Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə13/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   9   10   11   12   13   14   15   16   ...   56

  
 
 
Azər Paşa NEMƏT 
Quruluşçu rejissor, xalq artisti 
 
 Teatr tamaşası üçün başlıca üçbucaq 
dramaturq (pyes), aktyor və rejissor (üstəgəl 
rəssam və bəstəkar) həmrəy yaradıcılığıdır. 
Böyük istedad sahibi, dünyanın bir sıra 
ölkələrində tanınmış rejissor Azər Paşa Nemət 
(Nemətov) istisnasız olaraq hazırladığı bütün 
tamaşaların müəllif hüququnu qazandığı üçün o, 
həmin üçbucağın “dördüncü” bucağını da 
ləyaqətlə təmsil edir. 
Azər Paşa Azərbaycanın görkəmli 
rejissoru, ömrünün sonuna qədər Gənc 
Tamaşaçılar Teatrında işləmiş Zəfər Nemətovun oğludur. O, 13 avqust 1947-ci ildə 
Bakıda doğulub. Güclü musiqi duyumu olan Azər Paşa Bülbül adına orta musiqi 
məktəbində oxuyub (1953-1964) və bir il Azərbaycan Dövlət Konservatoriyasında 
təhsil alıb. Qara Qarayevin sinfində oxuyan və hətta bir neçə mahnı bəstələmiş 
Azər Paşa 1965-ci ildə teatr institutuna imtahan verib və rejissorluq fakültəsinə 
qəbulda uğur qazanıb. Atasının dostu, məşhur rejissor Mehdi Məmmədovun 
kursunu bitirərək iki il sonra onun yanında assistent-müəllim işləyib. Diplom işi 
“Qardaşım klarnet çalır” (A.Aleksin, Robert Rojdestvenski və Oleq Feltsman) 
Gənc Tamaşaçılar Teatrının (GTT) rus bölməsındə göstərilib. 1972-ci ildə GTT-də 
əvvəl rejissor assistenti, sonra quruluşçu rejissor işləyən Azər Paşa arada 
Leninqradın (indiki Sankt-Peterbruq - İ.R.) eyni tipli teatrında çalışıb (1974-1977). 
Gənc yaşlarından şöhrət qazanan Azər Paşa 1977-ci ildə Bakıya qayıdaraq GTT-də 
rejissor və baş rejissor (1983-1990) işləyib.  
1990-cı il aprel ayının 20-dən Akademik Milli Dram Teatrının quruluşçu 
rejissorudur. 1991 və 1996-cı illərdə isə Teatr Xadimləri İttifaqı İdarə Heyətinin 
sədri seçilib. Andrey Popov adına SSRİ ümumittifaq müsabiqəsinin laureatıdır 
(1985). Respublikanın əməkdar incəsənət xadimi (20 mart 1987) Azər Paşanın 
tamaşaları İstambulda, Aşqabadda, Moskvada keçirilmiş festival və müsabiqələrdə 
uğur qazanıb. 
Sankt-Peterburqda GTT-də Maqsud Ibrahimbəyovun “Bütün yaxşılıqlar 
üçün ölüm”, Bertolt Brextin ”Üçüncü imperiyanın iflası” Arxangelsk Dövlət 
Teatrında Rüstəm İbrahimbəyovun “Qum üzərində ev”, Tallin GTT-də Yakovlevin 
“Qızım Nyusa”, Anarın “Şəhərin yay günləri”, Kamal Aslanovun “Yuxulama” 
(bunu Bakıda da hazırlayıb), Rüstəm İbrahimbəyovun “Kabinet tarixçəsi” 
pyeslərini tamaşaya hazırlayıb. Tiflisdə və İrəvanda quruluşlar verib. Bununla belə 
Azər Paşa Nemətovun yaradıcılığının əsas müdriklik mərhələləri milli teatrımızla 
bağlıdır. 


Rejissor Bakıdakı GTT-nin rus bölməsində Yevgeni Şvartsın “İki 
ağcaqayın” (1973), K.Meşkovun “Pin və Qvin” (1974), Y.Mitkovun “Bumbaraş” 
(1977), V.Tendryakovun “Buraxılış gecəsindən sonrakı gecə” (1978), Ş.Totun 
“Necəsən, cavan oğlan?”, Anarın “Keçən ilin son gecəsi” (1979), Aleksey 
Tolstoyun “Buratinonun səfehlər ölkəsində macəraları” (1980), Aleksandr 
Ostrovskinin “Öz adamımızdır, düzəlişərik” (1982), Kiplinqin “Oz kefinə gəzən 
pişik”, Rüstəm İbrahimbəyovun “Təmas” (1983), Beqalinin “On üç yaşına keçən 
oğlan”, Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəlişah” (1984), 
Valentin  Zoşşenkonun “Şapkinin sərsəm günü”, S.Prokofyeva və Tokmakovanın 
“Xaçlar və sıfırlar” (1985), Karlo Qotsinin “Yellər üzərində nəğməli külək” (1987) 
pyeslərini tamaşaya hazırlayıb. Azərbaycan bölməsində isə Cəlil 
Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi” (1983), Mirzə Fətəli 
Axundzadənin “Müsyö Jordan və dərviş Məstəlişah”, Çingiz Aytmatovun “Fudzi 
dağında qonaqlıq” (1984), İsgəndər Coşğunun “Komissarlar”, Rəhman Əlizadənin 
“Sabah çoxdan başlanıb” (1987), Kamal Aslanovun “Yuxulama” (1989) 
dramlarının tamaşalarına əlvan janr quruluşlar verıb. 
Akademik Milli Dram Teatrında onun quruluşunda Rüstəm İbrahimbəyovun 
“Biganələr oteli” (1984), Arif Süleymanovun “Tufandan əvvəl” (1987), Elçinin 
“Ah, Paris... Paris!..” (1997), “Mənim sevimli dəlim” (1998), “Diaqnoz “D” ” 
(“Mənim ərim dəlidir”, 1999) tamaşaları oynanılır. Rejissorun hələlik son işi 
Şekspirin “Hamlet” faciəsi olub. O, bu tamaşanı 2002-ci il martın 27 təhvil verib. 
“Hamlet” Akademik teatrın tarixində, bütövlükdə Azərbaycan Şekspirianasının 
salnaməsində parlaq sənət qələbəsidir. 
Azər Paşa Nemətovun yaradıcılığında musiqi janrı karnaval estetikası ilə 
meydan teatrının oyun estetikasına əsaslanır. Rejssor bu janrda hazırladığı 
tamaşalarında kompozisiya bütövlüyünə əsasən improvizə ilə nail olur. Şuxluq, 
əlvanlıq, musiqi ilə sözün harmoniyası, əyləncə elementləri həmin tamaşaların 
əsasında durur. Bu baxımdan “Bumbaraş”, “Necəsən, cavan oğlan?” tamaşalarını 
xatırlamaq kifayətdir. 
İtalyanların komediya “del arte” xalq tamaşaları estetikasında Azərbaycanda 
ən uğurlu tamaşanı Azər Paşa hazırlayıb. Həmin tamaşa “Yelkənlər üzərində 
nəğməli külək”dir. 
Novator rejissor kimi psixoloji dramatizmlə açıq publisistikanı lirik ahəngdə 
qovuşdurur. Öz tamaşalarında hay-küylü pafosdan, çılpaq didaktikadan cəsarətlə 
imtina edir. 
Onun hazırladığı, janrından asılı olaraq, hər tamaşanın özünün məxsusi ritm 
ahəngi var. İctimai-siyasi problemli pyeslərin tamaşasında ləngərli ahəng tapılan 
ritmin əsas tənzimləyicisidir. Mənəvi-əxlaqi problemlərin səhnə təfsirində kövrək, 
bir qədər lirik, ancaq dinamik ritm üstündür. Sosial-məişət məsələlər ön 
hadisələrdə dominantlıq təşkil edən tamaşalarda Azər Paşa ziqzaqlı, qabarıb-
çəkilən ritmə rəvac verilir. 
Azər Paşanın tamaşalarında fəlsəfi fıkir müəyyən məsafə ayrılığında üz-üzə 
qoyulmuş aynaya bənzəyir. Həmin aynalarda perspektiv məkan müxtəlif ölçülərdə 
necə əks olunursa, rejissorun tamaşalarının fikir dərinliyinə açar tapdıqca üzümüzə 
yeni-yeni məna qapıları açılır. 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə