağakişi Kazımova aktyorluq yaradıcılığında təkamül və dönüş yarada biləcək rol 
tapşırmadı. O, Aleksis Parnisin “Gözəllik və sevgi adası” (26 aprel, 1961) 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə